Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20

 

65 


-

 

innovasiyalı layihələrin seçilməsi



-

 

İFN-lərin elmi-texniki, hüquqi və iqtisadi təhlili; 



-

 

hüquqi qorunma qabiliyyətinin müəyyən edilməsi üçün 



patent tədqiqatlarının aparılması. 

Əgər  İFN  qorunma  qabiliyyətli  və  kommersiya 

baxımından  perspektivlidirsə,  onda  patent  alma,  qeydiyyat  və 

ya kommersiya sirri rejimini seçməklə onun hüquqi qorunması 

təmin edilir. 

Nou-hau  (know-how)  termini  ilk  dəfə  1916-cı  ildə 

ABŞ-da  məhkəmə  praktikasında  istifadə  olunmuşdur.  Birbaşa 

tərcüməsi “necə etməyi bilmək”dir. 

Kommersiya  sirri-informasiyanın  konfidensial  (gizli) 

saxlanması  onun  sahibinə  mövcud  vəziyyətdə  və  imkanlar 

daxilində  gəlirlərini  artırmaq,  lazım  olmayan  xərclərdən 

qaçmaq,  mal,  iş  və  xidmət  bazarında  mövqeyini  qorumaq  və 

digər  kommersiya  xarakterli  üstünlük  əldə  etmək  imkanı 

yaradır.  Kommersiya  sirri  olan  informasiyaya  elmi-texniki, 

texnoloji,  istehsalat,  maliyyə-iqtisadi  və  digər  üçüncü  şəxslərə 

məlum  olmadığına  görə  potensial  kommersiya  dəyəri  olan  və 

kommersiya sirri rejimi tətbiq edildiyinə görə üçüncü şəxslərin 

əldə edə bilmədikləri informasiya aid edilir. 



Nou-hau-  istehsalat  sirrini,  başqa  sözlə  sahibkarlıq 

fəaliyyəti  sirrini  özündə  ehtiva  edən  elmi-texniki,  texnoloji, 

istehsalat, maliyyə-iqtisadi və digər informasiyadır. 

Kommersiya  sirri  rejimi  kommersiya  sirri  olan 

informasiyanın  sahibinin  onun  gizli  saxlanması  üçün  həyata 

keçirdiyi  hüquqi,  təşkilati,  texniki  və  digər  xarakterli 

tədbirlərdən  ibarətdir.  Bu  tədbirlər  kommersiya  sirri  haqqında 

qanunvericilik  və  normativ  sənədlərin  müddəalarına  uyğun 

həyata keçirilir. 

İnformasiya  mənəvi  cəhətdən  həddindən  artıq  tez 

köhnəlibsə  və  patent  alma  prosesi  çox  vaxt  tələb  edirsə,  onda 

onu nou-hau şəklində sənədləşdirmək sərfəlidir. 



 

66 


İFN-lərin  mühasibat  uçotuna  daxil  edilməsi  və 

qiymətləndirilməsi aşağıdakı qaydada aparılır: 

Əvvəlcə kommersiyalaşdırma üsulunun seçilməsi üçün: 

- marketinq amilləri və bazar tədqiq olunur

- maliyyə və iqtisadi təhlil aparılır; 

- investisiyalara ehtiyaclar aşkarlanır; 

Əgər  bu  tədqiqatların  nəticələri  kiçik  müəssisə 

yaratmaqla  İFN-ın  kommersiyalaşdırmanın  mümkün 

olduğunu  göstərərsə  o  zaman  aşağıdakı  tədbirlər  həyata 

keçirilir: 

- menecment, təşkilatı struktur, istehsal, satış və risklərin 

təhlilini özündə ehtiva edən innovasiya layihəsinin biznes-planı 

tərtib edilir; 

-  kiçik  müəssisənin  potensial  həmtəsisçiləri  ilə  ilkin 

danışıqlar aparılır; 

-  təsisçi  tərəflərin  verəcəyi  töhfələr  (paylar)  müəyyən 

olunur. 

İFN-lər  mühasibat  uçotuna  aşağıdakı  ardıcıllıqla  daxil 

edilir: 


-  təsərrüfat  cəmiyyətinin  təsis  edilməsi  üçün  ilkin  qərar 

qəbul edilir; 

-  sonradan  mühasibat  uçotuna  daxil  etmək  və  ən  aşağı 

sərhəddi müəyyən etmək məqsədilə İFN-nin yaradılması və ya 

alınması üçün xərclər qiymətləndirilir; 

-  nizamnamə  kapitalına  töhfə  kimi  verilən  İFN-dən 

istifadə hüququ pulla dəyərləndirilir. 

Büdcə  uçotuna  eyni  zamanda  aşağıdakı  şərtlərə  cavab 

verən qeyri-material aktivlər daxil edilə bilər: 

- material-maddi (fiziki) strukturun olmaması; 

-  digər  əmlaka  görə  identifikasiya  edilmə  (ayrılma) 

imkanı; 


-  işlərin  yerinə  yetirilməsində  və  ya  xidmətlərin 

göstərilməsində  və  ya  müəssisənin  idarəetmə  ehtiyatlarında 

məhsulun istifadəsi; 



 

67 


- uzun müddətli, daha doğrusu 12 aydan çox olan faydalı 

istifadə  və  ya  12  aydan  çox  olarsa  adi  əməliyyat  tsiklində 

istifadə; 

-  bu  aktivin  sonradan  yenidən  satılması  nəzərdə 

tutulmursa; 

- aktivin mövcudluğunu təsdiq edən lazımi qaydada tərtib 

olunmuş sənədlərin mövcudluğu

-  aktiv  üzərində  mütləq  hüququ  təsbit  edən  lazımi 

qaydada tərtib olunmuş sənədlərin mövcudluğu; 

-  üzərində  mütləq  hüquqları  aktiv  (patent,  şəhadətnamə, 

digər  qoruma  sənədləri)  və  ya  elmi-texniki  fəaliyyətin,  o 

cümlədən  potensial  patent  qabiliyyətli  həllər  və  istehsalat 

sirləri (nou-hau) kommersiya sirri rejimində qorunan hüquqları 

təsdiq  edən  və  lazımi  qaydada  tərtib  olunmuş  sənədlərin 

mövcudluğu. 

Qeyri-material  aktivlər  büdcə  uçotuna  onların  ilkin 

dəyəri ilə daxil edilirlər. 

Qeyri-material  aktivlərin  ilkin  dəyəri  kimi  aktivlərin 

yaradılmasına  və  ya  alınmasına  sərf  edilən  faktiki  vəsaitlərin 

cəmi nəzərdə tutulur. 

Qeyri-material aktivlərin alınmasına və  ya yaradılmasına 

sərf edilən vəsait-lər aşağıdakılardır: 

-  təchizatçıya  (satıcıya)  müqavilə  ilə  ödənilmiş 

məbləğlər; 

-  təşkilatlara  müqavilələr  əsasında  görülən  işlərə  görə 

ödənilən məbləğlər; 

-  hüquq  sahibinə  (satıcıya)  müqavilə  əsasında  hüquqdan 

istifadən üçün ödənilən məbləğlər

-  qeyri-material  aktivlərin  satın  alınması  ilə  bağlı 

informasiya  və  məsləhət  xidmətləri  göstərilən  təşkilatlara 

ödənilən məbləğlər; 

-  qeyri-material  aktivlərdən  istifadə  hüququnun  əldə 

edilməsi  üçün  ödənilən  qeydiyyat  haqları,  dövlət  rüsumları  və 

digər ödəmələr; 



 

68 


-  hüquq  sahibinin  mütləq  mülkiyyət  hüququnun  satması 

(verməsi) ilə bağlı ödənilən gömrük, patent və digər rüsumlar

-  qeyri-material  aktivlərin  alınmasında  dəllalıq  edən 

təşkilata ödənilən mükafatlar; 

-  qeyri-material  aktivlərin  istifadə  yerinə  gətirilməsinə, 

nəqlin sığortası da daxil olmaqla, ödənilən vəsaitlər

-  aktivin  yaradılmasına  sərf  olunan  xərclər  (materiallar, 

əməyin  ödənişi  və  əlavə  ödəmələr,  kənar  təşkilatların 

xidmətləri və s.); 

-  qeyri-material  aktivlərin  alınması  və  yaradılması  ilə 

bağlı digər xərclər. 

Kommersiya  sirri  (nou-hau)  kateqoriyasına  aid  olan 

intellektual  fəaliyyət  obyektlərinin  (İFO)  mühasibat  uçotuna 

daxil edilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir. 

1.  Müəlliflər  ali  təhsil  müəssisəsinin  rəhbərliyini 

məzmunu  potensial  kommersiya  sirri  kateqoriyasına  aid  olan 

texnologiyanı  işləyib  hazırladıqları  haqqında  məlumatlan-

dırırlar. 



2. İntellektual mülkiyyətin qorunması bölümü ilə birlikdə 

texnologiyanın təfsilatlı yazısı tərtib olunur. 



3.  Qrupun  işinin  nəticələri  ali  təhsil  müəssisənin  patent-

lisenziya komissiyasında müzakirə olunur. Bu komissiya İFO-

lara  münasibətləri  qaydaya  salmaq  elmi  tutumlu  və 

rəqabətədavamlı  məhsul  yaratmaq  üçün  ixtiraçılıq  fəaliyyətinə 

həvəsləndirmək,  müəssisənin  əməkdaşların  xidməti  vəzifə-

lərinin  icrası  nəticəsində  yaratdıqları  İFO-nun  sahibi  kimi 

qanuni maraqlarınmı qorumaq üçün yaradılır. 

Müzakirə  nəticəsində  komissiya  texnologiyanın  qəbul 

edilməsi  və  kommersiya  sirri  kateqoriyasına  (nou-hau)  aid 

edilməsi  haqqında  qərar  verir  və  kiçik  innovasiya  müəssisə 

yaradılarkən  onun  nizamnamə  kapitalına  töhfə  kimi  verilməsi 

haqqında  tövsiyələr  hazırlayır.  Texnologiya  üzərində  sahiblik 

və  onun  istifadəsinə  sərəncam  vermək  hüququ  ali  məktəbdə 

qalır. 



 

69 


Komissiya  həm  də  müəlliflərə  həvəsləndirici  əlavə 

ödəmələr verilməsi haqqında qərar qəbul edir. 



4.  Texnologiyanın  yazısı  “Ali  təhsil  müəssisənin 

kommersiya  sirri”  adı  altında  təhvil-təslim  aktı  ilə  ümumi 

şöbəyə verilir. Akt rəhbər tərəfindən imzalanır. 

5.  Komissiyanın  qərar  əsasında  işçi  qrupun  rəhbəri 

tərəfindən  müəlliflərə  əlavə  ödəmələr  ayrılması  haqqında 

xidməti  müraciət  tərtib  olunur.  Rəhbərlik  bu  ödəmələri  əmrlə 

rəsmiləşdir.  Beləliklə,  bu  ödəmələrin  əsasında  texnologiyanın 

ilkin dəyəri müəyyən edirlər. 

6.  İşlənib  hazırlanmış  texnologiyanın  kommersiya 

dəyərinin  müəyyənləş-dirilməsi  aşağıdakı  ardıcıllıqla  həyata 

keçirilir: 

- müəlliflər rəhbərliyə İMO-dan istifadə hüququnun pulla 

dəyəri  haqqında  xidməti  yazı  göndərirlər  (bu  təsərrüfat 

cəmiyyətinin nizamnamə xarakterinə töhfə hesab olunur); 

-  İMO-dan  istifadə  hüququnun  pulla  qiymətləndirilməsi 

məsələsinə  patent-lisenziya  komissiyasında  baxılır.  Komissiya 

müəlliflərin  təqdim  etdikləri  materiallar  əsasında  nou-haunun 

nizamnamə  kapitalına  töhfə  kimi  istifadəsi  haqqında  tövsiyə 

verir,  onun  kommersiya  dəyərini  müəyyən  edir  və  ali  təhsil 

müəssisənin  kiçik  innovasiya  müəssisəsinin  nizamnamə 

kapitalına  töhfələrinin  miqdarının  təsdiq  İMO-dan  istifadə 

hüququnun  pulla  dəyəri  ali  təhsil  müəssisəsi  tərəfindən 

müstəqil  olaraq  (kənar  qiymətləndiriciləri  cəlb  etmədən) 

müəyyən edilir. Bu dəyər müəssisənin İMO-nin alınmasına və 

ya yaradılmasına sərf etdiyi məbləğdən az ola bilməz.  

Əgər  bu  məbləğ  qanunvericilikdə  müəyyən  olunmuş 

həddi aşarsa, o zaman qiymətləndirməyə müstəqil ekspert cəlb 

olunur. 


7.  İMO-n-n  mühasibat  uçotuna  daxil  edilməsi  haqqında 

əmr verilir. 




 

70 


8.  İşlənib  hazırlanmış  texnologiya  ali  təhsil  müəssisəsi 

tərəfindən kiçik innovasiya müəssisəsi yaradılanda nizamnamə 

hesabına töhfə kimi daxil edilir. 

Bu  müəssisənin  nizamnamə  kapitalının  miqdarı  hər 

təsisçinin  payı  almaqla  təsisçilərin  ümumi  yığıncağında 

müəyyən edilir. 

Ali  təhsil  müəssisəsi  öz  payını  pulla  yox,  nou-hau 

şəklində təhvil-təslim aktı ilə nizamnamə kapitalına əlavə edir. 

Akt  ali  təhsil  müəssisəsinin  və  kiçik  innovasiya  müəssisəsinin 

rəhbərləri tərəfindən imzalanır. 

Hər  iki  müəssisə  arasında  istehsalat  sirrindən  istifadə 

haqqında lisenziya müqaviləsi bağlanılır. 

 

18. LİSENZİYALAŞDIRMA 

 

Lisenziya elmi-texniki işləmənin sahibi tərəfindən texno-

logiyadan,  ixtiradan,  faydalı  modeldən,  sənaye  nümunə-

lərindən,  nou-hau-dan,  proqram  məhsulundan  və  işləmə 

prosesində  əldə  olunan  digər  intellektual  mülkiyyət  obyekt-

lərindən başqa şəxsin istifadə etməsi üçün verilmiş icazədir. 

Lisenziya  müqaviləsi  İMO-nun sahibi tərəfindən ondan 

istifadə  hüququnun  digər  şəxsə  verilməsini  sonuncunun 

bununla  bağlı  razılaşdırılmış  ödəmələri  həyata  keçirməsini  və 

müqavilədə  nəzərdə  tutulmuş  digər  vəzifələri  yerinə 

yetirməsini  tənzimləyən  sənəddir.  Bu  müqavilə  bağlanarkən 

İMO-lardan  istifadəıni  tənzimləyən  qanunvericilik  qanunları 

rəhbər tutulmalıdır. 

Bu  müqavilələr  başqasına  verilən  hüquqların  həcmi-

nə,  lisenziyanın  ödənilib  ödənilməməsinə,  müqavilə  tə-

rəflərinin  yerləşdikləri  məkana  (daxili  və  ya  beynəlxalq), 

lisenziyanın  verilməsinin  könüllülüyünə  (könüllü  və  ya 

məcburən) görə təsnifatlandırırlar. 

Lisenziar  ixtiradan,  sənaye  nümunəsindən,  faydalı 

modelindən,  əmtəə  nişanından  və  digər  İMO-lardan  istifadə 




 

71 


hüququnu  digərinə  verən  şəxsidir.  Adətən  lisenziya 

müqaviləsinin  predmeti  ixtira,  faydalı  model  və  ya  sənaye 

obyekti isə lisenziar rolunda patent sahibi, əgər əmtəə nişanı isə 

həmin  nişanın  sahibi  çıxış  edir.  Sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olmayan vətəndaş  yalnız patent sahibidirsə o, lisenziar 

ola  bilər.  Əmtəə  nişanı  verilən  müqavilədə  lisenziar  yalnız 

təşkilatlar  və  ya  fərdi  sahibkarlar  ola  bilərlər.  Lisenziar  həm 

ölkə vətəndaşı, həm də əcnəbi ola bilər. 



Lisenziat  İMO-nun  istifadəsi  üçün  hüququ  əldə  edən 

istənilən təşkilata və ya sahibkara deyilir. 

Ali təhsil müəssisələrinin texnologiyalarının lisenziyalaş-

dırılması  “Mülkü  Məcəllə”,  patent  və  müəlliflik  hüququ 

haqqında qanunlarla tənzimlənməlidir. Bu lisenziat və lisenziar 

arasındakı  adətən  istifadə  olunmayan  investisiya  yatırma  və 

mülkiyyət payı münasibətlərdə qanunvericilik aktlarının tətbiqi 

ilə  əlaqədardır.  Digər  aspekt  İMO-ların  xidməti  vəzifələrin 

icrası nəticəsində yaradılmasıdır. 

Ali  təhsil  müəssisələri  statuslarına  görə  İMO-ların 

yaradılma  istiqamətlərin-in  seçimində  də  müstəqildirlər.  Bu 

müəssisələrin çoxu dövlət qurumlarıdır, nazirliklərin tabeliyin-

dədirlər, təsdiq olunmuş plan üzrə işləyirlər, ona görə bütün bu 

aspektlər  lisenziya  alınmasında  və  verilməsində  nəzərə 

alınmalıdır. 

Bundan əlavə bu müəssisələr hər hansı bir texnologiyanı 

ərsəyə  gətirmələrinə  baxmayaraq  ondan  müstəqil  olaraq 

istifadə edə bilmirlər. Ona görə lisenziyalaşdırma və  ya patent 

sahibi  hüququnun  başqasına  verilməsi  onlar  üçün  öz 

işləmələrinin tətbiqinin yeganə mümkün üsuludur. 

Lisenziyalar müxtəlif xarakterli olurlar. 

Mütləq  lisenziya  alan  lisenziat  ixtiradan,  əmtəə 

nişanından,  faydalı  modeldən  və  sənaye  nümunəsindən  tam 

istifadə  hüququnu  əldə  edir.  Bu  zaman  intellektual  mülkiyyət 

sahibi  lisenziata  qoruma  sənədinin  qüvvədə  olduğu  bütün 

müddət  ərzində  məhdudiyyət  qoymadan  istifadəçi  hüququnu 



 

72 


verir.  Lisenziar  üçüncü  şəxslərlə  lisenziya  predmeti  üzərində 

mülkiyyət hüququnu və lisenziata verilməyən hissədən istifadə 

hüququnu özündə saxlayır. Mütləq lisenziya almış şəxs isə öz 

növbəsində sublisenziya həyata keçirə bilər. 



Qeyri-mütləq 

lisenziya 

yalnız  lisenziatın  özünə 

lisenziya predmetindən istifadə hüququnu gec verə bilər. 

Belə  müqaviləyə  görə  lisenziat  sublisenziyanı  yalnız 

lisenziarın razılığı ilə həyata keçirə bilər. 

Müqavilələrdə təkcə mütləq lisenziya və ya qeyri-mütləq 

lisenziya  qeyd  etmək  kifayət  deyildir,  orada  hansı  hüquqların 

verildiyi, hansıların isə verilmədiyi mütləq göstərilməlidir. 



Açıq lisenziya istənilən intellektual mülkiyyətdən sərbəst 

istifadə etmək imkanı verir. Belə müqavilə yalnız patent sahibi, 

daha  doğrusu  ixtiranın  və  ya  sənaye  müəssisənin  sahibi 

tərəfindən imzalana bilər. Bunu üçün o, patent qurumuna ərizə 

təqdim edir və ərizə bu qurum tərəfindən cəmiyyətdə tanınmaq 

üçün dərc  edilir.  ərizənin  predmetindən istifadə  etmək istəyən 

şəxs patent sahibi ilə müqavilə bağlayır. 

Açıq lisenziyada patent sahibinin xərcləri az olur, patenti 

saxlama rüsumları 50% azalır və s. 

Məcburi qeyri-mütləq lisenziya o vaxt verilir ki: 

- patent sahibi patent aldıqdan sonra 4 il ərzində ixtiradan 

heç istifadə etməmiş və ya patentdən və sənaye nümunəsindən 

bu müddətdə kifayət qədər istifadə etməmiş, faydalı modeldən 

isə 3 il müddətində istifadə etməmişdir; 

-  potensial  lisenziat  patent  vermiş  obyekti  istehsalatda 

tətbiq etməyə hazır oldugunu bildirmişdir; 

-  patent  sahibi  ilkin  razılaşma  əldə  edildikdən  sonra 

lisenziya müqaviləsini imzalamaqdan imtina etmişdir; 

-  patent  sahibi  obyektdən  istifadə  etmədiyini  və  ya 

kifayət qədər istifadə et-mədiyini sübut edə bilməmişdir. 

Bu sadalanan hallarda patent verilmiş obyektdən istifadə 

etmək istəyən şəxs ali lisenziya palatasına müraciət edərək ona 

məcburi  qeyri-mütləq  lisenziya  verilməsini  xahiş  edə  bilər. 




 

73 


Lisenziyanı  verərkən  palata  verilən  hüquqların  həcmini, 

ölçülərini,  ödəniş  qaydalarını  müəyyən  edir,  bu  zaman 

lisenziyanın dəyəri bazar qiymətindən aşağı olmamalıdır. 

Bütün  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  beynəl-

xalq  mübadilədə  texnologiyaların  və  mülkiyyət  hüquqlarının 

verilməsində intellektual mülkiyyətdə istifadə əvəzinə mükafat 

kimi  “ağılabatan  kompensasiya”  (ağılabatan  royalti)  tələb 

olunur. Ümumi qaydada əgər patent sahibi ilkin olaraq könüllü 

lisenziya  vermişsə,  kompensasiyanın  qiymətləndirilməsi  üçün 

“ağlabatan royalti” tətbiq olunur. 

Lisenziyanın  qiyməti  altında  beynəlxalq  praktikada 

lisenziyanı “alanın” “satana” ödəyəcəyi məbləğ nəzərdə tutulur. 

Onun  hesablanması  lisenziatın  gəliri  əsasında,  royalti 

bazasında və ya kombinə edilmiş əsasda həyata keçirilir. 

Sublisenziayalaşdırma  lisenziyatın  lisenziar  kimi  çıxış 

edərək  lisenziya  müqavilə  bağlamasıdır.  Bu  müqavilədə  so-

nuncunun  mütləq  lisenziya  əldə  etmiş  lisenziatlar  üçün  patent 

sahibindən  razılıq  alması  tələb  olunmur.  Belə  lisenziatlara 

sublisenziyalaşdırma hüquqi  lisenziya müqaviləsindəki  hüquq-

larla birlikdə verilir. 

Qeyri-mütləq  lisenziya  almış  lisenziat  sublisenziyanı 

yalnız lisenziarın razılığı ilə həyata keçirə bilər. 

Lisenziyanın  verilməsindən  imtina  lisenziya  müqavilə-

sinin tərəflərin  razılığı  və  ya bir tərəfin təşəbbüsü ilə  pozulma 

yolu ilə həyata keçirilir. 

Bir sıra hallarda partnyor son qərar qəbul etməzdən əvvəl 

kiçik seriya ilə nümunənin  sınağını keçirməyi tələb edir.  Belə 

halda tərəflər opsion müqaviləsi imzalayırlar. 



Opsion müəyyən şərtlər daxilində və müəyyən müddətdə 

alış,  satış,  icarə  kontraktı  bağlama  hüququnu  əldə  etməyə 

deyilir.  İntellektual  mülkiyyət  satılarkən  çox  vaxt  obyektin 

dəyəri  və  hətta  onun  kommersiyalı  həyata  keçirilməsi  opsion 

müqaviləsi  qüvvədə  olduğu  müddətdə  baş  verir.  Ona  görə  də 

belə müqaviləyə lisenziyadan əvvəlki müqavilə deyilir. 




 

74 


Opsion  ilkin  müqavilədir,  qarşılıqlı  razılıqla  tərəflər 

gələcəkdə  bu  müqavilənin  şərtləri  əsasında  əsas  müqaviləni 

bağlamaq haqqında öhdəlik götürürlər. İlkin müqavilədə hansı 

müqavilənin,  hansı  şərtlər  daxilində  və  hansı  müddətdə 

bağlanacağı  göstərilir.  Əgər  tərəflərdən  biri  əsas  müqaviləni 

bağlamaqdan  imtina  edərsə,  digər  tərəf  ona  dəyər  zərərin 

ödənməsi iddiası ilə məhkəməyə müraciət edə bilər. 

Opsion texnologiyanın texniki sənəd, sınaq nümunəsi və 

s.  şəklində  verilməsi  üçün  birdəfəlik  ödənişini  nəzərdə  tutur. 

Konfidensiallıq  haqqında  müqavilədə  olduğu  kimi  texnolo-

giyanın  belə verilməsi  sınaqdan artıq heç bir istifadəyə hüquq 

vermir.  Müqavilə  qəbul  edən  tərəfin  texnologiyanın  üçüncü 

tərəfə satmasına icazə vermir. 

Opsionun  şərtləri  səylə  formalaşdırılmalıdır,  texnolo-

giyanı  verən  tərəf  müqavilədə  göstərməlidir  ki,  əgər  üçüncü 

tərəfdən  daha  sərfəli  təklif  gələrsə,  o,  texnologiyanı  bu  tərəfə 

satmaq hüququna malikdir. 

Lisenziya  müqavilələrinin  pozulmasına  görə  tərəflərin 



məsuliyyəti mülki  qanunvericiliyin  ümumi  normalarından irəli 

gəlir. 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə