Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə3/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   2   3   4   5   6   7   8   9   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
9
masını zərurətə çevirməklə, fond bazarının təşəkkülünü tarixi-
iqtisadi baxımdan labüdləşdirirdi.
Fond bazarları kapitalizmin ilkin yığım, formalaşma dövründə
təşəkkül tapmaqla, bu ictimai-iqtisadi formasiyanın inkişafının
sürətlənməsinə də təkan vermiş oldu. Müvafiq bazarların tədqiqi
ilə bağlı onun əsasını təşkil edən birja sözünün mənşəyinin aydın-
laşdırılması xüsusi zərurətdən irəli gəlir. Bu söz öz mənşəyini latın
dilində olan “Borsa” – portmanat sözündən götürsədə [55, 61],
onun formalaşması Brjuqe şəhərində fəaliyyət göstərmiş iri tacir,
kapital sahibi Berz ailəsinin fəaliyyəti ilə bağlı olmuşdur [63].
Məhz həmin ailənin gerbirini, o dövr üçün simvolunu “üç portma-
nat”ın  təsviri əks etdirirdi. İlk fond birjası Amsterdamda XVII
əsrdə yaranmış və ilk birja sövdələşməsi isə 1631-ci ildə Antver-
pendə həyata keçirilmişdir. Artıq iqtisadi inkişafın və ticarət
əlaqələrinin çoxşaxəliyi nəticəsində İngiltərədə XVII-XIX əslərdə
fond birjaları öz inkişaf dövrünü yaşamayırdı. Bu amil İngiltərədə
bazar iqtisadiyyatının inkişafı və dünyada onun iri kapitalist döv-
ləti kimi mövqeyinin güclənməsi ilə üzvü sürətdə baglı idi. Birjala-
rın inkişafının ilk dövrləri dövlət borclarının artması ilə xarakterizə
olunurdu. Belə ki, dövlətin qiymətli kağızları və digər istiqrazlara
yönələn maliyyə resursları, kapital istənilən vaxt pul vəsaitləri
şəklində geri qayıtmaq imkanlarına malik olmalı idi.
Müvafiq əməliyyatlar birjada yerləşdirilən vəsaitlərin gəlirliyinə
və likvidliyinə təminat verirdi. XVII əsrdə ilk səhmdar
cəmiyyətlərinin meydana gəlməsi nəticəsində birjaların dövriyyə
obyekti bu cəmiyyətlərin səhmləri oldu. Xüsusilə, burada İn-
giltərənin Şərqi-Hind və Qərbi Hind kompaniyaları öz mövqeyi və
əhəmiyyətliliyi ilə seçilirdi. Həmin kampaniyaların fəaliyyəti eyni
zamanda dövlət borclarının formalaşması ilə də sıx bağlı idi. Çün-
ki müvafiq kompniyalar, səhmdar cəmiyyətləri yaradılarkən onlar
öz kapitallarının bir hissəsini dövlət borclarının örtülməsinə
xidmət edən istiqrazlara yönəltməli idilər. Rəqabət mühitinin geniş
təşəkkül tapmaması və koloniyalardakı ticarətdən yüksək gəlirliyin
təmin olunma şəraiti kompaniyaların səhmlərinin kəskin şəkildə


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
10
artmasına təsir göstərməklə, birja fəaliyyətinin və möhtəkirliyinin
də yüksəlməsinə  əlverişli zəmin yaradırdı. Məhz bu baxımdan
fond birjaları ilkin kapital yığımının təminatçısı kimi öz zəruriliyi
ilə səciyyələnirdi. Iqtisadi-ticarət əlaqələrin əhatə dairəsinin əhə-
miyyətli şəkildə genişlənməsi və təkmilləşməsi, bazar müna-
sibətlərinin forma və tənzimlənmə mexanizminin inkişafı artıq bu
dövrlərdən başlayaraq fond bazarlarının formalaşmasını və fəaliy-
yətini şərtləndirən başlıca səbəblərə çevirilməkdə idi.
Fond birjalarının əhəmiyyəti xüsusilə, kapitalizmin stabil
yüksəliş dövrü olan XIX əsrin ikinci yarısından başlayaraq daha da
artdı, bu amil özünü kütləvi şəkildə yeni səhmdar cəmiyyətlərinin
yaranması, qiymətli kağızların buraxılış həcminin yüksəlməsilə
göstərirdi. Maliyyə kapitalına olan ehtiyac, yığımın intensivliyi bu
dövrdə istehsalın həcmindən yüksək idi, eyni zamanda bu amil ba-
zar iqtisadiyyatının inkişafına müsbət baxımdan təsir edirdi. Təbii
ki, bütün bu kimi meyllər birja əməliyyatlarının, sövdələşmələrinin
həcmininin artmasına səbəb olub, qiymətli kağızlara, xüsusilə is-
tiqrazlara və səhmlərə (dövlət və səhmdar cəmiyyətlərinin) olan
tələbatı yüksəldirdi. Mövcud proseslər fond bazarlarında uzun
müddətli maliyyə resurslarının, kapitalların cəlbinə təsir göstər-
məklə, dövlət və səhmdar cəmiyyətlərinin uzun müddətli qiymətli
kağızlarına vəsait qoyuluşları üçün zəmin yaradırdı. Həmçinin,
birja mexanizmi pul-maliyyə resurslarının, kapitalın uzun müddətli
səfərbərlik vasitəsinə çevrilməklə yanaşı, eyni zamanda bu bazarda
belə resursların qısa müddətli cəlbi aləti kimi də öz mühüm rolunu
oynayırdı. Artıq fond bazarlarında proseslərin inkişafı bu sahənin
yeni formalaşma mərhələsinə keçdiyini göstərməklə, müvafiq fə-
aliyyət sahəsinin bazar infrastrukturunun vacib və ayrılmaz tərkib
hissəsi kimi mövqeyini də yüksəltməkdə idi. Birja iştirakçılarının
qiymətli kağızların alınması üçün öz vəsaitləri ilə yanaşı, bank və
maliyyə-kredit təşkilatlarının resurslarından da istifadə etməsi, bir-
jalarda fiziki şəxslərlə yanaşı müxtəlif hüquqi şəxslərin, institutsi-
onal qurumların iştirak imkanlarını artırmaqla, bazarın fəaliyyət


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
11
mexanizminin və hüquqi əsaslarının təkmilləşdirilməsini də xüsusi
zərurətə çevirməkdə idi [53].
XIX əsrin əvvəllərində iri dövlətlərin borc kağızlarının, istiq-
razlarının fond bazarları, birjalar vasitəsilə satılması bu bazarların
formalaşmasında və canlanmasında ən əhəmiyyətli amil sayıla bilər.
Avropada bu dövrdə  əsas fond birjaları kimi London və Frankfurt
birjasının rolu xüsusi qeyd edilməlidir. Bank sektorunun inkişafı, yeni
dəmir yollarının tikintisi fond bazarlarının fəaliyyətinin genişlənməsi-
nə müsbət təsir göstərirdi. Məhz bu dövrdən etibarən fondlar, birjalar
maliyyə bazarının əsas tərkib hissəsi kimi çıxış etməklə, İngiltərə,
Fransa və Almaniya kimi Avropa dövlətlərinin inkişafına təsir edib,
onların yerli bələdiyyə qurumlarının iqtisadiyyatının möhkəmlən-
məsində aparıcı mövqe tutmağa başladılar.
Fond bazarlarının inkişafında XIX əsrin sonuna qədər vahid inki-
şaf meyli üstünlük təşkil edirdi. Bu iqtisadi fəaliyyətin təmin edil-
məsi məqsədilə fond bazarında dövlət istiqrazları üzrə əməliyyat və
sövdələşmələrin digər qiymətli kağızlara nisbətən xüsusi çəkisinin
üstün olması idi. Lakin, əsrin sonunda, XX əsrin əvvələrində bu
meyl zəifləməklə, bazarda digər qiymətli kagızlara tələbatın artması
ilə müşahidə olunmağa başladı. Bütün bunlar isə bazar münasibətlə-
rinin əhatə coğrafiyasının genişlənməsi, bazar subyektlərinin möv-
qeyinin güclənməsi, müəssisələrin mənfəətlik normasını yüksəltmə-
si ilə bağlı mübarizəsi kimi amillərlə sıx bağlı idi.
Burada bir amili xüsusilə qeyd etmək məqsədəuyğun olar ki,
məhz müstəqilliyini yenicə  əldə etmiş Azərbaycan Respublikasın-
dada 2000-2012-ci illərdə Bakı Fond Birjasında qiymətli kağızların
dövriyyəsində dövlət qiymətli kağızlarının üstün mövqeyi xüsusilə
nəzərə çarpmışdır. Son illərdə bu bazarda korprativ qiymətli kağız-
ların həcminin yüksəlməsi meyli müsbət amil kimi qiymətləndirilir.
Belə müayisəli yanaşmada bəlkədə bir ümumi oxşarlıq amilini qa-
bartmaq daha məqsədəuyğun olar. Azərbaycan Respublikasında ba-
zar münasibətlərinin 20 illik inkişaf dövründə fond bazarında dövlət
qiymətli kağızlarının həcminin yüksəkliyi ilə XVIII və XIX əsrin
Avropa ölkələrinin fond bazarlarında eyni halın baş verməsi arasın-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə