Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə20/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   16   17   18   19   20   21   22   23   ...   131

 

64 


“Anamın kitabı”, X.Ə.Adıvarın “Yeni Turan”, Ç.Aytmatovun 

“Əsrdən uzun gün”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ  gəmi”, 

M.D.Aybəkin “Nəvai”, M.D.Auezovun “Yeni nəsil”, 

Y.Səmədoğlunun “Qətl günü”, Anarın “Dədə Qorqud”, 

M.Şeyxzadənin “Cəlaləddin Mənquberdi”, Erkin Vahid, Abdulla 

Arif, Rauf Pərfi, Həlimə Xudayberdi, Gülçöhrə Nurulla və 

başqalarının  əsərləri milli kökə, yaddaşa, folklora qayıdış kimi 

qüvvətli ənənə yaratmışdı. 

İkinci Dünya müharibəsindən sonra dünyada milli azadlıq 

hərəkatı vüsət aldığından o, ədəbiyyat və incəsənətdə keyfiyyət 

dəyişikliyinə  səbəb olmuş, xalqlar və  sənətkarlar öz “Mən”lərinə 

daha yaxından baxmışlar: “Müasir dövrdə milli-azadlıq hərəkatının 

qüvvətlənməsi, müstəmləkəçilik sisteminin məhvə  məruz qalması 

da milli şüurun beynəlxalq miqyasda vüsətli intibahına təkan verən 

başlıca amillərdəndir. Siyasi müstəqillik  əldə etmiş Asiya, Afrika 

və Latın Amerikası ölkələrində milli müəyyənlik yazıçılar, 

incəsənət xadimləri üçün ən vacib məsələlərdəndir” [97, s.66]. 

Xəlil Rza Ulutürkün poeziyasında kökə,  ənənəyə bağlılığın 

fərdi keyfiyyətləri başqalarından onunla fərqlənir ki, onun 

şeirlərində ictimai-fərdi fəallıq, üsyankarlıq, ciddi etiraz, mənfini 

inkar, yenini təsdiq, milli fikir və qayəyə ciddi meyl, milli “Mən” 

fəallığı güclü olmuşdur. 

Şairin “Beşik türküsü”, “Aşıq Novruz”, “Aşıq Alı”, “Apardı 

sellər Saranı”, “Gedər”, “Masallı xatirələri”, “Əlindən gələni 

edərsə  hər kəs” və başqa  şeirlərində folklora, xəlqiliyə orijinal 

baxış; “Qalx ayağa, Azərbaycan”, “Sən mənim vüqarımsan”, “Saz” 

şeirlərində ilkinliyə, soykökə bağlılıq, milli ruh, milli şüur və 

məfkurə, tarixi-müasir yaddaş; “Özünüdərketmə”, “Anlamaq 

səadəti”, “Sevdiyim sənətkara”, “Heç kəs məndən inciməsin”, 

“Xırdalar”, “Sarsılma, cəsur ol” şeirlərində ümumi İnsan surəti, 

özünəqayıdış, özünüinikas, “Çayla- 

  

 



 


 

65 


rımız”, “Dördlüklər”, “Ürəyindən istə mükafatını”, “Dincəliş”, 

“Qorxu”, “Məmməd Araza” şeirlərində  fəal həyat mövqeyi, milli 

ideallara sədaqət, haqsızlıqlara,  ədalətsizliklərə etiraz ruhu 

fərdiləşir. 

Xəlil Rza Ulutürkün poeziyasında milli mənlik  şüuru yalnız 

müasirliklə  aşılanmır. O, özünü əsrlərin dərinliklərindən, tarixin, 

millətin yaddaşından - ənənəvi olandan gətirir. Keçmiş tarixi 

mədəniyyət  ənənəsi hər bir millətin varlığıdır.  Şairə görə folklor, 

milli müəyyənlik olduğu kimi, qədim türk mədəniyyəti, abidələri 

də onun milli şüur göstəricisidir: 



Eraların özülündə 

Ey əbədiyanar ocaq! 

Şumerəcən, Oderəcən 

Ey şöləsi göynən uçan! 

Qalx ayağa, Azərbaycan!  

Qədim mədəniyyətə baxış sadəcə şair təəssüratları olmayıb, bu, 

Xəlil Rza Ulutürkdə intellektual səciyyə daşıyır,  şair elmi 

yanaşmadan da bəhrələnərək, mədəniyyət abidələrinə qiymət verir

onları  əsaslı surətdə poetikləşdirir. “Sən mənim vüqarımsan” 

şeirində  Əbubəkr oğlu  Əcəminin yaratdığı Möminə xatın 

məqbərəsinin təsviri, tərənnümü və müəllif münasibəti əsasında o, 

həm də Naxçıvan memarlıq məktəbini yanlış olaraq, İran memarlıq 

məktəbinə bağlayan burjua alimlərinə elmi-məntiqi cavabdır. Belə 

münasibətdə oxucu ruhu iti, yaddaşı oyaq, milli varlığı güclü qalır, 

bu tarixi ənənədə gələnəkdə bir sonsuzluq, kəsilməzlik yaşayır: 

Alqış! 

Əcdadımın ruhuna alqış, 

Elimə, obama kömək yarandı. 

Sən özün dünyada heç yaranmamış, 

Səni qorumağa Babək yarandı. 

Yağlı tikə üçün gələn yağılar 

Diş qıcıb, 

  

 




 

66 


  

 

dövrənə çox dolanıbdır. 

Burda yüz fatehin havalı başı 

Misri qılınc ilə ağıllanıbdır. 

Gəlsin bir də baxsın Yakobstal, Zarre. 

(“Sən mənim vüqarımsan”)  

Xəlil Rza Ulutürkü kənardan özünəbaxma, özünüdərketmə çox 

düşündürmüşdür. O, tarixi keçmişimizə, milli-bəşəri sərvətlə-

rimizə, müasirliyimizə, istila və fatehliyə baxa-baxa, onu mənən 

özü üçün araşdıra-araşdıra, öz “Mən”inə qayıtmış  və din-dil 

qardaşlarına, vətəndaşlara, insanlara anlatmaq, öyrətmək 

istəmişdir. Xəlil Rzanın özünüdərkində  zəngin bir mənəviyyat

vətəndaşlıq yanğısı, milli tale və aqibət, müqəddəs ideallar və 

məfkurə aydınlığı vardır. Ümumi mənada “İnsan” və  Vətəndaş 

mövzusu Xəlil Rza Ulutürk yaradıcılığında zəngin və orijinaldır. 

Bu şeirlərdə şairin poetik “Mən”i çox fəal və mübariz olduğu qədər 

safdir, əngindir: 



Özünü dərk etmək böyük qüdrətdir, 

Büllur tək saflaşır, təmizləşirsən. 

Bulaq, çay bilirsən bir qurtum suyu, 

Çayları içdikcə, dənizləşirsən. 

( “Özünüdərketmə” )  

Milli  məfkurə    Xəlil  Rzanın  özünüdərkindən,      milli 

“Mən”indən başlayır. Milli özünüdərk bəşəri dərkə  mənəvi 

keçiddir. “Dağlara qalxıram” (1965), “Sevdiyim sənətkara” (1974) 

şeirlərində belədir: 

Mənlikdən başlanır ilk meyar, ölçü 

İlhamın gövhəri tapılmır asan. 

Dünyanı, bəşəri tanımaq üçün 

Ən əvvəl özünü tanımalısan. 

(“Dağlara qalxıram”)  

Milli “Mən” ilk əvvəl şair varlığı, özünüdərki ilə obrazlaşır və 

xalqı, Vətəni dərk etməklə doğulur: 

Anadan bir kərə doğulmaq azdır, 

Yetişib xalq üçün doğulmaq gərək 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə