Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   ...   8   9   10   11   12   13   14   15   16

 

43

Bu  gün Rusiyada alınan benzinlərin  tərkibində benzolun  miqdarı  həcmcə 2-



7%-dir. 

Benzinin  tərkibində  benzolun  miqdarının  azaldılmasının  aşağıdakı  yolları 

mümkündür: 

 Tərkibində  həcmcə  20%-ə  qədər  benzol  olan  60-85

0

C  riformat  fraksi-



yasının  ayrılması,  fraksiyadan  benzolun  alınması  üçün  istifadə  edilməsi, 

bu  satış  benzinlərində  benzolun  miqdarının  3  dəfə  azalmasına  imkan 

verir, bu zaman riformatın oktan ədədi 1-1,5 ədəd yüksəlir. 

 Satış  benzinlərində  tərkibində  benzol  olmayan  yüksək  oktanlı  kompo-

nentlərin  (alkilatın,  izomerikatın,  oksigenatların)  payının  artırılması, 

həmçinin müxtəlif qeyri-toksikoloji antidetonatorların istifadəsi. Benzinin 

tərkibində yüngül oleyinlərin azaldılması əsas məsələlərdən biridir, çünki 

onlar atmosferdə yüksək reaksiya qabiliyyətinə malikdirlər. 

Yuxarıda  deyilənlərdən  görünür  ki,  yeni  nəsil  avtomobil  mühərrikləri  yana-

cağı  işləyib  hazırlamaq  vacibdir.  Yeni  nəsil  ekoloji  təmiz  avtomobil  yanacaq-

larında kükürdün  miqdarı 0,05%-dən çox  olmamalıdır, aromatik  karbohidrogenlər  

25%, alefin karbohidrogenləri 5%, benzol kütləcə 1%. 

Qeyd  etmək  lazımdır  ki,  benzinin  buraxılmasının  azaldılması  və  onun  tər-

kibinə  oksigen  tərkibli  komponentlərin  əlavə  edilməsinin  vacibliyi  nəzərdə  tutul-

muşdur ki, bu da oktan ədədini  yüksəltməyə  və karbohidrogen tullantılarını azalt-

mağa imkan verir. 

Məlumdur ki, spirtlərlə olefinlərin qarşılıqlı təsirindən də avtomobil benzin-

lərində  yüksək  oktanlı  komponentlər  alınır.  Belə  komponentlərin  oktan  ədədi  106 

ədəd, alkil benzolun oktan ədədi isə 90-93 ədəddir. Ona görə də formadestruksiya 

benzinlərinin  klassik  alkilləşməsi  ilə  yanaşı  bu  benzinlər  və  izobutilen  əsasında 

sadə  efirlərin  sintezi  prosesi  tədqiq  edilir.  İzobutilen  əsasında  sulfat  turşusu  ilə 

alkilləşmə  prosesinin  klassik  variantına  reomotorlaşdırıcı  əlavələrin  (benzol,  -

naftalin,  u-ksilol  və  n-toluol sulfat  turşu) təsiri tədqiq edilmiş  və avtobenzinlərinə 

yüksək xassəli komponentlərin alınmasının mümkünlüyü müəyyənləşdirilmişdir. 




 

44

Son illərdə xaricdə yüksək oktanlı avtobenzinin komponentlərini almaq üçün 



C

2

C



3

 alefin-dimersol və neksol oliqomerizasiya prosesindən istifadə edilir. 

Bu  proseslərin  məhsulları,  yüksək  oktan  ədədinə  malik  olduğundan  (94-97 

əd.m.m.)  etilləşmiş  benzinlərin  alınması  problemləri  həll  etməyə  imkan  verir. 

Katolitik krekinq və ya riforminq və alkilat benzin fraksiyalarına 10-15% propilen-

dimerizat  əlavə  edilməsi,  alınan  sinergetik  effekt  sayəsində  yüksək  çıxma  və 

xassəyə malik benzin alınmasına imkan yaradır. Aparatın quruluşunun və dimersal 

prosesinin  sadəliyi  (40-45

0

C,  təzyiqi  0,2-1  mPa)  nisbətən  az  maliyyə  və  enerci 



sərfi,  qısa  müddətə  mənimsənilməsinə  təmin  yaradır.  Neftin  emalında  texnolo-

giyanın  yeni  mahiyyətinin  tətbiqi  aşağı  keyfiyyətli  karbohidrogen  xammaldan 

avtomobil  benzinin  yüksək  oktanlı  komponentlərini  almaqla,  həm  benzinə  olan 

tələbatı  ödəməyə,  həm  də  avtomobillər  tərəfindən  atmosferə  buraxılan  zərərli 

qazıntıların  miqdarını  kəskin  azaldır  və  bununla  da  ətraf  mühitin  çirklənməsinin 

qarşısını alır. 

Hal-hazırda  sənaye  şəraitində  benzini  krekinqin  yüksək  oktanlı  fraksiyasına 

və riforminqə, tərkibində benzol olmayan yüksək aromatik qarışıqlar – alkil, butan, 

izobuten  polimerizatoru,  tetroetil  qurğuşun  (TEQ)  və  ya  beş  üzvi  aromatik  liroin, 

həm  də  spirt  və  efirin  oksigenli  birləşmələrini  əlavə  etməklə  alırlar.  Sonuncuların 

əlavə  edilməsilə  avtomobil  benzinlərinin  detonasiya  davamlılığı  kəskin  surətdə 

artır, atmosferə buraxılan zərərli qazların miqdarı isə azalır. 

Azərbaycanda  yüksək  oktanlı  benzin  yalnız  Azərneftyanacaq  İB-də  istehsal 

olunur.  Bu  zavodda  tədqiqat  üsulu  ilə  oktan  ədədi  96-98  ədəd  olan  benzin  almaq 

imkanına malik, daimi rejimdə işləyən, müasir reforminq qurğuları vardır. Belə ki, 

zavodda TEQ-siz yüksək oktanlı benzinin istehsalı üçün baza vardır. 

Ümumdünya  bankının  “Orta  Asiya  və  Qafqaz  ölkələrinin,  şəhərlərinin 

havasının keyfiyyətinin, avtomobil parkının daha təmiz  yanacağa keçmək  yolu  ilə 

yüksəldilməsi” proqramının həyata keçirilməsi, yanacağın keyfiyyətinin artırılması 

üçün rentabelli üsullrın işlənib hazırlanmasına, havaya buraxılan zərərli qazıntılarla 

mübarizəyə və atmosfer havasının keyfiyyətinin  monitorinqinə yönəldilmişdir. Bu 



 

45

proqram  qurğuşundan  imtina  etməyə  və  benzinin  tərkibində  benzolun  miqdarının 



aşağı salınmasına təsir etmişdir. 

Benzinin tərkibində olan kükürdün yol verilə bilən miqdarı kütləcə 0,1%-dək 

məhdudlaşdırılır.  Kükürd  katolizatoru  zəhərləndiyindən  və  həm  də  bu  regionda 

katalitik  neytrallaşdırıcılarla  təchiz  olunmuş  benzinlə  işləyən  avtomobillərin 

artması  ilə  əlaqədar  benzinin  tərkibindəki  kükürdün  miqdarının  azaldılması 

məsələsinə əsas diqqət yetirilməlidir. 

Azərbaycanda  aparılan  tədqiqatlar  göstərir  ki,  yüksək  oktanlı  benzinlərin 

tərkibindəki  aromatikanın  miqdarı  kütləcə  50%  və  benzolun  miqdarı  isə  kütləcə 

5,3%-dir.  Benzinin  tərkibində  olan  aromatik  karbohidrogenlərin  və  benzolun 

miqdarının  belə  yüksək  göstəricilərə  malik  olması  onunla  izah  olunur  ki,  oktan 

ədədinin  artırılması  üsullarının  əsasını  riforminq  benzinindən  istifadə  edilməsi 

təşkil  edir.  Buna  görə  də  əhalinin  sağlamlığının  qorunması  məsələsi  əsas  vəzifə-

lərdən  biri  olduğunu  nəzərə  alaraq,  riforminq  benzinin  tərkibindəki  aromatik 

maddələrin və benzolun miqdarı aşağı salınmalıdır. 

Aşağıdakı  cədvəldə  əsasən  qurğuşundan  imtina  etmək  və  havaya  buraxılan 

benzolun  miqdarını  azaltmaq  şərtilə  müxtəlif  növ  motor  yanacaqlarının  keyfiy-

yətinə  qarşı  daha  sərt  tələblər  qoymaqla  yanacağın  keyfiyyət  göstəriciləri  əks 

etdirilmişdir.  

Cədvəl 2.2  

Benzində norma ilə yol verilən qarışıq həddi 

Yanacaq 

İllər 

Növü  

Tərkibi  

2005-ci il 

2015-ci il 

Bütün növ 

qurğuşun 

0,013 q/l 

0,013 q/l 

Bütün növ 

benzol 

5% həcm 


2 (və ya 1) % həcm 

Bütün növ 

kükürd 

Dəyişiklik yoxdur. Hədd 



qoyulmur (norma təyin 

edilməyib) 

0,03% çəki 

 

04/m76/80 



 

aromatik 

 

35% həcm 



 

04/n91/93/95 

 

aromatik 



Hədd qoyulmuş (norma 

təyin edilməyib) 

 

 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə