Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası



Yüklə 0,85 Mb.
səhifə6/11
tarix17.09.2017
ölçüsü0,85 Mb.
#566
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

Energetika

1.6 mlrd insan elektrik energisindən istifadə etmir.

2,4 mlrd insan müasir istilik avadanlığından istifadə edə bilmir.

2009-cu ildə Azərbaycan Sənaye və Energetika Nazirliyinin eyidası altında Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə agentliyi yardılmışdır.



2 .Yoxsulluq göstəricisi. Yoxsulluqla mübarizədə beynəlxalq təşkilatların rolu.
Davamlı insan inkişafının dünyada vəziyyətini təhlil edərkən aydın olur ki, inkişaf etmiş və etməkdə olan ölkələrdə cəmiyyətin öz vətəndaşlarına yaratdığı imkanlar eyni deyil. Deməli, onların məhrumiyyətləri də eyni ola bilməz. Bu xüsusiyyət yoxsulluğun qiymətləndirilməsi zamanı nəzərə alınır. Yoxsulluğu qiymətləndirmək üçün inkişaf etmiş və etməkdə olan ölkələrdə fərqlənən göstəricilərdən istifadə olunur.

Yoxsulluqla mübarizə aparmaq, onu tam ləğv etmək və yaxud azaltmaq üçün ilk növbədə yoxsulluğun səviyyəsini qiymətləndirmək lazımdır. Belə qiymətləndirmə yoxsulluğun səbəblərini müəyyənləşdirmək və onunla məqsədli və müvəffəqiyyətli mübarizə aparmaq üçün şərait yaradır. İnkişaf etmiş

və etməkdə olan ölkələrdə şərait eyni olmadığından, yoxsulluğun qiymətləndirilməsi müxtəlif yollar-la həyata keçirilir. Hər iki halda qiymətləndirilmə sağlamlıq, təhsil və gəlir səviyyəsini səciyyələndirən göstəricilərə əsaslanır. İnkişafda olan ölkələrdə yoxsulliq əmsalının hesablanması bir sıra xüsusi göstəricilərin istifadəsi ilə həyata keçirilir. Bu göstəricilərə müvafiq yaşa, adətən 40-60 yaşa çatmaq ehtimalı olmayan, içmək üçün təmiz su ilə təmin edilməyən əhalinin faizi, qida çatışmamazlığı nəticəsində çəki və boyda geriləyən uşaqların faizi və buna bənzər digər göstəricilər aiddir.

Bu göstəricilər əsasında ƏYƏ-1(Əhalinin Yoxsulluq Əmsalı-1) hesablanır ki, bu da inkişafda olan ölkələrə aiddir. Belə hesablamalar bu ölkələr üçün mütəmadi olaraq, çox zaman hər il, bəzi hallarda isə bir neçə ildən bir hesablanır. Alınmış nəticələr hər hansı bir ölkədə yoxsulluq ilə mübarizənin aparılmasının nə dərəcədə müvəffəqiyyətli olmasından xəbər verir. Eyni zamanda, vahid bir üsul ilə hesablanmış ƏYƏ-1 ölkələr arasında müqayisələr aparmağa imkanlar yaradır. Belə müqayisələr beynəlxalq təşkilatlar tərəfindən mütəmadi olaraq aparılır. Yoxsulluğun ən yüksək səviyyəsi Afrikada yerləşən bəzi ölkələrdə müşahidə olunur.

Qeyd etmək lazımdır ki, yoxsulluqla mübarizə öz nəticələrini verməkdədir. Bir sıra ölkələrdə, məsələn, İordaniya, Panama, Livan, Türkiyə və başqalarında aparılmış tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi qat-qat azalmışdır.

Yoxsulluq və ölkədə adambaşına orta gəlir arasında əlaqə hər zaman müşahidə olunmur. Çin və Misirdə yoxsulluq və adambaşına düşən orta gəlirlər haqqında məlumatların müqayisəsində. Bu ölkələrdə adambaşına düşən orta gəlirlər çox yaxın, demək olar ki, eynidir. Buna baxmayaraq, Misirdə yoxsulluğun miqyası Çinlə müqayi-sədə 1,5 dəfə çoxdur. Bu onu göstərir ki, ölkədə gəlirlərin orta səviyyəsi heç də yoxsulluğun miqyasına həlledici təsir göstərən amil ola bilməz. Ölkədə aparılan yoxsulluqla mübarizə və gəlirlərin ədalətli bölünməsi bu prosesdə həlldici bir amildir.

Yoxsulluq miqyasının orta gəlirlərin səviyyəsindən daha çox səmərəli mübarizənin planlaşdırılması və həyata keçirilməsindən asılı olması digər misallarla da nümayiş etdirilə bilər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) adambaşına düşən gəlir Çindən təxminən altı dəfə çoxdur. Lakin, göstəricilərə baxmayaraq, bu kəskin fərqlənən ölkələrdə yoxsulluq eyni səviyyədədir. Bu o deməkdir ki, bu iki ölkədə yoxsulluğun aradan qaldırılmasına yönəldilmiş siyasət eyni səmərəyə malik deyil.

İkişaf etmiş ölkələr üçün əhalinin yoxsulluq əmsalı digər göstəricilərin istifadəsi əsasında hesablanır. Bu əmsal ƏYƏ-2 kimi qəbul edilib və onun hesablanması zamanı aşağıdakı göstəricilər nəzərə alınır:



  • əhali arasında funksional savadsızlığın səviyyəsi.

  • ölkədə yoxsulluq səviyyəsindən aşağı səviyyədə gəlirləri olan əhalinin faizi

  • 12 aydan artıq müddət dövründə işsiz qalan əhalinin faizİ

Bu göstəricilər əsasında ƏYƏ-2 hesablanır. 17 inkişaf etmiş ölkə üçün ƏYƏ-2-nin təhlili göstərir ki, yoxsulluğun ən aşağı səviyyəsi İsveçdə qeydə alınmışdır. Bu ölkədə əhalinin 6,7%-i yoxsul kimi səciyyələndirilə bilər. Digər yüksək inkişaf etmiş ölkələrdə də 10-15%-i yoxsuldur.

Bu onu göstərir ki, yoxsulluq bütün dünya ölkələrinin problemidir. Dünya sammitində BMT-nin təşəbbüsü ilə qəbul edilmiş Minilliyin İnkişaf Məqsədləri sənədində 2015-ci ilə qədər yoxsulluğun səviyyəsinin 2 dəfə azaldılması nəzərdə tutulur. BMT və YUNESKO-nun 2005-2014-cü illəri davamlı inkişaf sahəsində tədris on illiyi elan etmələri də həmin məqsədə dəstək kimi qəbul edilə bilər. Bu, yoxsulluğun azaldılmasına xidmət edir. Dünya Bankının və beynəlxalq təşkilatların apardığı qiymətləndirmələrə görə yoxsulluq son illərdə 2 dəfədən çox azalmışdır. Bu nailiyyət ölkəmizdə uğurla aparılan islahatların, o cümlədən yoxsulluğun aradan qaldırılması üçün xüsusi dövlət proqramının həyata keçirilməsi nəticəsində əldə edilmişdir. Ölkə əhalisinin 13%-nin qaçqın və köçkün həyatı yaşamaq məcburiyyətində olması və bunu törətmiş səbəblər yoxsulluqla mübarizədə daha yüksək nəticələrin əldə edilməsinə mane olan əsas məhdudiyyətlərdən biridir.

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə keçirilmiş “Minilliyin forumunda” dövlətlər 2015-ci ilədək aşağdakı vəzifələri yerinə yetirməyi öhdələrinə götürmüşlər.

1. İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq.

2. Ümumi ibtidai təhsilə nail olmaq.

3. Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyətlər vermək.

4. Uşaq ölümü hallarını azaltmaq

5. Ana sağlamlığını yaxşılaşdırmaq.

6. HİV (AİDS,malyariya və digər) xəstəliklərə qarşı mübarizə aparmaq.

7. Ətraf mühitin davamlılığını təmin etmək.

8. Davamlı inkişafı üçün qlobal tərəfdaşlığı genişləndirmək.

Davamlı İnsan İnkişafında faydalı nəticə əldə etmək məqsədilə İnsan İnkişafı Əmsalı və Əhalinin Yoxsulluq Əmsalının müqayisəsindən geniş istifadə olunur. Misir və Çində İİƏ-nin və hər bir nəfərin payina düşən gəlirin təxminən eyni olmasına baxmayaraq yoxsulluq Çinə nisbətən Misirdə 1,5 dəfə artıqdır. Çünki Misirdə gəlirlər ölkə əhalisinin arasında ədalətli və bərabər bölgüyə əsasən aparılmır. Bu isə həmin ölkədə gəlirlərin bölgüsündə dövlətin apardığı məqsədyönlü və düzgün siyasətin olmamasının nəticəsidir.Bunu iqtisadi cəhətdən bir-birindən kəskin surətdə fərqlənən Çinlə Birləşmiş Ərəb Əmirlikləlirində adambaşına düşən gəlirin bölgüsü də bir daha təsdiqləyir. Belə ki, Birləşmiş Ərəb Əmirliklərində hər nəfərə düşən gəlir Çindən 6-dəfə artıqdı.,yoxsulluğun səviyyəsi isə hər iki ölkədə eynidir. İnkişaf etməkdə olan ölkələrdən fərqli olaraq inkişaf etmiş ölkələrdə İnsan İnkişafı sahələrində yüksək göstəricilər nail olmuşdur.Yoxsulluğun azaldılması ilə əlaqədar müxtəlif proqramlar 70 ölkədə həyata keçirilir

Yoxsulluq qlobal problem olduğuna görə onun azaldılması probleminin həlli hazırda dünya ölkələrinin əksəriyyətində mühüm bir məsələ kimi qarşıda durur.BMT-nin təşəbbüsü iləDünya Bankı tərəfində hazırlanmış 2000-2001-ci illər üçün Dünyanın İnkişafı Haqqında Məruzədə aşağdakılara xüsusi diqqət yetirilmişdir.

- Dünya əhalisinin 2,8 milyard nəfərinin (təxminən yarısının) gündəlik gəliri 2 ABŞ dollarından,1,2 milyard nəfərinin gündəlik gəliri isə 1ABŞ dollarından aşağı olmuşdur.

- Doğulan hər 100 uşaqdan 6-sı 1 yaşadək,8-i isə 5 yaşa çatanadək tələf olur.

- Məktəb yaşına çatmış hər 100 uşaqdan 23-ü təhsil almaq imkanından məhrumdur.

Başqa ölkələrdə olduğu kimi son illərdə respublikamızda da yoxsulluğun azaldılması ilə bağlı xeyli tədbirlər həyata keçirilmlşdir.Azərbaycanda yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramı hazırlamaq üçün 2 mart ,2001-ci il tarixli,636 saylı sərəncam imzalanmışdır. Bu sərəncamın icrası ilə əlaqədar Dövlət Proqramı hazırlamaq üçün müvafiq Dövlət Komissiyası və 15 işçi qrupu yaradılmışdı.Yoxsulluğun Azadılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının (YAİİDR)–in həyata keçirilməsini koorrdinasiya etmək üçün İqtisadi İnkişaf Nazirliyi nəzdində Katiblik yaradılmışdır. 25 oktyabr 2002 –ci il tarixdə YAİİDP-nin ictimaiyyətə təqdimatına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.Konfransda 156 beynəlxalq təşkilatın nümayəndələri və 26 xarici ölkə təmsilçiləri iştirak etmişdir.20 fevral 2003-cü il tarixində “2003-2005-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrəDövlət Proqramının həyata keçirilməsi haqqında”Prezident sərəncamı imzalanmışdır.

Yoxsulluğun azaldılması strategiyasının əsas prinsipləri aşağdakılardır:

1. İqtisadi siyasətlə sosial siyasətin əlaqələndirilməsi .

2. Yoxsulluğun azaldılması üçün iqtisadi təminatın yaradılması.

3. Sosial ədalət prinsipinin qorunması.

4. Hər bir ölkə vətəndaşının potensial qabiliyyətinin reallaşdırılmasına maksimum şəraitin

yaradılması.

5. Bazar münasibətinin inkişaf etdirilməsi.

6. Makroiqtisadi sabitliyin qorunub saxlanılması.

Əhalinin Yoxsulluq səviyyəsi ətraf mühitin və təbii ehtiyatların vəziyyəti ilə birbaşa əlaqədardı. Ətraf mühitin mühafizəsi davamlı iqtisadi artımın həm mənbəyi, həm də nəticəsi hesab edilir.Son illərdə yoxsul ailələr tərəfindən torpağın intensif istifadəsi, enerji ehtiyacılarının ödənilməsi üçün yaşıllıqların məhv edilməsi,tullantılarla düzgün rəftar edilməməsi nəticədə ətraf mühitə ciddi ziyan vurulur. Qaçqınlar və xüsusilə məcburi köçkünlər arasında yoxsulluq riski ölkə üzrə orta yoxsulluq riskindən yüksəkdir.Ailə başçısı qaçqın və məcburi köçkün olan ailələrdə yoxsulluq həddi 63%-dir.Son illərdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı 24 Prezident fərmanı və sərəncamı imzalanmış, Milli Məclisdə 13 qanun qəbul edilmiş, Nazirlər Kabinetinin140-a yaxın qərar və sərəncamı verilmişdir. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində 1 milyondan artıq soydaşlarımızın qaçqın və məcburi köçkün düşməsi onların normal həyat şəraitini pozmuşdur.Ölkə Prezidentinin səyi nəticəsində, hazırda bütün çadır şəhərcikləri ləğv edilmiş , qaçqın və məcburi köçkünlər yeni salınmış qəsəbələrdə məskunlaşmış, onların normal yaşayışı təmin olunmuşdur.

YAİİDP-də nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin gəlir əldəetmə imkanın artmasına, sosial müdafiə sistemi təkmilləşdirilməsinə, təhsilin və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Məşğulluq sahəsində qanunvericiliyin təkmin edirilməsi,əmək bazarının inkişaf etdirilməsi,yeni iş yerlərinin açılmasının sürətləndirilməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində ölkəmizdə aparılan məqsədyönlü işlər yoxsulluğun aradan qaldırılmasına yönəldilmiş tədbirlərdir.Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2005-ci il sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)”və15 may 2007-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı(2007-2010- cu)”təsdiq edilmişdir.Respublika Nazirlər Kabinetinin 13 fevral 2007-ci il tarixli 30 nömrəli qərarı ilə”2007-ci ildə ilk dəfə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin müəyyənləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunmuşdur.

Azərbaycan Respublikası regionlarının inkişafinda müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial iqtisadi inkişaf səviyyəsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edirdi. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 11 fevral 2004–cü il tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş”Azərbaycan Respublikası reqionlarının sosialiq tisadi inkişafı Dövlət Proqramı(2004-2008-ci illər)” mühüm əhəmiyyət kəsb edir.




AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK FAKULTƏSİ

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
kafedrası


MÜHAZİRƏÇİ: DOSENT XƏLİLOV RAMİZ TALIB OĞLU

Mühazirə 9
MÖVZU:
DAVAMLI İNKİŞAFIN TƏRKİB HİSSƏLƏRİ-SOSİAL –İQTİSADİ TƏRKİBİ.

DAVAMLI İNSAN İNKİŞAFI VƏ İNSAN HÜQUQLARI.
Mühazirənin planı:



  1. DAVAMLI İNSAN İNKİŞAFI VƏ İNSAN HÜQUQLARI ARASINDA ƏLAQƏ.

  2. İNSAN HÜQUQLARINA DAİR ÜMUMİ BƏYANNAMƏNİN QƏBULU.


ƏDƏBİYYAT SİYAHISI


  1. Əsgərov Ə.A., Hüseynov E.M., Hüseynov S.Y., Davamlı insan inkişafı. - Bakı, 2009. – 494 s.

  2. Ələkbərov U.K. Davamlı insan inkişafı: Ali məktəblər üçün proqram və kursun qısa məzmunu.- Bakı: Təhsil, 2006-87s.

  3. Xəlilov R.T., Zeynalov E.C., Vəliyev S.Ş. Davamlı insan inkişafı.-Gəncə, 2017.-346s.



GƏNCƏ 2017


1. Davamlı insan inkişafı və insan hüquqları. Davamlı insan inkişafı və insan hüquqları arasında əlaqə.
İnsan hüquqlarının qorunması hər bir tərəqqi prosesinin əsasını təşkil edir. Davamlı və insan potensialına əsaslanan inkişafın başlıca prinsiplərindən ən əsası insanların həyatının yaxşılaşdırılması, hər bir fərdin seçim imkanlarının genişləndirilməsinin təmin edilməsidir. Bu prinsipləri insan hüquqları təmin edilmədən həyata keçirmək mümkün deyil. İnsan azadlığına və şəxsi ləyaqətə münasibət davamlı insan inkişafının əsasını təşkil etməklə, eyni zamanda, hər bir cəmiyyət və sivilizasiyanın inkişaf səviyyəsini xarakterizə edə bilər. (şəkil 1.1.)

Çox zaman insan hüquqları siyasi hüquqlar və azadlıqlarla eyniləşdirilir. Sözsüz ki, siyasi hüquqlar ən əsas insan hüquqlarından biridir. Siyasi hüquqların olmaması, yaxud məhdudlaşdırılması şəraitində digər sahələrdə də insan hüquqları məhdudlaşdırılmış olur. Lakin insan hüquqları tək siyasi hüquqlar demək deyil. Çağdaş dövrdə insan hüquqları daha geniş bir anlayışdır və aşağıdakı azadlıqları əhatə edir:

-Hər bir diskriminasiyadan, o cümlədən irqi,cinsi, milli və yaxud dini diskriminasiyalardan azadlıq.

-Qorxudan azadlıq: şəxsi təhlükəsizlik üçün qorxudan, səbəbsiz azadlıqdan məhrum edilməkdən, işgəncə və digər zorakılıqdan azadlıq.

-Fikir və söz azadlığı, qərar qəbuletmə prosesində iştirak və birliklər yaratmaq hüququ.

-Yoxsulluqdan azlıq, layiqli həyat sürmək hüququ.

-İnsan potensialının inkişafı və onu həyata keçirmək üçün azadlıq.

-Ədalətsizlikdən və qanun pozuntusu ilə rastlaşmaqdan azadlıq.

-İstismar olunmadan layiqli çalışmaq hüququ.



Şəkil 1.1. İnsan hüquqlarının əhatə etdiyi azadlıqlar.
Müasir dövrdə insan hüququları anlayışının bu tərzdə genişlənməsi insanların öz azadlıqları uğrunda apardığı mübarizənin nəticəsidir. İnsan hüquqlarının tam şəkildə həyata keçirilməsi insan inkişafının vacib bir amilidir. Digər tərəfdən, insan inkişafı insan hüquqlarının genişlənməsi və daha dolğun həyata keçirilməsinə xidmət edir.

Qeyd etmək lazımdır ki, insan hüquqları tarixən ümumbəşəri dəyər kimi qiymətləndirilmişdir (şəkil1.2). Müxtəlif dinlərə aid olan sənədlər bunları təsdiq edir. Min illər bundan əvvəl yaradılmış dini kitablar, o cümlədən “Quran”, insanların bərabərliyinin və insan ləyaqətinin qorunmasının, onun imkanlarının inkişafı üçün müvafiq şəraitin yaradılmasının vacibliyindən bəhs etmişlər. Məhz bu dəyərlər insan hüquqlarının formalaşmasında mühüm rol oynamışlar. Bu baxımdan bəşəriyyətin tarixən yaratdığı dəyərlərin qiymətləndirilməsi olduqca vacibdir.

Dünyada demokratiya məkanmm genişlənməsi və sərhədlərimizə yaxınlaşması nəticəsində biz "yeni sivilizasiya" ilə yanaşı yaşamağın qaçılmaz olduğunu hiss edərək, Qərb demokratiyalarında ictimai həyatı tənzimləyən əsas mənəvi dəyərlərin nədən ibarət olduğu barədə özümüzə sual veririk. Bu insanlar necə yaşayır? Bu dəyərlər və həyat tərzi bizdəki dəyərlar va həyat tərzindən nə ilə seçilir və ya hansı oxşarlıqları var? Və ən əsası, "avropa demokratiyası"na qovuşmaq üçün biz öz dogma dəyərlərimizin hansındansa imtina etməli olacağıqmı? Bu sivilizasiyaların toqquşmasından, məsələn, azərhaycan ailəsinə xələl gələ bilərmi?

Biz öz açıq diskussiyalarımızda tez-tez "patriarxal dəyərlər", "milli dəyərlər", "islam və ya xristian dəyərləri", "ümumbaşəri dəyərlər" anlayışlanndan danışınq, son vaxtlar isə daha çox bizim bölüşdüyümüz, amma sona qədər qəbul etməkdən ehtiyatlandığımız "avropa dəyərləri"ifadəsi ilə qarşılaşırıq.

"Mənəvi dəyərlər" insanın cəmiyyətdə konfliktlərdən qaçmağa, inkişaf' etməyə kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan bəri yaranınağa başlayıb. Bu dəyərlərin formlaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən dəyərlərin yaranması ilə bitməlidir. (Bu baş versa, mümkündür ki, dünya vahid bir sivilizasiyada birləşsin).

Bu gün biz "ümumbəşəri dəyərlər" ifadəsini eşidirik: bu - bütün zamanların mədəniyyətlərinin qəbul etdiyi əxlaq prinsiplərinin toplusudur. (Yeri gəlmişkən, bu termini M. Qorbaçov irəli sürüb. о "ümumbəşəri dəyərlər" termini ilə "proletar" və ya "sinifi" dəyərlər terminin əvəzləməyə çalışmışdı).

Ən qədim və ən başlıca "ümumbəşəri" mənəvi prinsip - "Dünyanın qızıl qanunu”dur: "Özünə rəva bilmədiyini başqalanna da etmə". Bu qaydanı demək olar ki, bütün mədəniyyətlər qəbul edir. (Mən "demək olar ki" ifadəsəni əbəs yerə işlətmədim, çünki dünyada elə mədəniyyətlər var ki, "dünyanın qızıl qanunu" inkar edir və "bacarana baş qurban" və ya "məqsəd vasitəyə bəraət qazandırır" kimi prinsiplərə əsas tuturlar).

Əxlaqi dəyərlərdən yazan antik dövr yazarları (Aristotel bu dəyərləri "etik fəzilətlər" adlandırırdı) kişiliyi, ağlı, ləyaqəti, xeyirxahlığı, düzgünlüyü əxlaqi dəyərlər hesab edirdilər.

Yəhudi peyğəmbəri Musanm "On ehkam”ını (öldürmə, oğurlama, valideynləriınə sayğı göstər, zinakarlıq etmə və .s ) dəyərlər tarixində (6 min il əvvəl) ilk dəyərlər toplusu hesab etmək olar.

(1-Sənin Allahın mənəm; Daha sənin məndən başqa allahların olamayacaq!

2- Özünə pərəstiş ediləcək düzəltmə, nə yuxarıda göydə, nə aşağıda yerdə, nə yerdən aşağıda suda heç bir surətə. Onlara səcdə etmə, xidmət etmə!

3- Allahının adını boş yerə çəkmə!

4- Şənbə gününü yada sal və onu paklaşdır: altı gün bütüb öz işlərini yerinə yetir, yeddinci gün-şənbə isə sənin Allahına məxsusdur!

5- Atana və anana sayqı göstər ki, sənin üçün yaxşı olsun və yer üzündə çox yaşayasan!

6- Öldürmə!

7- Zina etmə!

8- Oğurlama!

9- Öz dostuna qarşı yalandan şahidlik etmə!

10- Öz dostunun arvadını arzu etmə, yaxınının evini arzu etmə, kəndini və onun qulunu, kənizini, öküzünü, eşşəyini və hər hansı birheyvanını arzu etmə)

Bu qaydalar ümumilikdə islam və xraistian mədənyyətləri üçün də qəbul olunub. İsa peyğəmbərin "Qayaüstü ayə”lərində göstərilmiş xristian dəyərləri öz sonsuz xeyirxahlığı, səmimiliyi, hətta düşmənə də sevgisi ilə Musanın "On ehkam”ını tamamlayırdı.

Məhəmməd peyğəmbərin Quranda dedikləri bəşəriyyət taıixində ilk dəfə insanlar (müsəlmanlar) arasında hüquq bərabərliyi. seçim və iman azadlığı. şəxsi təhlükəsizlik və əmlak toxunulmazlığı hüququ, kasıbların sosial müdafiəsi, ailədə və cəmiyyətdə qadınların huquqlarının nəzərə çarpacaq qədər artırılması kimi fundamental insan haqlarını hüquqi normaya çevirdi.

Gəlin xatırlayaq ki, antik tanrıların xüsusi mənəvi-əxlaqi keyfiyyətləri yox idi - onlar da adi ölərilər kimi xəsis, hökmranlığa həris və tamahkar idilər. Antik Tannnın xeyir-duasını alrmaq iiçün ona rüşvət vermək də olardı - amma yəhudilərin, xristianların, müsəlmanların Tanrıları ilə bunu etmək mümkün deyildi. Allahın xoş münasibətini isə ancaq başqa insanlara qarşı edilən xeyir əməllərlə qazanmaq mümkün idi ki, bu da mənəvi dəyərlərin inkişafı yolunda atılmış iri və vacib bir addım idi.

Lakin bütiin bu üç monoteist dinlərin dəyərləri insanlar arasında tam bərabərlik yaratmadı: köləlik qadağan olunmadı, qadın kimdənsə asılı vəziyyətdə qalırdı, başqa dinlərə tapınanlar isə ikinci növ adamlar hesab olunurdular.

Azərbaycanın Milli dəyərləri orta əsrlərdə formalaşıb və göründüyü kimi, о vaxtdan bəri çox az dəyişib. Azərbaycanlılann çox vaxt türk-islam dəyərləri adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalaşmışdı. Bu kodeks haqda məlumatı "Dədə Qorqud" (XI əsr) və "Koroğlu" (XVI əsr) kimi türk dastanlarından almaq olar:


Ya hər şey - ya heç nə;

Məğlubiyyət - ölümdən pisdir;

Kömək diləmək - ayıbdır;

Şücaət xeyirdən yeydir

Qənaət - xəsislikdir;

Ehtiyallılıq - qorxaqlıqdır;

Qonaq - Allahındır;

Ai1ə - nıüqəddəsdir,

Söz verdinsə - əməl elə;

Qadının namusu - toxunulmazdır.

(Qeyd edım ki, azərbaycanların milli dəyərləri təzə yarandığı vaxtlarda məsələn qədim almanların ya da keltlərin əxlaqi-mənəvi dəyərlərindən çox az fərqlənirdi. "Dədə Qorqud" eposunda biz qadın qəhrəmanın əlində qılınc yaraşıqlı yadelli ilə vuruşduğunıı görürük amma elə "Nibelunqlar haqda dastan"da da biz bu cür romantik münasibətlərin şahidi oluruq).
Insandan öz emosiyalarına ciddi nəzarət, daimi öz əməllərini təhlil, fikirlərini mətləb üzərində toparlamağı tələb edən İslam dini milli dəyərlərimizə böyük təsir göstərdi. Və ən əsası, Quranda, daha sonra isə İslam qanunvericiliyində qəbul olunmuş insan hüquqları məsələsi azərbaycanlılann mənəvi dəyərlərinin formalaşmasına olduqca müsbət rol oynadı.

Təəssüf ki, şüurumzda bu günə qədər dominatlıq edən avloritar dəyərlər dərin kök salıb. Məsələn, məşhur atalar sözü "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma" bu avtoritar dəyərləri çox bədii şəkildə ifadə edir. EIə bu atalar sözü yaranandan bəri də biz haqq olmayan yerdə öz ağsaqqalımizla oturub, qalmışıq.

Beləliklə, biz müasir dəyərlərimizin "milli" deyil, "patriarxal" və "arxaik" (qədimi) adlandırılması nəticəsinə gəlirik. Və aydın görünür ki. bu dəyərlər müasirliyin tələblərinə adekvat deyil. Mən sərt tənqid cəbhəsində dayanmaq istəmirəm, odur ki. hər kəsdən özünün nəticə çıxarmasını istəyirəm: Azərbaycanda bu gün əsasən hansı əxlaqi dəyərə əməl olunur: "Özünə rəva görmədiyirii başqalarına da etmə" yoxsa "Bacarana baş qurban"?

Нər halda, bu gün bizım güvəndiyimiz dəyərlər bizə nə torpaqlarımızı müdafıə etməyə, nə də ədalətli cəmiyyət qurmağa kömək etmədi.



Uzun zaman monoteist dinlərin mənəvi dəyərləri bir-birini təkrar edirdi - orta əsrlərdə xristian və islam dəyərləri arasında böyük fərq yox idi. Amma orta əsrlərin axırlarında vəziyyət dəyişdi. Avropa tarixdə görünməmiş bir sürətlə inkişaf etməyə başladı. Və çox müxtəlif ictimai hərəkat və proseslərin nailiyyətlərini və dəyərlərini dünyaya bəxş etdi:

  • "İntibah" - insan təbiətinin qiymət və gözəlliyinə, humanizmə və hər bir insanın bənzərsiz və unikal olduğuna antik münasibətin təsdiqi;

  • "Reformasiya" (dini islahat) - dinin mənəvi tərəfinin mövhumatçılıq və cəhalətdən ayrılması;

  • "Laisizm" - kilsənin dövlətdən ayrılması:

  • "Maarifçilik" – rasionalizm, idrakın imkanlarına və təhsilə nəhayətsiz inam. dünyanı dərketmə prosesində avtoritar deyil, təcrübə prioritetinin tətbiqı;

  • "Fərdilik" (İcmaçılığa əks сəгəуаn kimi)- öz şəxsi haqlarını və xeyrini bilmək. öz xeyrinə tərəf getmək və haqlarının qorunmasını tələb etmək;

  • "Insan hüquqları" - hər bir insanın doğulan andan (həyatda qazandığı hörmətdən asılı olmayaraq) ləyaqətə və hüquqlara malik olması; bu ləyaqətin və hüququn toxunulmazlığı:

  • "Liberalizm" - İnsanın əsas haqlarının cəmiyyət və dövlət ınaraqlarıdan üstün olması:

  • "Kapitalist etikası" - zəhmətkeşlik. Sistemli, ciddi və fədakar zəhmət; praqmatizm, qənaətçillik, dinə rəqabət, zamanın qiymətliliyi - ciddi və dar qraiıklə keçən həyat;

  • "Deraokratik inqilablar" - Azadlıq. Bərabərlik. Qardaşlıq; zorakılığa müqavimət haqqı, əmlak toxunulmazlığı hüququ, idarə olunmaq yox, özünü idarə etmək; təbəə yox, vətəndaş olmaq:

  • "Sosial-demokratiya" - cəmiyyəti dəstəkləməyı və onun zəif fərdlərinə kömək etməyin vacibliyini anlamaq;

  • "Pasifizm" - zorakılığın və müharibələrin pislənməsi;

  • "Özünüifadə və cəmiyyətin əvəzolunmaz bir üzvü kimi özünütəsdiq";

  • "Tolerantlıq" - sənə oxşamayanlara qarşı dözümlü münasibət;

  • "Azlıqların hüquqlarını qorumaq"; köləliyə qarşı, qadınların, uşaqların hüquqları, hər cür diskrimunasiya əleyhinə hərəkat;

  • "Sülh mədəniyyəti" - konfliktlərin dinc yolla həlli mədəniyyəti;

  • "Müstəmləkə xalqların öz müqəddəratını təyin etmə hüququ":

  • Ekologiya" - insanın təhlükəsiz və sağlam ətraf mühitdə yaşama haqqı;

- "İnsan haqlarının beynəlxalq müdafiəsi" - insan haqlarının dövlətin daxili məsələsi olmaması ideyasi;

  • "Gələcək nəsillərin haqları".

Avropada yaranmış və kök atmış bu dəyərlər slyahısını həıə çox uzatmaq olar. Professor Rəhman Bədəlovun "Qərb ictimai həyatında "Özgələr" problemi" essesində (III Era jurnalı, № 8. 2007) qeyd elədiyi kimi:
"XX əsrdə "dünyaya ikili baxışın inkişafı. (Avropada) heyvanların hərəkətlərinin bəraətinə (K.Lorens), vəhşinin bəraətinə (K. Levi-Stross), təhtəlşüurun bəraətinə (Z. Freyd) və təbii ki, seksin bəraətinə (H.H), qadının bəraətinə, müstəmləkə xalqların bəraətinə gətirib çıxardı..."
Bu "izmlər" siyahısını nəzərdən keçirəndə bizə elə gələ bilər ki, biz bu dəyərləri çoxdan bilirik və tam mənimsəmişik. Doğrudanmı belədir?

Mənə elə gəlir ki, hətta hər kiçik təfəkkür aktında belə biz avropalılardan seçilirik. Söz azadlığına münasibətimizə baxın: "Xəncər yarası sağalar, söz yarası sağalmaz". Burada "peyğəmbərin karikaturaları" ya "prezidenti təhqirə" görə sərt cəzalandırma tələbləri yada düşür. Amma elə bu mövzuda bir ingilis məsəlinə diqqət edin: "Sticks and stones can break my bones but words will never hurt me" (məni sözlə tərpədə bilməzsən amma odunla başıma vursan, bu, başqa məsələ" - yəni "nə deyirlər, desinlər".

Biz deyirik: "ya hər şey, ya heç nə"! Amma müasir qərb insanı isə aralıq həddi ilə də razılaşır, о deyir: "heç nədənsə, yarım çörək yaxşıdır". Bununla paralel, bunun ardınca о daim vəziyyətini tədricən yaxşılaşdırmağa, öz azadlıqlarını genişlənməyə çalışır.

Biz verilən vədlərə (xüsusilə də hakimiyyət tərəfindən) inanırıq və onların yerinə yetirilməsini gözləməyə hazırıq. Amma qərb insanı deyir "Here and now!" - yəni "İndi və burada!" zəhmət çək, vədini yerinə yetir.

Arxaik və patriarxal insanlar dincliyə və sabitliyə can atır, bunlar öz azadlıqlanın sabitliyə qurğan verməyə hazırdılar. Amma qərbin müasir şəxsiyyəti üçün xarakterik olan başqa şeydir. О daim üfüqdən о yanı görmək. taleyin ona hazırladığı sərhədləri genişləndirmək, sirriəri dərk elmək, nəsə bir yenilklə burun-buruna gəlib, onu duymaq əzmindədir (elə ona görə də səpələniblər dünyanın hər yerinə - kimi torbası, kimi çantası ilə, kimi isə hətta tankın üstündə...budur, onların öz yanımızda görürük!).

Bizə, biz yarımfeodallara "əsil-nəcabətli" şəxslər xoş gəlir. onları uca tuturuq - (məsələn, akademik nəvəsi. baş prokurorun oğlu, xanım nəticəsi), irsən dövlətli olanlar, onların hər şeyi var və əllərini bizneslə murdarlamağa dəyməz. Amma müasir qərb adamını belə şəxsiyyətlər qıcıqlandırır. Qərb insanı həyatda heç bir "day-day" olmadan, nəsə əldə etmişləri qiymətləndirir. Məsələn, kimsə peraşki istehsalı ilə özü-özünü qaldırıb və sayılan ictimai fiqura çevrilib. Belələrinə "Self-made man" (özünü yaradmış adam) deyirlər, düzdür, bu dəyər daha çox amerikan həyat tərzində özünü göstərir.

Və nəhayət. müasir Avropa ilə rastlaşan Azərbacan insanını nə həyəcanlandırır? Bu Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsərində ustalıqla qeyd olunub. "Avropalılar bizdən nə ilə fərqlənir?" sualına əsərin qəhrəmanlanndan biri Hatəmxan ağa heyrətamiz bir dəqiqliklə cavab verir: "Fərq ondadır ki, bizdə çoxarvadlılıq dəbdədir, onlarda çoxərlilik". Cinsi qarşılıqlı münasibət daha doğrusu, bu qarşılıqlı münasibətdə kişinin hegemonluğu - budur orta statistik azərbaycan kişisini narahat edən - birdən, bu hegemonluğu əldən çıxar? Oxucuya bu siyahını davam etdirməyi təklif edirəm. Əminəm ki, çoxlarımız bizim milli dəyərlərlə avropa dəyərləri arasındakı konkret fərqlər barədə düşünmüşük.

Lakin mən yuxarıda qeyd etdiyim nəticəyə qayıtmaq istəyirəm - bizim dəyərlər milli deyil, onları patriarxal, arxaik dəyərlər adlandırmaq daha doğru olardı, orta əsrlərdə məhz bıı dəyərlərdən həm azərbaycan, həm avropa cəmiyyətlərində istifadə,olunurdu.

1980-ci illərdə kommunist blokunun dağıldığı vaxtlardan bəri ona vaxın dövlət Avropa Birliyinin (AB) üzvü oldu, keçmiş Sovetlər İttifaqna daxil olan respublikalar da üzv olma növbəsindədir, ümid edək ki, Azərbaycan da onların siyahısında olacaq. AB-nm genişlənməsi avropa dəyərləri, namizəd ölkənin AB-nə üzv qəbul olunması üçün vacib şərtlər və keyfiiyyətlər haqda geniş diskussiyalara səbəb olmaya bilməzdi. Maykl Emersonun özünün "Avropa dəyərləri nədir?"* hesabatında ~ Avropa Konstitusiyasının layihəsində mətnin əvvəlində bu dəyərlərə işarə edir:
Birlik insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun alilıyi və azlıqlar da daxil olmaqla, insan hüquqlanna hörmət üzərində qurulub. Bu dəyərlər Birliyə üzv olan, cəmiyyətlərində plüralizm, qeyri-diskriminasiya, dözümlülük, ədalət, həmrəylik, qadın və kişilər arasında bərabərlik prinsiplərinin hökm sürdüyü dövlatlər üçün ümumi dəyərlər hesab olunur.

Lakin məruzəçi, burada sadalanan prinsiplərin çox abstrakt olduğunu düşünərək, onları açmağı lazım bilib. M. Emerson siyahını Musanın "On ayə"si şəklində quraraq, onları aşağıdakı kimi adlandırıb:


"AVROPA BİRLİYİNİN ON AYƏSİ"



  1. Siz (AB-nə üzv olan ölkə) həqiqətən də demokratik olmalı, insan haqlarına, qanunun aliliyinə hörmətlə yanaşmalısınız.

  1. Siz ticarət, xidmət, kapital və işçi qüvvələrinin hərəkət azadlığını təmin etməlisiniz.

  2. Siz insanlar, bölgələr və dövlətlər arasındakı sosial həmrəyliyin təmin etməlisiniz.

  1. Siz gələcək nəsillərin maraqları naminə, dayanıqlı iqtisadi inkişaf üçün lazım olan şəraiti təmin etməlisiniz.

  1. Siz vətəndaşlann kimlik müxtəlifliyinin xeyrinə millətçiliyi rədd etməlisiniz.

  2. Siz ölkədə federativ, çox cəhətli idarəçilik sistemini təmin etməlisiniz.

  1. Siz cəmiyyətdə multimədəni plüralizrain xeyrinə olaraq, kilsənin dövlətdən ayrılmasını təmin etməlisiniz.

  1. Siz beynəlxalq münasibətlərdə çoxtərəfli nizamın inkişafını təmin etməlisiniz.

  2. Siz haqlı səbəb olmadan başqalarına qarşı güc tətbiq etmə hədələrindən imtina etməlisiniz.

10) Siz yuxanda sadalananlara əməl edən qonşulannıza münasibətdə açıq olmalı və onlarla inteqrasiyaya çalışmalısınız.


Ümid edirəm ki, bir çoxlarınınız üçün heç bir yad və anlaşılmaz nəyisə olmayan bu ayələrə əməl etrmək üçün Azərbaycan da özündə nə vaxtsa güc tapacaq.

* Michael Emerson, Centre for European Policy Studies (CEPS). Brussels. С EPS Annual Conference on "What Values for Europe?", 23-24


Qeyd etmək lazımdır ki, BMT-nin insan hüquqlarına dair tarixinin araşdırılması zamanı və buna aid hesabat dərc etdikdə, Azərbaycana aid məlumatlara da rast gəlinir. Məsələn, BMT-nin 2000-ci ildə dərc edilmiş və insan azadlıqlarına həsr olunmuş hesabatında görkəmli mütəfəkkirimiz Mirzə Fətəli Axundovun adı çəkilir və onun insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti xüsusi qeyd olunur. BMT-nin sənədində göstərilir ki, Mirzə Fətəli Axundov hələ 19-cu əsrin ortalarında insan hüquqlarının vacib bir hissəsi olan qadınların kişilərlə bərabərhüquqlu olması naminə fəaliyyət göstərmişdir.

Müasir dövrdə insan hüquqları ilə davamlı insan inkişafının bir-biri ilə çox sıx əlaqədə olması daha da aydın olur. Məlum olduğu kimi, insan inkişafı çağdaş və gələcək nəsillərin inkişafı üçün şəraitin yaradılmasını nəzərdə tutur. Bu səbəbdən insan inkişafı prosesinin davamlı olması və müvafiq istiqamətdə idarəedilməsi, eyni zamanda, gələcək nəsillərin insan hüquqlarının qorunması və təmin edilməsi deməkdir. Təbii və sosial mühitin davamlı insan inkişafı istiqamətində idarəedilməsi insan hüquqlarının qorunmasının təmin edilməsinə xidmət edir.

İnsan hüquqlarının qorunmasına dair beynəlxalq əməkdaşlıq razılzşmaları, konvensiyaları mövcuddur. İnsan hüquqlarının qorunması artıq hər bir ölkənin daxili işləri olmaqla ümumibəşərin problem kimi qəbul edilmişdir. İnsan hüquqlarının qorunması məsələsi Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında 1996 –cı il 8 iyul və Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirləri haqqında1998-ci il 20 yanvar tarixli sərəncamlarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası beynəlxalq əməkdaşlığa aid bütün konvensiyalarda iştirak edir.

İnsan inkişafı fasiləsiz olaraq bütün ölkələrdə arasıkəsilmədən davamlı olmalıdır. Davamlı İnkişaf gənc nəslin imkanlarının, hüquqlarının qorunmasının möhkəmləndirir, yaşayış şəraitinin daha da yaxşılaşdırılmasını, yeni biliklərə malik olmasının. əhalinin bərabər inkişafını təmin edir və qeyri bərabərliyi aradan qaldırır.

1. Azərbaycan Respublikasının hazırki Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunmuş və 1995 ci il noyabrın 27-də qüvvəyə minmişdir. İnsan və vətandaş hüquq və azadlıqları Konstitusiyanın II bölməsinin 3-cü fəslində (27-71-ci maddələr) təsbit olunmuşdur.

2. Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Qanunu Respublika Prezidentinin 10 fevral 1998-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdir.

3. Hazırda 40-dan çox Siyasi Partiya Ədliyyə Nazirrliyində qeydiyyatdan keçərək fəaliyyət qöstərir.

4. 2000-ci ildə keçirilən seçkilərdə 8 siyasi partiyanın nümayəndələri Milli məclisə seçilmişdir.

5. KİV-dən senzura götürülmüşdür.

6. Azərbaycanda əcnəbilərin və vətandaşlığı olmayanların hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikasında 1500-dən artıq QHT fəaliyyət göstərir.

8. İnsan hüquqları ilə bağlı Azərbaycan indiyədək 20-dən çox Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

9. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında “Konstitusiya Qanunun tətbiq edilməsi haqqında fərman (05.03.2002-ci il) imzalanmışdır.
Qeyd etmək lazımdır ki, BMT-nin insan hüquqlarına dair tarixinin araşdırılması zamanı və buna aid hesabat dərc etdikdə, Azərbaycana aid məlumatlara da rast gəlinir. Məsələn, BMT-nin 2000-ci ildə dərc edilmiş və insan azadlıqlarına həsr olunmuş hesabatında görkəmli mütəfəkkirimiz Mirzə Fətəli Axundovun adı çəkilir və onun insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti xüsusi qeyd olunur. BMT-nin sənədində göstərilir ki, Mirzə Fətəli Axundov hələ 19-cu əsrin ortalarında insan hüquqlarının vacib bir hissəsi olan qadınların kişilərlə bərabərhüquqlu olması naminə fəaliyyət göstərmişdir.

Müasir dövrdə insan hüquqları ilə davamlı insan inkişafının bir-biri ilə çox sıx əlaqədə olması daha da aydın olur. Məlum olduğu kimi, insan inkişafı çağdaş və gələcək nəsillərin inkişafı üçün şəraitin yaradılmasını nəzərdə tutur. Bu səbəbdən insan inkişafı prosesinin davamlı olması və müvafiq istiqamətdə idarəedilməsi, eyni zamanda, gələcək nəsillərin insan hüquqlarının qorunması və təmin edilməsi deməkdir. Təbii və sosial mühitin davamlı insan inkişafı istiqamətində idarəedilməsi insan hüquqlarının qorunmasının təmin edilməsinə xidmət edir.

İnsan hüquqlarının qorunmasına dair beynəlxalq əməkdaşlıq razılzşmaları, konvensiyaları mövcuddur. İnsan hüquqlarının qorunması artıq hər bir ölkənin daxili işləri olmaqla ümumibəşərin problem kimi qəbul edilmişdir. İnsan hüquqlarının qorunması məsələsi Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında 1996 –cı il 8 iyul və Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirləri haqqında1998-ci il 20 yanvar tarixli sərəncamlarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası beynəlxalq əməkdaşlığa aid bütün konvensiyalarda iştirak edir.

İnsan inkişafı fasiləsiz olaraq bütün ölkələrdə arasıkəsilmədən davamlı olmalıdır. Davamlı İnkişaf gənc nəslin imkanlarının, hüquqlarının qorunmasının möhkəmləndirir, yaşayış şəraitinin daha da yaxşılaşdırılmasını, yeni biliklərə malik olmasının. əhalinin bərabər inkişafını təmin edir və qeyri bərabərliyi aradan qaldırır.





Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə