Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

 

28

Mazutun  aşağı  təzyiqdə  (vakuumda)  distilləsindən  sürtkü  yağları,  salyar 



yağları,  dizel  yanacağı  və  s.  alınır.  Mazutun  distilləsindən  sonra  qara  kütlə  – 

qudron qalır. Bəzi növ neftlərin mazutundan vazelin və parafin alınır. 

Vazelin  maye  və  bərk  karbohidrogenlərin  qarışığından  ibarət  olub,  tibbdə 

işlədilir.  Onun  tərkibində  aromatik  karbohidrogenlərin  olması  məqsədəuyğun 

deyil. 

Parafin (bərk karbohidrogenlərin qarışığı), adi kibrit (oduncağa hopdurulmuş 



kükürd)  və  şam  istehsalında  istifadə  olunur.  Qudron  yolların  salınmasında  geniş 

tətbiq olunur. 

Qeyd etmək lazımdır ki, neftdən eyni zamanda xüsusi keyfiyyətli  məhsullar 

da  istehsal  edilir.  Xüsusi  keyfiyyətli  məhsullar  müxtəlif  neft  fraksiyalarının 

istənilən  xüsusiyyətləri  qazandıqdan  sonra  alınan  kiçik  həcmli,  qiymətli 

maddələrdir. 

Bir  xüsusi  keyfiyyətli  məhsulun  istehsalı  zamanı  digərləri  də  əlavə  məhsul 

kimi  istehsal  oluna  bilər,  məsələn,  sürtkü  yağlarının  istehsalı  zamanı  xammaldan 

ayrılan  parafin  və  aromatik  birləşmələri  sonra  emal  edərək  qiymətli  məhsul  əldə 

etmək olar. 

Sürtkü  yağlarına  motor  yağları,  avtomatik  transmissiya  mayeləri,  aviasiya 

yağları  və  başqa  maşın  sürtkü  yağı  növləri  daxildir.  Xüsusi  qatqıların  köməyi  ilə 

alınan  yağlar  maşın  hissələrinin  davamlılığını  və  paslanmaya  qarşı  müqavimətini 

artırır. 

Emal  yağları  bəzi  materialların  (misal  üçün,  rezin,  dəri  və  s.)  emalı  üçün 

istifadə olunur, yaxud da avadanlığın müxtəlif hissələrin də sürtkü yağı kimi deyil, 

başqa  məqsədlərlə  istifadə  olunur  (transformator  yağı,  başqa  qızdırıcı  yağları 

kimi). 


Ağ  yağlar  qida  avadanlığında  sürtkü  üçün  əczaçılıqda  və  başqa  yağın 

təmizliyinin  əsas  şərt  olduğu  sahələrdə  istifadə  edilən  yüksək  rafinə  olunmuş 

yağlarıdır (məsələn, mineral yağları). 

Həlledicilər  –  ağ  neft,  yenidən  qurulmuş  karbohidrogen  atomları  və  sürtkü 

yağı xammaldan əmələ gələn maddələrdir. 




 

29

Onların tərkibindəki benzol və toluol neft-kimya müəssisələrində xammal və 



yarımfabrikat  materialları  kimi,  yaxud  da  tam  hazır  məhsul  kimi  rəng 

həllediciləridir və quru təmizləmə mayeləri  kimi istifadə olunur. 

Sürtkü  yağlarının  müxtəlif  növləri  maşın  yağı  ilə  yağla  qarışmayan 

maddələrin  (bəzən  sabun)  qarışığı  nəticəsində  ələdə  edilir.  Sürtkü  yağları  böyük 

çənlərdə neft və yağlı turşuların qələvilərlə qarışığından alınır. 

Neft  məhsullarının  əsas  növləri.  Yuxarıda  göstərildiyi  kimi  neftin  emalı 

zamanı başlıca olaraq benzin, ağ neft  sürtücü yağları alınır.  



Ağ  neft.  Bu  yanacaq  növü  şəffaf    maye  olub,  ağ  və  göyümtül  rənginə  çalır. 

Bunun  qaynama  temperaturası  150-300

0

C  olur.  Ağ  neft  neftin  birbaşa  qovulması 



zamanı  benzindən  sonra  alınan  ikinci  məhsul  növüdür.  Ağ  neft  əsasən  iki  tipdə, 

yəni  traktor  və  işıqlandırıcı,  qızdırıcı  cihazlarda  istifadə  olunan  tiplərdə  istehsal 

olunur. 

Traktor  üçün  istifadə  olunan  neftin  oktan  ədədi  40-dan  aşağı  olmamalıdır. 

Bunun rəngi sarıya çalan və göyümtül olmalıdır. 

Yanacaq üçün istifadə olunan  ağ neft özü adi və yaxud işıqlandırıcı, habelə 

işıqlandırıcı ağır çəkili neftən ayrılır. 

Adi  neftdən  alınan  əsas  məhsullardan  birisi  sayılır.  Bunun  keyfiyyət 

göstəriciləri  dedikdə  270

0

C  temperaturda,  70%  və  315



0

C  temperaturda  isə  98%-e 

qədər fraksiyalarla ayrılması ilə xarakterizə olunur. Ağ neft lampalarda açıq alovla 

hissiz və iysiz halda yanmalıdır. Yanan zaman hissiz alovunun hündürlüyü 20 mm-

dən  az  olmamalıdır.  İşıqlandırıcı  xassəsi  nə  qədər  yüksək  olarsa,  belə  neft  hissiz 

alovla yanmalıdır. Bunun alışma dərəcəsi 40-dan aşağı olmamalıdır. Neft nə qədər 

şəffaf  olarsa,  onun  keyfiyyəti  də  bir  o  qədər  yuxarı  ola  bilər.  Bu  xassəni  isə 

standart  göstərici  ilə  normalaşdırmaqla  kalorimetrin  köməyi  ilə  təmin  edirlər. 

Yüksək  keyfiyyətli  ağ  neftin  tərkibində  mexaniki  qarışıqların,  suyun  və  suda  həll 

olan  turşu  qələvilərin olmasına qətiyyən icazə verilmir. İşıqlandırıcı ağ neft  eyni 

zamanda məişət qızdırıcı cihazlalarında da yanacaq kimi həlledici və s. məqsədlərə 

də istifadə  oluna bilir. 




 

30

İşıqlandırıcı ağır ağ neft  adi işıqlandırıcı neftdən daha yüksək sıxlığa malik 



olması  və  alışma  dərəcəsinin  yüksək  olması  ilə  fərqlənir.  Bunun  alışma  dərəcəsi 

qapalı  tigeldə  90

0

C-ə  bərabərdir.  Bu  neft  növündən  xüsusi  təyinatlı  lampalardan 



istifadə  etməklə  daha  yüksək  yanğın  təhlükəsizliyi  təmin  edilmiş  yerlərin 

işıqlandırılmasında istifadə olunur.  



Həlledicilər.  Neftin  emlından  müxtəlif  təiynatlı  həlledicilər  əldə  olunur  ki, 

bunlar  da  sərbəst  formada  və  yaxud  da  digər  üzvi  həlledicilərlə  birlikdə  istifadə 

olunur. Bunlardan ən başlıcası xüsusi təyinatlı benzin-həlledici və ağ neft sayılır. 

Lak-boyaq  sənayesinə  benzin-həllediсi  əsas  material  kimi  geniş  istifadə 

olunur.  Bu  maddə  aşağı  dərəcəliyini  zəhərləyiсi  xassəyə  malik  olmalı,  tərkibində  

suyun, suda həll ola bilən turşu və qələvilərin, mexaniki qarışıqların olmasına iсazə 

verilmir.  Yaxşı  təmizlənmiş  benzin  damlasını  ağ  kağız  üzərinə  saldıqda  onun 

buxarlanmasından  sonra  damlanın  yerində  yağ  ləkəsi  qalmamalıdır.  Bu  benzin 

növü  əsasən  qatı  tərkibli  boyaqların,  lakların,  əliflərin  və  s.  həll  edilməsində 

istifadə  olunur.  Bu  benzin  növünün  sıxlığı  0,795-dən  çox  olmamalı,  165

0

C-də 


qaynamağa  başladıqdan  sonra  200

0

C-də  98%-dən  çoxu  qovulmalıdır.  Benzin 



həlledicinin  tərkibində aromatik karbohidrogenlərin 16%-dən çox olmamalıdır. 

Sənaye  texniki  təyinatlı  benzinlər  əsasən  geyimlərin  və  parçaların  kimyəvi 

təmizlənməsində, antikorroziyalı yağlayıcı materialların yuyulmasında, süni gön və 

rezin  istehsalında  geniş  istifadə  olunur.  Bu  benzin  növü  nisbətən  aşağı  tərkibli 

fraksiyaya  malikdir.  Bunun  qaynama  dərəcəsi  45-ə  bərabərdir.  88

0

C-də  qayna-



dıqdan  tərkibinin  10%-i  ,  105

0

C-də  88%-i  145



0

C-də,  90%-i  və  170

0

C-dən  yuxarı 



temperaturda isə  97,5%-i  ayrılmalıdır. 

Sürtücü  yağları.  Sürtücü  yağları  mazutun  boşluq  şəraitində  qovulması 

nəticəsində  əldə  olunur.  Sürtücü  yağları  özlülü  xassəyə  malik  yağabənzər  maye 

olub, açıq-sarı  rənglərdən tutqun qəhvəyi rənglərə qədər çala bilir. Bu  növ  yağlar, 

əsasən bir-birinə sürtünən maşın xassələrinin sürtünmə əmsalını azaltmaq məqsədi 

üçün istifadə olunur. 

Sürtkü  yağları  bir  neçə  qruplara  bölünürlər  ki,  bunlardan  da  ən  vacibləri 

sənaye  təyinatlıları  (solyar,  vereten,  maşın  və  s.)  və  maşın  traktor  təyinatlı  (avto, 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə