Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

 
- 20 - 
sional simasını görmədikdə, onun mənafeyini dərk etmədikdə, sadəcə sevgi notları 
üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur.  
Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə sa-
lınması  tələbi  hər  bir  adamın  üzərinə  ağır  yük  qoyur.  Və  bunu  hər  bir  adamdan 
tələb etmək də düzgün deyil. Yəni, hər bir adam əvvəlcə filosof olub sonra fəaliy-
yət  göstərə  bilməz.  Millətin,  vətənin  elmi-fəlsəfi  özünüdərk  konsepsiyası  bütün 
millətlər  deyil,  milli  intellektin  səfərbər  olunması  sayəsində,  milli  filosoflar,  icti-
mai-siyasi  liderlər  tərəfindən  işlənib  hazırlanmalı  və  geniş  kütlələrin  sərəncamına 
verilməlidir.  Lakin  elmi-fəlsəfi  dildə  yox,  elmi-kütləvi,  fəlsəfi-publisistik,  poetik 
dildə, bədii obrazlar vasitəsilə, ədəbiyyatın, sənətin, kütləvi informasiya vasitələri-
nin bütün mümkün imkanlarından istifadə etməklə!  
Milli ideologiyaya söykənməyən, vahid konsepsiyaya əsaslanmayan kortəbii 
fəaliyyətlər, hətta sevgidən və millətçilik hisslərindən doğsa da son nəticədə ancaq 
ziyan  gətirə  bilər.  Deyilənlər  bədii  ədəbiyyat  və  sənət  sahələrindəki  fəaliyyətə, 
habelə kütləvi informasiya vasitələrinin, KİV-in fəaliyyətinə də aiddir. 
Biz  bununla  heç  də  insanları  fəaliyyətsizliyə,  milli  duyğuların,  vətənpərvərlik 
hissinin təsiri ilə atılan addımların məhdudlaşdırılmasına səsləmirik. Lakin əvvəlcə ölç-
mək lazımdır. Əvvəlcə düşünülmüş bir konsepsiya lazımdır. Əvvəlcə milli ideologiya 
lazımdır. Və bu milli ideologiyanın da əsasında milli fəlsəfi fikir dayanmalıdır. 
Lakin həyat dayanıb gözləmir. İctimai proseslər hansı isə istiqamətlərdə baş 
alıb gedir və baş-başa gəlir. Eyni sevgidən doğan müxtəlif hərəkətlər qarşılaşaraq 
bir-birinin təsirini heçə endirir. 
Vahid  milli  ideyanın  təsir  sahəsinə  düşüb  istiqamətləndirilə  bilməyən,  bir-
biririni  tamamlaya  bilməyən,  bir  növ  kortəbii  proseslərə  çevrilən  fəaliyyət  aktları 
özümüzün də xəbərimiz olmadan, qlobal miqyas kəsb etmiş başqa milli ideyaların 
ilk növbədə qloballaşma qaydalarının təsir dairələrinə düşərək lokal güc mərkəzləri 
yaradır.  
Milli-mənəvi  dəyərlərin,  əxlaqın,  adət-ənənələrin  yeni  nəslə  çatdırılması, 
davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin ro-
lu  böyükdür.  Lakin  milli  ruhu  qorumaq,  inkişaf  etdirmək  və  yeni  nəsillərə  çat-
dırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq 
ərazinin,  maddi  sərvətlərin  deyil,  həm  də  milli-mənəvi  dəyərlərin  qorunmasına 
xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası 
da  milli  ideologiya  da  eyni  bir  təməl  üzərində  –  milli  fəlsəfi  fikir  zəminində 
formalaşır. 
Bir  millət  üçün  canlı  tarix  haradasa  qırılanda,  onun  inkişafının  daxili  hərə-
kətverici  qüvvələri  məhdudlaşdırılanda,  inkişaf  kənar  qüvvələrlə  məqsədyönlü 
surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, 
fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılma-


 
- 21 - 
sı  zərurəti  yaranır.  Xalq  başqa  imperiyaların  işğalı  altında  qaldıqda,  başqa 
əqidələrin rəsmi təsir dairəsinə düşdükdə həqiqi böyük ziyalılar estafeti öz əllərinə 
alır  və  milli  ruhu  öz  şəxsi  həyatı  bahasına,  diri-diri  yandırılması,  dərisinin 
soyulması hesabına da olsa yaşadaraq və bir əmanət kimi yeni nəsillərə ötürürlər. 
Dövlət  xadimləri,  siyasətçilər,  sərkərdələr  öz  tarixi  ziyalılıq  missiyasını  yerinə 
yetirə  bilməyəndə,  milli  ruh  milli  varlığın  himayəsindən  məhrum  olanda,  qılınc 
qələmlə vaxtında birləşməyəndə bütün ağırlıq qələmin, yaradıcı ziyalıların üzərinə 
düşür.  Milli  dövlətçilik  kəsilməz  bir  proses  kimi  davam  etsin  deyə  dövlətlərarası 
dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur.  
Müstəqillik və  milli dövlətçilik ona görə lazımdır ki, dövlət quruculuğu və 
sosial  təşkilatlanma  artıq  hansı  isə  başqa  bir  subyektin  deyil,  xalqın,  millətin  öz 
maraqları istiqamətində yönəldilə bilsin, ümummilli ahəng üstündə köklənsin. Yəni 
bütün  daxili  potensial; təbii  sərvətlərdən tutmuş  intellektual  gücə,  mədəni-mənəvi 
dəyərlərə qədər bütün imkanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir 
ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da realizə 
edə bilsin.  
Lakin  kütləvi  siyasiləşmə  və  ifrat  siyasi  qarşıdurmalar  təbii  ki,  qüvvələrin 
vahid  amal  uğrunda  səfərbər  edilməsinə,  ümummilli  tərəqqiyə  xidmət  etmir. 
Müstəqillik  əldə  etdikdən  sonra  daxili  enerjinin  quruculuq  işlərinə  deyil,  başqa 
səmtə  yönəldilməsi,  görünür,  kimlərəsə  lazım  imiş.  Qondarma  Dağlıq  Qarabağ 
problemi  də  bu  siyasiləşməni  gücləndirmək  və  azadlığa  çıxmış  xalqların  milli 
tərəqqisinə  mane  olmaq  üçün  törədilən  məqsədyönlü  aksiyalardan  biri  idi.  Lakin 
biz  hələ  də  böyük  dövlətlərin  coğrafi-strateji  planlarından  doğan  siyasi 
burulğandan çıxa bilmirik.  
Bax,  belə  bir  şəraitdə  siyasi  təbəddülatların  fövqünə  yüksəlməyə,  fəaliy-
yətlərin ümummilli tərəqqi naminə yönəlməsinə böyük ehtiyac vardır. Nə yaxşı ki, 
hələ  sovet  dövründə  də  kommunist  ideologiyasının  yaratdığı  labirintlərdən 
məharətlə keçərək, milli mədəniyyətin tərəqqisi, xalqın maarifləndirilməsi, ədəbi-
bədii və fəlsəfi təfəkkürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərən 
ziyalılarımız  bu  gün  də  cari  problemlərin  cazibə  dairəsinə  düşmədən,  heç  bir 
konyukturaya  uymadan  bəşəri  və  milli-mənəvi  dəyərlərimizi  tədqiq  və  təbliğ 
etməklə ümummilli tərəqqiyə xidmət edirlər. 
Bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfəkkür öz ehtiyaclarına uyğun 
yeni  ədəbiyyat  tələb  etdiyi  üçün  klassik  ədəbiyyatın  və  klasik  mədəni-mənəvi 
dəyərlərin  ön  plana  çəkilməsi  heç  də  müqavimətsiz  qarşılanmır.  Lakin,  bizcə, 
siyasiləşmiş  təfəkkürün  tələblərinə  uyğun  yeni  ədəbiyyat  axtarışına  çıxmaqdansa, 
siyasi  düşüncənin  özünü  ümumbəşəri  və  milli  dəyərlərin  prioritetliyi  kontekstinə 
yönəltmək cəhdləri daha əhəmiyyətlidir.  
Etnik-milli  təfəkkürdən  milli  dövlətçilik  şüuruna  gedən  yol  milli  və 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə