Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə14/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

57
Eylədinsə təşnələb imdadsız təslimi-can,
Bin nəfər məzlumə verdin tazədən ruhi-rəvan.
Gül kibi soldın susuzdan, gördin artıqraq cəfa,
Baği-İslamı suvardın qan ilə, verdin səfa.
Mali-dünyayə uyub, bey`ət Yəzidə etmədin,
Aciz insanlar kibi başqa diyarə getmədin.
Eylədin Allah yolunda sən fədayi-mülkü mal,
Mülkü malından səva nazəndə övladü əyal.
Milləti-İslamə oldın ölmək ilə müqtəda,
Biz dəxi etdik sana bu yolda əlhəq iqtida.
Bax, bizi etmiş əhatə qövmi-üdvan, ya Hüseyn,
Hər tərəfdən seyltək axmaqdadır qan, ya Hüseyn.
Münacatı təmam etdikdən sonra beş yüz nəfərlə
Əbdürrəhmanın imdadına gəldi. Hər iki tərəfdən var
qüvvələrilə çarpışdılar. Übeyd Ziyadın ordusından iki
bin əskər tələf oldı. Meydan məqtullərin qanından
əlvan bir laləzara dönmişdi. Übeyd Ziyad ordusında
məğlubiyyət asarı hiss edincə çadırına müraciət edüb
yarasını  bağladı.  Bə`də  qırx  bin  əskər  ilə  igirmi  bin
nəfərdən ibarət olan İslam ordusına hücum etdilər. Bu
hücumda İslam ordusı geri çəkildilər. Hətta qaçmaq
istəyürdilər. Əbdürrəhman və atası Səid əhvalı böylə
gördikdə  əmmamələrini əllərinə alub: “Haydı
qardaşlarım, qaçmaq zəmanı degil, qaçarsanız
evinizdən dışarı çıxarılub doğranacağınıza əmin
olmalısınız” - kibi sözlər söyləməklə  əskərləri dübarə
müharibəyə qaytardılar. Lakin az və yorğun
oldıqlarına görə dəvam edə bilməyüb şəhərə qaçdılar.
Əbdullah Əfifin qulları  İslam ordusının məğlub


58
olmasını görincə  Əbdullahı yalnız buraxub qaçdılar.
Əbdullah nəhayət əcz və ilhah ilə onları qaytarub
də`vayə məşğul etdi. Vuruşma əsnasında Səid
Mixnəfin atı yıxılub Səid yerə düşdi. Übeyd Ziyad
dərhal bir zərbeyi-zalimanə ilə Səidin sağ qolını qələm
etdi. Aqibət bədənində çox yara oldığından yerə
yıxıldı. Übeyd Ziyad müşarileyhin bədəni üstində at
sürüb həlak etdi.
Əbdürrəhman meydanda atasını o halda görincə
son dərəcədə qəhrlənüb intiqam qəsdiylə özüni Übeyd
Ziyadə yetürdi. Dərhal onı bir zərbə ilə yaraladı.
Übeyd Ziyadın ordusı  Əbdürrəhmanı aralığa aldılar.
Əbdürrəhman Zəhir dəxi Əbdürrəhman Səidin
imdadına gəldi, nəhayət şiddətli bir vuruşma əmələ
gəldi. Əbdürrəhman Zəhir şəhid oldı. Əbdürrəhman
Səid dəxi dəvam edə bilməyüb fərarə məcbur oldı.
Übeyd Ziyad şəhərə hücum edüb qarşısına çıxan
kimsəyi qətlə yetürdilər. O gün İslam ordusından beş
bindən ziyadə qətl oldı.
Əbdullah Əfifi, qızı Ümmi Amir və qulları evinə
gətürdilər. Bədənində ondan çox yarası var idi. Gecə
oldı. Übeyd Ziyadın şəhəri almaq xəbəri Kufənin hər
bir tərəfinə yayıldı. O vəqt Kufə əhli Əbdürrəhmandan
e`raz edüb Übeyd Ziyadə bey`ət etdilər.
Əbdürrəhman qalmış  əskər ilə Bəni Xüzeyməyə
getdilər. Bəni Xüzeymə Kufənin xaricində bir kənd idi.
Übeyd Ziyad qəsrinə gedüb qəsrini o növ` ilə yanmış,
bərbad gördikdə dünya gözinə qaralub, acığından
dodaqlarını çeynəyürdi. Övladı, arvadı yanına gəlüb


59
əhvalatı ibtidadan intəhayə qədər söylədilər. Lakin
Muxtarın və xəzinənin tələf olmadığından son
dərəcədə dilşad oldı.
Səbahı güni dəxi İslam ordusının təfriqəsiylə
vuruşma oldı. O vuruşmada İslam ordusından
bəqiyyətüs-seyf olan bin nəfər təmamilə qətl oldı. Hər
iki tərəfdən on bin kişi qətl olmışdı. Məqtulları
basdırdılar. Tariq Ə`məş və  Əmir Tariq qaçub
gizləndilər. Übeyd Ziyad Əbdullah Əfifi dutmaq üçün
əskər göndərdi. Əskərlər gəlüb Əbdullahın evini əhatə
etdilər. Rəvayətə görə, Əbdullah qızının: “Baba,
sağdan gəldi, baba, soldan gəldi” - deməsiylə bir qədər
vuruşmadan sonra hər ikisini əsir etdilər. Kufənin
sərvətdarlarından  məhsub  olan  ibn  Cündəb
Əbdullahın imdadına gəldisə də, qoca oldığından bir
şey  bacara  bilməyüb  əsir  düşdi.  Übeyd  Ziyad
Əbdullahı bir çox həqarətamiz sözlərlə dilgir etdikdən
sonra hökm edüb qızı ilə özini Muxtar olan
həbsxanəyə saldılar. Evini büsbütün qarət etdilər.
Bə`də Übeyd Ziyadın hökmi ilə Kufədə idareyi-
ürfiyyeyi-əskəriyyə qurdılar. Məznun və müttəhim
olan adamları e`dam etdilər.
Sahibi-şərt Tariq Ə`məşlə  Əmir Tariqi axtarub
*
Kufə  əhalisinə:  “Onları  tapan  kimsəyə  on  bin  dinar
nəqd, on at, on dəst xəl`ət veriləcək və əmirin xassələri
*
 Tariq 
Ə
’m
əş
 v
ə Ə
mir Tariq bir-biril
ə
ril
ə ə
mio
ğlı
 v
ə ə
silzad
ələ
rd
ə
n idil
ə
r.

zr
ə

Ə
li 
ə
leyhiss
ə
laml
ə
 C
əmə
l v
ə
 Süffeyn d
ə
’val
ə
rind
ə
 i
ş
tirak etmi
şlə
r.

hay
ə
t böyük hün
ə
rl
ə
r göst
ə
rdikl
ə
rin
ə
 gör
ə
 o 
ə
srin q
ə
hr
ə
manlar
ı
ndan
hesab olun
ı
rdular. (
Ə
.Müznib)


60
sırasına keçəcəkdir” - ixtarını bildirdi. Hər yerdə Ali-
Rəsulın (ə) dustlərindən görürdilər, qətl edirdilər.
Übeyd Ziyad bin beş yüz mücahidini-İslamın
başlarıyla Əbdullah Əfifin əmvalını dəvələrə həml
edüb, bin nəfər əskərə qomanda olan Büğra adınlı bir
şəxs ilə Şama - Yəzidin hüzurına göndərdi.
Əmma Tariq Ə`məş və  Əmir Tariq ordularını
böylə pərişan və məğlub gördikdə qaçub xristianlar
küçəsində bir həyətə girdilər. Orada bir kişi oturmış,
boynında xaç, İncil oxuyur. Həman kişinin adı Yuza
idi, İbn Ziyadın həkimi idi. Lakin bunlar hər ikisi
gözəl surətli və  şüca` oldıqlarından ev sahibinin
nəzərini cəlb etdi. Onlardan kim oldıqlarını sordıqda,
onlar macəranı nəql edüb, əman istədilər. Yuza isə
qonaqsevən oldığından onların əmanını qəbul və
pənahda olmalarını bəyan etdi. Yuza onların gündəlik
yeməklərini lazımınca verüb, nəhayət onlara e`zaz və
ikram etdi. Bir qulluqçı onların qulluğına tə`yin eylədi.
Əmma  Übeyd  Ziyadın  Büğraya  bin  nəfər  əskər
verüb, qarət etdigi malları və kəsilmiş başları  Şama
göndərdigini və onların Şakəriyyədən keçüb Nəcəfə
getməklə Kufə çölində iqamətlərini eşitdikdə artıq
dərəcədə təəssüf edüb deyürdilər:
- Əgər bir adam tapsa idik, göndərüb
Əbdürrəhmanı bu əhvaldan xəbərdar edərdik.
O halda Yuzanın qulamını çağırub dedilər:
-  Səni  bir  qulluğa  göndərmək  istəyürik,
gedərmisən?
Qulam:


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə