Azərbaycan miLLİ elmlər akademiyasi I. NƏSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 491,65 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix30.10.2018
ölçüsü491,65 Kb.
#76865
1   2   3   4   5   6   7   8   9

 

 

21 



 

Sözlərin  müəyyən  bir  qismində  fonetik  baxımından  fərqlilik 

görünür. Bəlkə də yazıda yazılış qaydaları qorunmuş, tələffüz edilərkən 

Türkiyə  türkcəsində  olduğu  kimi  deyilmişdir.  Əlbəttə,  biz  yazıya 

əsaslandığımızdan  sözlərin  tələffüz  formasını  deyil,  yazılış  şəkillərini 

qəbul  edirik.  Türk  mənşəli  sözlərin  o  dövr  ilə  günümüzdəki  istifadə 

formaları arasında fərqli olanlardan bir neçəsini müqayisə edək:  

altun-  (نﻮﭡﻟا    )  altın.  Qədim  türk  dilində  “altun”  formasında 

işlənmişdir.  Sarı  rəngdə,  parlaq  və  ağır,  asan  emal  oluna  bilən,  xarici 

təsirə  məruz qalmayan, paslanmayan, ziynət əşyası  kimi istifadə  edilən 

bir  elementdir.

11

 



  Azərbaycan  dilində  “altun”  və  “qızıl”  olaraq  istifadə 

edilir.


12

  Azərbaycan klassik ədəbiyyatının dilində, dialekt  və şivələrdə, 

digər  türk  dillərində  "u"  saiti  bəzən  "ı"  saitinin  yerində  işlənmişdir.

13

 



Azgun  (azgın),  bağlu  (bağlı),  kılur  (kılır),  asılu  (asılı),  armud  (armıt-

türkmən); sabun (qazax, tatar və türkmən dillərində "sabın" formasında 

işlədilmişdir). Azərbaycan və uyğur dillərindən başqa türk dillərində bu 

söz altın kimi lüğətlərdə öz əksini tapır.

14

 

Himmeti  altun  eyleyüp  kânım/Sikke-dâr  oldı  nakd-ı  âsârum  (ND 



5/433) 

barmak-  ( ﺎﻣرﺄﺑ

  )  parmak.  Qədim  türk  dilində  barımak  “tutmaq  üçün 



istifadə  edilən”

15

  mənasında  işlənmişdir.  Azərbaycan,  başqırd,  qazax, 



özbək, tatar, türkmən və uyğur dillərində “barmaq” kimi “əlin barmağı” 

mənasında  istifadə  edilir.

16

  Anadolu  türkcəsində  sözün  başındaki  “b” 



səsi  sərtləşərək  “p”  səsinə  çevrilmişdir.  Ancaq  Anadolunun,  əsasən  də 

Şərqi  Anadolu  yaylasının  bir  hissəsində  (məsələn  Kars  vilayətinihn 

                                                 

11

 Ayverdi İ. Misalli Büyük Türkçe Sözlük. İstanbul:Kubbealtı Neşriyat, 3 cilt, 2006, s. 



120

 

12



Orucov Ə. Azərbaycan Dilinin İzahlı Lüğəti. Bakı: Şərq-Qərb, 2006, s. 109

 

13 



Zeynalov F. Türk Dillərinin Müqayisəli Qrammatikası. Bakı:  nəşriyyatı, 

2008, s. 24

 

14

 Ercilasun A. B. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü. Ankara: Kültür Bakanlığı 



Yayını,1991, s. 18

 

15 



Eyuboğlu İ.Z. Türk Dilinin Etimoloji Sözlüğü. İstanbul: Sosyal Yayınları, 1998, s. 

549


 

16

 Ercilasun A. B. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü. Ankara: Kültür Bakanlığı 



Yayını,1991, s.692

 

 



 

22 


 

dialekt  və  şivələrində  “parmak”  sözü  “barmak”,    “pişirmek”  sözü 

“bişirmək” formasında işlənir.

17

  



Əslində  Orxon-Yenisey  abidələrində  bir  sıra  sözlərdə  b  samitinin 

işləndiyi  müşahidə  edilir.  Belə  ki,  Güntəkin  abidəsində  ben  və  men 

sözlərinin  paralel  işləndiyi  görülür.  Görünür,  sonralar  bir  dilin  dil 

qruplarına  parçalanması  prosesində    hər  bir  qəbilə  öz  payını 

götürdüyündən  belə  fərqliliklər  ortaya  çıxmışdır.  Bu  eyni  zamanda  b 

samitinin türk  dilləri üçün  xarakterik  olmaması ideyasını  da inkar  edir. 

"b"  samiti  "p"  samitinin  yumşaq  qarşılığı  olub,  daha  çox  oğuz  qrupu 

türk  dillərində  sözün  əvvəlində  istifadə  edilir.  Məsələn,  baş,  bir,  beş, 

bilmək,  bişirmək  (Azərbaycan);  baba,  balık,  bal,  baş,  bey,  boy,  boş, 

budak (Qaqauz); bulut, boyun, bir, buzav, boz, buz (Türkmən). Bununla 

yanaşı digər türk  dillərində də bunun nümunələri mövcuddur.  Məsələn, 

bil,  boyun,  birga,  baş,  backa  (Qaraim);  bul,  biz,  bolgan,  batır,  bek, 

batmak, baş (Qumuk) və b.

18

 



Dülbend-i-ebri barmağına sarmasın hilâl, 

Mıstar-keş-i şahîfe-i âşârumuz degül (ND 828/8) 

Məlum  olduğu  kimi,  Orxon  kitabələrində  səslərdə  karlaşma  özünü 

göstərir. Müasir türk dilinin mövcud qrammatik qaydalarına görə sözün 

sonu  kar  samitlə  bitərsə,  həmin  sözə  şəkilçi  əlavə  olunduğu  zaman 

şəkilçinin samiti də kar olmalıdır.  

Ərəb-fars mənşəli sözlərin 

dilə


 daxil olması özlüyündə türk dilində 

bir  sıra  dəyişikliklərə  səbəb  oldu.  Belə  ki,  söz  başında  işlənən  və 

abidələrlə səsləşən t samiti ilə düzələn sözlərin bir çoxunda dəyişmə baş 

verdi  və  bir  sıra  sözlər  artıq  d  vartiantına  keçdi  ki,  hazırda  həmin 

formada  müasir  türk  dilində  sabitləşmişdir.  Məsələn:  toldı  (doldu), 

tayanmaz (dayanmaz), tağıldı (dağıldı), tokunsa (dokunsa), tolar (dolar), 

tolaşur (dolaşır), turur (durur), və s. 

Nabinin dilinə nəzər saldıqda bu prosesin getdiyi tarixi qəti şəkildə 

müəyyən edə bilərik. 

Aşk iklimine sermâye tayanmaz Nabi, 

Bâr u büngâh ile her kim ki, gelür cerd gider (ND 601/7)  

                                                 

17

 Ercilasun A. B. Kars İli Ağızları Ses Bilgisi. Ankara: Gazi Ünv. Yayını, 1983, s. 109



 

18

 Zeynalov F.Türk Dillərinin Müqayisəli Qrammatikası. Bakı:  nəşriyyatı, 



2008,  s. 32

 



 

 

23 



 

Nümunədən  göründüyü  kimi  XVII  əsrdə  hələ  türk  dilində  qədim 

ulu  dilimizin  elementləri  saxlanılmaqda  idi.  Bu  müəyyən  mənada 

ərəb-fars  sözlərinin  təsiri  ilə  bağlıdır.  Başqa  sözlə  ərəb-fars  dilinin 

Türkiyə  ərazisində  geniş  vüsət  alması  bir  çox  qədim  elementlərin 

izolə olunmuş şəkildə qalmasına, qorunmasına da səbəb olmuşdu. 

Səs  əvəzlənmələrini  bir  sıra  fellərə  əlavə  edilən  şəkilçilərdə  də 

müşahidə edirik. Dodaqlanan sait u və ü-nün, dodaqlanmayan sait ı və i-

yə  çevrilməsi  hadisəsi  Nabinin  dilində  çox  müşahidə  olunan 

hallardandır: bildürmek~bildirmek, kalmasun~kalmasın, benüm~benim, 

benümçün~ 

benim 


için, 

aldun~aldın, 

başladum~başladım, 

bitürdi~bitirdi,  çevürdi~  çevirdi,  geldüm~geldim,    alınur~alınır, 

alurum~alırım, anlarum~ anlarım, bilinür~bilinir,  

bilür~bilir, 

bilürüz~biliriz, 

çalınur~çalınır, 

getürür~getirir, 

aldukça~aldıkça, 

andukça~andıkça,  anlayup  ~anlayıp,  arayup~arayıp,  bakup~bakıp, 

bildügi~bildiği,  bildügin  ~bildiğin,  bindükçe~bindikçe,  içüp~içip, 

idüp~edip, 

irüşüp~erişip, 

kaplayup~kaplayıp, 

alçakdur~alçaktır, 

aramuzda~aramızda,  bağlamışdur~bağlamıştır,  başarundur~başarındır, 

bellü~belli, birinün~birinin, böyledür~böyledir, cânum~canım  və s. 



 

Əslində “can” sözü fars  dilindən alınma sözdür. (نﺎﺟ)

19

 

 



Ancaq türk 

dillərinin  əksəriyyətində,  o  cümlədən  də  türk  dilində  özünə  elə  bir 

mövqe  tutmuşdur  ki,  həmin  sözlə  bağlı  onlarca  frazeoloji  birləşmələr 

yaranmışdır:  can  alıcı,  can  çekişmek,  can  acısı,  can  evinden  vurmak, 



can  korkusu,  can  kurban,  can  sağlığı  və  s.  nümunələr  buna  əyani 

sübutdur. Nabidə aşağıdakı kimi işlənmişdir. 

Ba’dî leke hitâblarından gelür mi hiç, 

Harf-ı a cânum âh efendüm halâveti. 

Saitlərdəki  dəyişiklikləri  keçmiş  zaman  şəkilçilərində  də  görürük. 

Təbii  ki,  bunların  hamısı  müasir  türk  dilinin  ahəng  qanununa  uyğun 

olaraq  sonradan  dəyişdirilmişdir.  Çünki  dodaq  ahəngi  (dodaqlanan  və 

dodaqlanmayan saitlərin ahəngi) qanununa görə ilk hecada dodaqlanan -

açıq  (o,ö)  saitlərindən  biri  gələrsə,  sonrakı  hecada  ya  dodaqlanmayan-

açıq  (a,e)  ya  da  dodaqlanan-qapalı  (u,ü)  saitlərdən  biri  gəlməlidir. 

Sözlər bu qanuna uyğun olaraq dəyişdirilmişdir. 

                                                 

19 

Ayverdi İ. Misalli Büyük Türkçe Sözlük. İstanbul:Kubbealtı Neşriyat, 3 cilt, 2006, 



s.949

 

 



 

24 


 

bozdı~bozdu 

 

Bozdı geçdi otuz altı kez anı bî-pervâ; 



dönmiş~dönmüş 

Dil-i vîrâna dönmiş idi hemîn; 

göçdi~göçtü  

 

Göçdiler dâr-ı bedenden didi Nabi târih; 



Tədqiqat  Nabi  “Divan”ında  işlənən  türk  mənşəli  sözlərin  daha  çox 

fellər  olduğunu  göstərir.  İsimlərin  isə  böyük  bir  qisimini  alınma  sözlər 

təşkil  edir.  Üç  əsr  əvvəl  istifadə  edilən  Anadolu  türkcəsindəki  sözlər, 

onların qəbul etdikləri şəkilçilər, həm də köklərində meydana gələn səs 

əvəzlənmələri  normal  qarşılanmalıdır.  Həmin  əvəzlənmələr  heç  də 

sözlərin  mənalarının  başa  düşülməməsinə  səbəb  olmur.  Sözlər 

ümumiyyətlə,  hal-hazırda  da  o  dövrdə  istifadə  olunmuş  mənalarını 

mühafizə  edir.  Səs  əvəzlənmələri  təbii  ki,  hər  dildə    baş  verə  biləcək 

təbii  bir  prosesdir.  Vaxt  keçdikcə  dilin  fonetik  tərkibində  baş  verən 

fərqli  qrammatik  proseslər  yazıda  da  özünü  göstərmiş  və  oxucular 

vasitəsi ilə xalqın dilinə keçmişdir. Müasir  dövrdə oxucu  kütlələrinin  o 

dövrdə  yazılan əsərləri  asanlıqla başa  düşməməsinin səbəblərindən biri 

əsərlərdə  çoxlu  miqdarda  istifadə  edilən  ərəb  və  fars  mənşəli  sözlərin 

hal-hazırda  istifadə  edilməməsidir.  Təbii  ki,  o  dövrdə  istifadə  edilən 

onlarla alınma söz də zamanla dilimizə  girmiş və artıq o dilin ayrılmaz 

parçasına  çevrilmişdir.  Bu  da  dilin  daimi  dəyişikliyə  uğradığının 

göstəricisidir.  

Yuxarıdakı  sözlər  orfoqrafiyada  dövrümüzdəkilərdən  fərqli  olaraq 

yazılmış  olsalar  da,  məna  baxımından  hər  hansı  bir  dəyişikliyə 

uğramamışdır. 

İkinci  fəsilin ikinci  yarımfəsli "Nabi “Divanı”ndakı türk mənşəli 

sözlərdə məna dəyişmələri” adlanır. Burada türk mənşəli sözlər tədqiq 

edilərək  aradan  keçən  təxminən  üç  yüz  illik  müddətdə  eyni  mühitdə 

yaşayan  insanların  istifadə  etdikləri  sözlərin  mənaları  müasir  dövrdəki 

mənaları  ilə  tutuşdurularaq  mənası  dəyişən  və  dəyişilməyən  sözlər 

haqqında  fikirlər  qeyd  olunmuşdur.  Klassik  Türk    ədəbiyyatının  XVII 

əsrdəki  məşhur  əsərlərindən  biri  olan  Nabi  “Divan”ında  işlənən  türk 

mənşəli  sözlərin  bir  qismi  səs  dəyişmələrinə  məruz  qaldıqları  kimi, 

bəziləri  də  məna  dəyişmələrinə  məruz  qalmışdır.    Lakin  qeyd  edək  ki, 

sözlərin böyük əksəriyyəti həmin proses xaricində qalmışdır və hazırda 

o  dövrlərdəki  mənalarında  olduğu  kimi  istifadə  edilir.  Məsələn: 

ağrımaq, açmaq, axmaq, aldatmaq, qızıl, ancaq, anlamaq, atmaq, heyva, 

baş,  müvəffəqiyyət,  başqa,  bənzər,  bildirmək,  tapmaq,  oğurlamaq, 




Yüklə 491,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə