Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə22/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
85 
Tərəkəmələrin  inamına  görə:  körpənin  tez-tez  əsnə-
məsi,  gərnəşməsi  onun  böyüməsi,  sümüklərinin  möhkəm-
lənməsi əlamətidir. 
Tərəkəmələrin  inamına görə: hər kəsin  yaxşı bir işi-
ni,  hərəkətini,  ədəbini  görəndə  "ay  maşallah",  "ay  bərəkəl-
lah"  dedikdə,  o  şəxsin  işi:  ədəb-ərkanı  uğur  tapar,  pis  göz, 
pis sözdən uzaq olar. 
Tərəkəmələrin  inamına  görə: əgər körpə uşaq gözə-
gəlimli olarsa, onun üstünə xam iynə, xam sap ilə xam mavi 
rəngli  ipək  parça  və  göy  muncuq  tikmək  lazımdır  ki, 
gözdəymədən uzaq olsun. 
Tərəkəmələrin  inamına  görə:  gözəl  oğlana  (qıza), 
boylu-buxunlu yaxşı ata, damazlıq heyvana, barlı ağaca qib-
tə ilə baxan adam, baxdığını nəzərə, gözə gətirməmək üçün 
"Allah  uğuru  xeyir  tapmaz,  getdiyi  işi  düzəlməz.  Gecə 
yatanda onu qara basar. 
Tərəkəmələrin inamına görə: ölən adamın geyim pal-
tarlarının bir qismi  yuyucuya  verilər, bir qismi  yetim-yesirə 
paylanar  ki,  paltarının  arxasınca  evə  gəlməsin,  gözü  geyi-
mində qalmasın. 
Tərəkəmələrin inamına görə: əkiz doğulmuş uşaqları 
anadan olan kimi bir-birinə göstərsələr, uşaqlardan biri ölər. 
Tərəkəmələrin  inamına  görə:  uşaq  doğulan  kimi 
yuyub, bədəninə duz səpərlər ki, uşaq duzsuz olmasın. 
Tərəkəmələrin  inamına  görə:  ailədə  oğul  doğularsa, 
uşağın atası ağac əkib basdırar ki, uşağın ömrü uzun olsun, 
camaat  onun  mer-meyvəsindən  yesin,  kölgəsində  dincəlib 
sərinləsin. 
Tərəkəmələrin  inamına  görə:  uşaq  diş  çıxaranda, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
86 
evdə  diş  hədiyi  bişirilib  yeddi  qapıya  pay  verilir  ki,  uşağın 
dişi möhkəm olsun. 
Tərəkəmələrin inamına görə: uşaq ilk addım atanda, 
ata qurban kəsər ki, övladının atdığı addım uğurlu olsun. 
Tərəkəmələrin inamına görə: uşaq altıaylıq olana ki-
mi  dırnağı  tutulmaz.  Uşağın  dırnağı  tutulanda  yetim-yesirə 
pul, nəzir verilər. 
Tərəkəmələrin  inamına  görə:  anadan  olmuş  körpə 
uşağı  görməyə  gələn  qohum-əqrəba  onun  yüyrüyünə  və  ya 
bələyinə pul qoyub deyirlər: "Atalı-analı böyüsün". 
Tərəkəmələrin  inamına  görə:  yeni  doğulmuş  uşağı 
anaya göstərməzlər ki, ağlı az, gözü çaş olar. 
Tərəkəmələrin  inamına  görə:  qadın  hamilə  olarkən 
toyuğun ödünü ocağa atırlar. Əgər güclü partlarsa, o zaman 
qadının oğlu, yox əgər partlaması eşidilməzsə, qızı olar. 
Tərəkəmələrin  inamına  görə:  ana  hamilə  olarkən 
uşaq ana bətnində çox tez-tez çabalayarsa oğlan, sakit olarsa, 
qızı olar. 
Tərəkəmələrin  inamına  görə:  uşaq  anadan  olandan 
sonra,  onun  bələyinin,  yüyrüyünün,  yorğanının  üzünə  sarı 
parça örtərlər ki, sarılıq xəstəliyinə tutulmasın. 
Tərəkəmələrin  inamına  görə:  uşağın  qırxı  çıxandan 
sonra, körpəni oğlandırsa ən uzun ömürlü, ağıllı-pirani qoca 
kişinin,  qızdırsa  ən  ağbirçək,  imanlı  qarının  qucağına 
qoyurlar ki, uzun ömürlü və ağıllı olsun. 
Tərəkəmələrin  inamına  görə:  körpə  uşağın  əlini  un-
buğda çuvalına salırlar ki, bolluq olsun, taxıl, çörək bərəkətli 
olsun. 
Tərəkəmələrin  inamına  görə: evin astanasına  dəmir, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
87 
zəncir,  dəhrə,  balta  qoyularsa,  hal  (al)  anası  zahı  qadına 
toxunmaz. 
Tərəkəmələrin inamına görə: doğulan körpənin qırxı 
çıxana qədər gündə üç dəfə üzərlik yandırıb, onun beşiyinin 
başına  dolandırılarsa,  uşağa  nə  bədnəzər,  nə  də  hal  anası 
toxunar. 
Tərəkəmələrin  inamına  görə:  qırxı  çıxmamış  uşağın 
və ananın başı altına qırx  gün bıçaq, dəmir qoyur,  yaxasına 
iynə sancırlar ki, hal anası həm anaya, həm də doğulan uşağa 
toxunmasın. 
Tərəkəmələrin inamına görə: hal anası toxunan qadın 
erkək  ağ  atın  qarnı  altından  keçirilərsə,  nəzər  qadından  ata 
keçər. 
Tərəkəmələrin  inamına  görə:  körpə  uşağa  göz  dəy-
məsin  deyə  onun  beşiyinə,  bələyinə  möhrə  tikərlər  ki,  pis 
gözdən, bəd nəzərdən uzaq olsun. 
Tərəkəmələrin  inamına  görə: üstündə göz muncuğu, 
yal-quzaq  (bozqurd)  dişi  gəzdirən  adama  göz  dəyməz,  işi 
avand olar, hər yerdə sözü ötər. 
Tərəkəmələrin  inamına  görə:  nəzərə  gəlmiş  adama 
üzərlik  tüstüsü  verib,  başına  duz  çevirəndə,  nəzər  ondan 
uzaq olar. 
Tərəkəmələrin  inamına  görə:  boş  beşiyi  tərpətmək 
pisdir. Uşaq ölər və ya ömürlük xəstə olar. 
Tərəkəmələrin  inamına  görə:  ana  uşağını  əmizdi-
rərkən döşünü görən olsa, südü quruyar. 
Tərəkəmələrin  inamına  görə:  toxumu  şuma  səpən 
adam  pak  olmalı,  toxumu  sağ  əli  ilə  səpməlidir.  Səpinçi 
bunları etməsə, taxılın bərəkəti olmaz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
88 
Tərəkəmələrin  inamına  görə:  ürəyində  niyyət  tutan 
qız, oğlan, arvad, kişi  təzə  Ay çıxanda, başına  ilk dəfə  təzə 
şal salıb, papaq qoyub Aya baxarsa, niyyəti baş tutar. 
Tərəkəmələrin  inamına  görə:  öz  əkin  yerini  səpmə-
miş  toxumluq  borc  verən  adam,  o  ili  borclu  qalar.  Evində 
bərəkə olmaz. 
Tərəkəmələrin  inamına  görə:  üzündə,  əlində,  bədə-
nində  dəri  xəstəliyi  olan  adam  ağ  tutun  şirəsini  gündə  üç 
dəfə hə min yerə sürtsə, sağalar. 
Tərəkəmələrin inamına görə: quru və göyöskürəkdən 
əzab  çəkənlərə  gündə  üç  dəfə  heyva  çöpü  və  yarpağını 
dəmləyil içirtmək məsləhətdir. 
Tərəkəmələrin  inamına görə: tez-tez hıçqıran adama 
yeddi qaşıq ilıq su içirtmək lazımdır. 
Tərəkəmələrin  inamına  görə:  göyöskürəkdən,  bəl-
ğəmdən əziyyət çəkənlərə bir stəkan süddə bir boşqab ənciri 
qaynadıb  bir  həftə  ərzində  gündə  üç  dəfə  –  səhər,  günorta, 
axşam yemək məsləhətdir. 
Tərəkəmələrin inamına görə: inək, qoyun, keçi sağı-
lan  zaman  uşaqlardan  kimsə  lalənin  qönçəsini  açıb,  zoğunu 
qırarsa, sağılan heyvanın südü kəsilər. 
Tərəkəmələrin  inamına  görə:  istər  atlı,  istərsə  də 
piyada bir kəs qəbiristanlıqdan keçərkən atdan düşməli, ayaq 
saxlayıb:  "Allah  yuxunuzu  şirin,  yerinizi  behiştlik  etsin",  – 
dedikdən sonra qəbiristandan keçib getməlidir. Həmin adam 
deyilənlərə  əməl  etməsə,  o  dünyada  cəhənnəm  odunda 
yanacaq, ona rəhmət oxuyan tapılmayacaqdır. 
Tərəkəmələrin  inamına  görə:  qaşları,  kirpikləri  sey-
rək  olan  və  ya  heç  olmayan  adamlar  paxıl,  ayaqaltı  eşən, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə