Azərbaycan miLLİ elmlər akademiyasi I. NƏSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 491,65 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix30.10.2018
ölçüsü491,65 Kb.
#76865
1   2   3   4   5   6   7   8   9

 

 



 

müstəzad,  qəsidə,  müsəmmət,  təştir,  tərdiyyə,  şərqi,  tərcibənd, 

tərkibbənd  kimi  nəzmlə  yazılan  formaları  ilə    yanaşı  sənədlərin 

toplandığı  məcmuələr,  salnamələr,  avtobiografik  əsərlər,  hekayətlər, 

tərcümə  və  şərhlər  kimi  nəsr  formasında  yazılmış  əsərlərin  də  klassik 

ədəbiyyatı səciyyələndirən əsərlər olduğu qeyd olunur.  

Klassik  ədəbiyyatın  türk  ədəbiyyatından  kənarda  deyil,  məhz  onun  

daxilində 

inkişaf 

edərək 


nəzəri 

və 


estetik 

bazasını 

İslam 

mədəniyyətindən  almaqla,  fars  ədəbiyyatının  təsiri  altında  formalaşan, 



görkəmli  əsərlərin  ortaya  çıxdığı  XIII  əsrin  axırlarından  XIX  əsrin 

ikinci  yarısına qədərki böyük bir dövrü əhatə  edən, ərəb-fars sözlərinin 

geniş  miqyasda  istifadə  olunduğu  bir  dil,  bir  ədəbiyyat  nümunəsi  kimi 

mövcudiyyətini  altı  əsr  davam  etdirərək  türk  ədəbiyyat  tarixində 

özünəməxsus yer tutduğundan söz açılır. 

Hələ  M.  Kaşqari  “Divan”ının  yazıldığı  dövrlərdən  dilə  daxil  olan 

“divan” sözünün  zaman keçdikcə divan müəlliflərinin hesabına “Divan 

ədəbiyyatı”  kimi  tanınmağa  başlanması  və  Nabi,  Baki  kimi  görkəmli 

söz  ustalarının  bu  ədəbiyyatın  nümayəndələri  olduğu  barədə  məlumat 

verilir. 

Qeyd edək ki, ilk “Divan ədəbiyyatı” nümunələrinə XI-XII əsrlərdə 

təsadüf  olunsa  da,  tarixi  əsasən  XIII  əsrə  aid  edilir.  Həmin  dövrlərdə 

Mövlanə  Cəlaləddin  Ruminin  fars  dilində  yazdığı  “Divani-Kəbir”, 

“Məsnəvi”,  “Fihi  Ma  Fih”,  Əhməd  Fakihin  türk  dilində  qələmə  aldığı 

“Çarxnamə”,  Mövlanənin  oğlu  Sultan  Vələdin  yazmış  olduğu  əsərləri, 

Divan  şeirinin  ən  görkəmli  nümayəndəsi  hesab  olunan  Dəhhaninin 

mənzumələri o dövrü səciyyələndirmək üçün ən gözəl sənət nümunələri 

sayıla  bilər.  Lakin  bunlarla  yanaşı  həmin  mürəkkəb  dövrün  sadə  dildə 

yazmış  məşhur  qələm  ustalarını,  başda  isə  Yunus  Əmrənin  adını 

çəkməmək  olmaz.  Bu  XIII-XVII  əsrlərdə  inkişaf  edən    “Divan 

ədəbiyyatı”  nın  sadə  xalqın  dilində,  daha  anlaşıqlı  şəkildə  yazan 

nümayəndələrinin  də  olduğunu  göstərir.  Bu  eyni  zamanda  fars  şeir 

üslubunun dilə nə qədər təsir göstərmiş olsa da, xalq dilinin ədəbiyyatda 

ən  gözəl  şəkildə  qorunub  saxlanmasına  dəlalət  edir.  Şairin  bizə  gəlib 

çatan  “Divan”ı  və  didaktik  əsəri  sayılan  “Risalət-ün-nushiyə”si  fars  və 

ərəb  dillərinin  türk  dilinə  ən  güclü  təsir  etdiyi  bir  dövrdə  yazılmasına 

baxmayaraq Yunus Əmrənin dilində ərəb-fars mənşəli sözlərin heç də o 

qədər çoxluq təşkil etmədiyini göstərir. Sadəcə bu nümunələri nəzərdən 

 

 

10 



 

keçirmək  kifayətdir  ki,  XII-XIV  əsr  türk  dilinin  sadəliyini  təsəvvür 

etmək mümkün olsun: 

Ben yürürüm yane yane,  

Gâh eserim yeller gibi, 

Aşk boyadı beni kane,    

Gâh tozarım yollar gibi, 

Ne akîlem, ne divâne,    

Gâh akarım seller gibi, 

Gel gör beni aşk neyledi. 

Gel gör beni aşk neyledi. 

Biz dünyadan gider olduk, kalanlara selam olsun, 

Bizim içün hayır dua kılanlara selam olsun. 

XIV əsrdə  klassik türk ədəbiyyatı artıq  Anadoluda geniş  yayılmış, 

dini,  tarixi  və  əxlaqi  mövzularla  bağlı  yazılan  əsərlər  çoxlu  şeir  və 

böyük  əsərlər  meydana  çıxmağa  başlamışdı.  Həmin  dövrlərin  əlimizə 

gəlib çatan nümunələri arasında Aşıq Paşanın “Qəribnamə”, Əhmədinin 

“Təvarixi-mülüki ali Osman”, Qazi Bürhanəddinin Azərbaycan türkcəsi 

ilə  yazılmış  qəzəl,  rübai  və  tuyuğlardan  ibarət  “Divan”ını  göstərmək 

olar  ki,  bunlarda  türk  mənşəli  sözlərin  çoxluğu,  ərəb-fars  mənşəli 

sözlərdən  uzaq  olması  diqqəti  cəlb  edir.  Şairin  Bağdadın  müharibələr 

nəticəsində  dəfələrlə  dağıdılıb  yenidən  inşa  edilməsi  ilə  bağlı  yazmış 

olduğu mənzuməyə nəzər salaq: 

Şol ki kuş tutkan kuşın âzad kılur 

Sanma ki dünyada ol az ad kılur 

Bağdatnı kim viran kıla bilür 

Ol yine bu virani Bağdad kılur. 

Bunu  həmin  dövrlərdə  yaşamış,  yaxın  qonşu  Azərbaycan  xalqının 

yetişdirdiyi  dünyaca  məşhur  şairlərlə  müqayisələr  də  təsdiq  edir. 

Məsələn, böyük Azərbaycan şairi Nəsiminin yaradıcılığı ilə müqayisələr 

görkəmli  şəxsiyyətlərin  çoxunun  yaradıcılıqlarında  xalq  dilinə 

əsaslandıqlarını,  əcnəbi  dillərdən  daha  çox  xalq  dilinə  söykəndiklərini 

göstərir.  Təbii  ki,  onlar  da  dövrün  tələbləri  və  aldıqları  təhsillə  bağlı 

ərəb-fars mənşəli sözlərə müraciət etmişlər. Lakin onların yaradıcılığını 

izləyərkən  həmin sözlərin işlənmə tezliyinin azlığı əyani şəkildə özünü 

göstərir. Məsələn, Nəsiminin dilinə nəzər salaq: 

Çün bəni Bəzm-i Əzəl’də eylədi ol yâr məst, 

Ol cəhətden görünür bu çeşmimə dəyyar məst, 

Eşqi sübhânî meyindən vâleh oldı şöylə bil, 

Ərş məstü, fərş məstü kövkəbi səyyâr məst. 




 

 

11 



 

 

Nəsimi  yaradıcılığı  da  divan  ədəbiyyatına  daxil  edildiyi  üçün 



onun  yaradıcılığında  da  qeyd  etdiyimiz  kimi  həmin  mənbələrdən  alıb, 

müəyyən  məqamlarda  istifadə  etdiyi  sözlər  vardır.  Məsələn,  aşağıdakı 

misralarda şair bu ərəb və fars mənşəli sözlərdən istifadə etmişdir: 

Mərhabâ xoş gəldin ey rûhi- rəvânım,mərhabâ, 

Ey şəkər ləb yârı şîrîn lâməkânım mərhabâ. 

Ar. (mərhaba, rûh, lâ, məkân)  F (xoş, rəvân, şəkər, yâr, şîrîn) 

Tədqiqat özbək şairi Əlişir Nəvainin dilində  də bu üsuldan istifadə 

olunduğu  görülür.  Bütün  bunları  sadalamaqda  məqsədimiz  “Divan 

ədəbiyyatı”nın    yaranma  səbəblərinə  az  da  olsa  işıq  salmaq,  nüfuz 

etmək,  onun  əhəmiyyətinin  nə  dərəcədə  olduğunu  nəzərə  çatdırmaqdır. 

Bu  aspektdə  aparılan  araştırma  ilk  növbədə  klassik  ədəbiyyat 

nümayəndələrinin  çoxunun  öz  dilini,  ümumxalq  dilini  necə  sevərək 

əsərlər ortaya qoyduğunu göstərməklə  yanaşı, həm də türk əsilli şair və 

nəsr  ustalarının  öz  qələmlərini  ərəb  və  fars  dillərində  sınamaqla  da 

tarixdə  qalan  əsərlər  yazdıqlarını  göstərdi.  Bu  ilk  növbədə  türk 

müəlliflərin yaradıcılıq imkanlarının genişliyinə dəlalət edir.  

Həmin  dövrlərdə  yaşayan  müəlliflərin  hər  biri  klassik  ədəbiyyatın 

müəyyən  janrında  gözəl  əsərlər  yazdıqlarına  görə  məşhurlaşmışdılar. 

Belə  ki,  nəsr  sahəsində  Əhməd  Dai,  həcv  ustası  kimi  Şeyxi,  Əhməd 

Paşa, türk atalar sözləri  və  ibarələrdən  geniş istifadə  etməsi ilə  məşhur 

olan  Nəcati,  yeni  ideyalarıyla  məşhur  olan  Zati,  sufiliyin  təbliğatçısı 

Xəyali,  zəngin  və  axıcı  şeirləriylə  tanınan  Nevi,  tərkibbəndləriylə 

məşhur  olan  Bağdadlı  Ruhi  tanınmaqda  idilər.  Məhz  dissertasiya  işini 

həsr  etdiyimiz  Nabi  də  qeyd  etdiyimiz  mərhələdə,  XVII  əsrdə  yaşamış 

və  “hikəmi”,  yəni  türk  şeirində  fəlsəfi  cərəyanın,  fəlsəfi  məktəbin 

əsasını qoyan, banisi sayılan böyük sənətkarlardan olmuşdur.  

Ümumiyyətlə,  demək  olar  ki,  XVII  əsr  klassik  türk  ədəbiyyatında 

sadə və rəvan dillə  yazan şair və nəsr ustaları çoxluq təşkil edirdi, lakin 

bunlarla  yanaşı  bər-bəzəkli  ifadələrdən  istifadə  etməklə  Səbki-Hindi 

cərəyanının təsiri ilə şeirdə ərəb və fars sözlərini həddindən artıq işlədən 

müəllifləri də görmək mümkün idi ki, bunların da başında Naili və Nabi 

dururdu.  Yuxarıda  qeyd  etdiyimiz  müəlliflərlə  müqayisədə  onların 

dilinin  zəngin  olmasına  baxmayaraq  dövrün  türk  dilindən  xeyli  uzaq 

olduğu diqqəti cəlb edir. 

Yem-î âteş hurûş-ı dilde oldukça sükûn peydâ 

 

 



12 

 

Eder her dâg-ı hasret tende bir girdâb-ı hûn peydâ (Nâilî) 



Zihî hayyât-ı hil’ât-dûz-ı bâzâr-ı hakâyık kim 

Kad-i ma’nâyı itmiş câme-i terkîb ile ber-pâ (Nâbî) 

I  fəslin  ikinci  yarımbaşlığı  “Klassik  türk  ədəbiyyatının  dili  və 

mövzusu”  adlanır. Burada  klassik türk ədəbiyyatının  yarandığı  gündən 

yeni  mərhələyə  qədəm  qoyduğu  müddət  ərzindəki  bütün  inkişaf 

mərhələləri izlənir və həmin mərhələlərdə dilin inkişafı, ədəbi dildə baş 

verən  dəyişikliklər,  türk  dilinin  inkişaf  səviyyəsi,  türk  sözlərinin 

ədəbiyyatda işlənmə tezliyi, dilə  daxil olan  yabançı ünsürlər və  onların 

sayı  kimi  məsələlərdən  bəhs  olunur.  Burada  klassik  türk  ədəbiyyatının 

dilinin  XI  əsrdən  XV  əsrə  qədər  digər  dillərin  təsirindən  uzaq,  təmiz 

türk  dili  olduğu,  klassik  türk  ədəbiyyatının  arealının  yalnız  Osmanlı 

İmperatorluğu  ilə  məhdudlaşmadığı  kimi  dilinin  də  Osmanlıca  ilə 

çərçivəyə  alınmadığı,  Xarəzm,  Cağatay,  Xaqani  və  Azərbaycan 

türkcəsinin də bu ədəbiyyatın inkişafında rolu olduğu, bu dönəmdə türk 

dillərinin 

bir-birindən 

təsirləndiklərindən 

bəhs 

olunur. 


Türk 

ədəbiyyatının  ilk  nümunələrində  türk  sözlərinin  işlənmə  tezliyi  yüksək 

olduğu  halda, dilin sonrakı inkişaf  mərhələlərində bu faizin  hiss olunur 

dərəcədə azaldığının, əksinə alınma  sözlərin işlənmə  faizinin artdığının 

müşahidə  edildiyi  qeyd  olunur.  Aparılan  tədqiqatdan  məlum  olur  ki, 

“Atabət-ül  Həqayıq”də  bu  faiz  20,  Yunus  Əmrənin  dilində  13,  Aşıq 

Paşanın  “Gəribnamə”’sində  20,  Mevliddə  26,  Bakidə  65,  Nəfide  60, 

Nâbidə  isə  54  təşkil  edir.  Göründüyü  kimi,  dilə  daxil  olan  yad 

ünsürlərin  faiz  dərəcəsi  fars  dilinin  poeziyada,  ərəb  dilinin  elm, 

mədəniyyət və dində hakim mövqe tutması ilə get-gedə yüksəlmişdir. 

Mənbələrdən  məlumdur  ki,  hələ  İslamiyyətdən  çox-çox  əvvəl  şeir 

Ərəbistanda  ən  inkişaf  etmiş  janr  hesab  olunurdu.  VII  əsrdə  farslar 

İslamiyyəti qəbul etməklə yanaşı, şeiri də ədəbiyyata gətirib onu inkişaf 

etdirərək  Şərq  aləmində  ən  yüksək  zirvəyə  çatdırdılar.  Türk  klassik 

ədəbiyyatı  yarandığı  zaman  fars  şeiri  özünün  ən  parlaq  dövrünü 

yaşadığı  üçün  bu  istər-istəməz  qonşu  ölkələrə,  onların  ədəbiyyatlarına 

və dilinə təsir etməyə bilməzdi. Məhz Osmanlı Türkcəsi adlanan dil də 

bu təsirlərin nəticəsi kimi ortaya çıxmışdı. Digər tərəfdən mədrəsələrdə 

də  dərslər  ərəb  və  fars  dillərində  keçirildiyindən  həmin  dövrlərdə  türk 

dili,  demək  olar  ki,  bu  dillərin  az  qala  əsirinə  çevrilmişdi.  Başqa  sözlə 

desək,  xalq öz  ana  dilini qorumaqda  davam  etsə  də,  yüksək  dairələrdə, 



Yüklə 491,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə