Azərbaycan miLLİ elmlər akademiyasinin akademiK Ə. HÜseynov adma Kİbernetika institutu



Yüklə 2,12 Mb.
Pdf görüntüsü
səhifə62/72
tarix08.11.2018
ölçüsü2,12 Mb.
#79188
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

minin yaradılması kimi layihələri buna misal göstərmək olar. Sure 
Trak,  Project,  Project  Scheduler,  ART  Project  Workbench  kimi 
proqramlar layihələrdə yaxşı nəticələr göstərir. 
İşçi heyətiıünı yığılınası 
İnzibati məsələlər ilə məşğul olan işçinin funksiyalan yüksək 
iş  təcrübəsinin  və  təcrübəli  layihə  mütəxəssisinin  ol-  masmı  tələb 
etmir,  ancaq  o,  möhkəm  inzibati  vərdişlərin  ol-  masmı  tələb  edir. 
Məsələn, inzibatçı ofis prosedurlan ilə tanış olmalı, bu prosedurlara 
əsasən  yazışmalan  və  hesabatlan  hazırlamalıdır.  İnzibatçı  və  onun 
köməkçi  heyəti  həm  də  kompüter  sahəsində  lazımi  biliyə  malik 
olmalı, bir çox proqramlann normal işlətmə qaydalannı bilməlidir. 
Müvafiq ixtisaslar üzrə bilik və təcrübə iş zamanı və xüsusi 
kurslann  köməyi  ilə  əldə  edilə  bilər.  Layihə  ofisində  fəaliyyət 
göstərən  təcrübəli  layihə  idarəçisindən  vaxtaşın  olaraq  inzibati 
məsələlər üzrə məsləhət və yardım alma bilər. 
8.2.
 
LAYİHƏ OFİSLƏRİNİN İDARƏ EDİLMƏSİ 
Təşkilatlar  layihələrin  həyata  keçirilməsində  təcrübə 
topladıqca,  onlann  layihə  idarəçiliyi  ilə  bağlı  ekspert  rəyinə  bir  o 
qədər  də  ehtiyacı  olur.  Təşkilatlar  layihə  idarəçiliyini  yerinə 
yetirdikləri zaman bir qayda olaraq onlar bunu müəyyən bir metod 
ilə həyata keçirirlər. Məsələn, onların istifadə etdikləri qrafiklər əsas 
hadisələri özündə əks etdirir və məlumatlar bazasına ötürən diaqram 
rolunu oynayır. 
Müvafiq  ixtisas  və  biliyə  yiyələnmə  zərurəti  ən  müxtəlif 
fəaliyyət  sahələrinə, o cümlədən cədvəlləşdirmə, büdcə, təkliflərin 
qeydə alınması, satıcıların müəyyənləşdirilməsi, layi- 
250 


helərin  seçilməsi,  risklərin  idarə  edilməsi,  ehtiyac  və  tələblərin 
müəyyənləşdirilməsi,  tələblərdə  baş  verən  dəyişikliklərin  idarə 
edilməsi  və  s.  sahələrə  yönəlmişdir.  Təşkilatın  layihələrin  idarə 
edilməsi  sahəsində  ən  geniş  biliklərə  və  təcrübəyə  malik  olan 
məsləhətçilərə  ehtiyacı  ola  bilər.  İdarəetmə  orqanı  teşkilatm 
daxilindəki heyətin strateji intuisiyasını inkişaf etdirmək məqsədilə 
məsləhətçilərin  telimatlarmdan  istifadə  edə  bilər,  bu  zaman  layihə 
üzərində  işləyən  şəxslər  hər  gün  yaranan  layihə  məsələlərini  həll 
etmək  məqsədilə  məsləhətçilərin  ideyalanna  diqqətlə  qulaq 
asmalıdırlar. 
1990-cı  illərdə  məsləhətçilərin  yerinə  yetirəcəyi  vəzifənin 
təsvir  edilməsi  üzrə  yeni  bir  termin  meydana  çıxdı:  mento-  rinq. 
Mentorinq  layihə  idarəçiliyi  üzrə  meydana  çıxan  problemlərin 
həllində təşkilatın işçilərinin ehtiyacı olduqlan in- tuisiya və biliklə 
təmin edilməsidir. 
Mentor və məsləhətçilərin rolu 
Layihələrin  idarə  edilməsi  üzrə  məsləhətçilərin  və  men- 
torlarm rolu zaman keçdikcə təkmilləşir. Bu gün o, bir neçə konkret 
fəaliyyət  növləri,  o  cümlədən  aşağıdakı  istiqamətdə  göstərilən 
köməklər üzərində mərkəzləşmişdir: 

təkliflərin verilməsi

 
layihənin işə salınmasına; 

 
təşkilatın layihə ehtiyaclannm vaxtmda təmin edilməsi 
üzrə təklifi; 

 
risklərin müəyyənləşdirilməsi; 

 
layihənin bərpası; 

 
əsas idarəetmənin mentorlaşdınlması. 
Bu fəaliyyət növlərindən hər birinə aynlıqda baxaq. 
251 


Təkliflər və onlann dəstəklənməsi 
Layihələrin  ideırə  edilməsi Ü2orə bacanqlı məsləhətçilər bu 
sahədə  böyük  təcrübəyə  malikdirlər.  Onlar  bir  çox  təkliflərin 
hazırlanması  işinə  cəlb  edilmişlər  və  təşkilata  layihənin  inkişaf 
etdirilməsi  üzrə  qiymətli  təkliflər  verə  bilərlər.  Onlar  təklifin 
inkişafında üç yolla iştirak edə bilərlər: 
1.
 
Onlar təşkilata səmərəli layihə idarəçiliyi prosedurla- nnı 
təklif edə bilərlər. Onlar öz iş yoldaşlan qarşısm- da təklifi 
inkişaf  etdirməyin,  bu  ideyanm  layihəyə  necə 
çevrilməsini  və  yaxşı  idarə  olunan  təklifə  sərf  edilən 
enerjinin  idarəçilik  təcrübəsində  tətbiq  edilməsini 
nümayiş  etdirə  bilərlər.  Onlar  eyni  zamanda  yüksək 
qiymətləndirilən təkliflərin qeydə alınması məqsədilə bir 
çox  şirkətlər  tərəfindən  istifadə  edilən  təklifləri  də  irəli 
sürə bilərlər. 
2.
 
Onlar  təklif  edilən  işin  həyata  keçirilməsində  istifadə 
olunacaq layihə idarəçiliyi metodologiyalannı əhatə edən 
təklifin mühüm hissəsini qeydə ala bilərlər. 
3.
 
Onlar təklifləri nəzərdən keçirə bilərlər. Kənar şəxs kimi 
onlar zəif və güclü cəhətləri qeyd etməklə təklifləri tənqid 
edə bilərlər. 
Layihənin uğuru daha çox layihənin necə işə salmmasm- dan 
asılıdır.  Təklif  nə  vaxtsa  uğursuzluğa  düçar  ola  bilər.  Layihə 
idarəçiliyi üzrə məsləhətçilər öz iş yoldaşlarına layihənin icrasına 
başlamağm nümunəvi təcrübəsini nümayiş etdirə bilərlər. Məsələn, 
onlar  komandanın  üzvlərinə  ilk  növbədə  layihə  qrafıklərini  necə 
işləməyi öyrədə bilərlər. Onlar eyni zamanda layihənin başlanması 
üçün ilk görüşləri necə planlaşdırmağı izah edə bilərlər. Komanda 
üzvlərinin iki və daha çox 
252 


görüşlərin  keçirilməsi  sahəsində  təcrübə  qazanmasından  sonra 
onlann  daha  layihə  məsləhətçilərinin  təlimatlarına  ehtiyacı 
olmayacaqdır. 
Layihə ehtiyaclarının təmin edilməsi 
Layihələr  icra  edilərkən  bir  çox  gözlənilməyən  hadisələr 
meydana  çıxa  bilər.  Məsələn,  çox  böyük  əhəmiyyət  daşıyan 
satıcılardan  biri  iflasa  uğraya  bilər,  kontrakt  ilə  əlaqədar 
münaqişələr baş alıb gedə bilər, yaxud sifarişçi layihənin daha tez 
bir zamanda başa çatdırılması məqsədilə yeni pul vəsaiti ayıra bilər. 
Bu zaman gözlənilən problemlər də meydana çıxa bilər. Yeni layihə 
işçi  heyəti  layihə  üzrə  cəhdləri,  layihə  komandasından  az  şeydən 
çox  şey  yaratmağı  tələb  edən,  büdcənin  səviyyəsinin  aşağı 
düşməsini  və  təşkilatın  strukturuna  daxil  edilən  yeni  layihə 
idarəçiliyi  proseduralanni  necə  planlaşdırmaq  sahəsində  köməyə 
ehtiyac  duyur.  Layihə  məsləhətçilərinin  və  mentorlann  ən  zəruri 
funksiyası sadəcə orada olmaqdır — işçi heyətini ehtiyac duyduqlan 
layihə idarəçiliyi dəstəyi ile təmin etməkdir. 
Layihə  məsləhətçiləri  layihə  üzrə  ehtiyaclarm  vaxtında 
ödənilməsinə  borcludurlarsa,  onlar  ən  müxtəlif  layihə  tipləri  üzrə 
geniş  bilgi  və  təcrübəyə  malik  olmalıdırlar.  Onlar  hər  hansı  bir 
problemin həll edilməsi sahəsində şəxsi biliyə malik deyillərsə, bu 
halda həmin məsələləri həll etmək məqsədilə onlann və komandanın 
ixtiyarında olan məlumat mənbələrinə müraciət etməlidirlər. 
Layihələrin  yerinə  yetirilmə  prosesi  başlandıqca  verilən 
vədlər və müqavilələr tam gücü ilə işləmədikləri üçün uğursuzluqla 
nəticələnir. İcraçı sifarişçiyə altı aylıq işi dörd ay ər 
253 


Yüklə 2,12 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə