Azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 457,99 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix05.03.2018
ölçüsü457,99 Kb.
#30408
1   ...   8   9   10   11   12   13   14   15   16

 

34

Tormoz  mayenin  orqanoleptik  keyfiyyət  göstəricilərinə  aşağıdakılar  aiddir: 



rəng, şəffaflıq, iy, mexaniki qarışıqların varlığı, həllolma (suda və benzində). 

Orqanoleptik  qiymətləndirmə  zamanı  rəng,  şəffaflıq  və  mexaniki  qarışıqlar 

işıqda şüşə silindrdə baxmaqla müəyyən edilir. 

Təyyarə  benzinləri.  Təyyarə  benzinləri  neftin  ilk  distilləsində,  katalitik  və 

riforminq proseslərində alınan  məhsulların alçaq temperaturda  qaynayan  fraksiya-

larından  təşkil  olunan  baza  benzinlərinə  yüksəktonlu  komponent  və  aşqarlar 

qarışdırmaqla istehsal edilir. Bu komponentlərin qatılmasında əsas məqsəd təyyarə 

benzinlərinin keyfiyyətini artırmaqdır.  

Qeyd  etmək  lazımdır  ki,  oktan  ədədi  benzinlərin  əsas  keyfiyyət  göstərici-

lərindən biridir. 

Oktan  ədədini  artırmaq  üçün  antidetanatorlardan  istifadə  edilir.  Təyyarə 

benzinlərində  yüksək  oktanlı  komponentlər  kimi  izoquruluşlu  fərdi  karbohidro-

genlərdən (izpentan, izooktan), benzol və izobutadien kimi doymamış karbohidro-

genlərlə  alkilləşməsindən  alınan  məhsullardan  (alkilbenzol)  istifadə  olunur.  Qeyd 

etmək lazımdır ki, bunlar benzinin yalnız antidetonasiya qabiliyyətini yüksəldir. 

Eyni  zamanda  oktan  ədədini  artırmaq  üçün  aşqar  kimi  etol  mayesi  şəklində 

işlədilən  tetraetilqurğuşun  (TEQ)  (benzinin  hər  kiloqramına  çoxu  3,3  q)  istifadə 

olunur. 

Avtomobil  benzinləri.  Hazırda  standarta  əsasən  sənayedə  5  markada  avto-

mobil benzini hazırlanır (A-72, 76; Aİ-93, 95, 98). 

Qeyd etmək  lazımdır ki, avtomobil  benzinin əsas keyfiyyət  göstəricisi onun 

oktan  ədədidir.  Ona  görə  də  onların  oktan  ədədini  artırmaq  üçün  onlara  anti-

detonator əlavə edilir. Amma A-72 çeşidli benzin antidetonatorsuz istehsal olunur. 

Yerdə  qalan  çeşidli  benzinlərə  isə  antidetonator  kimi  etil  mayesi  şəklində  TEQ 

(çoxu 0,50 q) əlavə edilir.  

Avtomobil 

və 

təyyarə 


benzinlərinin 

əsas 


keyfiyyət 

göstərijiləri 

aşağıdakılardır: 

1. Detonasiyaya davamlılıq; 

2. Fraksiya tərkibi, buxarlanma qabiliyyəti və doymuş buxarların təzyiqi; 



 

35

3. Oksidləşməyə qarşı kimyəvi sabitlik, kükürdlü  birləşmələrin zərərli təsiri 



və s. 

Qeyd etmək lazımdır ki, detonasiyaya davamlılıq oktan ədədi ilə xarakterizə 

olunur. 

Bezinlərin  detonsiyaya  davamlılığı  onların  tərkibinə  daxil  olan  karbohidro-

genlərdən asılıdır. Detonasiyaya ən çox meyl göstərən normal parafin karbohidro-

genləri,  ən  az  detonasiya  yaradan  isə  aromatik  karbohidrogenlərdir.  Naften 

karbohidrogenləri isə bu iki karbohidrogen arasında orta yer tutur. 

Oleyin karbohidrogenlərinin antidetonasiya xassəsi parafinlərə nisbətən daha 

yüksəkdir. 

Hazırda  oktan  ədədi  (motor  üsulu  ilə)  72-dən  89-a  qədər  olan  avtomobil 

benzinləri  buraxılır.  Karbüratorlu  mühərriklərdə  sıxılma  dərəcəsi  artırıldığı  üçün, 

görünür  gələcəkdə  avtomobil  benzinləri  detonsiyaya  davamlılığına  verilən  tələb 

daha da yüksəldiləcəkdir. 

Fraksiya  tərkibi  yanacağın  antidetonasiya  xassəsinə  böyük  təsir  göstərən 

amillərdən biridir.  Benzin  yüngül  olduqca  onun antidenonasiya  xassəsi də  yüksək 

olur.  Benzinlərin  fraksiya  tərkibini  distillə  vasitəsilə  müəyyən  etmək  üçün  altı 

temperatur nöqtəsi əsas götürülür: 

a) qaynama başlanğıcının temperaturu, 

0

C; 


b) benzinin 10%-lik fraksiyasının qaynama temperaturu; 

v) 50%-lik fraksiyanın qaynama temperaturu; 

q) 90%-lik fraksiyanın qaynama temperaturu; 

ğ) 97,5%-lik fraksiyanın qaynama temperaturu; 

d) qaynama temperaturu. 

Benzinin qaynama başlanğıcının temperaturu mühərrikin alçaq temperaturda 

işədüşmə  xassəsini  və  onun  yanacaq  verilən  boru  kəmərlərində  qaz  buxarı 

əmələgətirmə  qabiliyyətini  göstərir.  10%-lik  qaynama  temperaturu  təyyarə  ben-

zinləri  üçün  75-88

0

C  və  avtomobil  benzinləri  üçün  70-79



0

C-yə  bərabərdir.  Ben-

zinin  50%-lik  qaynama  temperaturu  onun  orta  buxarlanma  qabiliyyətini  mühər-

rikin bir rejimdən digər rejimə keçməsini və onun iş zamanı davamlılığını göstərir. 




 

36

50%-lik  fraksiya  aşağı  temperaturda  qaynadıqca,  onun  buxarlanma  qabiliyyəti 



yüksək  olur  və  mühərrik  normal  işləyir.  Bu  temperatur  təyyarə  benzinləri  üçün 

105


0

C, avtomobil benzinləri  üçün  115

0

C-dən  yüksək olmamalıdır.  Benzinin 90%-



lik qaynama temperaturu onun  tərkibində  çətin buxarlanan  fraksiyaların olduğunu 

göstərir.  Bu  temperatur  aşağı  olduqda  benzinin  tərkibində  çətin  buxarlanan 

fraksiyanın  miqdarı  az  olur,  yanacaq  karbüratorda  tam  buxarlanır  və  beləliklə  də 

silindrlə  bərabər  paylanır.  Bu  temperatur  təyyarə  benzinləri  üçün  145

0

C-dən  çox 



olmamalıdır. 

A-66  köhnə  markalı  avtomobil  benzinində  bu  temperatur  195

0

C,  digər  ben-



zinlərdə  isə 180

0

C-dən çox olmalıdır. 97,5%-lik qaynama temperaturu  mühərrikin 



sorucu  sistemində  yanacağın  tam  buxarlanmasını  göstərir.  Bu  temperatur  təyyarə 

benzinləri üçün 180

0

C olmalı, avtomobil benzinlərində isə 205



0

C-ni ötməməlidir. 

Qaynama  temperaturu  isə  benzində  ağır  fraksiyaların  qarışığını  göstərir. 

Temperatur  yüksək  olduqda  karterdəki  yağ  durulaşıb  və  natamam  yanma  getdiyi 

üçün  qurum  əmələ  gəlir.  Bu  temperatur  təyyarə  benzinləri  üçün  180

0

C,  yay 



avtomobil  benzinləri  üçün  195

0

C,  qış  avtomobil  benzinləri  üçün  165



0

C-dən  çox 

olmamalıdır. 

Doymuş  buxarların  təzyiqi  karbüratorlu  mühərriklərdə  yanacağın  buxarlan-

ması haqqında bizə əlavə məlumat verir, həm də mühərrikin qidalanma sistemində 

yanacağın qaz tıxacı əmələgətirmə qabiliyyətini  göstərir. Benzinin doymuş buxar-

larının  təzyiqi  nə  qədər  çox  olarsa,  bir  o  qədər  də  asan  buxarlanar.  Yüksəklikdə 

uçan  təyyarələrin  mühərriklərinin  boru  kəmərlərində  qaz  tıxacı  əmələgətirmə 

qabiliyyəti  yüksək  olur.  Buna  görə  də  təyyarə  benzinlərinin  doymuş  buxarlarının 

təzyiqi məhdudlaşdırılır (norma üzrə 360 mm c.st.). 

Karbüratorlu  mühərriklərdə  işlədilən  yanacaqların  kimyəvi  sabitliyi  onların 

tərkibində  olan  və  havanın  oksigeni  ilə  asan  oksidləşən  oleyin  karbohidrogenləri 

ilə  xarakterizə  edilir.  Oksidləşmə  nəticəsində  yanacaqların  oktan  ədədi  azalır.  Bu 

da  onların  keyfiyyətinə  təsir  göstərir.  Bu  zaman  da  onların  yama  əmələgətirmə 

qabiliyyəti yüksəlir. 



Yüklə 457,99 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə