- 7 -
sahədə vəziyyəti düzəltmək əvəzinə, fəlsəfəni fakultativ fənn etmək təşəbbüsləri
əlaqədar təşkilatın Bolonya prosesinin mahiyyətini anlamadığına dəlalət edir.
Əksər xarici ölkələrdə fəlsəfi biliklərin əsasları orta məktəblərdə, liseylərdə,
kolleclərdə tədris olunur. Yəni, hamı üçün zəruri sayılır. Bizdə isə fəlsəfənin tədrisi
nə üçünsə ali məktəb pilləsində planlaşdırılmışdır. Yəni, ancaq ali təhsillilər fəlsəfi
biliklərlə sistemli şəkildə tanış ola bilirlər.
Azərbaycanda fəlsəfi biliklərin təhsilin hansı pilləsində tədris olunması mə-
sələsi, təəssüf ki, bir problem kimi müzakirəyə çıxarılmamışdır. Fəlsəfənin ali
məktəblərdə tədrisi sovet dövründən qalmış bir ənənədir ki, biz onu sadəcə davam
etdirirdik. Lakin xarici ölkələrə səfər edərkən oradakı universitetlərin bəzilərində
fəlsəfənin tədris olunmadığını görən «modern düşüncəli» məmurlarımız Avropa ilə
ayaqlaşmaq naminə fəlsəfəni tədris planından çıxarmaq və ya saatlarını azaltmaq
fikrinə düşdülər. Halbuki, həmin ölkələrdə fəlsəfənin əsaslarını universitetlərə
qədərki mərhələdə mənimsəmiş gənclər universitetlərdə artıq xüsusi fəlsəfi
elmlərin – sosiologiyanın, etikanın, ixtisas metodologiyasının, siyasi biliklərin
əsaslarını öyrənirlər. (Fəlsəfənin əsaslarını isə universitetə daxil olan da, olmayan
da – hamı mənimsəmiş olur).
Azərbaycanda fəlsəfi biliklərin əsaslarını orta məktəblərdə tədris etmək üçün
müəllimlər hazırlanmadığından, yaxın gələcəkdə bu sahədə Avropa ilə ayaqlaşmaq
çətin ki, mümkün olsun. Təəssüf ki, universitetlərdə də fəlsəfəni tələb olunan
səviyyədə tədris edə biləcək mütəxəssislərimiz azdır. Ölkəmizdə fəaliyyət göstərən
50-dən artıq universitetin heç birində fəlsəfə fakültəsinin olmaması (BDU-dakı
kiçik bir şöbə istisna olmaqla), başqa ixtisaslar üzrə təhsil almış gənclərin fəlsəfə
üzrə magistraturaya cəlb olunması üçün şərait yaradılmaması Azərbaycanda
fəlsəfənin inkişafına imkan vermir. Bu ixtisasa sosial sifarişin az olması isə səbəb
kimi götürülə bilməz. Əksinə, bu fakt təhsil siyasətinin özünə və ictimai rəyin for-
malaşdırılmasında iştirak edən qurumların fəaliyyətinə tənqidi nəzər salınmasını
tələb edir.
Hazırda ölkəmizin orta məktəblərində fəlsəfi biliklərin əsasları «İnsan və cə-
miyyət» fənni çərçivəsində öyrədilir. Lakin öyrədilirmi? Proqram var, dərsliklər
var, lakin fənni tədris etmək üçün müəllimlər hazırlanmadığından, bu iş digər fənn
müəllimlərinə həvalə edilir ki, bu da, təbii olaraq, gözlənilən səmərəni vermir.
Nəticədə biz özümüzü aldatmış oluruq.
Maraqlıdır ki, Təhsil Nazirliyinin atdığı addımlardan biri də «İnsan və
cəmiyyət» proqramını dəyişmək, onu əvvəlki fəlsəfi məzmundan «xilas etmək» –
fəlsəfəsizləşdirmək olmuşdur. Son vaxtlar aspiranturada ixtisas fəlsəfəsi üzrə dərs-
lərin keçilməsi və namizədlik minimumunun verilməsi də ixtisara salınmışdır ki,
bu da fəlsəfəyə münasibətin müsbət yox, mənfi istiqamətdə dəyişdiyindən xəbər
verir. Görünür, Azərbaycanda fəlsəfəyə münasibət bəzən fəlsəfə üzrə elmi dərəcəsi
- 8 -
olan kadrların real səviyyəsindən, mənəvi keyfiyyətlərindən, elmi nüfuzundan asılı
vəziyyətə düşür. Lakin əgər yüksək ixtisaslı filosoflarımız azdırsa, bunun üçün
fəlsəfəni məhdudlaşdırmaq yox, əksinə, ona diqqət və qayğını artırmaq lazımdır.
Çağdaş təhsilimizin ən böyük problemlərindən biri də fəlsəfi elmlər sahəsində
ali məktəb müəllimlərinin hazırlanması, təkmilləşdirilməsi və yenidən ixtisaslaşması
məsələsidir. Belə güman etmək olardı ki, bu iş hər bir ixtisas üzrə ən qabaqcıl sayılan
ali məktəbəin bazasında təşkil oluna bilər və bütün universitetlərin və AMEA-nın da ən
yaxşı mütəxəssisləri bura cəlb oluna bilər. Lakin təəssüf ki, hazırda Azərbaycanda ali
məktəb müəllimləri ibtidai sinif müəllimi hazırlayan Müəllimlər İnstitutunun bazasında
«təkmilləşdirilirlər».
Ola bilsin ki, bəzi elm sahələri üzrə ali məktəb müəllimləri vaxtaşırı təkmilləşmə
kursu keçməsələr də, elə böyük faciə olmaz. Çünki dəqiq elmlər sahəsində müəyyən
yeniliklər olsa da, onun tədris üçün nəzərdə tutulan əsas hissəsi, demək olar ki,
dəyişmir. Lakin elə sahələr də vardır ki, müstəqillik əldə etdikdən və ideoloji sistem
dəyişdikdən sonra onların köklü surətdə dəyişilməsinə və bu sahədəki müəllimlərin
yeni ideoloji prinsiplər əsasında təzədən hazırlanmasına böyük ehtiyac yaranmışdır. Bu
deyilənlər ilk növbədə fəlsəfə və ictiami-siyasi fənn müəllimlərinə aiddir.
Lakin təəssüf ki, Azərbaycanda yeni ictimai-iqtisadi sistemə keçidlə bağlı
aparılan islahat ancaq kafedraların adını dəyişmək və «marksist-leninçi fəlsəfə» əvə-
zinə – «fəlsəfənin əsasları», «elmi kommunizm» əvəzinə – «politologiya», «partiya ta-
rixi» əvəzinə – əvvəlcə «siyasi tarix», sonra isə «Azərbaycan tarixi», «elmi atezim»
əvəzinə – «dinşünaslıq» yazmaqla tamamlanmışdır. Proqramlar dəyişsə də, müəllimlə-
rin dünyagörüşünün və bilik dairəsinin dəyişmədiyi heç kimi narahat etməmişdir. Tə-
səvvür etmək çətindir ki, ömrü boyu Sov.İKP-nin necə yaranmasından, V.İ.Leninin hə-
yat və fəaliyyətindən, partiya qurultaylarının təfsilatından dərs keçmiş insanlar birdən-
birə «siyasi tarix» kimi yeni və mürəkkəb bir fənnin tədrisinə necə keçə bilərlər?
Həmin müəllimlər 90 dəqiqə ərzində tələbə qarşısında nə isə demək məcburiyyətində
olduğundan, yenə də əsasən partiya tarixindən bildiklərini danışmayacaqlarmı?
Yaxud dünyagörüşü ateizmlə yoğrulmuş və ancaq ateistlərin fikrini bilən
müəllim dini dəyərləri necə təbliğ edə bilər? Əlbəttə, öz üzərində çalışan və yeni
ideoloji təməllərə əsaslanan bilikləri sərbəst surətdə mənimsəyən müəllimlər də vardır.
Lakin belə mühim bir məsələni ayrı-ayrı şəxslərin insafına buraxmaq və bu fənlər üzrə
«təkmilləşmə», daha doğrusu yenidən ixtisaslaşma istiqamətində yaxşı təşkil edilmiş,
ümumdövlət səviyyəli iş aparmamaq faciəvi nəticələrə gətirə bilər.
Bəli, ali məktəblərdə ictimai-siyasi fənləri tədris edən müəllimlərin yenidən
ixtisaslaşması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Əks təqdirdə, bu fənlərin
tədrisinin heç bir mənası yoxdur. Ali məktəb rəhbərlərininin və geniş ictimaiyyətin bu
fənlərə mənfi münasibətlərini formalaşdıran səbəblərdən biri də budur.
Dostları ilə paylaş: |