5
nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi üzvlər də danışıq
səslərinin yaranmasında iştirak edir. Ən fəal danışıq üzvü dildir. Danışıq səsləri şifahi
nitqin vahidləridir. Yazılı nitqdə isə bu, hərflərdə öz əksini tapır. Səslər hərflərdən
müəyyən cəhətlərə görə fərqlənir: Səslər tələffüz olunur və eşidilir. Hərflər yazılır və
oxunur(görünür).
Sual 7 – cavab
Sait və samit səslərin təsnifatı haqqında məlumat verin.
Azərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların
və dilin müəyyən vəziyyətlərə düşməsi ilə əlaqədar saitlərin müxtəlif növləri yaranır.
Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir:
1. Dilin üfüqi vəziyyətinə görə:
2.Dilin şaquli vəziyyətinə görə:
3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə:
Samit səslərin yaranmasında səs tellərinin iştirakı fərqlidir. Səs tellərinin
iştirakına görə samit səslər iki növə bölünür: kar, cingiltili
l)Kar samitlərin yaranmasmda səs telləri iştirak etmir və ona görə də təkcə küydən
ibarət olur.
2)Cingiltili samitlərin yaranmasmda səs telləri iştirak etdiyi üçün küylə yanaşı, avaz
da olur.
Yaranma və səslənmə ardıcıllığına görə kar və cingiltili samitlər bir-biri ilə qarşılıq
təşkil edir.
Sual 8 – cavab
Ahəng qanunu nəyə deyilir.
Fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk
dillərinin əsas qanunudur. Bu qanuna görə sözün ilk hecası incə saitdirsə, sonrakı saitlər
də incə, qalın saitdirsə, sonrakı saitlər də qalın saitli olmalıdır. Sözdə qalın və ya incə
saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məs: " qaranlıqdakılar''' sözündə
qalın, hərəkətsizlikdir sözündə isə incə saitlər biri birini izləmişdir. Buna dilçilikdə
damağ ahəngi deyilir. Dodaq ahəngi dedikdə isə dodaqlanan (üzüm, ölüm,) və
dodaqlanmayan (çiçək, elçilik) saitlərin ahəngi nəzərdə tutulur. Ahəng qanununu
pozulduğu sözlər milli sözlərimiz deyil. İstisna: ilan, işartı, tikan, inanc, quzey, iraq və s.
6
Ahəng qanununa tabe olan sözlərin hamısı milli sözlər deyil. Məs: məktəb, təhsil, karbon,
namaz və s.
Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır.
Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansı
bir söz alınma olsa da, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin
ahəngini qorumalıdır. Məs.:şi-ka-yət-çi-lər-dən, sa-hib-kar-la-rı-mız . Bu xüsusiyyətinə
görə ahəng qanunu morfonoloji hadisə adlanır.
Sual 9 – cavab
Söz sətirdən – sətrə necə kecirilir?
Sözlər sətirdən-sətrə hecalara bölünməklə keçirilir. Ancaq sözün hər bir hecasını
sətirdən-sətrə keçirmək olmaz:
1. Sözün əvvəlində və sonunda qalmış tək saiti sətrin sonunda saxlamaq və ya sətrin
əvvəlinə keçirmək olmaz. Məs.: A-na, i-lan, tə-bi-i.
2. Əgər sözün əvvəlində iki sait yanaşı gələrsə, onu sətirdən-sətrə bu cür keçirmək
lazımdır: ai-lə-li, ae-ro-port
3.Birhecalı sözlər sətirdən-sətrə keçirilmir: kənd, tort, akt və s.
4.Sözdə sait və samit səslər bir-birinin ardınca sadalanarsa, hər bir heca samit səslə
başlayar: mü-na-si-bət, ka-sa-la-rı və s.
5. Rəqəmlə verilən ixtisarlar, əlamətlər və sıra bildirən şəkilçi rəqəmdən ayrı
sətirdən-sətrə keçirilmir: 150 sm, 2008-ci il, 78 %, 3 sot və s.
6.Mürəkkəb adların ixtisarları da sətirdən-sətrə keçirilmir: ABU, BMT.
7.Mürəkkəb sözlərin tərkib hissələri ayrı-ayrılıqda hecalara bölünür.Tərkib sözlərin
səsləri birləşib bir heca yarada bilmir. Keçirmək olmaz: ya-rı-ma-da , mün-as-ib-ət, xey-
ir-xah-lıq. Keçirmək olar:' ya-rım-a-da , mü-na-si-bət, xe-yir-xah-lıq.
8.Sözün daxilində qoşa samit varsa, hecalara bölünərkən samitlərin hərəsi bir hecada
qalır: ad-dım, sək-kiz və s.
Sual 10 – cavab
Heca və vurğu haqqında məlumat yazın.
7
Tələffuz zamanı sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir. Sözlər
bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona
görə də sözdə neçə sait hərf varsa, bir o qədər heca olur. Məs.: ot, a-ta, mək-təb-li,
mə-ət-təl və s. Hər hansı hecada iki sait işlənə bilmədiyi kimi, bir hecada iki samit
də yanaşı işlənə bilməz. Lakin bu qayda bir sıra alınma sözlərdə pozulur. Məs:
dram, trak-tor, me-lo-dram, te-le-qraf, ki-lo-qram və s.
Əsl Azərbayjan sözlərində vurğu, əsasən, sözün son hejası üzərinə düşür. Əgər
söz şəkilçi qəbul edirsə, vurğu şəkilçinin üzərinə keçir.
Məsələn: oxu - oxuyur, ana – ananın
Vurğu qəbul etməyən bəzi şəkilçilər, məsələn, xəbərlik (-dır, -dir, -dur, -dür),
inkarlıq (-ma, -mə), bəzı feli bağlama şəkilçiləri (-madan, -mədən, -kən) istisna təşkil
edir.
Rus dili vasitəsilə Azərbayjan dilinə keçən sözlərin əksəriyyətində vurğu həmin
dildəki mövqedə saxlanır.
Məsələn: kafedra, opera, gitara.
Azərbayjan dilində vurğu geniş planda məna fərqləndiriji səjiyyəyə malik deyildir,
lakin bəzən vurğunun yerinin dəyişdirilməsi sözün mənasının da dəyişməsinə səbəb olur.
Məsələn: alın - alın, gəlin - gəlin, çəkmə - çəkmə, süzmə- - süzmə.
Azərbaycan dilində vurğunun üç növü var:
l.Heca vurğusu 2.Məntiqi vurğu 3.Həyəcanlı vurğu
Mövzu 3
Sual 11- cavab
Leksika. Söz, sözün leksik və qrammatik mənaları haqqında danışın.
Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni
leksikasmı təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır.
Leksikologiya yunanca iki sözdən-lexikos (söz) və loqosdan (təlim) ibarətdir.
Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir.
Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir
sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası
Dostları ilə paylaş: |