Azərbaycan Hüquqçular Assosiasiyası azərbaycan respublikasinin



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə256/267
tarix31.08.2018
ölçüsü3,88 Mb.
#65555
növüQaydalar
1   ...   252   253   254   255   256   257   258   259   ...   267

48-

 

ci fəsil 



Xarici dövlətin məhkəmə qətnamələrinin məcburi icrası 

Maddi) 466. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizə 

466.0.

 

Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə 

aşağıdakılar əlavə edilir: 

466.0.

 

1. xarici dövlətin məhkəmə gətnamə.sinin qanuni qüvvəyə minməsini təsdiq edən, 

üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində 

iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini 

təsdiq edən sənəd

466.0.

 

2. sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş təsdiq edilmiş surətləri. 

1.

 



Xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarının  qətnamələrinin  məcburi  İcrası 

haqqında  ərizəyə  MPM-in  464-cü  maddəsinə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

Ali Məhkəməsinin müvafiq kollegiyası (Mülki işlər üzrə məhkəmə kollegiyası və ya İqtisadi 

mübahisələr üzrə məhkəmə kollegiyası) baxn. 

2.

 

Şərh edilən maddəyə uyğun olaraq xarici dövlətin məhkəmə və ya arbitraj 



qətnaməsinin məcburi icrası haqqında ərizəyə aşağıdakı sənədlər  mütləq əlavə edilməlidir;

 

I



 

1)

 



xarici dövlətin məhkəmə (arbitraj) qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq 

edən leqallaşdmlmış surəti (daha ətraflı bax: 457-ci maddənin şərhinə); 

2)

 

məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtmda və lazımi 



qaydada xəbərdar edilməsini təsdiq edən sənəd. 

Xarici dövlətin  məhkəmə (ar^ıitraj) qətnaməsinin məcburi icrası  barədə ərizə və ona 

əlavə  edilən  sənədlərin  azərbaycan  dilinə  tərcümə  edilmiş  sürətləri  mütləq  işə  əlavə 

edilməlidir. 



Maddə 467. Ərizəyə baxılması 

467.1.

 

Xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə 

ərizəyə işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri haqqında xəbər 

verilməklə, açıq məhkəmə iclasında baxılır. 

467.2.

 

Bildiriş vorəqə.sinin ona verilməsi barədə məhkəmədə məlumat olarsa, işdə 

iştirak edən şəxsin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane 

olmur. Əgər işdə iştirak edən şəxs ərizəyə haxılmasıntn başqa vaxta keçirilməsi barədə 

xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzrlü hesab edilərsə, 

məhkəmə işə baxılmasını başqa vaxta keçirir və borclunu yeni məhkəmə baxışının vaxtı 

barədə xəbərdar edir. 

467.3.

 

İşə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və 

icra etməkdən imtina etdikdə, bu Məcəllənin 465-ci maddəsi itə nəzərdə tutulan əsasların 

olub-olmamasını yoxlayır. 

467.4.

 

Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası və ya 

bundan imtina edilməsi barədə qərardad çıxarır. 

1. Xarici dövlətin məhkəmə (arbitraj) qətnaməsinin məcburi icrası barədə ərizəyə 

Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasında (Mülki işlər 

534 



üzrə məhkəmə kollegiyası və ya İqtisadi mübahisələr üzrə məhkəmə kollegiyası) Azərbaycan 

Respublikasının 43-cü fəslində nəzərdə tutulan qaydada baxıln. 

MPM-in  465-ci  maddəsində  nəzərdə  tutulan  əsaslar  olduqda,  Azərbaycan 

Respublikasının Ali Məhkəməsinin müvafiq kollegiyası xarici dövlətin məhkəmə (arbitraj) 

qətnaməsini tanımaqdan və məcburi icra etməkdən imtina etmək barədə qərardad çıxarır. 

2. Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə (arbitraj) qətnaməsinin məcburi icraya 

yönəldilməsi qənaətinə gəldiyi halda da qərardad çıxaru-. 

Maddə 468. Qətnamənin icrası 

468.1.

 

Xarici  dövlətin  məhkəmə  qətnaməsi  və  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin  qərardadı  əsasında  bu  qətnamənin  məcburi  qaydada  icra  edilməsinin  həll 

olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi 

verilir. 

468.2.

 

Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  qaydada  icra  edilməsi  barədə 

hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata 

keçirən orqanlar tərəfindən edilir. 

1,

 



Şərh  olunan  maddəyə  müvafiq  olaraq  xarici  dövlətin  məhkəmə  qətnaməsi  və 

Azərbaycan Respublikasmın Ali Məhkəməsinin müvafiq kollegiyasının qərardadı əsasmda 

icra vərəqəsi verilir və Azərbaycan Respublİkasmm tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, 

MPM-ə və Məhkəmə qərarlannm icrası haqqında Qanuna əsasən məcburi icraya yönəldilir. 

2.

 

Xarici dövlətin məhkəmə (arbitraj) qətnaməsinin məcburi qaydada icra edilməsi ilə 



bağlı hərəkətlər Məhkəmə qərarlannm icrası haqqında 27 dekabr 2001-ci il tarixli Qanunda 

nəzərdə tutulan qaydaya uyğun olaraq həyata keçirilir. 

535 



49-cu fəsil 

Xarici dövlət məhkəmələrinin qətnamələrinin tanınması 

Maddo 469. Ümumi qaydalar 

Xarici dövlətin məcburi icra olutımast tələb edilməyən məhkəmə qətnamələri, maraqlı 

şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tammr. 

K  Xarici  dövlət  məhkəmələrinin  qətnaməsi  Azərbaycan  Respublikası  ərazisində 

MPM-in 465-cİ maddəsində nəzərdə tutulmuş bu cür qətnamələrin tanınmasmdan imtina üçün 

əsasların  mövcudluğu  yoxlandıqdan  sonra  hər  hansı  sonrakı  icraat  aparılmadan  tanınır. 



Sonrakı  icraat  dedikdə,  xarici  dövlət  məhkəməsinin  qətnaməsinin  tanınması  üçün  İşə 

mahiyyət üzrə baxılması, maraqlı şəxslərin dəvət edilməsi və s. hərəkətlərin yerinə yetirilməsi 

anlaşılır. 

2.  Şərh  edilən  maddədə  qanunverici  göstərilən  hərəkətlərin  edilməsini  yalnız  maraqlı 

şəxs tərəfindən xarici dövlətin məhkəməsinin məcburi icranı tələb edilməyən qətnaməsinin 

tanınmasma etiraz edildikdə istisna etmir. Maraqlı şəxs tərəfindən xarici dövlət məhkəməsinin 

qətnaməsinin tamnması barədə etiraz verildikdə, məhkəmə həmin etirazda göstərilən halları 

araşdırmağa borcludur {bax: MPM-in 459-cu maddəsinin şərhinə). 



Maddə 470. Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyi 

470. i. Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud 

etibarsız  hesab  edilmişsə,  bu  qətnamənin  icra  edilməsi  üçün  onun  Azərbaycan 

Respublikasının Ali Məhkəməsi tərəfimdən tanınması tələb olunur. Bu halda tanınma xarici 

dövlətin qarşılıqlı təminatından asılı deyildir. 

470.2.

 

Əgər ər-arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın 

aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur. 

1.

 



Şərh edilən maddəyə uyğun olaraq nikahın pozulması etibarlı və ya etibarsız hesab 

edilməsi üzrə xarici dövlət məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası ərazisində 

tanınmasının üç səciyyəvi xüsusiyyəti göstərilmişdir; 

1} bu kateqoriya işlər üzrə qətnaməni mütləq Azərbaycan Respublikası Ali Məhkəməsi 

tanımalıdır; 

2) bu kateqoriya işlər üzrə qətnamənin tanınması xarici dövlətin qarşılıqlı təminatından 

asılı deyildir, 

2.

 



Qətnamə  qəbul  edilən  zaman  ər  və  arvad  qətnamə  çıxaran  məhkəmənin  mənsub 

olduğu xarici dövlətin vətəndaşı olmuşdursa, qətnamənin Azərbaycan Respublikası ərazisində 

tanınması istisna edilir. 

Bu  kateqoriya  işlər  üzrə  çıxarılan  xarİcİ  dövlət  məhkəmələrinin  qətnamələrinin 

Azərbaycan Respublikası ərazisində tanınması zamanı göstərilən şərtlər məhkəmə tərəfindən 

mütləq nəzərə alınmalıdır. 

536 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   267




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə