Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə2/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   2   3   4   5   6   7   8   9   ...   71

7
Cəmaət bu danışıqdan, Həzrətin (ə) müharibəyə
meylsiz oldığını anladılar. İraq əhalisi toplanub
*
 bir
tərzi-üsyankaranə ilə Həzrətə (ə) ordusını Kufədən
dışarıya çıxarmağı ixtar etdilər. Həzrət (ə) cəmaəti
həyəcandə  görüb  başqa  bir  əlac  tapa  bilmədigi  üçün
Kufədən xaric oldı. Qeysi pişdar təy`in edüb on iki bin
əskər  ilə  irəlücə  göndərdi.  Qeys  gedüb  Şam
sərhəddində qaldı. Həzrət dəxi dörd bin nəfər ilə
Mədayinə gəlüb altı ay Kəsranın qəsrində iqamət etdi.
O zəmanda Məkkeyi-mükərrəməyə Həzrət Əli
əleyhissəlamın sağlığında tə`yin olunmış Müğirə
adınlı bir şəxs əmir oldı. Həzrət Əli (ə) şəhadətə
yetişdikdən  sonra  Müaviyə  Məkkəyə  fərman
göndərüb öz təklifini bəyan etdi. Əbdullah Əbbasın
qardaşı dəxi Məkkədə idi.
Həzrət Əlinin (ə) şəhadətindən sonra cəmaət
Həzrət İmam Həsənin (ə) də`va etməyəcəgini anlayın-
ca hər biri bir hiylə ilə bir tərəfə qaçmağa başladılar.
Əksəri Müaviyənin yanına getdilər. Əbdullah Əbbasın
qardaşı Müaviyəyə məktubən müraciət edüb Bəsrə
var-dövlətinin hesabını ondan istəməmək şərtilə
yanında olmağını bildirdi. Müaviyə qəbul etdi.
Mərqum əvvəl Müaviyənin yanına və oradan
Məkkəyə əzimət etdi.
*
 Oxucular
ımı
z buras
ını
 bilm
ə
lidir ki, üsyan h
ə
r z
ə
man
ədə
 zühur
olm
ış
dur. Zira, z
ə
man
ı
n t
ə
’sirind
ə
n c
ə
ma
ə
td
ə
 öyl
ə
 bir inqilab, öyl
ə
 bir
həyə
can 
əmələ
 g
ə
lür ki, daha “bu imamd
ı
r, bu filand
ı
r, özü bilür nec
ə
idar
ə
 eyl
ə
r” - dey
ə
 özl
ə
rini sakit ed
ə
miyorlar. O sur
ə
td
ə
 c
ə
ma
ə
tin böyl
ə
işlə
rin
ə
 t
əə
ccüb etm
əmə
lidir. (
Ə
.Müznib)


8
Ondan sonra əskərlər Həzrətə qarşı üsyan edüb
sərapərdəsinə hücum etdilər. Həzrəti bıçaqla yanından
yaraladılar. Müaviyə dəxi fürsəti qənimət bilərək Şam
alayı ilə gəlüb İraq sərhəddində “Məskən” deyilən bir
yerdə təvəqqüflə müdaxiləyi gözləyürdi.
Həzrətin xassəsi ilə Müxtarın əmisi, Səqəfili
Məs`udın oğlı Səid idi. Əshab dərhal məhafə
*
 götürüb
Həzrət Səidin evinə yetürdilər və: “İmamı (ə) gətürüb
evinizdə qoymaqla sizə tapşırdıq” - deyə səslənüb geri
qayıtdılar.
Muxtar həman səsi eşidincə yuxarıdan enüb
əmisinin yanına gəlüb dedi:
- Əmi, böyük bir dövlətə malik olmağın üçün
sana bəşarət verirəm.
Əmisi səbəbini sordı.
Muxtar:
- Budur, İmam Həsəni (ə) məhafəyə qoyub evimi-
zə gətürdilər. Qalx, əl-qolını bağlayub Müaviyənin
yanına göndər, o vəqt Müaviyə sana istədigini verər.
Əmisi bu sözləri eşitdikdə acıqlanub dedi:
- Vay olsun sana, ey Muxtar! Həzrət Həsənin (ə)
cigərguşeyi-Mühəmməd əl-Müstəfa (s), nuri-dideyi-
Əliyyül-Mürtəza (ə), arami-dili-Zəhra (s.ə) oldığını
bilməyürmisən? Bu nə sözlərdir söyləyürsən, həzər,
söylədiklərindən tövbə et.
Muxtar peşiman olub:
- Əmi, tövbə etdim - deyə üzr istədi.
*
 M
ə
haf
ə
 o 
ş
ey
ə
 denilir ki, yaral
ıyı
, yaxud azarl
ıyı
 on
ı
n üstin
ə
 qoyub

rargah
ə
 g
ə
tür
ə
rl
ə
r. (
Ə
.Müznib)


9
Ondan sonra qapunı açub Həzrəti (ə) evə
gətürdilər, gizli bir yerdə saxlayub lazımınca
qulluğında olmaqla, sağalıncaya qədər yarasına
müalicə  etdilər.  Ravinin  dediginə  görə  Muxtar
deyərmiş ki, bən əvvəllərdə  Əhli-Beytlə (ə) nəhayət
dərəcədə düşmən idim. Ələttəsadüf biri Həzrət Əlinin
(ə) adını yanımda söyləmiş olsaydı, tüklərim
bədənimdə biz-biz olardı. Lakin sonralarda bəni öz
hissiyyati-insaniyyətkaranəm Ali-Rəsulın (ə) dustdarı
olmağa vadar etdi.
Həzrət İmam Həsənin (ə) vəfatından sonra Kufə
cəmaəti ittifaq edüb İmam Hüseyn əleyhissəlamə
hədsiz  məktublar  yazdılar:  “Ya  Hüseyn  (ə),  yəbnə
Rəsulullah (s), mərhəmət edüb Kufəyə gəlməlisən. Biz,
ümumiyyətlə, sana bey`ət edüb Yəziddən vilayətləri
alub sana təslim etməgi dəröhdə edirik” - deyə Həzrəti
(ə) Kufəyə də`vət etdilər. Həzrət (ə) məktubı alınca
Müslimi çağırub buyurdı:
- Bana bey`ət almaq və lazimeyi-mə`lumat
vermək üçün Kufəyə getməlisən.
Müslim dərhal Həzrətin (ə) fərmanı mövcibincə
Məkkədən çıxub Kufəyə əzimət etdi. Kufəyə vürud ilə
cəmaəti bey`ətə də`vət eylədi. Cəmaət dəxi bey`ət
etdilər.
Ən əvvəl Müslimə bey`ət edən Muxtar oldı. Dedi:
- Ya Müslim, əgər İmam Hüseyni (ə) tapar isəm,
canım var ikən onın qarşısında ə`da ilə müqatilə edüb
canımı təslim edərəm.


10
Xülasə, Kufə cəmaətinin əksəri Müslimə bey`ət
etdilər. Güni-gündən tabe`ləri çoxalırdı. Bu xəbər
Yəzidə yetişincə  İbn Ziyadə (o vəqt Bəsrə valisi
(qubernatoru) idi) məktub yazmaqla Kufəyə getməgi
və  İmam Hüseyn (ə) üçün bey`ət almağa gələn
Müslimi  dutub  Şamə,  onın  yanına  göndərməgi  hökm
eylədi.
İbn Ziyad məktubı oxuyınca dərhal əsakiri-
mövcudəsiylə Kufəyə azim oldı. Müslim xəbərdar
olub  Haninin  evində  gizləndi.  İbn  Ziyad  Hanini
çağırub  Müslimi  ondan  tələb  etdi.  O  isə  bir  cəvabi-
dəliranə ilə onı rədd və Müslimi verməkdən imtina`
etdi. Nəhayət, bu imtina`yə görə ziyadə  əziyyətlərlə
həbsə  məhkum  oldı.  Oğlı  Əmman  xəbərdar  olub
müsəlləh oldı. Müslim dəxi silahə sarılub mübarizəyə
amadə oldı.
Muxtar, İbn Ziyadın Müslim ilə də`va edəcəgini
eşitdikdə dərhal onın imdadına yetişüb fədakar
olmağını özinə vacib edərək getməgə qəsd etdi. O gün
Muxtar şəhərdə degildi, xaricə çıxmışdı. Filfövr
qulamlarını toplayub Kufəyə gəlməgə başladılar.
Yolın ortasında gördilər ki, bir şəxs heyran və
sərgərdan oturmuşdır. Muxtar iləri yüriyüb Müslimin
halını sordı. Kişi cəvab vermədi. Muxtar keçüb başqa
bir kora təsadüf etdi. Onı dəxi bir fali-bəd hesab etdi.
Ondan da keçdikdən sonra heç bir şəxsi görməyüb
peşiman oldı ki, nə səbəbə ondan əhval sormadım.
Yenə dübarə qayıdub dedi:
- Əmi, hansı qəbilədənsən?


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə