Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə257/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   253   254   255   256   257   258   259   260   ...   267

Madda 471. Tanınmaya qar^t etiraz etma 

Işdo iştirak edən şəxs, xarici dövlətin məhkəmə qətnaməsinin daxil olmasım bildiyi 1 ay 

müddətində  bu  qətnamənin  tanınmasına  etiraz  barədə  Azərbaycan  Respubtikasmın  Ali 

Məhkəməsinə müraciət edə hilər. 

1.

 



Azərbaycan Respubİikasmm Ali Məhkəməsi xarici dövlətin məhkəmə qəma- məsinin 

tanınması haqqında ərizəni aldıqdan sonra bu barədə işdə iştirak edən şəxslərə çağırış və ya 

bildiriş  göndərməyə  borcludur.  Bildiriş  vərəqəsini  aldıqdan  sonra  işdə  iştirak  edən  şəxslər 

şərh  edilən  maddəyə  uyğun  olaraq  1  ay  müddətində  bu  qətnamənin  tanınmaması  barədə 

etirazı Azərbaycan Rcspublikasmın Ali Məhkəməsinə təqdim edə bilərlər. 

2.

 



İşdə  iştirak  edən  şəxsin  xarici  dövlət  məhkəməsinin  qətnaməsinin  tanmması  üçün 

təqdim  etdiyi  etiraz  MPM-in  465-ci  maddəsinin  tələbləri  baxımından  əsaslandı-  nlmahdır 

(daha geniş hax: MPM-in 465-ci maddəsinin şərhinə). 

Maddə 472. Etiraza baxılma 

472.1.

 

Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin 

etirazına  işdə  iştirak  edən  şəxslərə  bu  Məcəllədə  göstərilən  qaydada  bildirməklə,  açıq 

məhkəmə iclasında baxdır. 

472.2.

 

Çağırış vərəqəsinin ona təqdim edilməsi məhkəməyə məlum olduqda, işdə iştirak 

edən şəxsin üzrsüz səbəbdən məhkəməyə gəlməməsi etiraza baxılmasına mane olmur. 

472.3.

 

Əgər şəxs etiraza baxılması vaxtının başqa vaxta keçirilməsinə dair məhkəməyə 

müraciət edənsə və bu xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə, onda məhkəmə baxışı 

başqa va.xta keçirir və bu barədə işdə iştirak edən şə.xslərə bildirir. 

472.4.

 

Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tanınmasına  qarşı  etiraza  baxılanda, 

məhkəmə qərardad çıxarır. 

1.

 



Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tamnmasma  qarşı  işdə  iştirak  edən  şəxsin 

etirazına  işdə  iştirak  edən  şəxslərə  məhkəmə  iclasmın  vaxtı  və  yeri  haqqmda  məlumat 

verilməklə Azərbaycan Respublikasmm Ali Məhkəməsi tərəfindən MPM- yə uyğun olaraq 

açıq məhkəmə iclasında baxılır. 

2.

 

Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tamnmasma  qarşı  etiraza  baxılmasımn 



nəticəsi  olaraq  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  qərardad  çıxanr.  Bu  qərardaddan 

şikayət verilə bilməz. 



Maddə 473. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsi 

473.1.

 

Məcburi  icra  edilməli  olmayan  xarici  dövlətin  məhkəmə  qətnaməsinin 

tanınmasının  rədd  edilməsinə  bu  Məcəllənin  465-ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar 

olduqda yol verilir. 

473.2.

 

Qərardadın  surəti  onun  çıxarıldığı  gündən  3  gün  müddətində  xarici  dövlətin 

məhkəmə qətnaməsinin çıxarılması barədə ərizə vermiş şəx.sə və ya onun nümayəndəsinə və 

qətnamənin tanınmasına qarşı etiraz etmiş şəxsə göndərilir. 

1.

 

Məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanın 

537 



ması məsələsi müzakirə olunarkən məhkəmə işə mahiyyəti üzrə müdaxilə etməməli, tətbiq 

edilən  maddi  və  prosessual  qanunları  araşdırmamalı,  yalnız  MPM-in  465-ci  maddəsində 

nəzərdə tutulan əsaslar olduğu halda həmin qətnamənin tanınmasından imtina edilməlidir. 

2.

 

Məcburi  icra  edilməli  olmayan  xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tanm- 

masının rədd edilməsi ilə bağlı çıxarılan qərardadın surəti onun çıxarıldığı gündən 3 gün 

müddətində ərizəçiyə və ya onun nümayəndəsinə və qətnamənin tanınmasına qarşı etiraz 

edən şəxsə göndərilir. 

538 


50-ci fəsil 

Xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin icrası və tanınması 

Maddo 474 Ümumi miiddoalar 

Bu  bölmənin  maddələri,  həmçinin,  xarici  dövləflərin  arbitraj  məhkəmələrinin 

qətnamələrinin icra edilməsi və ya tanınması barədə qətnamələrə də tətbiq edilir. 

1.

 



Şərh edilən maddədə arbitraj məhkəmələrinin qətnamələri dedikdə, dövlət məhkəmə 

sisteminə daxil olan arbitraj məhkəmələri deyil (məsələn, RF-da fəaliyyət göstərən arbitraj 

məhkəmələri),  münsiflər  məhkəməsi  statusunda  olan  və  MPM-in  maddəsinin  şərhində 

göstərilən arbitraj məhkəmələrinin qətnamələrinin icra edilməsi və tanınması nəzərdə tutulur. 

2.

 

29 dekabr 1958-ci il tarixli Xarici arbitraj qətnamələrinin tanınması və icra edilməsi 



haqqında  Nyu-York  Konvensiyasmm  1-ci  maddəsinə  müvafiq  olaraq  arbitraj  qəmaməsi 

dedikdə, hər bir konkret iş üzrə  (ad  hoc) arbitr (və ya arbitrlər) tərəfindən çıxarılan və ya 

daimi fəaliyyət göstərən arbitraj orqanları (arbitraj institutu) tərəfindən çıxarılan qətnamələr 

başa  düşülməlidir.  Belə  qətnamələr  Konvensiyanın  iştirakçıları  tərəfindən  Konvensiyada 

nəzərdə tutulan qaydada tanınır və icra edilir. 

3.

 



MPM-in IV bölməsinin qaydalan bu fəsilə də şamil edilir. 

Maddə  475.  Xarici  dövlətin  arbitraj  məhkəməsinin  qətnaməsinin  icra  edilməsi  və  ya 

tanınması barədə ərizə 

Xarici  dövlətin  arbitraj  məhkəməsinin  qətnaməsinin  icrasını  və  tanınmasını  bildirən 

hüquqi və fiziki şəxs, arbitraj qətnaməsinin əslini və ya onun təsdiq edilmiş surətini, habelə 

arbitraj  sazişinin  əslini  və  ya  onun  surətini  təqdim  etməyə  borcludurlar.  Əgər  arbitraj 

məhkəməsinin qətnaməsi və ya saziş xarici dildədir.sə, tərəfiər bu sənədlərin təsdiq edilmiş 

Azərbaycan dilində tərcüməsini təqdim etməlidirlər. 

1.

 



Şərh  edilən  maddənin  mətni  ilə  Nyu-York  Konvensiyasmm  4-cü  maddəsi  eynilik 

təşkil  edir.  Belə  ki,  xarieİ  dövlətin  arbitraj  məhkəməsinin  qəmaməsinin  İcrasını  və 

tanmmasmı xahiş edən tərəf (hüquqi və ya fiziki şəxs) arbitraj qəmaməsinin əslini və ya onun 

təsdiq  edilmiş  surətini,  habelə  arbitraj  sazişinin  əslini  və  ya  onun  surətini  təqdim  etməyə 

borcludur. 

Arbitraj sazişi dedikdə, tərəflərin işi arbitraj məhkəməsinin aidiyyətinə vermək haqda 

bağladığı  ayrıca  yazılı  müqavilə  və  ya  tərəflər  arasmda  bağlanan  ümumi  müqavilədə 

(alqı-satqı, göndərmə, daşıma, podrat və s.) ayrıca bənd nəzərdə tutulur. 

2.

 



Arbitraj  məhkəməsinin  qəmaməsi,  sazİş  və  ya  müqavilə  xarici  dildədirsə,  bu 

sənədlərin təsdiq  edilmiş  və  azərbaycan  dilinə  tərcümə  edilməsi,  həmçinin tələb  olunduğu 

hallarda leqallaşdırılması vəzifəsi tərəfin (və ya tərəflərin) üzərinə düşür. 

Maddo 476. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini məcburi icra etməkdən 

və ya tanımaqdan imtina 

539 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə