Azərbaycan miLLİ elmlər akademiyasi I. NƏSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 491,65 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix30.10.2018
ölçüsü491,65 Kb.
#76865
1   2   3   4   5   6   7   8   9

 

 

17 



 

"Nabi  divanındaki  türk  mənşəli  sözlərdə  fonetik  dəyişmələr" 

adlanan birinci  yarımbaşlıqda “Divan”dan seçilmiş nümunələr əsasında 

səs  əvəzlənmələri,  onların  yaranma  səbəbləri  tədqiqatın  əsas  obyekti 

olaraq  ələ  alınmışdır.  Hər  şeydən  əvvəl  qeyd  edək  ki,  türklər  hələ 

İslamiyyətin  qəbulundan  əvvəl  ən  qədim  yazılı  əlifbalarımız  sayılan 

Orxon 


və 

Uyğur 


əlifbalarından 

istifadə 

etmişlər. 

Müxtəlif 

sivilizasiyalarla qurduqları əlaqələr nəticəsində bir çox sahədə “ana türk 

dili”  adlandırdığımız qədim türk dilinə  yeni sözlər daxil  olmuşdur. Hər 

türk  dili,  yaxud qəbiləsi aldıqları sözləri öz  danışıq xüsusiyyətlərinə və 

türk  dilinin  səslərinə  uyğunlaşdıraraq  “öz  qrammatik  qaydalar”ına 

əsasən  formalaşdırmış  və  inkişaf  etdirmişlər.  Lakin  İslam  dinini  qəbul 

etdikdən  sonra  Qurani-Kərimin  ərəb  dilində  olması  və  dinin  əsas 

qaynağını təşkil etməsi ilə əlaqədar olaraq  yüzlərcə ərəb mənşəli sözün 

türk  dilinə,  eləcə  də  bütün  türk  dillərinə  daxil  olma  prosesi 

sürətlənmişdir. Digər tərəfdən, İranla  olan  yaxın qonşuluq  müasibətləri 

nəticəsində  ədəbiyyatla  bağlı  fars  mənşəli  sözlər  qısa  müddətdə  türk 

dilini  təsiri  altına  alaraq  onun  ən  qədim  leksik  vahidlərinin  böyük  bir 

hissəsini dilin passiv fonduna ötürmüşdür. 

Alınmalar  əvvəllər  ərəb  dilindən  yalnız  ehtiyac  olduqda  alınırdı, 

lakin  sonralar,  demək  olar  ki,  bütün  Şərq  dünyasında  ədəbiyyat  dili 

olaraq  qəbul  edilən  fars  dilində  yazılan  bədii  əsərlərin  dilini  bir  növ 

“zənginləşdirmək”,  başqa  sözlərlə  bəzəmək  məqsədi  daşımağa  başladı, 

zaman  keçdikcə  hər  iki  dil  elm-ədəbiyyat  kontekstində  birləşərək,  ana 

dili qədər zəruri olmağa başladı və həm də yavaş-yavaş, hiss olunmadan 

ana  dilini  sıxışdırmağa  başladı,  beləliklə  də  doğma  dilə  münasibət 

laqeydləşdi. 

Səlcuqilər  dövründə  mədəniyyət  və  dövlət  dili  kimi  fars  və  ərəb 

dillərinin  qəbul  edilməsi  nəticəsində  şair  və  nasirlər  bu  dillərdə  əsərlər 

yazmağa  başladı.  Türk  dili  o  dərəcədə  lüzumsız  hala  gəlmişdi  ki,  artıq 

bunu  ərəb  və  fars  dillərindən  tərcümələr  edən  şəxslər  belə  dilə 

gətirməyə  başlamışdı.  Məsud  İbn  Əhməd  “Süheylü-növbahar”  adlı 

hekayəni fars dilindən tərcümə edərkən belə bir beyt yazmışdı: 

“Bu  bir  niçe  beyti  düzince  benüm  /  Hacâletten  eridi  yaru  tenüm”.

4

 



                                                 

Köprülü  M.F. Edebiyat Araştırmaları- Milli Edebiyat Cereyanının İlk Mübeşşirleri. 



Ankara: Türk Tarih Kurumu, 1999,  s. 274

 

 



 

18 


 

Əslində  bu,  onun  türk  dilinin  imkanlarından  istifadə  edə  bilməməsi 

mənasına gəlsə də, cəmiyyət arasında da dilə münasibətdə şübhələrə yol 

açmışdı.  Hər  halda,  görünür  müəllifin  hələ  XI  əsrdə  başda  Mahmud 

Kaşqari  olmaqla  türk  dilinin  zənginliklərini,  ifadə  imkanlarını  ortaya 

qoyan  əsərlərdən  və  müəlliflərdən  xəbəri  yox  idi.  Mahmud  Kaşqarinin 

bu  əsəri  yazarkən  söylədiyi  bir  kəlmə:    “Türk  dili  ilə  ərəb  dilinin 

birlikdə  atbaşı  getdikləri  bilinsin...”

5

  fikri  türk  dilinin  zənginliyinin 



izahına  şübhə  yeri  qoymur.  Zəməxşərinin  “Müqəddimətül-ədəb”  adlı 

əsəri haqqında da bu sözləri demək olar.  

Səlcuqilər  dövləti  dağıldıqdan  sonra  Anadoluda  yaradılan  türk 

bəyliklərinin  dövründə  türk  dilinə  münasibət  birdən-birə  şaşırdıcı 

dərəcədə  dəyişdi.  Belə  ki,  həmin  dövrdə  mərkəzi  Konyada  yaranan 

Qaramanoğulları  bəyliyinin  başçısı  Mehmet  bəyin  1277-ci  ildə  elan 

etdiyi  “Bundan  sonra  divanda,  dərgahda,  məclisdə  və  meydanda  türk 

dilindən  başqa  heç  bir  dildən  istifadə  edilməyəcəyi  haqqında  fərmanı 

türk  dilinin  canlanmasına  və  xalq  arasında  geniş  yayılaraq  yeni  inkişaf 

mərhələsinə  daxil  olmasına  zəmin  hazırladı.  Bunu  türk  dilinin  yeni 

inkişaf  mərhələsi  kimi  də  qiymətləndirmək  olar.  Məhz  o  dövrdən 

başlayaraq türklərin, eləcə də bütün türk dünyasının məşhur söz ustaları 

türk  dilində  əsərlər  yazmağa  başladılar.  Yunus  Əmrə,  Xoca  Dəhhani, 

Əhməd  Fəqih  kimi  ədəbi  şəxsiyyətlərin  yaradıcılığı  bu  mərhələnin 

məhsuludur.  

Osmanlı imperatorluğu dövründə də istifadə olunan dil türk, ərəb və 

fars  sözlərinin  bol  istifadə  olunduğu  imperatorluq  dili  idi.  Bu  dövrdə 

türk dilinin bütün alınma sözlərə qapılarını açması nəticəsində şairlərin, 

xüsusilə, nəsr sahəsində  fars, ərəb  mənşəli ifadə  və sözlərə çox  təsadüf 

olunur.  Bu  dövrdə  də  Türk  dili  yenə  ikinci  plana  atılmışdı.  Həmin 

dövrlərdə  dilini  sevən,  ona  hörmətlə  yanaşan  yaradıcı  şəxsiyyətlərin 

olmadığını  da  demək  olmaz,  belələri  azlıq  təşkil  etsələr  də,  mövcud 

idilər.  Məsələn,  Tatavlalı  Məhrəmi  və  Ədirnəli  Nazmi  belələrindən 

idilər.


6

  

XVII əsrdə  yazılan əsərlər  nəzm  sahəsində sadə və aydın dili ifadə 



etdikləri halda, nəsr sahəsində  yazılan əsərlərdə həddindən artıq alınma 

                                                 

Mahmud K. Divanü Lûgat-it-Türk. Çeviren: Besim Atalay. Ankara: Türk Dil Kurumu 



yayınları, TTK Basımevi, , 1985, Cilt 1, s. 6

 



Atsız H.N. 16. Asır Şairlerinden Edirneli Nazmî. İstanbul:Arkadaş,1934, s. 19

 



 

 

19 



 

bədii  idafə  vasitələri  və  birləşmələrə  -  izafətlərə  rast  gəlmək  olur. 

Dəbdəbəli  şeir  janrında  yazan  şairlərdən  ən  tanınmışları  Veysi  və 

Nərgiz  idi.  Xalqın  anlamadığı  ifadələrə  və  bəzəkli  qəliblərə  birinin 

“Dur!”  deməsi  vacib  idi.  Həmin  dövrlərdə  dövrünün  artıq  məşhur 

şairlərindən  sayılan  Nabi  bir  sıra  əsərlərində  şeirin  sadə  və  anlaşıqlı 

dildə  yazılmasının  vacibliyini  vurğulamış,  xalqın  başa  düşmədiyi 

ifadələrin işlənməsini tənqid etmişdir. 

Ey şi’r miyanında satan lafz-ı garibi, 

Divan-ı gazel, nusha-i-kamus degüldür. (G. 167/8) 

Beytin  şərhinə  zənnimizcə,  ehtiyac  yoxdur,  çünki  şair  açıq-aydın 

sadə dildə yazmağı təlqin edir.

7

 

Tədqiqat  işinin  bu  bölməsində  XVII-XVIII  əsrlərdə  dil  sahəsində 



milliliyin 

dirçəlişi,  türk  dilinin  istifadəsinin  yayılması  kimi 

məsələlərdən bəhs olunur.  

Məlumdur  ki,  ərəb  və  fars  dillərində  uzun  heca  olduğu  halda,  türk 

dilinin, ümumilikdə isə türk dillərinin fonetik sistemində uzun saitlər və 

hecalar yoxdur. Yalnız açıq və qapalı hecalar mövcuddur. Ümumiyyətlə 

yeri  gəlmişkən  qeyd  edək  ki,  türk  dilləri  dildə  lakonikliyi,  yığcamlığı, 

az  sözlə  çox  fikir  ifadə  etməyi  sevən  dillərdir.  Bu  mənada  həmin 

dillərdə,  o  cümlədən  müasir  türk  dilində  bugün  də  həmin  proses 

şəkilçilərin  bir  qisminin  işlədilməməsi,  bəzi  sözlərdən  istifadə 

olunmamasında özünü göstərir. 

Bu qədim dövrdə özünü “gel, git, var, kır, çık, in, koş, dur” kimi tək 

hecalı  cümlələr  işlənmə  tezliyi  yüksək  olmasında  müşahidə  olunurdu. 

Qapalı  və  açıq  hecalar  qədim  türk  dilinin  fonetik  xüsusiyyətlərini  əks 

etdirirdi.

8

 



Türk  dilində  ərəb  və  fars  dillərində  olduğu  kimi  “kâfi”,  “sâki” 

şəklində  uzun  oxunan  hecalar  yox  idi.  Bununla  yanaşı  həm  də  ərəb  və 

fars  mənşəli  sözlərin  türk  dilində  oxunuşu  elə  bu  səbəbdən  çətinlik 

yaradırdı, çünki həmin dillərdə türk dilinə nəzərən sait səslərin miqdarı 

azlıq təşkil edirdi. Türk dilindəki  “  e,i,ö,ü,o,u” hərflərinin qarşılığı ərəb 

və fars əlifbalarında“ أ” (əlif) idi və həmin hərfin üzərinə ərəb dilindəki 

                                                 

Kaplan M. Hayriyye-i Nâbî (inceleme-metin). Ankara: Atatürk Kültür Merkezi 



Yayınları1995, s. 55; Bilkan A.F. Nâbî Hikmet-Şâir-Tarih. Ankara: Akçağ,1998 , s.62.

 



Banarlı N.S. Türkçenin Sırları  İstanbul : Kubbealtı, 1999, s. 9

 

 



 

20 


 

üstün,  əsrə,  ötrə  işarələri  qoyulmaqla  “  e,i,ö,ü,o,u”  səslərinin 

oxunulmasına çalışılsa da, çətinliklər qalmaqda idi. 

Dilçilikdə  ahəng  qanunu  adlandırdığımız  fonetik  qanun  türk  dilləri 

üçün  xüsusi  səciyyə  daşıyır.  Bu  qanun  hətta  Altay  və  Ural  dillərininin 

də bir qismində müşahidə olunmaqdadır.

9

 

Tahsin  Banquoğlunun  fikrincə  “  bu  qanun”  kökdən  və  ya  tarixdən 



əvvəlki  inkişaf  dövrlərində  ortaya  çıxmışdır.  Lakin  dodaq  ahəngi 

qanunu isə dilin sonrakı inkişaf tarixində meydana gəlmişdir.  

XIII-XV  əsrlərdə  yazılmış  qədim  Osmanlı  mətnlərində  dodaq 

ahəngi  olmadığı  və  sözlərin  damaq  ahəngi  qanununa  əsaslandığı 

görülür.  Yəni  ilk  hecadakı  dodaqlanmayan  saitləri  (a,  e,  ı,  i)  ikinci 

hecada  yenə  dodaqlanmayan  saitlərdən  biri  (a,  e,  ı,  i)  izləməli  olduğu 

halda, dodaqlanan sait (u, ü) gəlmişdir: kapu, altun, başun, elün, sırtun, 

dişün  və  s.  Yenə  ilk  hecadakı  dodaqlanan-açıq  saitlərdən  (o,  ö)  sonra 

ikinci  hecada  ya  dodaqlanmayan-açıq  sait,  (a,  e)  ya  da  dodaqlanan  – 

qapalı sait (u, ü) gəlməli olduğu halda, dodaqlanmayan-qapalı sait olan 

ı, i gəlmişdir. Məsələn, kolik, gözi, tuzı, yuki və s.  

Orta Osmanlı dövrü kimi məlum olan 1450-1840 illər arasında türk 

dilinə ərəb və fars dillərindən bir çox söz keçmiş və yazı dilində istifadə 

edilən  ərəb  əlifbası  hərəkəsiz  olaraq  yazılmağa  başlanmışdır.  Təbii  ki, 

ərəb əlifabasındakı sait hərfin yetərsizliyindən irəli gələn bu hal danışıq 

dilinə  də  təsir  göstərmişdir.  Tahsin  Banquoğlunun  fikrinə  görə,  yazılı 

dildə  dodaq  ahənginin  ortaya  çıxması  həmin  qanunun  XIX  əsrin 

əvvəlindən tətbiq edilməyə başlandığını göstərir.

10

 

Nabinin XVII əsrdə istifadə etdiyi türk  mənşəli sözlərin əksəriyyəti 



bugün  də  müasir  türk  dilində  istifadə  olunur.  Araşdırmalardan  həmin 

sözlərin bir qisminin fonetik dəyişikliklərə,  səs əvəzlənmələrinə məruz 

qaldığı  müşahidə  olunur.  Bir  qismi  isə  heç  bir  dəyişiklik  olmadan 

dövrümüzə  qədər  gəlib  çıxmışdır.  Nə  (ﮫﻧ  ),  başqa  (ﺎﻘﺷﺄﺑ  ),  biraz  (زاﺮﺑ  ) 

şimdi ( indi) (ىﺪﻤﯿﺷ  ), böyle ( belə) ( ﻮﺑ

ﮫﻟ



 ) və s. 

Derdmend-i günehe har-ı rehün nafidür, 

Ne kadar nafi ise hastaya niş-i fassad.   (ND 22/120) 

                                                 

9

 Aksan D. Her Yönüyle Dil, Ana Çizgileriyle Dilbilim. Ankara: TDK Yayınları,1988, 



s. 51

 

10 



Banguoğlu T.Türkçenin Grameri. Ankara : TDK Yayınları, 2004, s. 89

 



Yüklə 491,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə