Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20

 

keçirilməsini  təmin  edən  innovasiya  fəaliyyəti  subyektlərinin 



toplusudur. 

Bu  struktura  innovasiya  texnologiyaların  transfer 

mərkəzləri,  innovasiyalı-texnoloji  mərkəzlər,  texnoparklar, 

biznes-inkubatorları,  innovasiya  fəaliyyəti  üçün  kadr  hazırlığı 

mərkəzləri, vençur fondları və s. aiddirlər. 

İnnovasiya 

menecmenti  innovasiya  proseslərini, 

innovasiya  fəaliyyətini,  fəaliyyətlə  məşğul  olan  təşkilatları  və 

onların  işçilərini idarə  etmək üçün istifadə  edilən prinsiplərin, 

metodların və idarəetmə formalarının toplusudur. 



İnnovasiyalar aşağıdakı əlamətlərinə görə təsnifatlaş-

dırılırlar: 

Meydana  gəlmə  mənbəyinə  görə  elm  və  texnikanın 

inkişafından,  istehsalatın  tələblərindən  və  bazarın  tələblə-

rindən irəli gələn innovasiyalar mövcuddur. 

Sistemdə (şirkətdə, firmada) yerinə görə şirkətin giri-

şindəki (xammal, avadanlıq, informasiya və s.), onun çıxışın-

dakı  (məmulatlar,  xidmətlər,  texnologiya  və  s.)  və  müəs-

sisənin  sistem  strukturunun  (idarə  etmə,  istehsal  və  s.) 

innovasiyaları mövcuddur. 

Daxil  edilən  dəyişikliklərin  dərinliyinə  görə  iri  ixtira-

ları  həyata  keçirən  və  texnikanın  yeni  istiqamətlərini  inkişaf 

etdirən  radikal  (baza),  xırda  ixtiraları  həyata  keçirən,  bir 

fazada  özünü  göstərən  və  elmi-texniki  tsiklin  stabil  inkişafına 

töhfə  verən  yaxşılaşdırıcı  və  texnika  və  texnologiyanın  köh-

nəlmiş  nəsillərinin  işini  hissəcə  yaxşılaşdırmağa  yönəldilmiş 



modifikasiya (fərdi) innovasiyaları mövcud-dur. 

İnnovasiyaların mahiyyəti (məzmunu) dəyişikliklərdən, 

innovasiya  fəaliyyətinin  əsas  komponenti  “dəyişiklik  funk-



siyası”ndan ibarət olur. 

Dəyişikliklərin beş tipik növü mövcuddur: 

–  yeni  texnikanın,  yeni  texnoloji  proseslərin  və  ya 

istehsalın yeni bazar təminatının istifadə olunması; 

 



yeni xassələrə malik məhsulun tətbiqi


 



 

yeni xammaldan istifadə olunması; 

 

istehsalın  təşkil  edilməsində  və  onun  maddi-texniki 



təchizatında dəyişikliklər

 



yeni satış bazarlarının meydana gəlməsi. 

İstehsalda  və  digər  fəaliyyət  sahələrində  dəyişikliklər 

innovasiya xarakterli ola və olmaya da bilərlər. 

İnnovasiyalar  aşağıdakı  bir  sıra  xassələrə  malik 

olmalıdırlar,  bu  xassəlıər  innovasiya  prosesi  ilə  qırılmaz 

şəkildə təyin edilməlidir: 

 

innovasiyanın elmi-texniki (təşkilati-iqtisadi ) yeniliyi; 



 

innovasiyanın  istehsalatda  istifadə  (tətbiq)  oluna 



bilməsi; 

 



kommersiya baxımından realizə edilə bilməsi. 

Texnoloji  innovasiyaların  yazılışı  1992-ci  ildə  Norveçin 

paytaxtı  Oslo  şəhərində  qəbul  edilmiş  və  “Oslo  Rəhbərliyi” 

adlandırılmış  beynəlxalq  standartlara  aid  tövsiyələr  əsasında 

həyata keçirilir. 

Dəyişikliklərin 

əksəriyyəti  öz  mahiyyətinə  görə 

innovasiya xarakterli deyildirlər: 

Məhsul  və  texnoloji  aspektlərinə  görə  aşağıdakılar 

innovasiya xarakterli deyildirlər: 

– məhsullarda estetik dəyişikliklər; 

 



azəhəmiyyətli qeyri-prinsipial dəyişikliklər

 



məhsulun nomenklaturasının (siyahısının) genişləndiril-

məsi 


“Kəşf”,  “ixtira”  və  innovasiya  anlayışları  biri-birindən 

aşağıdakı kimi fərqlənirlər: 

–  kəşflər  və  ixtiralar  bir  qayda  olaraq  fundamental 

səviyyədə,  innovasiyalar  isə  tətbiqi  səviyyədə  meydana 

gətirilir; 

–  kəşf  və  ixtiralar  tək  bir  nəfər  tərəfindən  ortaya 



çıxarıla  bilər,  innovasiya  isə  bir  qayda  olaraq  kompleks 

laboratoriyalar tərəfindən işlənib hazırlanır; 


 

–  kəşf  mahiyyətinə  görə  təmənna  güdməyən 



fəaliyyətdir, innovasiyanın məqsədi isə gəlir əldə etməkdir; 

– kəşf  təsadüfi  olaraq da baş verə bilər, innovasiya isə 



məqsədyönlü fəaliyyətin nəticəsidir

İnnovasiya xarakterli işləri qısaca belə xarakterizə etmək 

olar. 

İxtira-  xalq  təsərrüfatının  istənilən  sahəsində,  sosial-

mədəni  quruculuqda  və  ya  ölkənin  müdafiəsində  texniki 

məsələnin  həlli  üçün təklif edilən və müsbət  effekt  verən  yeni 

və ya əhəmiyyətli üstünlüyə malik təklifdir. 



Sənaye  nümunəsi  sənaye  və  ya  kustar-sənət  istehsalı 

məmulatının  xarici  görünüşünü  müəyyən  edən  bədii-

konstruktiv həlldir. 

Əgər  sənaye  nümunəsi  əsas  əlamətlərinə  görə  yeni  və 

orijinaldırsa, o hüquqi cəhətdən qorunur. 

Sənaye  nümunəsinin  əsas  əlamətlərinə  onun  xarici 

görünüşünün  estetik,  erqonomik  xüsusiyyətləri,  xüsusi  halda 

forması,  konfiqurasiyası,  ornamenti  və  rənglərin  vəhdəti  aid 

edilir. 

Faydalı  model  qurğuya  aid  texniki  həlldir.  Əgər  o 

yenidirsə  və  sənayedə  tətbiq  oluna  bilirsə,  hüquqi  cəhətdən 

qorunur. 

Verilənlər  bazası  elektron-hesablayıcı  maşınların  tapa-

cağı  və  emal  edəcəyi  formada  sistemləşdirilmiş  və  müstəqil 

materialların  (məqalələrin,  hesablamaların,  normativ  sənədlə-

rin, məhkəmə qərarlarının və digər oxşar materialların) obyek-

tiv formada təqdim edilmiş toplusudur. 

EHM- lər üçün proqramlar müəyyən nəticə əldə etmək 

üçün EHM-lərin və digər kompüter qurğularının işləməsi üçün 

obyektiv  şəkildə  təqdim  edilən  verilənlərinvə  əmrlərin  (proq-

ramlar  işlənərkən  alınmış  hazırlıq  materilalları  və  EHM-in 

verdiyi audivizual təsvirlər də daxil olmaqla) toplusudur. 

 

 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə