Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   2   3   4   5   6   7   8   9   ...   47

 
- 9 - 
Tədris  planlarının,  proqramların  və  dərsliklərin  hazırlanması  isə  elə  böyük 
miqyaslı elmi tədqiqat işləri və araşdırmalar tələb edir ki, onu nəinki fərdi miqyas-
da, heç universitet miqyasında da həyata keçirmək mümkün deyil. Bütövlükdə öl-
kənin təhsil siyasətini müəyyən etmək, təlim və tərbiyə sahəsində strateji proqram-
lar hazırlamaq üçün təhsil fəlsəfəsinin elmlərin inkişafına və alınan nəticələrin, ha-
belə qabaqcıl təcrübələrin bütün ölkə miqyasında yayılmasına ehtiyac yaranır.  
Bu, olduqca böyük bir məsuliyyətdir. Vahid təhsil siyasətinə əsaslanan təhsil 
sistemi  bütöv  orqanizm  kimidir.  Bu  orqanizmin  səmərəli  surətdə  idarə  olunması 
üçün  bütün  struktur  səviyyələrində  idarəetmənin  təkmilləşdirilməsi  ilə  yanaşı, 
təlim-tərbiyə  prosesinin  də  modernləşdirilməsinə,  insan  amilinin  önə  çəkilməsinə 
böyük ehtiyac vardır.  
Biz bu kitabçada milli fəlsəfi fikirlə, habelə fəlsəfənin tədrisi ilə və təhsil sis-
teminin strukturunda onun yeri ilə bağlı mülahizələrimizi  konfrans iştirakçılarının 
diqqətinə çatdırır və islam bölgəsində fəlsəfənin tədrisi məsələlərinə həsr olunmuş 
belə bir konfransın keçirilməsini diqqətəlayiq bir hadisə hesab edirik.  
Bunu da qeyd etmək istərdik ki, islam dünyasında fəlsəfə dedikdə, biz heç də 
islam  fəlsəfəsini  nəzərdə  tutmuruq.  Söhbət  din  fəlsəfəsindən  deyil,  milli-fəlsəfi 
fikirdən  gedir.  Din  amili  milli  amilin  strukturunda  bir  komponent  kimi  nəzərə 
alınır. Lakin bu amil islam dininə itaət edən bütün xalqların milli məfkurəsinə və 
milli fəlsəfi fikrinə daxil olmaqla birləşdirici rol oynayır.  
Biz türk milli özünüdərkindən danışarkən, onu elmi-nəzəri ifadəsi olan türk 
fəlsəfi fikrindən çıxış etməyə çalışacağıq. Burada fəlsəfi fikrin mənsubiyyəti onun 
bir müsəlman və ya xristian düşüncəsinin, yaxud bir ərəb və ya türk düşüncəsi ilə 
müəyyənləşmir.  Başqa  sözlə  desək,  söhbət  müəllifin  dini  və  milli  mənsubiyyətin-
dən deyil, onun irəli sürdüyü fəlsəfi təlimin hansı milli təfəkkürü daha çox ifadə et-
məsindən gedir.  
Fəlsəfi təlimlərin milli özünəməxsusluğunun təzahürü məsələsi çox incə bir 
məsələdir və təəssüf ki, hələ indiyədək layiqincə öyrənilməmişdir. Buna görədir ki, 
özü  mömin olan şəxsin öz dininə yad bir təlimin təsiri altında yazdıqlarının (təbii 
ki, özü də fərqinə varmadan) əslində kimin dəyirmanına su tökdüyünü müəyyənləş-
dirə bilməsi üçün əvvəlcə bu yöndə meyarlar sistemi hazırlanmalıdır. Çünki fəlsəfi 
təlimin milli və dini identifikasiyası çox yüksək metodoloji hazırlıq tələb edir. 
Bu  kitabın  bir  məqsədi  də  məhz  milli  özünəməxsusluğun  fəlsəfi  təlimlərdə 
ifadə  olunması  məsələlərini  araşdırmaq,  dərsliklərdə  milli  məfkurədən  və  milli 
ifadə üslubundan çıxış edilməsi zərurətini əsaslandırmaqdır.     


 
- 10 - 
 
 
 
 
 
 
 
 
MİLLİ FƏLSƏFİ FİKİR VƏ 
MİLLİ ÖZÜNÜDƏRK 
 
 
 Millətin əsasında ideya dayanır. 
                                                                                         O. Şpenqler 
 
Milli  fəlsəfi  fikir  millətin  özünüdərk  mərhələsində  üzə  çıxır.  Bu  isə  heç  də 
bütün  millətlərə  nəsib  olmur.  Bu  baxımdan,  “millət”  anlayışını  etnosdan  fərqlən-
dirən  əlamətlərdən  biri  məhz  milli-etnik  təfəkkürlə  milli-siyasi  təfəkkürün 
vəhdətindən doğan milli fəlsəfi fikrin formalaşmasıdır.  
Bir sıra millətlərdə milli-fəlsəfi fikrin nəzəriyyə halında üzə çıxmaması heç 
də onun tamamilə yoxluğuna dəlalət etmir. Milli özünüdərk məqamları ədəbi-bədii 
fikir vasitəsilə də ifadə oluna bilir.      
Azərbaycan xalqının milli inkişafında ədəbi-bədii fikrin rolu həmişə böyük 
olmuşdur. Obrazlı düşüncə bir təfəkkür tərzi kimi rasional elmi düşüncəni həmişə 
üstələmişdir. Xalqımızın milli-fəlsəfi fikri də çox vaxt öz əksini elmi traktatlar və 
monoqrafiyalarda deyil, bədii ədəbiyyatda tapmışdır. Ona görə də fəlsəfi təfəkkürə 
gedən yol da əsasən ədəbiyyatdan keçmişdir.  
Fəlsəfi  fikir  çox  vaxt  konkretlikdən  uzaq  olduğuna  görə  milli  özünəməx-
susluğu,  xüsusiyyətləri  ifadə  etmək  üçün  heç  də  əlverişli  vasitə  sayılmır.  Böyük 
fəlsəfi  fikir  məktəbləri  olan  bir  çox  xalqların,  məsələn,  yunanların,  almanların, 
ingilislərin,  fransızların  milli-etnik  özünütəsdiqi  də  daha  çox  dərəcədə  bədii  ədə-
biyyatda  öz  əksini  tapmışdır.  Geniş  kütlələrə  Şekspir  Bekondan,  Höte  Hegeldən, 
Nizami  Bəhmənyardan,  Səməd  Vurğun  Heydər  Hüseynovdan  daha  çox  təsir  gös-
tərmişdir. Ümumbəşəri ideallara xidmət edən, ümumiyyətlə insanın mahiyyətindən 
çıxış  edən  fəlsəfi  fikir  daha  çox  milli-mənəvi  konkretliyin  özünütəsdiqi  kimi  üzə 
çıxan  ədəbi-bədii  fikrin  tamamlanmasına  xidmət  etmiş,  fikirdə  konkretliklə  ümu-
miliyin vəhdəti gerçəklikdə milliliklə ümumbəşəriliyin vəhdətini əks etdirmişdir.  
Bəşəriyyətin inkişaf yoluna ümumi bir nəzər saldıqda belə təsəvvür yaranır 


 
- 11 - 
ki, bəşər tarixi etnik-millidən milli dövlətə, oradan isə ümumbəşəri ideallara, bütün 
insanlar üçün eyni olan hüquqi vətəndaş cəmiyyətinə, Vahid Avropa ideyasına ke-
çilməsi istiqamətində davam edir. Təsadüfi deyildir ki, Kant bu prosesi təbiət tərə-
findən insan cinsinin üzərinə qoyulmuş bir missiya kimi dəyərləndirir. Bəşəriyyətin 
öz qarşısına qoyduğu və ya Allahın, təbiətin, mütləq ideyanın bəşəriyyət qarşısında 
qoyduğu bu  missiyanın konturları artıq aydın şəkildə görünməkdədir. Hadisələrin 
inkişaf səmtinin etnik-milli təfəkkürdən insanların hüquq və azadlıqlarına, ümum-
bəşəri dəyərlərə əsaslanmış planetar vətəndaş cəmiyyətinə yönəldiyi şübhə doğurmur. 
Lakin qədim dövrə diqqət yetirdikdə məlum olur ki, ilk dövlətlər və onların 
elmi-fəlsəfi  anlaşılması  məhz  ümumbəşəri  təsəvvürlərə,  milli  konkretlikdən  uzaq 
olan mücərrəd insan-dövlət münasibətlərinə əsaslanmışdır.  
Platon dövlət haqqında yazarkən hansısa konkret milli reallıqdan deyil, ümu-
miyyətlə insanlar arasındakı münasibətin optimal tənzimlənməsindən danışır. Pla-
tonda insanlar arasındakı fərq milli yox, olsa-olsa sosial səciyyə daşıyır. Aristoteldə 
dövlət  anlamı  milliliyin  nəzərə  alınması  baxımından  bir  qədər  konkretləşsə  də, 
yenə də mücərrəd insan-dövlət münasibətləri üstünlük təşkil edir.  
Siseron ictimai birliyin əsası kimi hüquq normaları ilə yanaşı ictimai faydanı 
da nəzərdə tutur ki, bu sonuncu da insanların vahid xalq kimi birləşməsinə xidmət 
edən  ümumi  təsəvvürlər,  əsatirlər,  adətlər,  mərasimlərlə  bağlıdır.  Buna  baxmaya-
raq, ədalət hamıya eyni münasibət tələb edir. Ədalət prinsipləri, birgə yaşayış qay-
daları  hansı  milli  mədəniyyətə  mənsubluğundan  asılı  olmayaraq,  hamı  üçün 
eynidir.  Beləliklə,  Siseronda  da  ümumbəşəri  prinsiplər, qaydalar, hüquq  milli fərq-
lərdən daha vacib, daha üstündür.  
Roma imperiyası dövründə dövlətin tərkibində milli mədəniyyətlərin ehtiva 
edilməsi  də  Roma  hüququnun  aliliyinə  mane  olmurdu.    Müxtəlif  dinlər,  adət-
ənənələr,  mədəniyyətlər  vahid  sinkretik  bir  sistemdə  birləşirdi.  Latın  dili  rəsmi 
dövlət dili olsa da, elitar dairələrdə yunan dili istifadə olunurdu. Dillər və mədəniy-
yətlərin  tolerantlılığı,  mədəniyyət  müxtəlifliyi  şəraitində  vahid  hüquqi  dövlətçilik 
prinsiplərinin  bərqərar  olması  –  müasir  dövrdə  bəşəriyyətin  nail  olmağa  çalışdığı 
sosial-siyasi idealı xatırladır.  
Beləliklə, bəşəriyyət öz inkişafında bütöv bir tsikl keçərək, inkarı inkar mə-
qamına, sintez məqamına qədəm qoymuşdur. Lakin burada sintez mərhələsini daha 
dolğun təsəvvür etmək üçün Hegel triadasında ikinci mərhələ olan antitezisin xeyli 
mürəkkəb  struktura  malik  olduğunu  da  nəzərə  almaq  lazım  gəlir.  Klassik  dövlət-
çilik nümunələrinin təhlili göstərir ki, antitezis mərhələsi də öz növbəsində iki pil-
ləyə  ayrılır; dinlə başlayıb  milliliklə bitir.  Roma  imperiyasında xristian dini yayıl-
dıqdan  və  nəhayət  dövlət  dini  kimi  qəbul  edildikdən  sonra  din  tədricən  hüququ  sı-
xışdırır. Sadə dövlətçilik sxemləri mürəkkəb kilsə dövlət münasibətləri ilə əvəz olunur.  
İslam  dünyasında  isə  xəlifə  dini  rəhbər  və  dövlət  başçısı  funksiyalarını 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə