Nübar Həkimova ___________________________________
72
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
arı sancan yerə dəmir pası çəkdikdə ağrı azalır, şiş tez sağalır.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
şiş (xərçəng) xəstəliyinə tutulanda, həmin şişi yerdonbalan
cırnağı (dırnağı) ilə bir həftə müddətində hər gün üç dəfə
cızdıqda tez sağalar.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
mal-qaranın, camışın, qoyun-keçinin, dəvənin, atın yelini
(döşü, məməsi – MH.) gələndə ona sarı palçıq çəkilərsə, tez
sağalar.
Elat-tərəkəmə maldar-çoban müdriklərinin ina-
mına görə: mal-qara, qoyun-keçi, camış, at, dəvə köpəndə
qulağını iti bıçaqla azacıq çərtib qan almaq məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
böyüyəndə dişlərin salamat qalması, tökülməməsi üçün, uşaq
dişini dəyişdikdən sonra hər gün yeməkdən əvvəl uşağın
dişlərini soğan, sarımsaqla sürtmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
sətəlcəm olanı sarımsağı keçi piyi ilə qaynadıb, bədəni möh-
kəm ovxalamaq məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
göyöskürəyə, qanlı bəlğəmə tutulan xəstələrə sarı çiçəyi
dəmləyib içmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
qan təzyiqi yuxarı olan xəstələrə qaymaqçiçəyi dəmləməsi
içmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
iştahasızlıqdan, bərk soyuqdəymədən (qançırdan) əziyyət çə-
kən xəstələrə bir həftə hər gün yeməkdən əvvəl, üç dəfə bir
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
73
fincan (stəkan) zoğal əzintisinin şirəsini içmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
qanı az olan xəstələrə çuğunduru maşından keçirib şəkər-
tozu (pesok) ilə qarışdırıb, şirəsini üç gün ağzı bağlı qabda
saxladıqdan sonra, hər gün yeməkdən əvvəl üç dəfə bir fin-
can (bir ay müddətinə) içmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
bədəni, ayağı, qoltuq altı iy verən adamlara bir ay, həftədə
iki dəfə biyanı qaynadıb suyunda çimmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
baş ağrısından əziyyət çəkən xəstələrə hər üç gündən bir
qaynadılmış yarpız suyu ilə bir ay müddətində başı yumaq
məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
qan təzyiqi yuxarı olan adamlara yaz aylarında ilanotu (yol-
pencəri) sıxmasını tünd sarımsaqlı qatıqla yemək, yay, payız,
qış aylarında isə onun qurudulmuşunu qaynadıb yenə də
həlimi qarışıq tünd sarımsaqlı qatıqla içmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
yel xəstəliyindən əziyyət çəkənlərə bir ay, həftədə bir dəfə
doy-dabanı (xortum) yarpağı və ya asırqalı dərib bir neçə
saat açıq havada saxlayıb soldurduqdan sonra ağrıyan bədən
üzvlərinin yerini sarımaqla, xəstənin altına, üstünə də həmin
yarpağı döşəmək məsləhətdir. Bu üsulu xəstə tərləyincə et-
mək lazımdır.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
gözü ağrıyan adamlara obaşdan moruq və ya kələm yarpağı-
nın üzərindəki şeh damlalarını təmiz qaba yığıb 20-21 gün
səhər tezdən və axşam yatmazdan qabaq hər dəfə üç-dörd
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
74
damcı gözə tökmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə:
ilancıq, gözyarası (bunlar yaman yaralardır) olan xəstələrə
20-21 gün, gündə bir dəfə təzə kəsilmiş heyvanın gözünü,
zəyi, yumurtanı unla qatıb alman xəmiri bükərək külə qoy-
maq, üstünü qor-odla örtüb tam bişirmək, sonra onu əzib,
ələkdən keçirib, ununu yaranın üstünə səpmək məsləhətdir.
Yel xəstəliyindən əziyyət çəkənlərə təzə açılmış aka-
siya çiçəyini dərib şüşə bankada ağ neft içərisində 10 gün
qaranlıq və sərin yerdə saxladıqdan sonra hər gün üç dəfə yel
tutan nahiyəni sürtüb sığallamaq məsləhətdir.
Əlində ziyil olan adama həmin yeri körpə küçüyə
yalatmaq məsləhətdir.
İnsan bədəninin üzvlərində əmələ gələn şiş fırların tez
yetişməsi, deşilməsi üçün içində pendir mayası olan qursağı
həmin şişin üzərinə yaxmaq məsləhətdir.
Gözə çıxan itdirsəyini sağaltmaq üçün bir parça qəndi
bir həftə, hər gün üç dəfə itdirsəyinin üstünə sürtmək məs-
ləhətdir.
Qulaq ağrısından əziyyət çəkənlərə ağ soğanın suyunu
sıxıb qulağa tökməsi məsləhətdir.
Saçın tökülməməsi üçün qırmızı soğanın qabığını qay-
nadıb suyunda günaşırı baş yumaq məsləhətdir.
İshal xəstəliyindən əziyyət çəkən xəstələrə şirin nar
qabığının qurusunu narın əzib, bişmiş yumurtanın üzərinə
səpib yemək məsləhətdir.
Oraq, kərənti, qılınc, xəncər, bıçaq kəsiyini tez sağalt-
maq üçün acıtərəni (vəzərini) qurudub, narın əzib yaranın
üstünə səpmək məsləhətdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
75
Başda olan bit, sirkə, sinəyi tökmək üçün çuğundurun
yarpağını qaynadıb günaşırı onunla başı yumaq məsləhətdir.
Daxili hilləti və həmçinin bütün qurd növlərini həm
insan, həm də heyvanlardan tökmək üçün bir həftə, hər səhər
acqarına su tərəsi (buna camış tərəsi deyilir) və bir fincan təzə
mayalanmış pendir suyu içmək məsləhətdir. Bu qəbil müalicə
qızıl qurdu, yastı qurdu, qılçıq qurdu, qılbaş qurdu tökür.
İshal, qarın ağrısına tutulan xəstələrə nar qabığı quru-
sunun unundan bir çay qaşığı dəmləyib içmək məsləhətdir.
İshal, qarın ağrısına tutulan xəstələrə bir həftə, gündə
yeməkdən əvvəl üç dəfə titrəbabı (romaşka) çiçəyini dəmlə-
yib uşaqlara bir çay qaşığı, böyüklərə isə bir xörək qaşığı
içmək məsləhətdir.
Mədə-bağırsaq yara və xorasından əziyyət çəkənlərə
10 gün yeməkdən əvvəl gündə üç dəfə bir çay qaşığı reyhan
şirəsi içmək məsləhətdir.
Böyrəklərində daş, gəc olan xəstələrə yarpızı dəmləyib,
hər gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir.
Ayaq, daban ağrısı, barmaqlar arası pıçrıq (bişməcə)
olanlara cır alma və ya turş alçanı qaynadıb ağrıyan yerə
yaxmaq məsləhətdir. Sonra ayağı, barmaqların arasını təmiz
qurulamaq, bu müalicəni 15-20 gün yatmazdan əvvəl davam
etdirmək lazımdır.
Oynaqları ağrıyan, yel xəstəliyindən əziyyət çəkən xəs-
tələrə yetişmiş tutu iri çəlləyə yığıb qıcqırtdıqdan sonra 10-
15 gün, 40-45 dəqiqə axşam-səhər çəlləkdə vanna etmək
məsləhətdir.
Mədə-bağırsaq xəstəliyi olanlara hər gün səhər tezdən
acqarına tut yemək məsləhətdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |