Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə132/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   ...   128   129   130   131   132   133   134   135   ...   140

 

392


nternet-vitrin

  –  veb-saytın  adi  genişlənməsidir.  Saytda 

standart  kataloq  şəklində  mallar  haqqında  məlumat  yerləşdirilir 

və müəyyən müddətdə bu məlumat yeniləşir. Beləliklə, istifadəçi 

yalnız mal və xidmətlər  haqqında məlumat əldə  edə bilər (az və 

ya  çox  ətraflı  məlumat).  Bu  kateqoriya  hüdudlarında  aşağıdakı 

variantları  ayırd  etmək  olar:  statik  vitrin,  dinamik  vitrin  (müəy-

yən verilənlər bazasından informasiyanın əks etdirilməsilə). 

Belə vitrinin praktiki faydalılığı tam aydındır, onun saxlan-

ması və idarə olunması xərcləri çox aşağı ola bilər, lakin bu hələ 

ticarət  yox,  reklamın  bir  növüdür.  Bu  halda  ticarət  firmasının 

biznes-prosesi  ilə  inteqrasiya  açıqlanmır.  Potensial  alıcı  alış 

etmək  üçün  əvvəlcə  nternet-vitrinə  daxil  olmalı,  sonra  isə  adi 

satış prosedurunu keçməlidir: şirkətə getmə və ya zəng etmə, ödə-

niş və s. Belə yanaşma, ilk növbədə mürəkkəb məhsulun satışında 

məqbul sayıla bilər, çünki bu cür məhsulun öyrənilməsi çox vaxt 

tələb edir. 

nternet-vitrin  müxtəlif  yerlərdə  yerləşdirilə  bilər  –  şəxsi 

serverdə,  provayderin  serverində,  pulsuz  səhifələr  təqdim  edən 

serverdə və sair. 



“Ticarət avtomatı”

 termini qərarların aşağıdakı növünü çox 

yaxşı  təsvir  edir.  internet-vitrinin  həyata  keçirtdiyi  funksiyalarla 

yanaşı, ticarət avtomatı sifarişləri qəbul edərək, sonradan onlayn 

və  ya  paket  rejimində  menecerə  ötürə  bilər.  Sifarişin  sonrakı 

emalı şirkətin adi sxemi əsasında həyata keçirilir. Malın anbarda 

olmasına  nəzarət  problemi  aşağıdakı  qaydada  həll  olunur: 

avtomata  limit  daxil  edilir,  bu  limit  çərçivəsində  satışlar  həyata 

keçirilir. Anbarda qalıqlar dəyişdikcə limit də dəyişir. 

Ticarət avtomatının  nternet-vitrindən prinsipial fərqi ondan 

ibarətdir ki, alış sifarişləri və sifariş edilmiş malın dəyərinin ödə-

nilməsinə  dair  hesablar  insanın  iştirakı  olmadan  verilir.  nternet 

vitrindən fərqli olaraq, ticarət avtomatı real ticarəti həyata keçirir 

və xərclərin nəticəyə nisbətdə az alıcı kütləsinə malik müəssisələr 

üçün daha məqbul sayılır. 

Ticarət  internet-sistemi

  ən  güclü,  kompleks  və  mürəkkəb 

həlldir.  Bu  sistem  bek-ofisi  tam  olaraq  real  zaman  rejimində 



 

393


ş

irkətin  ticarət  biznes-prosesinə  (daxili  sənəd  dövriyyəsinin 

vatomatlaşdırılması  sisteminə,  anbarın  idarə  olunması  sisteminə, 

mühasibatlığa,  logistika  sistemlərinə)  inteqrasiya  olunmuş  nter-

net-mağaza  qismində  çıxış  edir.  Onlayn  ödəniş  sistemi  tətbiq 

olunduqda  T S  ödənişləri  qəbul  edir  və  malların  alıcılara 

çatdırılması ilə bağlı sifarişləri formalaşdırır. Sifarişlər avtomatik 

işlənilir,  mal  anbara  yığılır,  qalıqlar  təshih  olunur,  digər  zəruri 

ə

məliyyatlar yerinə yetirilir. 



Onlayn-mağazanın 

yaradılmasının 

bir 

neçə 


üsulu 

mövcuddur: 

-  nternet-mağaza mərkəzində yerin və ya şöbənin icarəsi – 

bu  ilkin  səviyyəli  həll  olmaqla,  minimal  büdcəli  layihələr  üçün 

nəzərdə tutulmuşdur; 

- illik proqram təminatının əldə olunması, bir qayda olaraq, 

kiçik  və  orta  həcmli  layihələrdə  istifadə  olunur.  Əsas  çatışma-

mazlıq – konkret sifarişçinin ehtiyacları üçün işlənmənin məhdud 

imkanları; 

-  ixtisaslaşdırılmış  şirkətdə  işlənmə  sifarişinin  icrası.  Bu, 

irimiqyaslı  layihələrdə  və  qeyri-standart  tələbli  layihələrdə  ən 

geniş istifadə olunan variantlardan biridir; 

- həllin şəxsi qüvvələrlə işlənməsi. Yalnız lazımi ehtiyatlar 

və  ixtisaslı  mütəxəssislər  heyəti  olduqda  tətbiq  olunan  ən  mü-

rəkkəb və xərcli metoddur. 

nternet-mağazanın  təşkili  ilə  bağlı  xərcləri  dörd  isti-

qamətlər üzrə qruplaşdırmaq olar: 

-  ticarət-texnoloji  proseslərin  nternetdə  iş  şəraitlərinə 

uyğunlaşdırılması; 

- proqram təminatının əldə olunması və ya işlənməsi, yaxud 

hazır sistemin icarə haqqının ödənilməsi; 

- proqram təminatının tam işlənməsi və uyğunlaşdırılması; 

-  lazımi  infrastruktura  xidmətin  göstərilməsi  və  proqram 

təminatının müşayiəti. 

Azərbaycanda  onlayn-ticarətin  hazırkı  inkişafı  şəraitində 

ticarət avtomatı modeli daha cəlbedici görsənir. Bu variant təklif 

olunan  mal  və  xidmətlərə  olan  tələbatı  az  xərclərlə  qiymətlən-



 

394


dirməyə, onlayn-mağazanın reklamı və inkişafı üzrə kampaniyanı 

həyata  keçirməyə  imkan  verəcəkdir.  Onlayn-vitrin  ticarət  deyil, 

reklam  vasitəsidir  və  onun  onlayn-mağaza  həlli  kimi  nəzərdən 

keçirilməsi məqsədəuyğun deyildir. 

Mallara  gəldikdə  isə,  alış  zamanı  ölçmə,  dəqiq  öyrənmə 

tələb etməyən mallar  nternetdə satış üçün daha məqbul sayılırlar. 

Bu  mal  kateqoriyasına  kitablar,  kompakt-disklər,  elektronika, 

turizm  firmalarının  xidmətləri,  biletlərin  sifarişi,  mehmanxana 

nömrələrinin bronlaşdırılması, avtomobillər üçün ehtiyat hissələri 

aid edilə bilər. 

Eyni mallar kateqoriyasının daxilində ən çox satılan mallar 

aşağıdakılardır: 

- məşhur ticarət markalarına aid mallar; 

- rəqəmsal mallara transformasiya oluna bilən fiziki mallar 

(kitablar, musiqi və video); 

-  etibarlığına  məşhur  istehsalçılar  tərəfindən  zəmanət 

verilən mallar; 

- nisbətən ucuz mallar; 

- müntəzəm alınan mallar (qida məhsulları); 

- standart spesifikasiyalı mallar; 

-  təyinatı  və  istifadəsi  video  vasitəsilə  səmərəli  nümayiş 

oluna bilən mallar; 

-  alıcılara  yaxşı  məlum  olan  və  qablaşdırılması  hətta  ənə-

nəvi (fiziki) mağazalarda açılmayan qablaşdırılmış mallar. 

Beləliklə,  pərakəndə  ticarət  təşkilatları  müvafiq  malları, 

xidmətləri və onların rahat əldə olunması imkanlarını təqdim et-

məli, əlavə olaraq elektron mağazada olan malı tez nəzərdən ke-

çirmək imkanını dəstəkləməlidirlər. 

 

17.9. Texnoloji onlayn-ticarət prosesinin təşkili 

 

nternet-mağaza  gecə-gündüz  işləyən  və  kompleks  əmtəə-



ticarət  əməliyyatlarının  aparılmasını  təmin  edən  kifayət  qədər 

mürəkkəb  proqram  təminatıdır.  nternet-mağazanı  onun  ticarət 




Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə