Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə1/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
  1   2   3   4   5   6   7   8   9   ...   131


 

 



                                                                         

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

 



ƏLİZADƏ ƏSGƏRLİ 

 

 



 

 

 

MİLLİ  İDEAL 

MÜCAHİDİ 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BAKI-“ELM”-2005 

 



 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat  



İnstitutu Elmi Şurasının 12 dekabr 2005-ci il tarixli (protokol 

№7) qərarı ilə çap olunur 

 

Ön söz müəllifi: akademik 



B.Ə.Nəbiyev 

 

Elmi redaktor:   



professor T.Ə.Əhmədov 

 

Rəyçilər:  



Azərbaycan MEA-nın müxbir üzvü

 

  professor 



N.Q.Cəfərov  

 

 



 

f.e.d. N.Ə.Qəhrəmanlı 

 

Əlizadə Əsgərli. Milli ideal mücahidi, Bakı, “Elm”, 2005, səh. 419 



İSBN 5-8066-1780-7 

Kitab müəllifin uzun illər “XX əsr Azərbaycan ədəbi-bədii fikrində milli ideal 

və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)” mövzusunda 

apardığı tədqiqatların əsasında hazırlanmış monoqrafiyadır. 

Əsərin birinci fəslində X.R.Ulutürkün milli özünüdərkinin  şüur və  məfkurə 

qaynaqları tarixi ədəbi proseslə birlikdə ideoloji-bədii olaraq aydınlaşdırılmışdır. 

Bu fəsildə X.R.Ulutürkün milli mənlik  şüurunun xüsusiyyətləri,  İstiqlalçılıq, 

Türkçülük, Vətənçilik, Xalqçılıq və geniş surətdə Azərbaycançılıq baxışları tədqiq 

olunmuşdur. 

İkinci fəsildə X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülü və onun fərdi 

müəyyənlik xüsusiyyətləri, poemalarının tarixə baxış keyfiyyətləri, tarixi 

gerçəklik zəminində  sənətkarın milli xarakterinin təkamülü (lirik “Mən”, lirik 

qəhrəman, lirik şəxsiyyət, milli xarakter) izlənilmişdir. 

Üçüncü fəsildə  sənətkarın  ədəbi-tənqid, bədii tərcümə, publisistika və elmi-

tarixi memuarlarının millilik və bəşərilik xüsusiyyətləri ehtiva olunmuşdur. 

Monoqrafiyada ümumən Azərbaycan  ədəbiyyatının milli ideal və xalq taleyi 

təcrübəsi ümumtürk ictimai-ədəbi fikri zəminində bir sənətkarın yaradıcılığı 

əsasında ümumiləşdirilmişdir. 

Kitab xalqımız, millətimiz və  ədəbiyyatşünaslıq elmi fikrimiz üçün nəzərdə 

tutulmuşdur. Monoqrafiyadan tələbələr, aspirantlar və dissertantlar ciddi surətdə 

faydalana bilər. 

 

Ə



2005

)

07



(

65

4603000000



  

 



 

 


 



 



 

 

O illər - 60-70-ci illərdə Azərbaycanda 

dissident axtarsaydıq, onlar çox idi... Xəlil 

Rza da ən böyük dissidentlərdən biri idi. 

Çünki onun əsərləri həqiqəti deyirdi. Amma 

bu həqiqət o vaxtkı kommunist ideologiyasına 

zidd idi və buna görə də onlar dissident idilər. 

Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq. 

...Xəlil Rzanı da həbs etmək məsələsini 

qoymuşdular. Onu da mən qoymadım, xilas 

etdim. Neçə-neçə belələrini xilas etdim. 

 

 

Heydər Əliyev 

 

  



 

 

 




 



ULU MİLLƏTİMİN ADINA BAĞIŞLAYIRAM 

 

 

 



 

 

 



 

 

Vətən nə Türkiyədir türklərə, nə Türküstan,  



Vətən böyük və müəbbəd bir ölkədir: Turan! 

 

ZİYA GÖYALP 



 

Turana qılıncdan daha kəskin, ulu qüvvət – 

Yalnız Mədəniyyət, Mədəniyyət, Mədəniyyət! 

 

HÜSEYN CAVİD 

 

Biz Türkləriz... Vətənimiz - başdan-başa Yer kürəsi.  

Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi! 

 

XƏLİL RZA ULUTÜRK 

 

 

 



 

 

 



 

 

 



 

 



 



İSTİQLAL ŞAİRİ VƏ ONUN HAQQINDA YENİ 



TƏDQİQAT ƏSƏRİ 

 

Xəlil Rza Ulutürk keçən  əsrin 50-ci illərində yaradıcılığa 

başlamış, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşmiş, 80-90-cı 

illərdə Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizəni 

yaradıcılıq və vətəndaşlıq amalına çevirmiş görkəmli xalq şairidir. 

X.Rzanın yaradıcılığı ilk illərindən  ədəbi ictimaiyyətin diqqətini 

cəlb etmiş, Məmməd Arif, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev, 

Əkbər Ağayev, Qulu Xəlilov,  Şamil Salmanov, bu sətirlərin 

müəllifi və digər alimlər, onun əsərləri haqqında əsasən təqdiredici 

elmi qənaətlərini söyləmişlər. M.A.Dadaşzadə  hələ 1954-cü ildə 

nəşr olunmuş “Yeni nəsil” adlı  məqaləsində  Xəlili “ciddi gənc 

şairlərdən” biri kimi təqdir etmiş, onun “Tarla yolunda” adlı şerini 

“səmimi hisslərin ifadəsi” kimi qiymətləndirmişdi. F.e.n. Mail 

Dəmirli “Xəlil Rzanın poeziyası” (1996), akad. B.Nəbiyev “İstiqlal 

şairi” (2001) adlı monoqrafiyalar yazmış, prof. Yavuz Axundlu isə 

“İstiqlal 

şairləri” (2002) adlı kitabında X.R.Ulutürk 

yaradıcılığından geniş bəhs etmişdir. 

Xəlil Rza oğlu Xəlilov 1933-cü il, oktyabr ayının 21-də Salyan 

bölgəsinin Pirəbbə  kəndində anadan olmuşdur. Babası  Xəlil kişi 

1933-cü ildə “tovariş”lər tərəfindən qara maşına basılıb gedər-

gəlməzə göndərilmişdir. Ailənin ağır məişət qayğıları o zaman 

şairin atası Rza kişinin çiyinlərinə düşmüşdür.  Əkin yeri əlindən 

çıxan ailə güzəran ardınca Salyana köçmüşdür. Xəlil 2 nömrəli 

şəhər orta məktəbinin birinci sinifinə  qəbul edilmişdir.  İkinci 

Dünya müharibəsi başlayanda atası Rza kişi orduya çağırılmışdır. 

O, 1941-1942-ci illərdə Moskva ətrafındakı döyüşlərdə fədakarlıq 

göstərmişdir. 

Xəlilin üzünü görmədiyi babası Rüstəm kişi “əkin üstə” 

bolşeviklər tərəfindən güllələnmişdir. 20-ci illərin sonu, 30-cu 

illərin əvvəllərində Azərbaycan  torpaqları 

 

 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə