Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


İstehsal və fiskal əyrilərinin sxematik görünüşü



Yüklə 472,01 Kb.
səhifə5/5
tarix27.03.2018
ölçüsü472,01 Kb.
#35145
1   2   3   4   5



İstehsal və fiskal əyrilərinin sxematik görünüşü


U, V

Fiskal əyri



U’

V

İstehsal

əyrisi

0 x

x’ x’’ x=-v/a
Buradan da aydın görünür ki, istehsalın həcmi və vergi daxilolmaları sinxron olaraq iki nöqtədə, yəni x=0 və x=-b/a nöqtələrində sıfra bərabər olacaqdır. İstehsal və fiskal funksiyaların aktiv təyin olunma oblastları üst-üstə düşür. Bu zaman aydın görünür ki, əgər –b/a=1 olarsa, onda vergi yükü özünün son qiymətini alır, yəni 100 %-ə bərabər olur. 0<-b/a<1 olduqda istehsal və fiskal sistemlər fəaliyyət göstərirlər. –b/a>1 olduqda isə təsərrüfat subyektlərindən onların əldə etdikləri tam aldıqda belə hər iki sistem fəaliyyət göstərməkdə davam edəcəkdir. Bu zaman, yəni 100 faizlik vergi yükü şəraitində məhsul buraxılışının və yığılan vergilərin kəmiyyətləri ilkin nəzəri müddəalara müvafiq olaraq bütün hallrada üst-üstə düşəcək və Y(1)=V(1)=a+b ifadəsində bərabər olacaqdır.

Aparılan təhlildən maraqlı və vacib bir nəticə alınır. Belə ki, bütün kənar təsirlərə baxmayaraq heç bir halda birinci və ikinci növ Laffer nöqtələri üst-üstə düşmürlər. Bu zaman ikinci növ Laffer nöqtəsi birinciyə nisbətən müəyyən qədər sağda yerləşir, yəni xıı>xı. Eyni nəticə (3.5) və (3.6) düsturlarından da alınır. Beləliklə aydın olunur ki, istehsal və fiskal əyriləri müxtəlif əyrilik dərəcələri ilə xarakterizə olunurlar. Qeyd etmək lazımdır ki, fiskal əyri istehsal əyrisinin orta hissəsinin müəyyən qədər sağ tərəfdə deformasiyası nəticəsində yaranır. [1]1

Laffer nöqtələrinin bu şəkildə yerləşməsinin qeyd olunan xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Bu əsasən aşağıdakı səbəblə bağlıdır. Belə ki, müasir vergi nəzəriyyəsi əsasən ikinci növ Laffer nöqtələrini diqqətdən kənarda qoymaqla əsasən birinci Laffer nöqtələrinin tədqiqinə üstünlük verir. Eyni zamanda, fikrimizcə, fiskal sistemin konstruktiv təhlili verg yükünü xarakterizə edən aşağıdakı üç parametrin öyrənilməsini və onların qarşılıqlı əlaqəsini nəzərdə tumalıdır: x, xı və xıı. Məsələ burasındadır ki, bir sıra hallarda xııı situasiyası yarana bilər. Bu da o deməkdir ki, faktiki vergi yükü ikinci növ Laffer nöqtəsindən kiçikdir və dövlətin maraqları nöqteyi-nəzərindən normal kəmiyyətə malikdir. Lakin bu zaman o, birinci növ Laffer nöqtəsindən böyük olduğuna görə faktiki vergi yükü istehsalın tənəzzülünü stimullaşdırır və bununla da o, ölkənin iqtisadi inkişafının uzunumüddətli maraqları ilə ziddiyyət təşkil edir.

Qeyd olunanlar nəzərə alınaraq belə bir nəticəyə gələ bilərik ki, ideal halda ölkənin fiskal sistemi elə qurulmalıdır ki, xı>x şərti yerinə yetirilmiş olsun. Bu zaman heç bir vergi təzyiqi təsərrüfat subyektlərinin iqtisadi aktivliyinin qarşısını ala bilməz.

Respublika iqtisadiyyatının fiskal sistemi təhlil olunan bütün dövr ərzində daim dəyişikliklərə məruz qalmışdır. Bu əsasən iki halda özünü büruzə vermişdir.

Birincisi, faktiki vergi yükü göstəricisinin kəmiyyəti geniş intervalda dəyişmişdir.

İkincisi, faktiki vergi yükü göstəricisinin dinamikasının vahid dəyişmə istiqaməti olmamış, o gah aşağı düşmüş, gah da artmağa meyl etmişdir. Belə vəziyyət iqtisadi agentləri düzgün istiqamətləndirməmiş və sonrakı hesablamaların nəticələrinin ziddiyyətli olmasını şərtləndirmişdir.

Ümumiyyətlə, ikinci variant üzrə aparılmış hesablamalardan alınan nəticələr birinci variant üzrə aparılan kəmiyyət qiymətləndirmələrini tamamlayır: keçid dövründə respublika iqtisadiyyatında faktiki vergi yükü nisbətən normal sayıla bilər; ayrı-ayrı illərdə nisbətən yüksək olan fiskal təzyiq ümumi nikbin vəziyyəti ciddi şəkildə dəyişməmişdir.

Aparılan araşdırmalardan alınan nəticələr və onların təhlili bir sıra məsələlərin xüsusi müzakirə olmunmasını tələb edir. Onlardan ən vacib olanını nəzərdən keçirək. [2]1

Birincisi, hər iki variant üzrə aparılan hesablamalar dövlətin fiskal siyasəğtqtq əsas indikatorları kimi çıxış edən Laffer nöqtələrinin kifayət qədər dayanıqlı olmadığını göstərir.

İkincisi, hər iki variant üzrə aparılan hesablamalar bir-biri ilə nisbətən pis uzlaşan nəticələr əldə etməyə imkan verir. Bu faktlar «Yaranan uyğunsuzluqlar təklif olunan metodun metodiki cəhətdən qeyri-konkret olmasını göstərmirmi?» və yaxud «Belə hallarda hansı varianta üstünlük verilməlidir?» kimi sualların yaranmasına səbəb olur.

Qeyd olunan məsələlər vergi nəzəriyyəsinin bir sıra müddəalarının nəzərdən keçirilməsini tələb edir.

Üçüncüsü, vergi yükünün səviyyəsinin kifayət qədər yüksək olması aşkar edildikdə, onun hansı verginin hesabına aşağı salınması məsləsi aparılan təhlil çərçivəsindən kənarda qalır. Bu zaman haqlı olaraq belə bir sual yaranır: bütün vergilərin eyni zamanda mütənasib olaraq aşağı salınması prosedurasından istifadə etmək olarmı?

Bu suala birmənalı olaraq cavab vermək mümkün deyildir. Fikrimizcə, bütün vergilərin dərəcələrinin mütənasib olaraq bərabər səviyyədə aşağı salınması mexanizmi bütün fiskal sistemdə miqyaslı sıçrayışlar yaratdığına görə qeyri-səmərəli hesab edilməlidir. Belə hallarda əsas diqqət ƏDV-nə, əmlak vergisinə və fiziki şəxslərdən gəlir vergisinə yönəldilməlidir. Məhz bu fiskal alətlər daha təsirli olmaqla təsərrüfat subyektlərinin maliyyə vəziyyətinə ciddi təsir edirlər.

Ümumiyyətlə, bu cür qərarlar vergi nəzəriyyəsinin müddəaları deyil, vergi praktikası nəzərə alınmaqla qəbul edilməlidir. Bütün bunlara baxmayaraq son qərarın işlənib hazırlanması zamanı məcmu vergi yükünün mümkün aşağı salınma səviyyəsinin qimytələndirilməsi faydalı istiqamət kimi qəbul edilə bilər. Bundan başqa, təklif olunan ikiparametrli metod konkret vergi növlərinə də aid edilə bilər. Məsələn, asanlıqla əlavə olunan dəyər və ƏDV-si üçün dinamik sıra qurula bilər və sonradan qeyd olunan alqoritm üzrə onlar arasındakı asılılığı qurmaqla təhlil aparmaq olar. Real olaraq ölkə əhalisinin gəlirləri və gəlir vergisindən fiskal daxilolmalar, hüquqi şəxslərin əmlakının dəyəri və əmlak vergisi və s. üçün anoloji sıraları qurmaq mümkündür. Bu şəkildə hesablamaların aparılması hansı vergilərin dərəcələrinin artırılması, hansıların dərəcələrinin aşağı salınması istiqamətində daha səmərəli fiskal siyasətin müəyyən edilməsinə imkan verəcəkdir.

Respublikamızın fiskal siyasətinin qiymətləndirilməsi ilə bir sıra vacib nüansları nəzərdən keçirmək lazım gəlir. Fiskal siyasətin səmərəliliyinin qiymətləndirilməsi üçün dinamik sıraların qurulması ölkənin fiskal siyasətinin nəticələrinin proqnozlaşdırılması istiqamətində böyük praktiki əhəmiyyət kəsb edir. Lakin müasir dövrdə bir sıra iqtisadi proseslərin müəyyən qədər qeyri-dayanıqlı olması səbəbindən belə proqnozların reallığı şübhə altına alınır: az və çox dərəcədə səhih proqnozlar yalnız və yalnız nisbətən sabit maliyyə-fiskal tendensiyanın formalaşdırıldığı şəraitdə mümkündür. Fikrimizcə, praktikada bu tələbin əsas şərti kimi Laffer nöqtələrinin ən azı 3-5 il ərzində nisbətən sabi qalması kriteriyası çıxış edə bilər. Hazırda respublika iqtisadiyyatı üçün bu şərt real sayıla bilməz.

Son illərdə respublika iqtisadiyyatında məcmu vergi yükünün normal səviyyədən bir qədər yüksək olmasına baxmayaraq onun aşağı salınması yolu ilə istehsal aktivliyinin stimullaşdırılmasının mümkünlüyüdəyişikliklər baş verməzsə və onun dinamik inkişafı təmin olunarsa, bu cür sonluğun olması ehtimalı kifayət qədər yüksəkdir.

AZƏrbAYCA


NƏTİCƏ
Vergi yükünün azaldılması, iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdəndir. Azərbaycan Respublikasında aparılan hazırki vergi siyasəti vergi yükünün azaldılmasına yönəldilmişdir.

Ümumiyyətlə, vergi yükünün azaldılmasına bir çox amillərdən istifadə etməklə nail olmaq olar. Yeni istehsal və xidmət sahələrinin açılması üçün münbit şəraitin yaradılması əsas şərtlərdəndir. Münbit şəraitin yaradılması dedikdə əlverişli vergi mühitinin yaradılması nəzərdə tutulur.

Bunlardan başqa, ölkədə vergi mədəniyyətinin insanlarda aşılanması vergi siyasətinin mühüm birhissəsi olmalıdır ki, bu barədə ölkəmizdə mühüm addımlar atılmışdır.

Ölkədə gedən geniş və hərtərəfli islahatlar millətimizin xoşbəxs sabahından xəbər verir. Neftdən gələn gəlirin iqtisadiyyata səmərəli yatırımı, yoxsulluğun aradan qaldırılmasına və xeyli iş yerlərinin açılmasını şərtləndirmişdir.

Magistr dissertasiyası işində vergi yükünün müəyyən edilməsinə dair məsələlərə baxılmışdır. Müasir ədəbiyyatlardan səmərəli istifadə edilmişdir.

Magistr dissertasiyası işinin birinci fəslində vergi yükü nəzəri cəhətdən təhlil edilmiş, metodoloji aspektləri öz əksini tapmışdır. Bundan başqa, ölkədə aparılan vergi siyasəti və vergi islahatlarının əsas istiqamətləri də geniş təhlil olunmuşdur.

İkinci fəsil dörd sualdan ibarətdir. Bu suallarda vergi yükünün müəyyən edilməsi metodları və vergi yükünün müəyyən edilməsi metodikalarının müqayisəsi verilmişdir. Bundan başqa, 2001-ci ildən bu yana ölkəmizdə vergi yükünün dinamikasının təhlili göstərilmişdir.Sonuncu fəsildə vergi yükü nəzərə alınmaqla vergi siyasətinin müəyyən edilməsi və Azərbaycanda vergi sisteminin səmərəliliyinin qiymətləndirilməsi və onun təhlili geniş müzakirə olunmuşdur. İnkişaf etmiş olkələrin təcrubələrinə əsas goturərək bu məqsədlərin reallaşdırılması ucun vergi islahatları aşağıdakı prinsiplər əsasında aparılmalıdır :

1. Büdcə gəlirlərinin formalaşması üçün aşağı dərəcəli vergi sisteminin yaradılması iqtisadi tədqiqatların gostərdiyi kimi, vergi sistemində baş verən butun əyrintilər məhz vergi dərəcələrinin son həddinin kəmiyyəti ilə bağlıdır.

2. Vergidən yayınmanın muxtəlif sxemləri əsasən vergi şkalasının mutərəqqiliyi və kapitalın muxtəlif dərəcələrlə vergiyə cəlb edilməsi ilə bağlı olur. Gəlirlərin vergiyə cəlb edilməsinin muxtəlif rejimlərinin zəiflədilməsi vergi qanunvericiliyinin kobud surətdə pozulmasının hallarının qarşısını alır və onlarla bağlı cəza tədbirlərinin də sayının xeyli aşağı duşməsinə səbəb olur. Beləliklə, gəlirlərin leqallaşdırılması cəhdləri artır və munbit investisiya muhiti formalaşır.

3. Vergi sisteminin “yaxşı” hesab edilən vergilərdən formalaşdırılması. “Yaxşı” vergi dedikdə son nəticədə bu verginin kimin odəyəcəyinin əvvəlcədən məlum olması nəzərdə tutulur. Məsələn, ABŞ-da korporativ gəlir vergisi “pis” vergi kimi təyin olunmuşdur. Cunki bu verginin ağırlığı istehlakcıların və səhmdarların uzərinə duşur, nəticədə kapital yığımı və investisiya fəaliyyətinə manecilik torədir.

4. Vergi sistemindəki dəyişikliklərin mahiyyəti sıravi vergi odəyicisi ucun başa duşulən olmalıdır.

5. Vergi islahatları barədə xəbərdarlıq edilməsi. Cunki bəzən sahibkarlar vergi qanunvericiliyinə edilən dəyişikliklər barədə cari maliyyə ili ərzində, investisiyalarını muəyyən sahələrə yerləşdirdikdən, biznes sovdələşmələri bağladıqdan sonra xəbər tuturlar ki, bu da həm biznes, həm də budcəyə daxilolmalar sahəsində muəyyən itkilərə gətirib cıxarır.

6. Vergi islahatları həyata kecirilərkən qarşıya coxlu sayda vəzifələr qoyulmamalıdır.

Məsələn, vergi sisteminə ağır fiskal tələblər muəyyən etmək və eyni zamanda biznes fəaliyyətinin stimullaşdırılması, gəlirlərin artırılması və s. kimi məqsədlər qoyulması son nəticədə ona gətirib cıxaracaq ki, nəzərdə tutulmuş məqsədlərin hec bir tam olaraq reallaşdırıla bilməyəcəkdir.



7. Novbəti vergi islahatlarına başlayarkən, bu islahatlar nəticəsində hansı nəticələrin əldə ediləcəyini qabaqcadan dəqiq təsəvvur etmək, islahatların qarşısında duran vəzifələrin optimallıq şərtini muəyyən etmək lazımdır.


İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT


  1. Azərbaycan Respublikasının «Vergi Məcəlləsi». Bakı,2016.

  2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Statistik Məcmuəsi. Bakı, 2014.

  3. Musayev A.F., Rzayev Z.H., Süleymanov Q.S. Vergi sistemi. Dərs vəsaiti. Bakı, 1998.

  4. F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Z.H.Rzayev, Y.A.Kəlbiyev. Vergitutmanın nəzəri və metodoloji əsasları. Dərslik. Bakı, 2001.

  5. A.Musayev, Y.Kəlbiyev, A.Hüseynov. Azərbaycan Respublikasının vergi xidməti: islahatlarvə nəticələr. Dərs vəsaiti. Bakı, 2002.

  6. A.Musayev. Vergi siyasətinin iqtisadi problemləri. Elmi əsər. Bakı, 2004.

  7. Vəliyev D.Ə., Balakişiyeva Y.N., Rəfibəyli İ.R., İmanov E.E., Qarabalov E.M.. Vergi hüququ. Bakı, 2003

  8. Azərbaycan Respublikasının vergi xəbərləri.

  9. «Azərbaycan» qəzeti, 11 fevral 2005.

  10. «Respublika» qəzeti, 15 may 2005, №110.




  1. Z.Ş.Paşayev. Dövlətin iqtisadi siyasətinin formalaşmasında vergilərin rolu, ADİU Beynəlxalq Elmi-praktiki konfrans II kitab 21-22 dekabr 2009 səh.275-286

  2. F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, Z.H.Rzayev. Vergilər və vergitutma, dərslik Bakı 2010

  3. Kolçin S.P. Naloqooblojenie. Moskva, 2002.

  4. Kuqaenko A.A., Belənin M.P. Teoriə naloqooblojeniə. Moskva, 1999.

  5. Mamrukova O.İ. Naloqi i naloqooblojenie. Moskva, 2003.

  6. Miləkov N.V. Naloqi i naloqooblojenie. Moskva, 1999.

  7. Naloqi: Uçebnoe posobie /Pod.red. D.Q. Çernika. Moskva, 1997.

  8. Naloqi i naloqooblojenie. Uçebnik /Pod red. Rusakovoy Q.İ. Moskva, 1998.

  9. Ötnina T.F. Naloqi i naloqooblojenie. Uçebnik. Балацкий Е.В. Лафферовы эффекты и финансовые критерии экономической деятельности // Мировая экономика и международные отношения, 1997, №11

  10. Балацкий Е.В.«Эффективность фискальной политики государства», Проблемы прогнозирования, ИНП РАН, 2000, N0 5, c.32Заяц Н.Е. Теория налогов. Минск. 2002

  11. Мусаев А.Ф., Садыгов М.М., Магеррамов Р.Б., Салаев Р.А. Налоги и налогооблоъение в Азербайдъане. Баку. Элм, 2005

  12. Соколов А.А. Теория налогов. Москва, 2003

  13. Экономика налоговой политики. Под ред. М.П.Девере. Москва, Филинъ, 2002, 328 с.

  14. Садыгов М.М., Зейналов В.З., Садыгова Г.М. Рыночная экономика: финансы и налоги. Баку, 2001

  15. Бабич А.М., Павлова Л.Н. Государственные и муниципальные финансы: Учебник для вузов. М., 2000, с. 687.

26.Экономическая теория. Учебник. /Под ред. В.Д.Камаева. М., ВЛАДОС, 199. Гл. 16, с. 369-413. 1. MəmmədovF.Ə. və başqaları. (2010). Vergilərvə vergitutma. Bakı: 512 s.

27. Kəlbiyev Y.A. (2005). Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri.

Monoqrafiya. Bakı: “Elm”, 468 s.

28. Kəlbiyev Y.A., Məhərrəmov R.B., Rzayev P.Q. (2011). Xarici olkələrin vergi

sistemi. Bakı: “İqtisad universiteti”, 554 s.

29. Aбрамов В.A. (2010).Упрощенная система налогообложения. M.: Oс-89,

30.7 с.(Abramov V.A. (2010) Sadələşdirilmiş vergi sistemi. M.: Os-89, 287 s.)

31. Aнишенко A.В. (2009).Оптимизация налогов. M.: Изд-вo Бухгалтерский

учет, 128 с. (AnişenkoA.V. Vergilərinoprimallaşdırılması. M.: Muhasibat

ucotunəşriyyatı, 128 s.)

32. Боброва A.В.(2009). О критерии оптимального налогового бремени // Общество и экономика. № 5, c. 189. (BobrovaA.V. (2009). Optimalvergi

yukununmeyarları haqqında // İctimaiyyətvə iqtisadiyyat. №5, 189 s.).

33. Злобина Л.A., Стражкова M.M. (2008). Практика оптимизации налоговой

нагрузки экономического субьекта. M.: Академический проект, 112 с.

(ZlobinaL.A. StrajkovaM.M. (2008). İqtisadisubyektinvergiyukununortimallaşdırılması



praktikası. M.: Akademiklayihə, 112 s.)

34. Харченко E.В., Вртакова У.В. (2011). Государственное регулирование национальной экономики. M.: KНOРУС, 328 с. (XarcenkoE.V., VertakovaY.V.



(2011).Milliiqtisadiyyatındovləttənzimlənməsi. M.: KNORUS, 328 s.)

35. www.taxes.gov.az - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin saytı.



Xülasə

Azərbaycan Respublikasının vergi sisteminin dinamik inkişafı təhlil edilmlş və formalaşması istiqamətləri müəyyən edilmişdir. Vergi islahatlarının həyata keçirilməsində, vergi mexanizmlərinin səmərəliliyinin yüksəkdilməsi tədbirlərinin hazırlanmasında, vergi yükünün müəyyən edilməsində, mütərəqqi vergi sisteminin formalaşmasında tədqiqatın praktiki əhəmiyyətindən elmi mənbə kimi istifadə edilmişdir. Azərbaycan Respublikasının müasir vergi sistemi qiymətləndirilmiş və elmi cəhətdən əsaslandırılmış təkliflər verilmişdir.


Аннотация

Ширинова Гюльмира Салахаддин кызы

Налоговая тяжесть и наравление определения налоговой политики государства
Определены направления анализа и формирования динамическогоразвития налоговой системы Азербайджанской Республики.В осуществлении налоговых форм, подготовке мероприятий по повышению эффективности механизмов, определении налоговой тяжести, формировании прогрессивной налоговой системы использовалось практическая значимость исследлвания как научный источник. Даны оценка современной налоговой системыАзербайджанской Республики и научно обоснованные предложения.
SUMMARY

Shirinova Gulmyra Salahaddin kizi

Definition courses of tax incidence and state tax politics

The dynamic development of the Azerbaijan Republic tax system has been analyzed and the formation courses have been defined in the paper. The practical significance of the research has been utilized as a scientific source in applying tax reforms, in organizing productivity increasing measures of tax machinery, in defining tax incidence, and in forming advanced tax system. The contemporary tax system of the Azerbaijan Republic has been evaluated and the scientifically substantiated motions have been moved.



1 F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Z.H.Rzayev, Y.A.Kəlbiyev. Vergitutmanın nəzəri və metodoloji əsasları. Dərslik. Bakı, 2001.


1 T.Ə.Sadıqov, İ.M.Rzayev Vergi uçotu və auditi Bakı 2014


2 Z.Ş.Paşayev. Dövlətin iqtisadi siyasətinin formalaşmasında vergilərin rolu, ADİU Beynəlxalq Elmi-praktiki konfrans II kitab 21-22 dekabr 2009 səh.275-286


1 Vəliyev D.Ə., Balakişiyeva Y.N., Rəfibəyli İ.R., İmanov E.E., Qarabalov E.M.. Vergi hüququ. Bakı, 2003


1 Z.Ş.Paşayev. Dövlətin iqtisadi siyasətinin formalaşmasında vergilərin rolu, ADİU Beynəlxalq Elmi-praktiki konfrans II kitab 21-22 dekabr 2009 səh.275-286


1 Miləkov N.V. Naloqi i naloqooblojenie. Moskva, 1999.


1 Садыгов М.М., Зейналов В.З., Садыгова Г.М. Рыночная экономика: финансы и налоги. Баку, 2001


1 A.Musayev, Y.Kəlbiyev, A.Hüseynov. Azərbaycan Respublikasının vergi xidməti: islahatlarvə nəticələr. Dərs vəsaiti. Bakı, 2002.


1 Соколов А.А. Теория налогов. Москва, 2003


1 Балацкий Е.В.«Эффективность фискальной политики государства», Проблемы прогнозирования, ИНП РАН, 2000, N0 5, c.32Заяц Н.Е. Теория налогов. Минск. 2002


1 F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, Z.H.Rzayev. Vergilər və vergitutma, dərslik Bakı 2010


1 Azərbaycan Respublikasının «Vergi Məcəlləsi». Bakı, 2015.


1 Azərbaycan Respublikası Vergilər Nazirliyinin Statistik Məcmuəsi. Bakı, 2013.



Yüklə 472,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə