Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə30/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
116 
qar-qara etmək məsləhətdir. 
Sətəlcəm  olan  adama  bir  həftə  ac  və  yatar  qarına  bir 
stəkan  tut  bəhməzi  (doşab)  içirtmək  məsləhətdir.  Xəstə  tez 
sağalar. 
Təngnəfəs  (astma)  xəstəliyi  olan  adamlara  azca  duzlu 
qabaq horrası, xəşil yemək məsləhətdir. Müalicə effektlidir. 
Qızdırması  şiddətlənən,  istidən  sayıqlayan  adama  it-
burnu  Çiçəyini  dəmləyib  içirtmək  məsləhətdir.  O,  istiliyi 
tənzimləyir. 
Ürəyi  şiddətli  döyünən,  ağrıyan  adamlara  dəvədabanı 
kökünün  qaynadıb  suyunu  içmək  məsləhətdir.  Bu  üsulu  bir 
həftə  davam  etdirmək  ürək  nahiyəsində  olan  ağrıları  təzim-
ləyir.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
117 
LOĞMAN VƏ AQİLLƏRİN İNAMINDAN 
 
Aqillərin  inamına  görə:  yastığının  (balıncının)  altına 
qızıl  qoyulan  adamı  qara  basmaz,  yuxusu  şirin  olar.  Yuxu-
dan duranda şən-şux, gümrah, uğuru xeyir olar. 
Aqillərin  inamına  görə:  kim  arzu-istəyinə  çatmaq 
istəyirsə, uğura çıxmazdan əvvəl başı nəzir dediyi qoçun-qo-
yunun kəsilmiş dal qıçının üstünə qoyub  yatarsa, arzu-istəyi 
çin olar, uğuru xeyir tapar, əhdinə qovuşar. 
Aqillərin  inamına  görə:  bədən  üzvlərindən  sınıq, 
əzik,  kəsik  ağrılarını  –  küt  ağrıların  qarşısını  almaq  üçün 
erkək  qoçun  ətini  əzib  (döyüb)  ağrılar  olan  yerə  təpitmə 
etmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qan  təzyiqindən  əziyyət  çə-
kənlər  çəpiş  ətindən  tez-tez  istifadə  etmək  məsləhətdir.  Bu, 
qan təzyiqini tənzimləyir. 
Aqillərin  inamına  görə: tez-tez ürəyi keçənə, huşunu 
itirənə,  əl-ayağı,  qabırğası  qıc  olan  adamlara  at  südü  içmək 
məsləhətdir. 
Aqillərin inamına görə: astma, bronx xəstəliklərindən 
əziyyət çəkən xəstələrə eşşək südü içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qaraciyəri  soyuqlayan,  küt  
verən,  mədə-bağırsaq  xəstəliyinə  tutulanlara  qara  ç"-və  ya 
arpa, buğda, çovdar, qarğıdalı unundan bişirilmiş rək yemək 
məsləhətdir. 
Aqillərin  inamına  görə: uzun  sürən kəskin başağrısı: 
baş  beynində  sinir  pozuntusu,  yuxusuzluq  xəstəliklərinə 
tutulanlara  bir  ay,  gündə  üç  dəfə  yeməkdən  əvvəl 
moçuçiçəyi dəmləyib içmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
118 
Aqillərin  inamına  görə: sarı çiçək dəmləməsi soyuq-
dəymənin,  zökəmin,  bəlğəmin,  sinə  ağrılarının,  qan  təzyi-
qinin qarşısını alır və normallaşdırır, xüsusilə qadın xəstəliyi 
olan qanaxmanın qarşısını alır. 
Aqillərin inamına görə: üzünün sağ tərəfində xal olan 
adamın  ömrü  uzun,  sol  tərəfində  xah  olanlar  bəxti  açıq, 
xoşbəxt  olur.  Hər  iki  tərəfdə  xah  olan  adamlar  isə  uzun 
ömürlü və ailədə, həyatda xoşbəxt olurlar. 
Aqillərin  inamına  görə:  yuxuda  sığırçın  görənin  ev-
eşiyində,  qohum  əqrəbasında  şadlıq,  toy-düyün  yasa  dönər, 
uğuru xeyir tapmaz. 
Aqillərin  inamına  görə: çoban iti zingildəyib, quyru-
ğunu arxasınca qısıb, aramsız ulayanda, çoban bilməlidir ki, 
sürünün yaxınlığında yalquzaq və ya canavar sürüsü var. 
Aqillərin inamına görə: ağıllı və dünyagörmüş adam-
lar  içkiyə  meyl  etməz.  Bununla  belə,  şərabın  bəzi  xəs-
təliklərə xeyri də var. Belə ki, yemək zamanı bir qədəh şərab 
mədə-bağırsağı  möhkəmlədir,  böyrəkdə  daş,  qum,  kirəc-
ləşməni əridir. Adamda gümrahlıq şən əhvali-ruhiyyə oyadır. 
Yeməyin  həzmini  asanlaşdırır.  Sidik  kisəsini  möhkəmlədir. 
Baş  beyində  qarışıq  fikirləri  tənzimləyir.  Saçın  vaxtından 
əvvəl ağarmasını qarşısını alır. 
Aqillərin  inamına  görə:  balıq  ətinin  soyutması,  balıq 
kababından sonra qatıq, ayran içmək, yemiş, bal yemək olmaz. 
Aqillərin  inamına  görə:  piylənmədən,  kökəlmədən, 
böyrək  ağrılarından,  iştahasızlıqdan  əziyyət  çəkən  adamlara 
hər  dəfə  yeməmişdən  və  həmçinin  yatmazdan  əvvəl  bir-iki 
fincan (stəkan) kəmşirin limonlu çay içmək məsləhətdir. 
Aqillərin  inamına  görə: qəhvə  insanı ətalətdən, süst-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
119 
lükdən,  çox  yatmaqdan  azad  etmək  üçün  ən  yaxşı  müalicə 
üsuludur.  Qəhvə  insanı  gümrahlaşdırır,  əzələlərə  qüvvət 
gətirir, hər iki cinsi fizioloji cəhətdən aktivləşdirir. 
Aqillərin  inamına  görə: qəhvə həmçinin şiddətli qarın, 
mədə-bağırsaq, ishal xəstəliklərinin müalicəsi üçün də əhəmiy-
yətlidir.  Ürək  ağrısından,  yuxusuzluqdan  əziyyət  çəkən  xəstə-
lərə günorta və  ya gün batmamışdan əvvəl çox da tünd olma-
yan bir fincan südlə qarışdırılmış qəhvə içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  qanlı  bəlğəmdən,  göy  öskü-
rəkdən əziyyət çəkənlərə şomunun (ispanağın) sıxma pencə-
rini qatıqla  yemək, üstündən də bir  fincan (stəkan) həlimini 
içmək məsləhətdir. Bu, bəlğəmi və sinəni təmizləyir, həm də 
göy öskürəyin qarşısını alır. 
Aqillərin inamına görə: böyrəyində ağrılar, daş, qum 
olan xəstələrə hər gün yemək vaxtı çoxlu yarpız, turp, şüyüd, 
reyhan, tərə, xiyar yemək məsləhətdir. 
Aqillərin  inamına  görə:  gözünə  mirvari  suyu  gələn 
xəstələrə  15-20  gün,  gündə  üç  dəfə  tənzifi  (cunanı)  köhnə 
zeytun yağında isladıb gözün üstünə qoymaq məsləhətdir. 
Aqillərin  inamına görə: isti xörəyi yeyərkən, çayı içər-
kən onu üfürmək günahdır. Bu, evdən bərəkəti qovmaqdır. 
Aqillərin  inamına görə: şəkk-qısqanclıq dostu-dostdan, 
yoldaşı-yoldaşdan,  qardaşı-qardaşdan,  əri-arvaddan  ayırar. 
Şəkk-qısqanclıq olan yerdə şübhə artar, səmimiyyət olmaz. 
Aqillərin inamına görə: hər şey həyatda bölünər, ailə 
sədaqəti, səmimiyyəti bölünməz. 
Aqillərin  inamına  görə:  səadət,  səmimiyyət  harada, 
ailə xoşbəxtliyi də orada. 
Aqillərin  inamına görə: adam şərəfli elm dalınca ge-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə