Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


II FƏSİL. VERGİ YÜKÜNÜNMÜƏYYƏNLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ



Yüklə 472,01 Kb.
səhifə3/5
tarix27.03.2018
ölçüsü472,01 Kb.
#35145
1   2   3   4   5

II FƏSİL. VERGİ YÜKÜNÜNMÜƏYYƏNLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
2.1. Azərbaycan Respublikasınında həyata keçirilən vergi siyasətinin əsas istiqamətələri
Hər bir dövlət cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyini ifadə edərək müvafiq – iqtisadi, hərbi, sosial, beynəlxalq və s. sahələrdə siyasət hazırlayaraq həyata keçirir. Bu siyasətin yerinə yetirilməsində maliyyə və vergi mexanizmi mühüm rol oynayır.

Dövlət tərəfindən vergi siyasəti vergi sahəsində cəmiyyət qarşısında duran bu və ya digər vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş tədbirlər sistemidir.

Hər bir dövlətin mövcud olan iqtisadi, siyasi, milli və digər fərqlərə baxmayaraq vergi siyasəti onunla müəyyən olunur ki, dövlət özü ictimai təkrar istehsalın fəal iştirakçısına çevrilmişdir. Bundan başqa, dövlətin mühüm qayələrindən biri cəmiyyət qarşısında duran iqtisadi və sosial vəzifələrin tənzimlənməsidir ki, bu da vergi siyasətinin formalaşmasına öz təsirini göstərir.

Vergi siyasətinin məqsəd və vəzifələri konkret iqtisadi şəraitdən asılıdır. Dövlət məqsəd və vəzifələr müəyyən edildikdən sonra onların həyata keçirilməsi üsullarını işləyib hazırlayır. Bu və ya digər üsuldan istifadə edilməsi konkret vəziyyətdən asılıdır. Dövlətin vergi siyasəti müvafiq normativ aktların qəbul edilməsi yolu ilə həyata keçirilir.

Vergi siyasətinin uzunmüddətli məqsədləri öz əksini vergi doktrinasında tapır. Həmin doktrina bir qayda olaraq, iqtisadi və maliyyə siyasətinin tərkib hissəsi kimi vergi siyasətinin ümumi prinsip, norma və qaydalarını əks etdirir, vergi qanunvericiliyinin əsasını təşkil edir.

Hər hansı bir dövlətin vergi doktrinası uzunmüddətli dövr üçün vergi siyasətinin aşağıdakı aparıcı istiqamətləri müəyyən edir:



  • ölkənin vergi sistemində vergilərin rolu, onların ÜDM-a nisbəti;

  • birbaşa və dolayı vergilərin nisbəti, ayrı-ayrı sahələrdən, əhali təbəqələrindən alınan vergilərin son həddi;

  • yığım və investisiyalar üçün vergi rejimi, müəssisələrdən alınan mənfəət vergisinin fiskal sistemdə yeri, vergi orqanlarının vergi sahəsində «düzəlişlər» etmək səlahiyyətinin hüdudu və s.

Ölkəmizdə vergi doktrinası özünün formalaşma mərhələsindədir.

Bəzən dövlətin vergi sahəsində izafi zorakılığı özünü göstərir. Bu da öz istifadəsini dövlətin özünün vergitutma sahəsində qoyduğu prinsip və qaydaları müəyyən hallarda pozmasında tapır. Dövlət tərəfindən «oyun qaydalarının» pozulmasına bəzən onunla bəraət qazandırmağa çalışılır ki, həmin dövlət fiskal sahədə suverenliyə malikdir. Bu isə vergi orqanları tərəfindən qanunlara zidd olan vergi siyasətinin həyata keçirilməsində özünü göstərə bilər. 23 aprel 2002-ci ildə mərhum prezidentimiz Heydər Əliyevin milli sahibkarlarla görüşündə bu sahədə ciddi nöqsanların mövcud olduğu aşkar edildi və onların aradan qaldırılması üçün xüsusi tədbirlər görüldü.

Azərbaycan hökuməti ümummilli liderin «Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik» prinsipini əsas tutaraq vergi siyasətindən ölkədə sahibkarlığın inkişafı üçün çevik bir Alət olaraq istifadə edir. Əgər müstəqilliyimizin ilk illəri ilə müqayisə etsək görərikki, ölkədə vergilərin sayı 14-dən 9-a endirilib, son illərdə mənfəət vergisinin dərəcəsi , ƏDV-nin səviyyəsi , gəlir vergisinin maksimal dərəcəsi xeyli aşağı salınıb.

Hazırda ölkəmiz sosial yönümlü iqtisadiyyatın yaradılması istiqamətində məqsədyönlü işlər aparır. Vergi sistemində aparılan islahatların da əsas məqsədlərindən biri ölkə iqtisadiyyatının bütün sahələrinin potensial imkanlarından istifadənin səmərəliliyini artırmaq, onların dinamik inkişafını təmin etmək, kiçik və orta sahibkarlığın formalaşması, ümumən iqtisadi sistemdə işgüzarlığı, çevikliyi, təşəbbüskarlığı stimullaşdırmaqdır. Buna görə də vergi yükünü aşağı salmaqla yanaşı, hökumət vergi siyasətinin məhz bu aspektlərindən geniş istifadə edir. Məsələn, 1999-cu ildən kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla, demək olar ki, bütün vergilərdən azad edilməsi bu sahədə işgüzar fəaliyyəti nəzərə çarpacaq dərəcədə fəallaşdırmışdır. Tətbiq olunan vergi tətilinin müsbət nəticələri göz önündədir. Məhz bu tətillər nəticəsində kənd təsərrüfatı sahəsinin sürətli inkişafını nəzərə alıb, bu vergi tətilinin yenidən, 2013-cü ildə daha 5 illiyə uzadılması nəzərə alındı.

Vergi ödənişlərinin sadələşdirilməsi və asanlaşdırılması üçün 2001-ci ildən tətbiq olunan sadələşdirilmiş vergi kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmiyyətli rol oynayır. Lakin hökumət bu verginin tətbiqi prosesində də regional güzəştlər müəyyənləşdirib. Belə ki, paytaxtda fəaliyyət göstərən vergi ödəyiciləri bu vergini dövriyyədən 4 faizlə ödədikləri halda, regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri 2 faiz ödəyirlər. Nəticədə regionlarda sahibkarlığın vergi yükü, demək olar ki, cüzidir və inkişaf üçün əhəmiyyətli stimul yaradır. Bundan başqa hökumət köhnə vergi borclarının silinməsi yolu ilə regionlarda yerləşən müəssisələrin maliyyə cəhətdən sağlamlaşdırılması siyasətini həyata keçirdi. «Hüquqi şəxslərin dövlət büdcəsinə borclarının güzəştli ödənişi haqqında» və «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» qanunlarla bir çox müəssisələrin dövlət büdcəsinə və büdcədənkənar fondlara vaxtı keçmiş vergi borcları silinib. Bu addım özəlləşdirmə prosesinə təkan vermək, eləcə də özəlləşdirilən müəssisələrin investisiya cəlbediciliyini artırmağa və müəssisələrin borc yükündən azad edilməsinə xidmət etmişdir.

Vergi siyasətinin bu iqtisadi funksiyalarının daha da genişləndirilməsi, vergi dərəcələrinin optimal həddədək azaldılması, vergi tətillərinin tətbiqi imkanlaranın araşdırılması kimi müddəalar «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərmanda və «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının Dövlət Proqrammı»nda da öz əksini tapıb. Bu qanunvericilik aktları vergi siyasətinin tənzimləyici, stimullaşdırıcı və yaranmış iqtisadi situasiyalara daha fəal müdaxilə vasitəsinə çevrilməsini şərtləndirən proqram sənədləridir və bir daha vergi siyasətinin dövlətin regionların inkişaf prioritetlərini tənzimləyən tədbirlər kompleksinin tərkib hissəsi olduğuna dəlalət edir.



Vergi siyasəti vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılmasına, hüquqi şəxslərlə fərdi sahibkarlar, rezident və qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsinə, kiçik və orta sahibkarlıq, biznes fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına və son nəticədə mövcud iqtisadi potensialın artırılmasına, əhalinin maddi rifahının yüksəldilməsinə yönəldilmişdir. Vergi siyasətinin səmərəliliyi dövlətin onu hansı prinsiplər əsasında həyata keçirməsindən əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycan Respublikasında vergi siyasəti aşağıdakı prinsiplər nəzərə alınmaqla həyata keçirilir:

  • vergi sisteminin normativ-hüquqi bazasının yaradılması, vergi mədəniyyətinin formalaşdırılması, modernləşdirilmiş istehsal-mülkiyyət sistemi əsasında sabit iqtisadi artım üçün şərait yaradılması;

  • vergi siyasətinin mövcud vəsaitlərin yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi;

  • vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və vergi ödəyicilərinin hüquqlarının maksimum qorunması;

  • vergi yükünün optimal səviyyədə azaldılması;

  • vergi sisteminin idarəetmə orqanlarının fəaliyyətinin Respublikanın digər dövlət orqanları və qeyri-dövlət təşkilatlarının fəaliyyəti, eləcə də ölkənin iqtisadi mühiti ilə əlaqələndirilməsi və vergi siyasətini həyata keçirən orqan və şəxslərin səlahiyyətlərinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun tənzimlənməsi;

  • dövlət vergi xidməti orqanları əməkdaşlarının fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, onların sosial müdafiəsinin təmin olunması;

  • mövcud vergi sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla, müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin vergi sisteminin özünü doğrultmuş təcrübəsinin istifadə olunması;

  • sahibkarlıq və investisiya fəallığını təşviq edən, sadə və vergi ödəyicisi tərəfindən başa düşülən vergi sisteminin yaradılması;

  • vergi qanunvericiliyinə əməl edilməsinin praktiki cəhətdən rahat olması və minimum inzibati xərclər cəlb etməsi üçün müvafiq şəraitin yaradılması.

Yuxarıda göstərilən prinsiplər əsasında Azərbaycan Respublikasında həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Respublikanın iqtisadi təhlükəsizliyinin təmin edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi;

  • Respublikanın ixrac potensialının inkişafının təmin edilməsi;

  • Respublikanın güclü iqtisadi potensialının yaradılması məqsədi ilə daxili və xarici investisiyaların prioritet sahələrə cəlb edilməsinə əlverişli vergi mühitinin yaradılması;

  • vergi sisteminin vahid uçot-informasiya sisteminin yaradılması;

  • vergi və qeyri-vergi daxilolmalarının yığılması səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

  • vergi ödəyicilərinin gəlirləri üzərində səmərəli nəzarət mexanizminin tətbiqi;

  • vergi idarəetməsinin, vergi intizamına əməl olunması üzərində nəzarət sisteminin təkmilləşdirilməsi və vergi hüquqpozuntusu hallarına görə məsuliyyət sisteminin daha da sərtləşdirilməsi;

  • vergi xidməti orqanları əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi məqsədi ilə vergi orqanlarının maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi və s.

Müasir Azərbaycanda aparılan vergi siyasətinin əsasının mərhum prezidentimiz Heydər Əliyev tərəfindən qoyulduğu danılmaz faktdır. Mərhum prezidentin 28 sentyabr 2002-ci il tarixli «Sahibkarlığın inkişafına mane olan süni müdaxilələrin aradan qaldırılması haqqında» fərmanına uyğun olaraq vergi idarəçiliyinin təkmilləşdirilməsi sahəsində radikal tədbirlər həyata keçirilmiş, vergi orqanlarında müasir tələblərə cavab verməyən struktur bölmələri işçilərinin sayı xeyli ixtisar edilmişdir.

Vergi islahatlarının aparılmasında əsas məqsədlərdən biri vergi ödəyicilərinin və dövlətin maraqlarının maksimal tarazlığına nail olunmasıdır.

Respublikamızda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri əlverişli vergi mühitinin yaradılması ilə xarici investorların ölkəyə cəlb edilməsidir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası tərəfindən bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. Bu müqavilələr, əsasən investisiyaların təşviqi və qorunmasını, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını, nəqliyyat daşımalarını və kredit sazişlərini əhatə edir.

Xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırmaq, zəngin neft-qaz yataqlarının mənimsənilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikası ərazisində hasilatın pay bölgüsü üzrə sazişlər əsasında karbohidrogen yataqlarının işlənməsini həyata keçirən xarici şirkətlər üçün müvafiq protokollarla tənzimlənən, Vergi Məcəlləsindən fərqli üstünlüklərə malik olan xüsusi rejimli vergitutma mexanizmi nəzərdə tutulmuşdur. Bu özünü onda göstərir ki, Azərbaycan Resblikası ərazisində karbohidrogen yataqlarının işlənməsini həyata keçirən xarici subpodratçı şirkətlər gördükləri iş və xidmətlərə görə əldə etdikləri gəlirdən yalnız 5-8 % dərəcəsi ilə ödəniş mənbəyindən tutulan mənfəət vergisinin ödəyiciləridirlər və digər vergiləri ödəməkdən azaddırlar. Neft sazişləri üzrə podratçı tərəf sayılan xarici şirkətlərin karbohidrogen yataqlarının işlənməsindən əldə etdikləri gəlirləri isə həmin sazişlərlə müəyyən olunan dərəcələrlə yalnız mənfəət vergisinə cəlb olunmalıdır.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənləri kifayət qədər sadə və ziddiyyətsiz vergi rejimi ilə hazırda 130-dan çox müəssisə fəaliyyət göstərir və müqavilələrin tam həcmdə yerinə yetirilməsi zamanı onların sayının 250-300-ə çatacağı gözlənilir.

Ölkəmizdə həyata keçirilən vergi siyasəti, yaradılmış əlverişli vergi mühiti son illərdə xarici vergi ödəyicilərinin sayının artmasına, xarici investisiyaların iqtisadiyyata axınının xeyli güclənməsinə səbəb olmuşdur. Məhz bu proseslərin təsiri altında vergi daxilolmları xeyli artmışdır. Bu baxımdan, son 5 ildə daxil olan vergilərin statistik təhlilinə diqqət yetirsək, həmin siyasətin nə dərəcədə uğurlu olması daha aydıngörünər. Belə ki, 2014-cü ilin yekunlarına əsasən, büdcəyə 7113622,4 min. manat vəsaitin daxil olması təmin edilib. 2014-cü ildə büdcəyə cəlb edilmiş vəsaitlərin həcmi 2013-cü illə müqayisədə 64449989 min. manat və ya 9,4% çox olub. 2009-cu illə müqayisədə isə vergi daxilolmaları 3000222,4min manat və ya 57,8% artıb. Bu əhəmiyyətli artımın əsaslı bir hissəsi qeyri-dövlət sektorunda canlanma ilə əlaqədardır.

Yerli özəl sektorun inkişafda göstəriciləri xüsusilə nəzərə çarpandır. Bu bölmədə canlanma sahənin vergi daxilolmalarındakı payının 1999-cu ildəki 17,9%-dən 2008-cü ildə 34 %-ə, yaxud 5 dəfə yüksəlməsinə səbəb olub.

Son 5 ili təhlil edərkən vergi xidmətində aparılan islahatların mühüm bir hissəsini təşkil etmiş vergi inzibatçılığı sahəsində həyata keçirilmiş islahatları qeyd etməmək mümkün deyil. Vergilər Nazirliyi yaranandan bəri bu sahədə çox böyük işlər görülüb. Vergi xidmətinin fəaliyyətinin bir neçə il əvvəllə müqayisədə xeyli müsbət dəyişikliklərə məruz qalmasını onlarla iş birliyi quran hər bir sahibkar etiraf edə bilər.

Vergi islahatlarının ana xətlərindən biri də vergi ödəyiciləri üçün xidmətin təşkilidir. Bu sahədə işləri qurmaq üçün nazirlikdə vergi ödəyiciləri ilə iş üzrə ayrıca idarə yaradılmışdır. Ümumiyyətlə, Vergilər Nazirliyi öz fəaliyyəti sistemini sahibkarlar üzərində kütləvi nəzarətdə deyil, səmərəli nəzarət mexanizmləri tətbiq etməklə qurmaq istəyir.

Tez-tez Azərbaycanın vergi sistemini xarici ölkələrlə müqayisə edirlər. Ölkəmizin vergi sisteminin müəyyən spesifikliyi var. Birincisi, Azərbaycanda vergi ödəyiciləri ilə münasibət partnyorluq əsasında qurulur. İkincisi, ölkəmizin vergi orqanlarının strukturunun dünyada analoqu yoxdur. Bizim tətbiğ etdiyimiz idarəetmə strukturu hazırda kifayət qədər ciddi müzakirə obyektinə çevrilib. Nəhayət, Azərbaycan bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq, kifayət qədər liberal və mürəkkəb olmayan vergi qanunvericiliyinə malikdir. Bütün bu müzakirələrə baxmayaraq bizim vergi islahatları sahəsində əldə etdiyimiz uğurlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də birmənalı tanınmaqdadır.

Qeyd etmək lazımdır ki, vergi islahatlarının həyata keçirilməsi zamanı vergi ödəyicilərinin və dövlətin maraqlarının maksimal tarazlığına nail olunması mühüm amildir. Dövlət sahibkarın hüquq və mənafelərini qoruduğu kimi, sahibkar da öz növbəsində, büdcə qarşısında öhdəliklərinə məsuliyyətlə yanaşmalıdır. Sahibkar vergiləri məcburən ödəməməli, bunun dövlətin inkişafına, xalqının daha yaxşı yaşamasına və ən əsası, işlədiyi mühitin yaxşılaşdırılmasına xidmət etdiyini anlamalıdır.

Beləliklə, göründüyü kimi, Azərbaycan Respublikasında dövlətin yeritdiyi vergi siyasəti və bu siyasətin məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən vergi islahatları ölkə iqtisadiyyatının dinamik və hərtərəfli inkişafı üçün əlverişi mühit yaradılması işinə xidmət edir.



2.2. Vergi yükünün mövcud metodikalarının

təhlili
İnkişaf etmiş ölkələrin uzunmüddətli və zəngin təcrübəsi göstərir ki, dövlət tərəfindən müəyyən edilən vergi yükü ağır olduqda iqtisadi subyektlərin istehsal fəallığı aşağı düşür, yüngül olduqda isə dövlət büdcəsinin gəlirlərinin formalaşmasında müəyyən problemlər ortaya çıxır.

Həddindən artıq ağır olan fiskal təzyiq aşağıdakı neqativ halların yaranmasına səbəb olur:



  • ilk növbədə sahibkarlıq fəaliyyətinin qarşısı alınır;

  • ümumdövlət mövqeyindən daha vacib və prioritetli sayılan bir çox xərc tutumlu sahələr avtomatik olaraq mənfəətli fəaliyyət sahələrindən ayrılır, onların fəaliyyətində durğunluq əmələ gəlir və bunun nəticəsində də ölkənin ümumi iqtisadi həyatında özünəməxsus tənəzzül baş verir;

  • dözülməz vergi ağırlığı vergidən yayınmanı və iqtisadiyyatın gizli sektorunun inkişafını stimullaşdırır və dövlətin büdcə ilə bağlı problemlərini ciddi şəkildə kəskinləşdirir.

Hədsiz dərəcədə yüksək vergilər barədə fikirlər kifayət qədər tez-tez səslənir. Bir çox hallarda vergi yükünün ağırlığının kəmiyyət qiymətləndirilməsinə cəhdlər edilir. Bəzi məlumatlara görə Azərbaycanda vergilər ÜDM-un 20-25 %-ni, lakin Vergilər Nazirliyinin məlumatlarına əsasən isə 12-15 %-ni təşkil edir. Sahibkarlar isə əldə etdikləri ümumi gəlirlərinin hər bir manatının 50-70 %-nə kimi vergilərə sərf olunduğundan şikayətlənirlər. Bu göstəricilərin kəmiyyətlərini müəyyənləşdirmək üçün xüsusi araşdırmaların aparılması tələb olunur.

Bir daha qeyd etmək istərdim ki, iqtisadiyyatda vergi yükü dedikdə, ÜDM-da vergilərin xüsusi çəkisi başa düşülür. Yuxarıdakı suallarda da qeyd etdiyim kimi, bu göstərici dövlət büdcəsinə daxil olan bütün vergilərin cəmi məbləğinin ÜDM-un kəmiyyətinə nisbəti kimi müəyyən olunur. Onun iqtisadi mənası ondadır ki, o, ÜDM-un hansı hissəsinin vergilər vasitəsi ilə yenidən bölüşdürülməsini əks etdirir.

Elmi ədəbiyyatlarda təsərrüfat subyetklərinə düşən vergi yükünün müəyyən edilməsinin müxtəlif metodikalarına rast gəlinir. Onlar arasındakı fərq vergi yükünün hesablanması zamanı daxil edilən vergilərin sayı, həmçinin vergi məbləğlərinin müqayisə edilməsi inteqral göstəricinin seçilməsi kimi əsas elementlərin müəyyən edilməsində yaranır.

Metodikanın seçilməsi zamanı əsas ideya ondan ibarətdir ki, vergi yükü göstəricisi iqtisadiyyatın müxtəlif sahələrində vergitutmanın səviyyəsini müqayisə etməyə imkan verən universal göstərici keyfiyyətlərini özündə cəmləmiş olsun.

Bu zaman vergilərin sayının, vergi dərəcələrinin və vergi güzəştlərinin dəyişməsinin təsərrüfat subyektlərinin fəaliyyətinə nə dərəcədə təsir göstərdiyini müəyyən etmək lazımdır. Yalnız bu halda vergi yükü göstəricisi praktiki əhəmiyyət kəsb edə bilər. Vergi yükünün qiymətləndirilməsinin mövcud bir neçə metodikasını nəzərdən keçirək. Və onu da xatırladım ki, irəlidə diqqətinizə yetirəcəyim bu metodikalar Vergilər Nazirliyinin vəzifəli şəxsi olan Yaşar Kəlbiyevin araşdırmalarından götürülmüşdür.


  1. Müəssisələrdə vergi yükünün səviyyəsinin müəyyən edilməsi üçün Rusiya Federasiyasının Maliyyə Nazirliyi tərəfindən xüsusi metodika hazırlanmışdır. Bu metodika üzrə vergi yükünün ağırlığı bütün ödənilən vergilərin satışdan əldə olunan gəlirə (sair satışlardan əldə edilən məbləğlər də daxil olmaqla) nisbəti kimi (faizlərlə) qiymətləndirilir. Bu göstərici satışdan əldə olunan gəlirdə vergilərin payını xarakterizə edir. Qeyd edək ki, həmin göstərici əldə olunan gəlirdə vergilərin strukturunu nəzərə almadığına görə vergilərin təsərrüfat subyektlərinin maliyyə vəziyyətinə hər hansı bir təsirini xarakterizə etməyəcəkdir. Fikrimizcə, səmərəli iqtisadi təhlilin aparılması üçün elə bir göstərici lazımdır ki, o vergi yükü səviyyəsini müəssisənin iqtisadi aktivliyi göstəricisi ilə əlaqələndirmiş olsun.

  2. İkinci metodikanı M.N.Kreynina təklif edir. Bu yanaşma verginin və onun ödənilmə mənbəyinin müqayisə edilməsinə əsaslanır. Ödəmə mənbəyindən asılı olaraq hər bir qrup vergilər onların özünün vergi yükü ağırlığının qiymətləndirilməsi kriterisinə malikdir. Qeyd olunan yanaşma həmçinin «Maya dəyərinə aid edilən vergilər mənfəəti, müvafiq olaraq mənfəət vergisinin məbləğini azaltdığına görə müəssisəyə sərfəlidir» kimi ümumi qəbul edilmiş mülahizəni inkar edir. Bu onunla əsaslandırılır ki, mənfəətin azalması nəticəsində daha az sərbəst vəsait qaldığı üçün həm müəssisə, həm də daha az vergi məbləği aldığı üçün dövlət büdcəsi «ziyan çəkir».

Qeyd olunan yanaşma əsasən bütün vergilərin məbləğinin müəssisənin mənfəəti ilə müqayisə edilməsinə əsaslanır. Nəzərdə tutulur ki, real situasiya müəssisə tərəfindən ümumiyyətlə heç bir vergi ödənilməyən hal ilə müqayisə olunsun. Bu üsulla da vergi yükünün ağırlığı müəyyən edilir.

Aşağıdakı işarəmələri daxil edək:

G – məhsulun (işin, xidmətin) təqdim edilməsindən gəlir (gəlirlərdən çıxılan xərclər + mənfəət);

X – təqdim edilən məhsulun (işin, xidmətin) istehsalına çəkilən xərclər (vergilər nəzərə alınmadan);

Mf – vergilər çıxılmaqla müəssisənin sərəncamında qalan faktiki mənfəət.

Vergi ağırlığı aşağıdakı üsulla hesablanır:


(2.1)
və yaxud

(2.2)

burada Kv – vergi yüküdür.

(2.1) və (2.2) düsturları ödənilən vergilərin cəmi məbləğinin müəssisənin sərəncamında qalan sərbəst mənfəətdən neçə dəfə fərqləndiyini göstərir.

Bu yanaşmanın əsas müddəaları aşağıdakı kimidir: ƏDV və aksizlər müəssisənin mənfəətinin kəmiyyətinə təsir edən vergilər kimi nəzərə alınmır. ƏDV və aksizlər üzrə vergi yükünü qiymətləndirmək üçün onları ya kreditor borcları, yaxud da balansın valyutası ilə müqayisə etmək lazımdır. Vergilərin məbləğini ödəmə mənbəyi ilə müqayisə etmək zəruridir. Bütün vergi məbləğlərinin müqayisə edildiyi ümumi məxrəc müəssisənin mənfəətidir.

Baxılan metodika birbaşa vergilərin müəssisələrin maliyyə vəziyyətinə təsirinin təhlilinin kəsərli vasitəsi təsirini bağışlayır, lakin göründüyü kimi, dolayı vergilər ƏDV-nin və aksizlərin təsirini kifayət qədər qiymətləndirməyə imkan vermir. Bu vergilər müəssisənin mənfəətinin kəmiyyətinə təsir göstərir, lakin onların təsir dərəcəsi bir o qədər də hiss olunmur. Ona görə də digər bir metodika lazımdır.

Nəzəri olaraq dolayı vergilərin müəssisənin vergi yükünün kəmiyyətinə təsirinin qiymətləndirilməsi məsələsi öz həllini tapmışdır. Məlumdur ki, dolayı vergilərin ödənilməsinin uyğunlaşdırılması (başqasına həvalə edilməsi) daha asandır. Vergini ödəyən müəssisə onu məhsulun (işin, xidmətin) dəyərinə əlavə edir və bununla da onu istehlakçıların üzərinə qoyur. Lakin müəssisə malın qiymətini ödəmə qabiliyyətli tələbin imkan verdiyi həddə qədər artıra bilər. Əgər məhsulun verginin də daxil edildiyi qiyməti çox yüksək olarsa, onda tələb azalacaqdır: alıcıların bir hissəsi digər istehsalçıların məhsullarını, digər hissəsi isə əvəzedici məhsulları almalı olacaqlar. Beləliklə, istehsalçıları saxlamaq üçün müəssisə qiymətlərin vəziyyətini saxlamaqla öz mənfəətini vergilərin məbləği qədər azaltmalı olacaqdır.

Dolayı vergilər məhsulun qiymətinə, eləcə də ona olan tələbə öz təsirini göstərir. Dolayı vergilərin ağırlığı tələbin xarakterindən asılı olaraq satıcıların və alıcıların üzərinə düşür. Məhsula elastik tələb zamanı dolayı verginin böyük hissəsini satıcı daşımalı olur, ona görə ki, o məhsulun qiymətini artırmaqla alıcılarını itirə bilər. Qeyri-elastik tələb zamanı isə satıcı verginin əsas məbləğini alıcıların üzərinə qoymaq imkanına malikdir, belə ki, tələbin kəmiyyəti qiymətdən daha az asılıdır (məsələn, gündəlik tələbat malları çörək, elektrik lampası və s).

Bu nəzəriyyəni praktiki olaraq tətbiq etmək olarmı sualını ortaya qoyduqda, həqiqətən də verginin başqasının üzərinə qoyulmasının məqsədəmüvafiqlik dərəcəsinin müəyyən edilməsinin mürəkkəb olmasına baxmayaraq bu mümkündür. Bunun üçün müəyyən malın tələb əyrisinin qurulması zəruridir. Tələbin kəmiyyətinə çoxlu sayda amillər təsir göstərir. Hesablamalarda onlardan nə qədər çox istifadə olunarsa, bir o qədər də dəqiq əyri almaq mümkündür. Belə hesablamalar o zaman daha dəqiq olacaqdır ki, onlar praktiki təcrübənin təhlilinə əsaslanmış olsunlar.

3. E.A.Kirovanın tədqiqatlarında tamam fərqli yanaşmaya rast gəlirik. Onun işlərində qeyd olunur ki, müəssisədə məhsulun (işin, xidmətin) satışından əldə olunan gəlirin vergi yükünün hesablanması üçün baza kimi götürülməsi kifayət qədər dəqiq deyildir. İlkin olaraq mütləq və nisbi vergi yükünün fərqləndirilməsi təklif olunur ki, onların da müqayisəli təhlilini öncəki sualda görə bilərik.

Müəllif mütləq vergi yükünün hesabatına işçilərin əmək haqqından tutulan gəlir vergisini və Əhalinin Sosial Müdafiə Fonduna (ƏSMF) ödənilmək üçün nəzərdə tutulan sosial ayırmaları aid etmir, ona görə ki, bu ödənişlərin ödəyiciləri fiziki şəxslərdir, müəssisə isə vergi agenti kimi həmin məbləğləri tutur və təyinatı üzrə ödənilməsini həyata keçirir.

Sahibkarlıq subyektləri tərəfindən əməyin ödənişi fonduna hesablanan və ƏSMF-na ödənilən sosial sığorta ayırmaları, məcburi ödənişlər, vergi xarakterinə malik olduğuna görə vergi yükünün hesablanması zamanı nəzərə alınmalıdır.

Kirovanın mülahizələrinə görə dolayı vergilər müəssisəyə düşən vergi yükünü yüksəldir. Onların real daşıyıcıları isə istehsal olunan məhsulun (işin, xidmətin) son istehlakçılarıdır. Müəssisələr tərəfindən dolayı vergilərin ödənilməsi məhsulun qiymətinin yüksəldilməsinə, tələbin azalmasına, eyni zamanda təsərrüfat subyektlərinin dövriyyə vəsaitlərinin yayınmasına gətirib çıxarır.

Mütləq vergi yükü vergi öhdəliklərinin gərginliyini əks etdirmədiyinən istifadə olunmasını təklif edir.

Baxılan digər metodikalarda olduğu kimi, burada da qeyd olunan ödənişlərin ödəmə mənbəyi əlavə dəyər qəbul edilir. Əlavə dəyər – aralıq istehlak (maddi xərclər) çıxılmaqla məhsul və xidmətlərin ümumi buraxılış həcmini ifadə edir. Əlavə dəyərin tərkibinə amortizasiya aid edilir. Bu zaman vergi yükünün əlavə dəyərə nisbətən hesablanması zamanı amortizasiya ayırmalarının payının obyektiv müxtəlifliyi nəzərə alınmır. Məsələn, vergi öhdəliklərinin gərginliyi eyni olan fond tutumlu müəssisədə və bank-kredit xidməti, yaxud kiçik biznes sferasında əlavə dəyərə nisbətən vergi yükünün müəyyən edilməsi tam düzgün və dəqiq olmayacaqdır. Amortizasiya məbləğlərinin vergi yükünün kəmiyyətinə təsirini aradan qaldırmaq məqsədilə fiskal yığımların yeni yaradılmış dəyərlə müqayisə edilməsi təklif olunur.

Yeni yaradılan dəyər əlavə dəyərdən amortizasiya ayırmaları çıxılmaqla müəyyən edilir.

Ümumiyyətlə, müəllifin təklif etdiyi yanaşma vergi yükünün müəyyən edilməsi zamanı məhsulun fond tutumu, material tutumu və əmək tutumu göstəricilərini və istehsalın gəlirliyini nəzərə almır.

E.A.Kirovanın təqdim etdiyi metodikanın üstünlüyü ondadır ki, o sahə mənsubiyyətindən asılı olmayaraq konkret müəssisəyə, həmçinin fərdi sahibkara düşən vergi ağırlığını müəyyən etməyə imkan verir. Ona görə ki, birincisi vergi ödənişləri yeni yaradılan dəyərlə müqayisə edilir, vergi ağırlığı vergilərin ödənilmə mənbəyi əsasında qiymətləndirilir. İkincisi, ödənilən vergilər yeni yaradılan dəyərin kəmiyyətinin formalaşmasına heç bir təsiri göstərmir.

Bu metodika birinci metodikada verilən göstərici ilə oxşarlıq təşkil edir, lakin aydın şəkildə görünən praktiki faydalılığı yoxdur. Ən başlıcası isə bu göstəricinin köməyi ilə vergilərin sayından, vergi dərəcələrindən və güzəştlərdən asılı olaraq müəssisələrin iqtisadi fəallığının dəyişməsini proqnozlaşdırmaq mümkün olmur.

4. Növbəti dördüncü yanaşma M.İ.Litvin tərəfindən təklif olunur. Müəllif vergi yükü göstəricisini vergilərin və digər ödənişlərin sayı, vergilərin strukturu və onların tutulması mexanizmi ilə əlaqələndirir. Müəssisədə vergi yükü göstəricisinin aşağıdakı düsturla müəyyən edilməsi təklif olunur:
(2.3)
burada VM – vergilərin ödənildiyi mənbənin məbləğidir.

Vergilərin cəmi məbləğinə (Vc) bütün ödənilən vergilər və digər ödənişlər (ƏDV, aksizlər, gəlir vergisi , ƏSMF-na ayırmalar və s.) daxil edilir. Bu yanaşma üçün arqument kimi «bütün ödənilən vergilər daxil olan vəsaitlər hesabına aparılır, onların ödənilməsinin başqasına həvalə etmə dərəcəsi qeyri sabitdir» kimi tezis götürülə bilər.

Vergi yükünün ümumi göstəricisi ilə yanaşı xüsusi göstəricilərdən istifadə olunması və onların yuxarıda qeyd etdiymiz gəlir qrupları üzrə müqayisə edilməsi nəzərdə tutulur. Bütün vergilər üçün ümumi göstərici kimi müəllif əlavə dəyər (D) göstəricisindən istifadə olunmasını məqsədəuyğun hesab edir:
(2.4)

və yaxud


(2.5)
Bu göstərici makroiqtisadi fiskal ağırlıq müəyyən edilərkən istifadə edilən ÜDM göstəricisi ilə oxşarlıq təşkil edir.

Müəssisədə vergi yükünün təhlili nəticəsində gəlir qrupları və vergilərin ödənilmə mənbələri üzrə maraqlı, başlıcası isə praktik faydalı göstəricilər alınır. Məsələn, hər hansı bir müəssisədə təhlilin aparılması zamanı deyə bilərik ki, vergilər müəssisədə yaradılan dəyərin 40 %-ni, bölünən mənfəətin 70 %-ni təşkil edir. İstehsal olunan əlavə dəyərin hər bir manatının 15 %-ni əmək haqqı, 28 %-ni amortizasiya ayırmaları, 7 %-ni xalis mənfəət, 8 %-ni qeyri-satış əməliyyatları üzrə itkilər, 42 %-ni isə vergilər təşkil edir.

Bu göstəricilərin köməyi ilə M.İ.Litvin müəssisələrin tipindən və sahə mənsubiyyətindən asılı olaraq vergi yükünün optimal səviyyəsinin müəyyən edilməsini təklif edir. Bu cür təhlil aparmaqla praktiki olaraq dəyərli məlumatlar əldə etmək olar. Əlavə dəyərin hansı hissəsinin vergilərinin ödənildiyini, yaxud mənfəətin hansı hissəsinin sərf olunduğunu aydın şəkildə göstərmək mümkün olur. Bu yanaşma konkret müəssisənin xüsusiyyətlərini, daha doğrusu əlavə dəyərdə material xərclərinin amortizasiyasının və əmək məsrəflərinin payını nəzərə alır.

Baxılan yanaşmaların hər biri ayrılıqda tətbiq edilə bilər. Lakin konkret metdikanın seçilməsinə başlamazdan əvvəl real olaraq təsəvvür etmək lazımdır ki, tam və hərtərəfli təhlilin aparılması üçün elə bir göstərici lazımdır ki, o müəssisənin vergi yükünün kəmiyyətini onların inkişaf imkanları ilə əlaqələndirmiş olsun.

5. Müəssissələrdə vergi yükünün kəmiəyt qiymətləndirilməsinin daha bir metodu A.Kaduşin və N.Mixaylova tərəfinlən təklif olunur. Bu metod müəlif tərəfindən genişləndirilərək onun əsasında tətbiqi hesablamalar aparılmışdır. Hesab olunur ki, vergi yükü ayrıca bir müəssisədə yaradılan əlavə dəyərin dövlətə verilən payı kimi müəyyən edilir. Məlum olduğu kimi əlavə dəyər müəssisənin gəlirlərinin mənbəyi və müvafiq olaraq vergilərin ödənilmə mənbəyi hesab olunur. Ona görə də vergi ödəmə mənbəyi ilə müqayisə edilir. Bu göstərici müxtəlif tipli istehsallar üçün vergi yükünü «bərabərləşdirməyə» imkan verir, yəni müxtəlif istehsal strukturları üçün vergi ağırlığının müqayisə edilməsini təmin edir.

Ümumi gəlir aşağıdakı struktur komponentləri şəklində ifadə olunur:



  • material xərcləri (MX);

  • əlavə dəyər (D).

Əlavə dəyər özü aşağıdakı tərkib elementlərdən ibarətdir:

  • amortizasiya ayırmaları (A);

  • əməyin ödənişi xərcləri (sosial sığorta ayırmaları da daxil olmaqla) (W);

  • ƏDV (Vədv) və dövriyyədən ödənilən digər vergilər;

  • mənfəət (M).

Məlum olduğu kimi, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında təkcə ƏDV, gəlir vergisi və mənfəət vergisis deyil, digər vergi və ödənişlər; aksizlər, mədən vergisi, torpaq vergisi, əmlak vergisi və s. iştirak edirlər. Həmin vergilərin əlavə dəyərlə ifadəsi mürəkkəbdir, bəzən isə ifadə etmək mümkün olmur. Ona görə də həmin ödənişlərin dövlət büdcəsinin gəlirlər hissəsində xüsusi çəkisi müəyyən edilməli və vergi yükünün hesablanması zamanı nəzərə alınmalıdır.

Dövlət büdcəsinin daxilolmalarında ƏDV-dən, hüquqi şəxslərin mənfəət vergisindən və fiziki şəxslərin gəlir vergisindən daxil olan məcmu məbləğin xüsusi çəkisini M1 ilə, ƏSMF-na ödənilən sosial sığorta ayırmalarının sosial fondların daxilolmalarında payını isə M2 ilə işarə etsək, onda mövcud qanunvericiliyə müvafiq olaraq büdcəyə ödənilən bütün vergilərin və digər məcburi ödənişlərin cəmi məbləğini aşağıdakı şəkildə ifadə etmək olar:


(2.6)

vəyaxud


(2.7)

Buradanda


(2.8)
alırıq.

Beləliklə, buradaKv – vergiyükü; t0gv – gəlirvergisininortadərəcəsi; tadv – əlavə dəyərvergisinindərəcəsi; Vsa – sosialsığortaayırmaları; Vc– vergi ödənişlərinincəmi; Kam – amortizasiyaayırmalarının əlavə dəyərdə xüsusi çəkisi; tsa –ə əmyin ödənişifondunahesablanansosialsığortaayırmalarınındərəcəsi; Kah – sosialsığortaayırmalarınadaxilolmaqla əməkhaqqı fondunun əlavə dəyərdə xüsusi çəkisivə s.

Beləliklə, fəaliyyətdə olanvergitutmasisteminə uyğunolaraqmüəssisələrtərəfindəndövlətbüdcəsinə ödənilməliolanvergilərinvə digərməcbüri ödənişlərin əlavə dəyərə nisbətigöstəricisi ümumigəlirintərkibində material, əməkvə amortizasiyaayırmalarınınpayı kriterisi üzrə istehsaltiplifunksiyasayılır.

Əlavə dəyərmüəssisəningəlirmənbəyiolduğunagörə ödənilmiş vergiməbləğlərininonunkəmiyyətiilə müqayisə edilməsiməqsədəuyğundur. Belə ki, bütünvergilər ödənildikdənsonramüəssisəninsərəncamındaqalan əlavə dəyərinkəmiyyəti üzrə müəssisəninsonrakı inkişafimkanlarınınqiymətləndirilməsimümkünolur.

Təklifolunansxem üzrə materialtutumu, fondtutumuvə əməktutumugöstəricilərinkəmiyyətinidəyişməklə müəssisənin ödədiyi (ödəməliolduğu) vergilərinvə digər ödənişlərin əlavə dəyərə nisbətigöstəricisinimüəyyənetməkolar. Budavergilərindərəcələrinindəyişməsinin, vergigöstəricilərininverilməsininmüəssisələrininkişaftempinə təsirininhesablanmasınaimkanyaradır.

Təklifolunanmetodika üzrə vergiyükününhesablanmasını həyatakeçirək. Bunun üçünAzərbaycaniqtisadiyyatının 2001-2007-ciilər üzrə makroiqtisadigöstəricilərindənistifadə edilmişdir.

Göstəricilərə diqqətyetirərkənsonyeddiil ərzində büdcəyə ödənilənvergilərinvə digər ödənişlərincəmiməbləğinin əlavə dəyərə nisbətigöstəricisininqiyməti 1995-1997-ciilərdə nisbətənsabitqalmış, sonrakı dövrdə isə kəskin şəkildə azalmayadoğrumeyletməsinin şahidiolduq. Belə ki, bugöstərici 1995-ciildə 79,8 % olduğuhalda, 1999-cuildə 71,9 %, 2008-ciildə isə 66,1 % təşkiletmişdir. Bugöstəricidənfərqliolaraq əməyin ödənişinin ümumi əlaıə dəyərdə payı sabitqalmış, amortizasiyaayırmalarınınxüsusi çəkisiisə cüzimiqdardaazalmayadoğrumeyletmişdir. [23]1

Qeydolunanmetodikadanistifadə etməklə iqtisadiyyatınayrı-ayrı sahələri üzrə də uyğunhesablamalaraparılmışdır.

Buradandabelə qənaətə gəlməkolarki, əksərsahələr üzrə vergilərinvə digər ödənişlərincəmiməbləğinin əlavə dəyərə nisbətigöstəricisininkəmiyyətiazalmağadoğrumeyletmişdir.

Fikrimizcə, buyanaşmanın əsas üstünlüyü ondadırki, vergiyükü göstəricisininhesablanması üçüntəklifolunan (2.8) düsturundagöstəriciləridəyişməklə ümumivergiyükününkəmiyyətinimüəyyənetməkolar. Budüsturvergilərindərəcələrini, istehsalınfondtutumu, əməktutumuvə materialtutumugöstəricilərini, həmçininistehsalınrentabelliksəviyyəsininəzərə alır. Lakintəhlilzamanı maksimumsəmərənin əldə olunması məqsədiilə müəssisələrdə vergiyükününmüəyyənedilməsi, həmçininonundəyişməsinintəsərrüfatsubyektlərininistehsalfəallığınatəsirininqiymətləndirilməsi üçündördüncü və beşinciyanaşmalardaneynizamandaistifadə edilməsiməqsədəuyğundur. Alınanməlumatlarqiymətdənasılı olaraqmüəssisə məhsulunatələbinsəviyyəsinindəyişməsinintəhliliilə genişləndirilməlidirki, budadolayı vergilərin ödənilməsininistehlakçıyahəvalə edilməsidərəcəsinimüəyyənetməyə imkanverəcəkdir.

Sonraisə iqtisadiyyatınhərbirsahəsi üçünvergiyükünün «böhrannöqtəsini» müəyyənetmək, yəni əlavə dəyərdə materialxərclərinin, əməkhaqqı xərclərininvə amortizasiyaınınpayınıntəhlilinə əsaslanansonvergiyükününsahə normativlərinihazırlamaqlazımdır. Normativlərinmaksimalvə minimalkəmiyyətlərimüəyyənedilməlivə dövlətbüdcəsinintələbatından, həmçininsahələriniqtisadiinkişafprioritetlərindənasılı olaraqtətbiqedilməlidir.

Sənaye, kəndtəsərrüfatı, maliyyə sektorusahələri üçünelə birvergiağırlığı səviyyəsimüəyyənedilməlidirki, ohəminsahələrinsəmərəliinkişafınavə eynizamanda, büdcə gəlirlərininsabitdaxilolmalarınıntəminolunmasınaimkanversin. Fikrimizcə, təhlilin əsasını geniş faktikimaterialtəşkiletməlidir. İqtisadiyyatınsahələri üzrə vergiağırlığınınsonhəddinimüəyyənetməklə və vergilərininkişaftempinə iqtisaitəsirininəzərə almaqlasektorlar üzrə vergiyükününoptimalbölünməsimodeliniyaratmaqolar.

Optimalsayılanhəminvariantdövlətinvə vergi ödəyicilərininmənafeyiniqorumaqlayanaşı sahibkarlığıninkişafınaxidmətetməlivə dövlətbüdcəsinindaxilolmalarını artırmalıdır. Bununla da dövlətdə hərtərəfli inkişafa nail olmaq olar.


Yüklə 472,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə