Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu əlabbas müZNİb muxtarnamə



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə13/71
tarix14.07.2018
ölçüsü1,23 Mb.
#55629
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

53
Übeyd Ziyadın arvadı  əhvalı böylə gördikdə
oğluna  dedi  ki,  atan  Übeyd  Ziyadı  bir  məktubla  bu
haldan xəbərdar et. O dəxi atasına məktub yazdı,
qullarından birinə verüb, daş ilə Kufənin xaricinə
atmağa hökm eylədi. Qul dəxi bir daşa bağlayub
Kufənin xaricinə - Übeyd Ziyadın ordugahına atdı.
Übeyd  Ziyadın  qulları  məktubı  götürüb  Übeyd
Ziyada verdilər. Oxuyub əhvaldan müttəle` olunca
dərdinin kəsrətindən özüni şaşdırub nə kibi çarədə
oldığını bilmədi. Ətiyyə ibn Salimi çağırub dedi: “Ya
Ətiyyə, gedüb ixtarımı  İslam ordusına e`lam et.
Başqasını göndərərsəm, artıq-əksik söylər. Ona binaən
gedüb Übeyd Ziyad tərəfindən sifarişçi oldığını
bəyanla söylə. Übeyd Ziyad deyür ki: Ey Səid,
Allahdan  qorx,  öz  evinə  müraciət  et.  Bu  adamlarla
bərabər olma. Sənin bu günahını  əfv etdim, aldığın
malları sana bağışladım. Həbsxanədən azad etdigin
adamlar dəxi sənin olsun. Ancaq ikimiz şəhərdə hazır
olub minbə`d, bundan sonra biri-birimizlə yaxşı
müamilatda olmağa müahidənamə  əqd edək. Biləks,
qəbul  etməz  isən,  Kufədən  xaricə  çıx,  müharibə
etməliyik”.
Ətiyyə Übeyd Ziyadın fərmanı mövcibincə gəlüb
ordudan xaric olunca: “Əman verin, bən Übeyd Ziyad
tərəfindən sifariş gətürmüşəm” - deyə bağırmağa
başladı.  O  surətlə  səlamət  Əbdürrəhmanın  hüzurına
gəldi.  Əbdürrəhman  nə  səbəblə  gəldigini  sordı.  O,
əhvalatı bütün-bütünə söylədi.


54
Əbdürrəhman: “Biz bu yolda ölümdən
qorxmayırıq. Bu gün, bu gecə sizə möhlətdir” -
cəvabını verməklə müharibəni qəbul edüb onları yola
saldı.
Ətiyyə qayıdub eşitdigini Übeyd Ziyada söylədi.
Übeyd Ziyad cəvabi-fövqəl-bəyanı eşitdikdə hökm
edüb  altmış  nəfər  əskər  tərtib  və  tənzim  üzrə  hazır
etdilər. Hamusına xəl`ət və bəxşışlər verüb
müharibəyə təhris etdi.
Əmma Əbdürrəhman sifariş gətürənlərə cəvab
verüb yola saldıqdan sonra atasının və  Əbdullah
Əfifin yanına gəlüb macəranı bəyan etdi.
Əbdürrəhmanın beş qardaşı var idi, hamusını çağırdı.
Tariq Ə`məş və  Əmir Tariqi dəxi ehzar etdi. Übeyd
Ziyada göndərdigi sifarişi onlara söylədi. Onlar dəxi
işi  də`vayə  qərar  verdilər.  Dərvazənin  açılmasını
məmnu`  etdilər.  Dərhal  on  bin  nəfər  atlı  və  piyadə
əskər təhti-nizamə aldılar. Atlılar, qabaqca piyadələr,
onların  arxasınca  sağ  və  sol  cinah  tərəfləri  tənzim
edərək hərəkətə hazır etdilər.
Əbdürrəhman beydəqi başı üstində açdırdı. Kufə
şəhərində dəhşətli bir həyəcan qopdı. Gərək düşmən,
gərək dostdan igirmi bin nəfər arvad-kişi biri-
birilərinə qarışdılar, hamunı qorxı əhatə etmişdi.
Əbdullah Əfif, Tariq Ə`məşi və  Əmir Tariqi
çağırub hər birinə iki yüz əskər verdi. Qarurə atan
qaraqulları pişdar qərar verdilər. Səid Mixnəf,
Əbdürrəhman Səid və  Əbdürrəhman Zəhir hər üçi
təhti-qomandalarında üç bin yüz əsakiri-hərbi ilə


55
Kufədən  dışarı  çıxdılar.  Səid  sərəskər  olub,  ordunın
sağını  Əbdürrəhman Səidə, solını  Əbdürrəhman
Zəhirə, cinahı qardaşı  Əbubəkr Mixnəfə verüb, özi
ordunın ortasında başı üstində beydəq açaraq qərar
dutdı. Hər iki ordu, biri-birlərinə baxub, mübarizin
hansı tərəfdən meydanə gələcəgini gözləyürdilər.
O  halda  İslam  ordusının  sağ  tərəfindən
Əbdürrəhman Səid, meydanə at sürüb əşqiyadan
mübariz istədi. Übeyd Ziyadın ordusı  Əbdürrəhman
Səidin  hərif  istədigini  görincə,  sögid  yaprağı  kibi
titrəməgə başlayub biri-birilərinin yüzlərinə baxaraq
durdılar. Kimsədə meydanə gəlməgə cür`ət olmadı.
Übeyd Ziyad ordunı öylə gördikdə iləriləyüb:
“Hər  kim  meydanə  gedüb  bunın  kəsilmiş  başını,
yaxud özüni diri dutub gətürərsə, ona bir çox bəxşişlər
Mosul və Təkrib şəhərlərinin valiligini verərəm və
Yəzidin yanında məqbul edərəm” - kibi və`dələr və`d
etdikdə, şücaətli xadimlərindən biri meydanə at sürüb
Əbdürrəhmana  bir  ox  atdı.  Əbdürrəhman  onı  rədd
edüb bir zərbə ilə onı xaki-həlakətə yıxdı. Bir başqası
gəldi  o  dəxi  qətl  olundı.  Bu  növ`  ilə  Übeyd  Ziyadın
neçə  məşhur  atlılarını  öldürdi.  O  halda  Fəttah  adınlı
bir pəhləvan meydanə yüz qoydı. Aralarında neçə
zərbeyi-qəhrəmananə rəddü bədəl oldığdan sonra
Əbdürrəhman bir nizə zərbəsilə onı da həlak etdi.
Übeyd  Ziyad  son  dərəcədə  sıxılub  əskərlərinə:
“Bən gedirəm, məğlub oldığım halda xilasıma çalışın”
- deyə vəsiyyət edərək meydani-müharibəyə gəldi,
Əbdürrəhmana itab ilə dedi:


56
-  Sənmi  bənim  ə`vanımı  öldürirsən?  Yəzidin
dünyanı titrədən səlabətindən qorxmıyurmısan?
İstiğfar  et,  sana  hansı  vilayətin  valiligini  istər  isən,
verərəm.
Əbdürrəhman:
-  Bən  nəinki  Yəziddən,  bəlkə  bütün  Yəzid  kibi
zalimlərin ümumindən qorxmayuram, zira fədakari-
Hüseynəm (ə). Əlhal nəzərimdə sənin vilayətindən və
özindən alçaq bir şey yoxdır.
Übeyd Ziyada qəhr qələbə edüb hücuma qəsd
etdi. Əbdürrəhman məcal verməksizin bir nizə onın
ağzından vurdıqda, Übeyd Ziyad qalxan ilə nizəni
rədd etdisə də, ağzından keçüb sol qolına dəgdi.
Übeyd Ziyad filfövr qılınc ilə vurub Əbdürrəhmanın
nizəsini iki böldi. O halda əskərlərinə etdigi vəsiyyət
mövcibincə beş yüz nəfər birdən meydani-müharibəyə
hücum edərək Əbdürrəhmanı aralığa aldılar.
Əbdürrəhman dəfəat ilə də`valar gördiginə görə
onların o hücumi- rubəhanələrindən əsla mütəəssir
olmayub bizzat şücaəti sayəsində dəvam etməklə
onlardan  bacardığı  qədər  də  öldirirdi.  Vuruşma  son
dərəcədə şiddətləndi. Nəhayət bu vuruşma hər tərəfin
heyrətinə mövcib olmışdı.
Əmma Səid, oğlı Əbdürrəhmanı  əşqiya arasında
yalnız gördikdə yüzini Kərbəlayə tərəf döndərüb
böylə bir münacata başladı:
Ey batan Kərbübəla dəştində nahəq qaninə,
Tab edən Ali-Rəsulın atəşin əfğaninə.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə