Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVL



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32569
1   2   3   4   5   6   7   8   9   10   ...   68

 
20
idarə  üsuluna  arxalanaraq  çar  Rusiyası  tabe  edilmiş  xalqları 
ağır  zülm  altında  saxlayırdı.  Vilayətlərin  hərbi  qubernatorları 
vəzifəsini daşıyan çar generallarının yerli əhali üzərində qeyri-
məhdud  hakimiyyəti  var  idi.  Belə  idarəçiliyin  bütün  ağırlığı 
xalq kütlələrinin üzərinə düşürdü. Yerli bəy və xanlar rus höku-
məti  tərəfindən  müdafiə  olunurdu,  çünki  onlar  mərkəzi  haki-
miyyətin  yerlərdə  siyasi  dayağını  təşkil  edirdilər.  Çar  mə-
murları və zabitləri  yeni ölkədə kobud şəkildə ağalıq edir, xə-
zinəni talan edir və yerli əhalidən zorla rüşvət alırdılar. 
1891-ci il “Əsasnamə”sində torpaqdan istifadə və vergi 
qaydaları  müəyyənləşdirilmişdi.  “Əsasnamə”də  köçəri  tayfa-
ların istifadəsində olan“ artıq torpaqlar” əllərindən alınırdı. Bu 
“Əsasnamə”nin  qəbulundan  sonra  Yeddisu  vilayətində  qa-
zaxların istifadəsində olan 838 min desyatin və Sırdərya vilayə-
tində 159 min desyatin torpaq sahəsi müsadirə edilmişdi. Eyni 
zamanda  torpaqların  icarəyə  verilməsinə  məhdudiyyət  qoyul-
murdu.  
Çar  hökuməti  feodal  zadəganların  torpaq  hüquqlarının 
bir  qədər  məhdudlaşdırılması  siyasətini  yeritməyə  başladı.  Bu 
siyasət  ölkənin  idarə  edilməsi  haqqında  1886-cı  il  “Əsas-
namə”sində  təsbit  edildi.  Feodallar  tərəfindən  icarəyə  verilən 
torpaqlar  nəsli  mülkiyyət  hüququ  əsasında  bu  torpaqları  becə-
rən  kəndlilərin  əlinə  keçdi.  Bu  proses  nəticəsində,  yoxsulların 
torpaq  sahələrini  satın  alan  qolçomaqların  torpaq  mülkləri 
artdı.  Lakin bu proses feodal münasibətlərini tamamilə aradan 
qaldırmadı.Qolçomaqlar  kəndliləri  feodal  üsulları  ilə  istismar 
edirdilər.  1886-cı  il  “Əsasnamə”si  Rusiyanın  tərkibinə  daxil 
edilmiş  olan  Orta  Asiya  ərazisində  əvvəlki  torpaq  vergilərini 
dövlət tərəfindən alınan torpaq vergisi ilə əvəz etdi. Yerli höku-
mət  orqanları  tərəfindən  alınan  vergilər  və  müxtəlif  ağır  rü-
sumlar xalq kütlələrinin vəziyyətini daha da ağırlaşdırırdı. Tor-
paq  münasibətlərində,  vergi  sistemində  baş  verən  bu  dəyişik-
liklər  Buxara  və  Xivə  xanlıqlarına  şamil  edilmədi.  1886-cı  il 
downloaded from KitabYurdu.org


 
21
“Əsasnamə”si işğal olunmuş ərazilərin Rusiyaya daha möhkəm 
bağlanılması məqsədi daşıyırdı.  
  
Çar  Rusiyasının  Orta  Asiyadakı  siyasəti  xalq  kütlələ-
rinin  qanuni  narazılığına  səbəb  olur  və  bəzi  hallarda  bu  nara-
zılıqlar üsyanlara gətirib çıxarırdı. Bu üsyanlara yerli feodallar 
və  müsəlman  ruhaniləri  başçılıq  edirdilər  ki,  onlar  da  bu  çı-
xışlardan  öz  məqsədləri  üçün  istifadə  edirdilər.  Yerli  feodal-
ların  bu  üsyanlara  qoşulmasından  istifadə  edən  hökumət  or-
qanları  onları  ələ  almaq  yolu  ilə  bu  çıxışları  asanlıqla  yatı-
rırdılar. 
 
Çar  Rusiyası  mərkəzi  quberniyalardan  kəndliləri  Tür-
küstana köçürməklə Orta Asiyada ruslardan ibarət özünə sosial 
dayaq  yaratmaq  istəyirdi.  Orta  Asiyaya  köçürülən  kəndlilərə 
xüsusi imtiyazlar da verilirdi. Belə ki, hər bir kişiyə 30 desyatin 
torpaq  sahəsi  ayrılması  nəzərdə  tutulurdu.  Gəlmələr  bütün 
vergi mükəlləfiyyətlərdən azad edilmişdilər. Hətta onlara hərbi 
mükəlləfiyyətdən  də  möhlət  verilirdi.  Bu  siyasət  nəticəsində 
yerli əhali öz doğma yurdlarından köçürülür və onlar müəyyən 
çətinliklərlə  üzləşirdilər.  Məskunlaşma  nəticəsində  əvvəllər 
yal-nız köçəri maldarlıq üçün istifadə edilən yerlərdə əkinçilik 
inkişaf  etməyə  başlayırdı.  Qazaxıstanın  daha  münbit  torpağı 
olan şimal və qisməndə cənub-şərq hissəsində əkinçilik inkişaf 
edirdi. Çar hökuməti köçürmə siyasətini həyata keçirmək üçün 
Orta  Asiyanın  yerli  əhalisindən  xeyli  torpaq  sahəsi  müsadirə 
etmişdi. Əslində çar Rusiyasının torpaq siyasəti Orta Asiyanın 
bütünlüklə Rusiyanın müstəmləkəsinə çevrilməsi, bölgədə gəl-
mələrin  yerləşdirilməsi,  ruslaşdırma  siyasətinin  aparılması 
məqsədi  ilə  həyata  keçirilirdi.  Çar  Rusiyasının  köçürmə  siya-
səti həm də hərbi-strateji və siyasi xarakter daşıyırdı. 
 
Orta Asiyada əvvəllər hərbi-strateji məqsədlər üçün çə-
kilən  dəmir  yolları  indi  ölkənin  iqtisadi  inkişafında  da  böyük 
rol oynayırdı. Zakaspi dəmiryolu 1885-ci ildə Aşqabad, 1888-
ci  ildə  Səmərqənd,  1898-ci  ildə  Daşkənd  və  1899-cu  ildə  isə 
Ə
ndicana  çatdırıldı.  1899-cu  ildə  inşasına  başlanan  Orenburq-
downloaded from KitabYurdu.org


 
22
Daşkənd  dəmiryol  xətti  1906-cı  ildən  istifadəyə  verilmişdi. 
Rusiyanın  kapitalist  təsərrüfatının  tələbatı  elmin  və  ictimaiy-
yətin  diqqətini  Orta  Asiyanın  təbii  sərvətlərinin  öyrənilməsinə 
və  ondan  istifadə  edilməsinə  cəlb  edirdi.  Xəzər  dənizinin 
Türkmənistan sahillərində və Fərqanədə neft çıxarılması işləri-
nə başlanılmışdı. Orta Asiyada pambıqçılığın inkişafı, xüsusilə 
böyük  əhəmiyyət  kəsb  edirdi.  Pambıqçılığın  inkişafı  daxili 
Rusiya  bazarının  artan  tələbatı  ilə  bağlı  idi.  Orta  Asiya  Rusi-
yanın  əsas  pambıq  bazasına  çevrilməyə  başladı.  Türküstanın 
sənayesində  iş  şəraiti  olduqca  ağır,  əməyin  mühafizəsi  isə 
lazimi  səviyyədə  təşkil  olunmurdu.  Yerli  millətlərdən  olan 
fəhlələrin vəziyyəti dözülməz idi. Məhz bu səbəbdən də zavod 
fəhlələrinin iqtisadi xarakter daşıyan tətilləri baş verirdi.   
 
 
downloaded from KitabYurdu.org


 
23
XIX ƏSRDƏ VOLQABOYU, S B R VƏ KRIM 
 
1.Volqaboyu, Sibir və Krım  
XIX əsrin birinci yarısında 
 
 
XVI əsrin ikinci yarısından başlayaraq - XVI əsrin son-
larına qədər Rusiya Volqaboyu və Sibirin işğalını başa çatdırdı. 
Volqaboyu və Sibir torpaqlarının ruslar tərəfindən mənimsənil-
məsi  prosesi  başlandı.  Volqaboyu  və  Sibirdə  yeni  şəhərlər 
meydana  gəldi. Rusiya feodalları Volqaboyunda  torpaqları ələ 
keçirir və kəndliləri əsarət altına  alırdılar. Əhalinin zorla xris-
tianlaşdırılması  başlandı,  milli  zülm  və  xalqlar  arasında  milli 
və dini düşmənçiliyi qızışdırmaq siyasəti yeridilirdi. 
 
Rusiyanın  Sibir  xalqları  ilə  əlaqələri  genişləndi.  Rus 
feodallarının  yeni  ərazilər  ələ  keçirməkdə  və  bu  ərazilərdən 
gəlir götürməkdə marağı vardı. Xaricdə xəzə tələbat artdı ki, bu 
tələbatı  da  yalnız  Sibir  xəzi  ödəyə  bilərdi.  Volqaboyu  və  Si-
birin işğal olunmasının hərbi-strateji əhəmiyyəti də var idi. Bu 
yerlərin işğal edilməsi ilə Orta Asiyanın içərilərinə doğru yollar 
açıldı. Rus feodalları və tacirləri Sibirin yerli əhalisini əsarət al-
tına  almağa    və  qarət  etməyə  başladılar.  Rusiyadan  köçüb  gə-
lənlər  Sibir  torpaqlarını  istifadəyə  verir,  əkinçiliklə  məşğul 
olurdular. 
 
1774-cü  il  Kiçik  Qaynarca  sülhü  ilə  Rusiya  Krım  və 
Kuban  tatarlarının  Osmanlı  dövlətinin  asılılığından  çıxmasına 
nail  oldu.  Krımda  Kerç  və  Yeniqala  Rusiyaya  verilirdi.  1783-
cü ildə axırıncı Krım xanı Şahin Gəray hakimiyyətdən əl çəkdi, 
Krım və Kuban torpaqları Rusiyaya birləşdirildi. Krım xanlığı 
Tavriya vilayəti adlandırıldı. 1802-ci ildən isə Tavriya vilayəti 
quberniya  adlandırılmışdır.  Rusiyadan  bura  köçürülənlər  yerli 
ə
halinin  torpağı  hesabına  məskunlaşdırılır  və  onlara  xüsusi 
imtiyazlar  verilirdi.  Bununla  əlaqədar  olaraq  köçüb  gələnlərin 
sayı  artmağa  başlamışdı.  XIX  əsrin  birinci  yarısında  Rusiya 
iqtisadiyyatında  böyük  dəyişikliklər  baş  verdi.  Rusiya  iqtisa-
downloaded from KitabYurdu.org


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə