Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 212,5 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix06.05.2018
ölçüsü212,5 Kb.
#42892
1   2   3   4   5   6   7   8   9

 

16

zamanı işlənir. ( 15,126). Bu söz digər türk dillərində oğur şəklində işlənsə 

də, bizə elə  gəlir ki, oğuz qrupu dillərdə  məhz  uğur kimi işlənməlidir. 

Çünki ES-in verdiyi bilgiyə görə bu söz türk dilində və qismən də “Dədə 

Qorqud kitabı”nda  uğur  şəklində  işlənmişdir (31, 564-565). Mahmud 

Kaşğari də bu sözü məhz oğuz dilinə aid etdiyi üçün biz də bu sözü oğur 

kimi yox, uğur kimi oxuyuruq. Semantikasına gəldikdə isə istər  DTS-də   

(26, 364), istərsə də ES-də bu sözün məzmunları üst-üstə düşür. Qeyd edək 

ki, Mahmud Kaşğarinin semantikasında “Dədə Qorqud kitabı”nda da bu 

söz uğur şəklində işlənmişdir: “Uğur, bəxt, səadət, xoşbəxtlik”. Yort oğul! 



Uğurın açuq olsun, sağ - əsən varub gələsən, Gələcəgin varsa! – dedilər ( 

12,176). Radlovda  bu sözə  uğur  şəklində “təsadüf, xoşbəxt təsadüf, 

xoşbəxtlik, yaxşı əlamət” semantikasında rast gəlirik (30,1010). Budaqova 

görə, bu söz Azərbaycan dilində oğur şəklində işlənsə də, burada da sözün 

mənaları “tale, təsadüf, yaxşı əlamət, xoşbəxtlik” məzmunundadır (25,140). 

II fəslin ikinci bölməsi  “Mahmud Kaşğari tərəfindən 

müəyyənləşdirilən müştərək mənşəli oğuz leksikası”  adlanır. Bu 

bölmədə göstərilir ki,  I fəsildə qeyd etdiyimiz kimi, ilk növbədə “Divanü 

lüğat-it-türk”  əsərinə  və eyni zamanda, elmi ədəbiyyata  əsaslanaraq, 

qətiyyətlə demək olar ki, oğuzlar digər türk tayfaları ilə daima təmasda 

olduqlarına görə onların dillərindən müəyyən sözlər almaqla bərabər, özləri 

də bu dillərə böyük təsir göstərmiş  və qonşuluqda yaşayan türk xalqları 

oğuz leksikasından  əsaslı surətdə yararlanmışlar.  Şübhəsiz ki, belə bir 

qarşılıqlı  əlaqələrin nəticəsində  oğuz dili ilə qonşuluqda yaşayan türk 

xalqlarının müştərək leksikası meydana gəlmişdir. Həmin leksik vahidlərin 

bəziləri aşağıdakılardır.  



 

 ﺖﭬا  ƏWƏT : “bəli”, “oldu” mənasında bir sözdür. Bunun üç 



cür tələffüzü var. Yağma, toxsi, qıpçaq boyları  “əwət”, oğuzlar 

“əmət/əvət”, digər türklər “yəmət” deyirlər (15,124). DTS-də  bu sözə 

əvət  şəklində, Mahmud Kaşğarinin semantikasında rast gəlirik (26,189). 

DQK-da da bu söz əvət  şəklində  işlənmişdir: “Bu yaxşı yigitlərin canını 



sənmi alursan?” – dedi: “Əvət, mən aluram”, - dedi; Dəli Domrul aydır: 

“Mərə, al qanatlu əzrayil, sənmisən?”- dedi: “Əvət, mənəm”, - dedi; Əvət, 

həm mana eki adam verin, yeməgün bənim bişürsün, mən yiyəyim (12,85). 

ش  دا  İDİŞ : qədəh, piyalə. Yağma, toxsı, yəmək, oğuz və 

arğuların dillərində tas, tava, ləyən, qazan kimi hər  şeyə idiş deyilir 

(15,131). DTS-ə görə bu sözə digər türkdilli abidələrdə  də,  əsasən, 

Mahmud Kaşğarinin fonetikası və semantikasında təsadüf edirik (26,203). 

ES-ə görə  bu söz bir sıra türk dillərində, eyni zamanda, abidələrdə  də 




 

17

işlənmişdir. Belə ki, digər abidələrdə  və türk dillərində      bu  sözə  idiş 



forması əsas olmaqla, ıdıs/ idis/ ides/ edis/ ediç/ ədiş fonetik variantlarında 

da rast gəlirik. Lakin ES-ə görə bu söz bütün türk dillərində və abidələrdə 

yenə  də Mahmud Kaşğarinin semantikasında – “qədəh, qab-qacaq” 

mənalarında işlənmişdir (31,328). Radlov da bu sözü idiş şəklində verərək, 

“qab, vaz” mənasında  izah edir (30,1510). Budaqova gəldikdə isə o, bu 

sözün türk dillərində idiş/ıdıs fonetik variantlarda işləndiyini qeyd edərək, 

“ümumiyyətlə qab-qacaq” məzmununu əks etdirdiyini bildirir (25,183). 

قرا ARIK : arıq, zəif, cılız. Oğuz və qıpçaq dillərində (15,135). 

Mahmud Kaşğaridə bu söz qaf ilə  arıq  şəklində verilmişdir. DTS-də bu 

sözə digər abidələrdən gətirilən nümunə ilə, Mahmud Kaşğarinin fonetika 

və semantikasında təsadüf edirik (26,52). Budaqovda isə bu sözə 



aruq/ariq/ariğ/aruğ/arıx  şəklində rast gəlirik ki, bu sözün mənası “arığ, 

incə” deməkdir (25,34). Radlovda bu söz arık  şəklində qeydə alınaraq, 

“arıq, zəif, zəifləmiş, xəstə” mənalarında əks olunmuşdur (29,268). Bu söz 

DQK-da da işlənmişdir: Simüz qoyun, arıq toqlı sənin qapundan kafərlərə 



vermədim; Altında Al ayğırı arıq oğlan; Simüzin al, aruğın qo; Aruq 

candan eki qarındaşı Dəpəgöz əlində həlak oldı (12,22). 

ﻎﻳا AYIĞ : ayı. Oğuz, qıpçaq və yağma ləhcələrində “adhığ” 

sözü yerində işlənir (15,149). Bu sözə DTS-də həm ayığ və həm də adığ 

şəklində, Mahmud Kaşğarinin fonetikası  və semantikasında rast gəlirik 

(26,10-29 ). ES-də isə bu sözə ayı şəklində təsadüf edirik. Lakin ES-ə görə 

türk dillərində  və  mənbələrdə  bu söz bir sıra fonetik variantlarda 

işlənmişdir: ayub/ əyub/ ayu/ ayıb/ azığ/adığ/ayığ və s. (31,112). Budaqov 

da bu sözü ayu/ayi/əyi şəklində, “ayı” mənasında verir (25,215). Radlovda 

isə bu söz ayıq şəklində, “ayı” mənasında qeydə alınmışdır (29,220). 

ﮏﻤﺑا  ƏPMƏK : yağma, toxsı boylarının, oğuzların və 

qıpçaqların bir qisminin dilində “çörək” deməkdir. Bunun ərəb dilində 

örnəyi vardır. Məxrəc qalınlığı  səbəbilə    p  hərfinin vav hərfinə, vav 

hərfinin t hərfinə çevrilməsi kimi; necə ki, and içərkən billah, vallah, 

tallah deyilir. Fəqət bu qayda türkcəyə uyğun deyil (15,164). Bu sözə 

DTS-də  epmək  şəklində, Mahmud Kaşğarinin semantikasında rast gəlirik 

(26,175). Azərbaycan dilinin Şəki, Ağdam, Bolnisi, Gədəbəy, Goranboy, 

Qarakilsə, Mingəçevir, Tovuz, Yevlax, Göyçay, Kürdəmir, Ağdaş, Culfa, 

Naxçıvan,  Çəmbərək, Dərbənd dialektlərində  bu söz epbex’, əpbəx’, əppək 

,  əpbəy, əppəg, əppəy şəkillərində işlənir (3,151-163 ). 

 

ﻰﺘﺷا  AŞATTI : yedirtdi, “ol manqa aş  aşattı= o mənə yemək 

yedirtdi”. Bu sözü türklər ən çox xanların, bəylərin ziyafəti haqqında 



Yüklə 212,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə