3
Sual 4. Qohum dillər. Türk dilləri ailəsində Azərbaycan dilinin yeri barədə
yazın.
Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olmuşdur. Zaman keçdikcə
bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla dil formalaşmış, formalaşan-
ların da hər birindən sonralar yeni dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünya-
da 3500-dən çox dil vardır.
Bir kökdən törəyən dillərə qohum dillər deyilir. Qohum dillərin hamısı
birlikdə dil ailəsi adlanır. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk
dilləri ailəsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu.
Dilimiz oğuz qrupuna daxildir, bu qrupa həmçinin Türkiyə türkcəsi,
türkmən və qaqauz dilləri aid edilir. Oğuz qrupundan olan dillərin formalaşması
eramızın birinci minilliyində başa çatır. XVI əsrdən etibarən Azərbaycan dili milli
dil kimi yetişmiş və oğuz qrupuna daxil olan digər dillərdən fərqli keyfiyyətlər
qazanmışdır. Qazax, qırğız, tatar, başqırd, qumıq dilləri qıpçaq qrupunu təşkil edir.
Qarluq qrupuna isə özbək, uyğur və salur dilləri daxildir.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də
bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. 50 milyondan çox azər-
baycanlı bu dildə danışır.
Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir. Azərbaycan
Respublikasının bütün dövlət orqanlarında yazılı və şıfahi əlaqə işləri Azərbaycan
dilində aparılır. Dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri
öz işlərini məhz Azərbaycan dilində həyata keçirirlər.
Dövlət dilinin vahidliyi demokratizmi ilə səciyyələnir.
Ölkəmizdə
yaşa-yan
azsaylı xalqların, etnik qrupların nümayəndələrinin öz aralarında ana dilində
ünsiyyət saxlamaq hüququ vardır.
Sual 5. Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu
haqqında məlumat verin.
Görkəmli ictimai-siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin hərtərəfli yaradıcılıq
fəaliyyətində dilçilik məsələləri, ilk öncə ana dili, dil və mədəniyyət, dil və millət, dil və
tarix, dil və ədəbiyyat, dil quruculuğu kimi önəmli sosiolinqvistik məsələlər də xüsusi yer
tutur. Bütün böyük siyasi xadimlər kimi Heydər Əliyev də öz xalqının, öz ölkəsinin
iqtisadiyyatı, maddi rifah halının yaxşılaşması ilə bərabər, onun ümummədəni
tərəqqisinin də qayğısına qalmış, yaşadığı ölkənin, mənsub ölduğu xalqın dünyanın ən
inkişaf etmiş ölkələri və xalqları səviyyəsinə yüksəlməsinə ciddi diqqət yetirmişdir.
Hər bir millətin inkişafında onun ən mühüm varlıq və yaşam amili olan milli dilinin
müstəsna rolu vardır. Təsadüfi deyildir ki, Heydər Əliyevin dil doktrinasında dil amili
başqa amillərdən uca tutulur. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini
hazırlayan komissiyanın dövlət dili məsələsinə həsr olunmuş iclaslarından birində o
4
deyir: «İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə
qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından
üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o
qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik».
Dili iqtisadi və başqa nailiyyətlərin hamısından üstün nailiyyət sayan ulu öndər
Heydər Əliyev 1960-cı illərin sonundan başlayaraq öz zəngin təcrübəsi, yüksək intellekti,
milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli
dil siyasəti işləyib hazırlamış və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata
keçirmiş, Azərbaycan dilinin dövlət dili olması, xalqımızın mənəvi mövcudluğunun əsas
amillərindən olan dilimizin inkişafı və yüksəlişi uğrunda ardıcıl mübarizə aparmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin ana dilinə qayğısı və diqqəti sonrakı illərdə
də davam etmişdir. 1978-ci ildə müttəfiq respublikaların yeni konstitusiyaları qəbul etdiyi
zaman onun göstərdiyi təşkilati fəaliyyət də çox böyük olmuşdur. Bəlli olduğu kimi, o
vaxt respublikalarda qəbul olunmuş konstitusiyaların heç birində ana dili dövlət dili kimi
qeyd olunmamışdı. Zaqafqaziya respublikalarından başqa digər respublikalar üçün belə
problem artıq mövcud deyildi. Azərbaycanda isə dövlət dili maddəsi uğrunda qızğın
mübarizə gedirdi. Ümummilli lider o günləri xatırlayaraq deyirdi: «1977-78-ci illərdə biz
yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz
yeni konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə
hazırladıq. Qeyd etdiyim kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri
idim və bu işlərə rəhbərlik edirdim...”
Mövzu 2
Sual 6 – cavab
Fonetika haqqında ümumi məlumat yazın
Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir: Səslər, hərflər, sözlər, cümlələr
və s. Fonetikada öyrənilən səslər və hərflər dilin ən kiçik dil vahidləridir.
Ümumilikdə fonetika danışıq səslərini öyrənir. Ahəng qanunu, heca, vurğu, səsartımı
və səsdüşümü fonetikanın mövzuları sırasına daxildir. Fonetika yunan sözü olub
"fone" (səs) və "tika" (elm) sözlərindən əmələ gəlib.
Danışıq zamanı tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səslərinin
yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan başqa ağ ciyər,