Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   2   3   4   5   6   7   8   9   ...   47

 
- 14 - 
mümkün  deyil.  Bəşəriyyət  adından,  bütün  bəşəriyyətin  taleyini  düşünərəkdən 
yaşamaq,  ümumbəşəri  ideallara  xidmət  etmək  –  insanın  ideya  təkamülünün 
zirvəsidir.  
Lakin,  göründüyü  kimi,  bu  triadada  Şərq  və  Qərb  bölgüsünə  yer  yoxdur. 
Ümumbəşəri  sivilizasiyadan  fərqli  olaraq,  milli  mədəniyyətlər,  dil  və  din 
müəyyənliyi ilə də seçilirlər. Bu baxımdan, milli mədəniyyətin aralıq mərhələ kimi 
təsbit edilməsi, tamamilə qanunauyğundur. Şərq və Qərb bölgüsündə isə, dil və din 
amilləri  istisna  olunur.  Yuxarıda  göstərdiyimiz  kimi,  coğrafi  amil  də  burada 
həlledici deyil. Bəs bu bölgü, nəyə əsaslanır? – İlk növbədə, düşüncə tərzinə, fərdi 
və  ictimai  şüurun  qarşılıqlı  əlaqəsinə  və  bu  əlaqəni  təmin  edən  ictimai 
təşkilatlanma formalarına!  
Qərb düşüncəsi, konkret təhlilə, hissi təcrübəyə, təfərrüatların öyrənilməsi və 
ümumiləşdirilməsinə, induktiv metoda, subyektin obyektdən ayrılmasına əsaslanır. 
Şərq  düşüncəsi  isə,  daha  çox  fitrətə,  duyğuya,  bütövlüyün  hissi  və  əqli  sezgi  ilə 
mənimsənilməsinə, obyektin subyektə itməsinə əsaslanır.  
Lakin bu xüsusiyyətlər ancaq düşüncənin daxili mexanizminə aiddir. Nəzərə 
alınmalıdır  ki,  qərarlaşmış  sosial  mədəni  durum,  dəyərlər  sistemi  də  düşüncə 
tərzinə təsir göstərir. Mühit özü insanın fəallaşması və tənbəlləşməsi üçün şərt ola 
bilər. Mühit ideyanı, düşüncəni, təşəbbüsü stimullaşdıra da bilər, onun qarşısını ala 
da  bilər.  Düşüncənin  inertləşməsi,  fikir  tənbəlliyi  bu  gün  Şərqin  əlamətlərindən 
birinə  çevrilmişdir.  Halbuki,  məhz  Şərqdə  düşüncə  soyuq  ağla  deyil,  qaynar 
zəkaya, qəlbin döyüntüsünə, şövq və ehtirasa söykənir. Əql məhəbbət kontekstində 
ortaya çıxır… 
Lakin,  təəssüf  ki,  Şərqin  ətalətini  şərtləndirən  də,  onun  soyuqluğu  yox,  elə 
məhz  hərarətidir.  Adi  məntiqlə  düşünmək,  ölçüb-biçmək,  insandan  böyük  daxili 
enerji  tələb  etmədiyi  halda,  hər  bir  məqamda,  bütün  varlığı  ilə  obyektə  doğru 
yönəlmək (fenomenologiyada buna – intensiallıq deyirlər), obyekti öz «mən»ində 
əritmək,  idrakı  sevgi  məqamına  yüksəltmək,  çox  çətindir.  Məhz  buna  görədir  ki, 
Şərqdə  əqli  fəaliyyət,  idrak,  istənilən  insanın  deyil,  seçilmişlərin  nəsibi  olur. 
Fəhmlə  dərk  etmək  üçün,  ağıldan  ziyadə  fəhmə,  intuisiyaya  malik  olmaq  tələb 
olunur.  Böyük  həqiqətləri  qəlbin  işıqlanması  məqamında  görmək  üçün  alışıb-
yanmaq, nurlanmaq siqləti tələb olunur.  
Fərdi müstəvidə, əlbəttə, hər şey aydındır. Şərqin düşüncə tərzi daha yüksək, 
daha  ali  bir  məqamı  ifadə  edir.  Lakin  bu  yüksək  məqama  hamı  yüksələ  bilmirsə, 
onda  ictimai  şüurun  fərdi  şüurlardan  geri  qalması,  kütlənin  kimlərinsə  dalınca 
getmək,  kimə  isə  kor-koranə  inanmaq  zərurətini  də  ortaya  çıxardır.  İctimai 
təşkilatlanmadakı fərqlər də düşüncə tərzindəki fərqlərdən irəli gəlir. Şərqin ictimai 
müstəvidə  geri  qalması  onun  həqiqət  məzənnəsini  çox  yüksəklərə  qaldırması  ilə 
bağlıdır və bu yüksəklik ictimai müstəvidə öz əksliyinə çevrilir.  


 
- 15 - 
Hər  dəfə  fikirləşmək  üçün,  səmaya  qalxmaq,  daxili  yüksəliş  keçirmək  zə-
rurəti geniş kütləni fikir tənbəlliyinə sürükləyir. Və fikir tənbəlliyi, Şərqin amilinə 
çevrilir. İctimai mühitin, sosial infrastrukturun, ənənəviləşmiş təsir formaları Şərq 
anlayışına və səhvən «Şərq düşüncə tərzi» anlayışına da daxil edilir. 
Yeni  dövrdə  müsəlman  dünyasında,  ideoloji  infrastrukturun  düşüncəyə 
münasibətlə  yanaşı,  tədqiqatın  məzmununa  da  təsir  etməsi  Cəmaləddin  Əfqani 
tərəfindən  gözəl  şərh  edilir:  «Təfəkkürün  tərzi  və  meyarı  olan  məntiq  elmini  hər 
kəs  öyrənməlidir  ki,  həqiqəti  yalandan,  düzü  əyridən  seçə  bilsin.  Halbuki,  bizim 
müsəlman məntiqçilərinin başı mövhumatla və boş-boş şeylərlə doludur. Bunların 
təfəkkürü  ilə  avamların  təfəkkürü  arasında  heç  bir  fərq  yoxdur.  Hikmət  elmi 
ətrafımızdakı  mövcud  səbəblərdən  və  əlaqələrdən  bəhs  edir.  Qəribə  burasıdır  ki, 
bizim alimlər «Sədri» və «Şəmsül-bariə» oxuyurlar və fəxrlə özlərini hikmət sahibi 
hesab edirlər. Di gəl,… soruşmurlar ki, biz kimik və nəyik? Elektrik, buxar gəmisi, 
dəmir yolu nədir?»
1
  
Sabirin məşhur satirası yada düşür:  
 
Dindirir əsr bizi, dinməyiriz, 
Açılan toplara diksinməyiriz, 
Əcnəbi seyrə balonlarla çıxır, 
Biz hələ avtomobil minməyiriz.
2
 
 
M.F.Axundovdan  Cəmaləddin  Əfqaniyə,  Əfqanidən  Sabirə  və  Hadiyə, 
M.İqbala  və  C.Cübrana,  Cavidə  və  Cabbarlıya  gedən  ideya  yolu,  özünütənqid  və 
vəhdətə çağırış yolu!  
Məhz fikir tənbəlliyinin və ətalətin nəticəsidir ki, Avropa yeni-yeni texniki 
nailiyyətlər  əldə  etdiyi  bir  vaxtda,  bizimkilər  ərəb  əlifbası  və  ərəb  sözlərinin 
təfərrüatları  sahəsində  baş  sındırmaqla  məşğul  idilər.  C.Əfqani  elə  bil  ki, 
M.F.Axundovun  əlifba  islahatı  uğrunda  mübarizəsinə  səs  verərək,  yazırdı: 
«Müsəlmanlar  təlim-tərbiyədən  heç  bir  xeyir  görmürlər.  Məsələn,  onlar  nəhv 
elmini  öyrənməklə  məşğul  olurlar.  Nəhv  elmində  məqsəd  də  budur  ki,  ərəb 
sözlərini  düzgün  yazıb-oxumağı  öyrənsinlər.  Halbuki,  bizim  zəmanəmizdə 
müsəlman  alimləri  nəhv  elmini  son  məqsəd  və  qayə  kimi  qarşılarına  məqsəd 
qoymuşlar…».
3
  Bəli,  dil  məqsəd  yox,  vasitə  olmalıdır.  Hansı  dildə  oxumaq  və 
yazmaq deyil, nə barədə oxuyub-yazmaq önəmlidir. Düşüncənin səhv istiqamətdə 
yönəldilməsi, vasitəni özünə məqsəd etməsi, hətta elmi dini dəyərlərlə əvəz etmək 
təşəbbüsləri  Şərqin tənəzzül  səbəblərindəndir.  «Qəribə  burasıdır  ki,  bizim  alimlər 
                                                 
1
 C.Əfqani. Göstərilən əsər. səh. 31.  
2
 M.Ə.Sabir. Hophopnamə. II cild. B., Minarə, 2000, səh. 5 
3
 C.Əfqani. Göstərilən əsər. səh. 30. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə