2008-ci ildə Bakıda böyük özbək şairi və mütəfəkkiri 2008-ci ildə



Yüklə 223,23 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü223,23 Kb.
#63481
növüYazı


1

2008-ci ildə Bakıda böyük özbək şairi və mütəfəkkiri 2008-ci ildə 

Bakıda böyük özbək şairi və mütəfəkkiri ..................... abidəsi 

açılmışdır. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və 

Özbəkistan Prezidenti İslam Kərimov iştirak etmişdir. Nöqtələrin 

yerinə hansı şairin adı yazılmalıdır?

a) Mir Heydər Xarəzminin b) Əhməd Yasəvinin c) Yusif Əmirin d) 

Əlişir Nəvainin e) M.Fərabinin

2

 Nəvai «Xəmsə»sinin misilsiz tarixi əhəmiyyəti ondadir ki, dahi şair 



................ ədəbi dilinin əsasini qoymuşdur. Nəvai 1499-cu ildə 

«Mühakimətül-lüğəteyn» (2 dilin mübahisəsi) əsərini yaqaraq ürki 

dilini gözdən salanlara qarşi çixmişdir. Nöqtələrin yerinə hansı söz 

yazılmalıdır?

a) qırğız b) urdu c) özbək d) türkmən e) başqırd

3

Nəvai zəmanəsinin hökmdarlarına xas olan bütün mənəvi eybəcərlikləri 



Xosrovun simasinda tənqid etmiş, Fərhadin şəxsində isə ədəbiyyata 

adil hökmdar və ideal qəhrəman gətirmişdir. Bu deyilənlər Nəvainin 

hansı poemasına aiddir?

a) “Səbeyi-səyyarə”  b) “Xosrovnamə” c) “Fərhad və Şirin”  d) 

“Fərhadnamə” e) “Xosrov və Şirin” 

4

Cahanda hər kəsin bəlli işi var,



 İşinə müəyyən bir vərdişi var.

 Vərdişin yox isə çətin olur iş,

 İş çox asan olur olunca vərdiş.

 Həmin bu vərdişi mən qazananda,

 Nə hökm eyləsəniz, eylərəm onda.

Bu misralar Nəvainin hansı qəhrəmanının dilindəndir? 

a) Bəhramın  b) Xosrovun c) Fitnənin   d)  Fərhadın e) Şirinin 



5

Nəvainin poemasında o,  çin xaqaninin oğludur. Atasi ona taxt-tac 

təklif etdikdə bundan rəsmən boyun qaçırmasa da, düşünmək üçün vaxt 

istəyir. Söhbət Nəvainin qələmə aldığı hansı qəhrəmandan gedir? 

a) Bəhramdan  b) Fərhaddan  c) Gavədən   d) Xosrovdan             e) 

Şapurdan 

6

 Nəvainin «Səbeyi-səyyarə» əsərində ov zamanı Bəhramın hünərini 



qiymətləndirmədiyinə görə öz saçları ilə sarılıb səhraya atılan kənizin 

adı nədir?

a) Dilaram  b) Fitnə c) Güləndam   d)  Diləfruz e) Şiruyyə 

7

Nəvainin “Səbeyi-səyyarə” əsərində göstərilir ki, ov zamanı Bəhramın 



hünərini qiymətləndirmədiyinə görə Dilaramı öz saçları ilə sarıyıb 

səhraya atırlar. Sonradan onu gətirmək üçün gedənlər Dilaramı səhrada 

tapmayırlar. Bundan sonra Bəhram hansı hadisə ilə qarşılaşır? 

a) Bəhram yenə də günlərini ovda keçirir  b) Bəhram Fitnə ilə evlənir 

c) Bəhram qonşu ölkələri istila etməklə məşğul olur   d)  Bəhram 

yuxusuzluq xəstəliyinə tutulur e) Bəhram hakimiyyətdən əl çəkir 

8

Mövlana Cəlaləddin Rumi neçənci illərdə yaşayıb-yaratmışdır?



a) 1207-1263  b) 1207-1273 c) 1217-1283  d)  1211-1273 e) 1217-

1263


9

 Badam kimi gözlərinə, çıxıq almacıq yanaqlarına görə onu monqol 

adlandıranlara cavab olaraq demişdir : «Məni özgə hesab etməyin. Mən 

də bu eldənəm. Sizin şəhərinizdə evimi axtarıram. Düşmən üzlü isəm 

də, düşmən deyiləm. Hindcə (farsca) danışsam da, əslim türkdür.» Bu 

sözlər hansı şairə aiddir?

a) Yunis Əmrəyə   b) Mövlana Cəlaləddin Rumiyə  c) Əlişir Nəvaiyə  

d)  Aşıq Veysələ e) Molla Qasıma




10

«Mövlananın türkcə şeirlərinin çox az olmasına, demək olar ki,bütün 

şeirlərinin  və dünyada didaktik ədəbiyyatın şah əsəri olan 

«Məsnəvi»sinin farsca yazılmasına baxmayaraq, əsərlərinin hamısı ruh 

etibarilə türkcədir.» Cəlaləddin Rumi haqqında bu fikirlərin müəllifi 

kimdir? 


a) İ.Qaspıralı   b) Yusif Akçura c) Ə.Gölpınarlı d)  İ.Ortaylı e) 

Y.Akpınar

11

 “Oxumayan üçün heç bir şey yazılmamışdır”. Bu fikrin müəllif 



kimdir?   a) İ.Qaspıralı    b) Mövlana Cəlaləddin Rumi c) Əlişir Nəvai  

d)  Namiq Kamal  e) Əziz Nesin

12

XIV  yüzildə şairə  aid rəvayətləri toplayan Əhməd Əflaki «Mənaqibül-



arifin» əsərində şairin 1207-ci ildə Xorasanın Bəlx şəhərində anadan 

olduğunu yazmışdir. Söhbət hansı türk şairindən gedir? 

a) Yunis Əmrədən   b) Aşıq Veysəldən c) Əlişir Nəvaidən            d)  

Mövlana Cəlaləddin Rumidən  e) Molla Qasımdan

13

 Gəl-gəl, yenə gəl!



 Kim olursan-ol, yenə də gəl.

İstər xristian, istər məcusi, istər bütpərəst ol, 

Bizim dərgahımız ümidsizlik dərgahı deyil,

Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl!

Bu misralar hansı şairə məxsusdur?                                              a) 

Yunis Əmrəyə   b) İ.Qaspıralıya c) Əlişir Nəvaiyə                    d) 

M.Fərabiyə   e)  Mövlana Cəlaləddin Rumiyə  

14

 Şair məşhur alimlər nəsli olan Xətiboğullarından Bəhaəddin Vələd adlı 



bir şəxsin ailəsində anadan olmuşdur. Uşaqlıq illəri Bəlxdə keçmişdir. 

Daha sonra Bəhaəddin Vələd Bəlxi tərk etmiş, Nişapur, Bağdad, 

Məkkə, Mədinə, Qüds, Şam, Hələb, nəhayət, Anadolu torpaqlarına  

gəlmişdir. Burada hansı şairin ailəsindən danışılır?     a) Yunis Əmrədın   

b)  Molla Qasımdan c) Əlişir Nəvaidən  d)  Aşıq Veysəldən e)  

Mövlana Cəlaləddin Rumidən




15

“Sən varını-yoxunu, malını-mülkünü ver və bir qəlb al! Al  ki, o qəlb 

qəbirdə, o qapqara gecədə sənə  bir işiq versin, nur versin.” Bu fikirləri 

hansı türk şairi söyləmişdir? 

a) Mövlana Cəlaləddin Rumi b) Nazim Hikmət c) Əlişir Nəvai  d)    

Qaracaoğlan  e) Molla Qasım

16

Onun dünyagörüşünün yetkinləşməsində atasından sonra Seyid 



Bürhanəddin Termezinin təlimi mühüm əhəmiyyət kəsb etmişdir. Şair 

də atası Bəhaəddin Vələd kimi tanınmış bir alim olaraq ad çıxarmışdır. 

O, hansı şairdir?

a) Qaracaoğlan  b) Nazim Hikmət c) Əlişir Nəvai  d)  Mövlana 

Cəlaləddin Rumi  e) Molla Qasım

17

 1. Şəfqət və mərhəmətdə günəş kimi ol.  



2. Qüsurları örtməkdə torpaq  kimi ol. 

3. Dostluq və qardaşlıqda axar su kimi ol.

4. Təvazödə gecə kimi ol. 

5. Hiddət və qəzəbdə ölü kimi ol.

6. Hər nə olursan ol, ya olduğun kimi görün, ya da göründüyün kimi ol

Mövlanaya məxsus bu fikirlərin hansında yanlışlıq var? 

  a) 2 və 4-də  b) 1 və 4-də   c) 3və 4-də  d)  4 və 5-də  e) 5 və 6-da 

18

 “Hiddət və qəzəbdə ölü kimi ol”, deyən şair  Konyada ən böyük Altun-



aba mədrəsəsində dərs deməklə bərabər, camaat arasında alovlu 

təsiredici vəz söyləyən, şəriət qanunları və hüquq məsələlərini idarə 

edən bir xadim kimi şöhrət qazanmışdır. Bu hansı şairdir?     a)  

Qaracaoğlan b) Nazim Hikmət c) Əlişir Nəvai  d)  Mövlana Cəlaləddin 

Rumi    e) Molla Qasım

19

Ruminin ən məşhur əsəri «Məsnəvi»dir. .................... beytdən ibarət 



«Məsnəvi» 6 cildlik bir poemadır. Nöqtələrin yerinə hansı bənddəki 

rəqəm yazılmalıdır? 

a) 23600 b) 24610 c) 25000 d)  25618 e) 27608 



20

«Kim ki, səhər-axşam «Məsnəvi»ni oxusa, cəhənnəm odu ondan uzaq 

olar. Mövlananın «Məsnəvi»si pəhləvi dilində yazılmış Qurandır». Bu 

fikirlərin müəllifi kimdir?  

a) İ.Qaspıralı  b) Əbdülhəq Hamid c) Əziz Nesin d)  Abdulla Cövdət e) 

Əbdürrəhman Cami 

21

Ən böyük əsəri «Divani-kəbir»dir (böyük divan). Bu divan 40 000 



beytdən artıq, çoxu farsca, ərəbcə, az bir qismi türkcə və yunanca 

şeirlər toplusudur. Divanda 2073 qəzəl, 1791 rübai vardır. Bu 

deyilənlər hansı şairə aiddir? 

a) Rudəkiyə  b) Sədi Şiraziyə  c) Əlişir Nəvaiyə  d)  Mövlana 

Cəlaləddin Rumiyə  e) Hafiz Şiraziyə 

22

Mövlana Cəlaləddin Ruminin    ən böyük əsəri «Divani-kəbir»dir 



(böyük divan). Bu divan 40 000 beytdən artıq, çoxu farsca, ərəbcə, az 

bir qismi türkcə və yunanca şeirlər toplusudur. Divanda ............... 

qəzəl, 1791 rübai vardır. Nöqtələrin yerinə hansı bənddəki rəqəm 

yazılmalıdır? 

a) 2073   b) 1073 c) 1173 d)  1273 e) 3073 

23

Mövlana Cəlaləddin Ruminin    ən böyük əsəri «Divani-kəbir»dir 



(böyük divan). Bu divan 40 000 beytdən artıq, çoxu farsca, ərəbcə, az 

bir qismi türkcə və yunanca şeirlər toplusudur. Divanda 2073 qəzəl, 

............ rübai vardır. Nöqtələrin yerinə hansı bənddəki rəqəm 

yazılmalıdır? 

a) 1073   b) 1791 c) 1173 d)  1273 e) 1373 

24

Mövlana Cəlaləddin Ruminin    ən böyük əsəri necə adlanır? 



a) «Divani-səğir»   b) «Divani-bəbir» c) «Divani-dəbir» d)  «Divani-

kəbir» e) «Divani-səbir»

25

 1210-1292-ci illərdə yaşayıb-yaratması güman edilən şair “Gülüstan” 



əsərinin müəllifıdir. Bu şair  kimdir?                            a) Rudəki  b) 

Sədi Şirazi  c) Əlişir Nəvai  d)  Mövlana Cəlaləddin Rumi  e) Hafiz 

Şirazi 

26

“Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər”. Bu fikrin 



müəllifi kimdir?                                                                   a) Hafiz 

Şirazi  b) Mövlana Cəlaləddin Rumi  c) Əlişir Nəvai         d)  Sədi 

Şirazi   e)  Rudəki 



27

"Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyildir. Çünki 

nağara səsi tar səsinə, sarımsaq iyi ənbər qoxusuna həmişə üstün gələr." 

Bu fikrin müəllifi kimdir?                                          a) Hafiz Şirazi  b) 

Mövlana Cəlaləddin Rumi  c) Əlişir Nəvai         d) Rudəki     e)  Sədi 

Şirazi


28

 «Mənim bu möhtərəm dоst, bu sevgili şairimiz haqqında mütaliatım 

dоğru isə, yəni kəsrəti-məhəbbətim mübaliğata sövq etməyirsə, deyə 

bilərəm ki, Sabir əfəndi Şatоbriyandan ziyadə İran şairlərindən 

Firdövsiyə və Türkiyə şairlərindən məşhur həcvgu Əşrəfə bənzər; hər 

birindən guya bir hissə alıb təbində cəm etmişdir.»  Mirzə Ələkbər 

Sabiri fars şairi Firdovsiyə bərabər tutan bu Azərbaycan şairi kimdir?                                                         

a) C.Məmmədquluzadə  b) F.Köçərli  c) Salman Mümtaz             d) 

Abdulla Sur     e)  Abbas Səhhət

29

“İnsanlara münasibətin odla münasibətin kimi olsun. Çox yaxınlaşma 



yanarsan, çox uzaqlaşma donarsan.” Bu fikrin müəllifi digər əsərləri ilə 

yanaşı, "Bustan" əsərini də qələmə almışdır. Söhbət hansı şairdən 

gedir?                                                         a) Hafiz Şirazidən  b) Sədi 

Şirazidən c) Əlişir Nəvaidən                 d) Rudəkidən  e) Mövlana 

Cəlaləddin Rumidən   

30

 C.Məmmədquluzadənin "Çay dəsgahı" əsərində Trubanın dilindən 



söylənilən "Köç vaxtı səhərin şirin yuxusu, qoyar piyadanı yoldan 

doğrusu" misralarının müəllifi hansı fars şairidir?                           a) 

Hafiz Şirazi  b) Rudəki  c) Firdovsi  d) Sədi Şirazi  e) Mövlana 

Cəlaləddin Rumi   

31

     XV əsrdə yaşamış özbək şairinin 4 divanından biri “Bədayiül-vəsət” 



adlanır? Bu şair kimdir?                                                        a) Əhməd 

Yasəvi  b) M.Fərabi  c) Yusif Əmir  d) Əlişir Nəvayi     e) Mir Heydər 

Xarəzm   

32

 XV əsrdə yaşamış özbək şairinin 4 divanından biri “Nəvadirüş-şəbab” 



adlanır? Bu şair kimdir?                                                         a) Əlişir 

Nəvayi     b) M.Fərabi  c) Yusif Əmir  d)  Əhməd Yasəvi  e) Mir 

Heydər Xarəzm   

33

XV əsrdə yaşamış özbək şairinin 4 divanından biri “Fəvaidül -kübar” 



adlanır? Bu şair kimdir?                                                         a) Yusif 

Əmir      b) M.Fərabi  c) Əlişir Nəvayi  d)  Əhməd Yasəvi  e) Mir 

Heydər Xarəzm  



34

XV əsrdə yaşamış özbək şairinin 4 divanından biri “Ğərabüs-siğər” 

adlanır? Bu şair kimdir?                                                               a) 

Yusif Əmir      b) M.Fərabi  c) Mir Heydər Xarəzm    d)  Əhməd 

Yasəvi  e) Əlişir Nəvayi  

35

1730-cu ildə şair ailəsində anadan olan ……………  XVIII əsr 



türkmən realist ədəbiyyatının banisi, böyük mütəfəkkir şairi, mövzu və 

formasına görə yeni ədəbiyyatın yaradıcısı kimi şöhrət qazanmışdır. O, 

mənşə etibarilə Ətrək bölgəsində yaşayan Gərgəz tayfasına mənsubdur. 

Nöqtələrin yerinə hansı şair adı yazılmalıdır? 

a) Bayram хan b) Məxtumqulu Fəraqi  c) Mir Heydər Xarəzm    d)  

Əhməd Yasəvi  e) Əlişir Nəvayi   

36

  Onun uşaqlığı saf və mənzərəli təbiətə malik Gürgəndə keçmişdir.



Şair Gürgənin füsunkar təbiətini belə təsvir edir:

Önündə uca dağ, başında duman,

Dənizdən güc alar yeli Gürgənin

Buludlar oynayar, çaylar kükrəyər,

Axar boz, bulanıq seli Gürgənin.

Söhbət kimdən gedir?                                                                        a) 

Bayram хandan  b) Dövlətməmməd Azadidən c) Mir Heydər 

Xarəzmdən    d)  Məxtumqulu Fəraqiqən  e) Əlişir Nəvayidən  

37

XVIII əsr türkmən realist ədəbiyyatının banisi, böyük mütəfəkkir şairi, 



mövzu və formasına görə yeni ədəbiyyatın yaradıcısı kimi şöhrət tapan 

Məxtumqulunun təxəllüsü nədir? a) Darabi  b) Azadi  c) Fəraqi    d)  

Nəvvadi e) Davadi  

38

Onun atası Dövlətməmməd Azadi (1695-1760) klassik türkmən  



ədəbiyyatının tanınmış şəxslərindən biri olmuşdur. O, “Behiştnamə”  

və “Vəzi Azadi” adlı iki məşhur poemasında dini və əxlaqi  görüşlərini 

geniş təbliğ etmişdir. Şair ilk olaraq atasının işlədiyi  məktəbdə oxumuş 

və ondan dərs almışdır. XVIII əsr türkmən ədəbiyyatını təmsil edən bu 

şair kimdir? a) Nurməhəmməd Əndəlib b) Qurbanəli Məğrubi c) Mir 

Heydər Xarəzm                   d)  Məxtumqulu Fəraqi  e) Əvəztaqan 

Katibi 



39

Qonaq olub üç il yedim duzunu,

Gedirəm, əlvida, gözəl “Şirqazı”!

Sevdim sərt qışını, gülgün yazını

Gedirəm, əlvida, güzəl “Şirqazı”!

Haqqın dərgahına bağlıdır belim,

Səndə təlim aldım, açıldı dilim,

Yolumu gözləyir elatım-elim,

Gedirəm, əlvida, gözəl “Şirqazı”!                                            Təhsil 

aldığı Şirqazı şəhərini hansı türkmən şairi belə tərənnüm etmişdir?  a) 

Nurməhəmməd Əndəlib b) Məxtumqulu Fəraqi c) Mir Heydər Xarəzm  

d)  Qurbanəli Məğrubi  e) Əvəztaqan Katibi 

40

Qonaq olub üç il yedim duzunu,



Gedirəm, əlvida, gözəl “.............”!

Sevdim sərt qışını, gülgün yazını

Gedirəm, əlvida, güzəl “.............”!

Haqqın dərgahına bağlıdır belim,

Səndə təlim aldım, açıldı dilim,

Yolumu gözləyir elatım-elim,

Gedirəm, əlvida, gözəl “.............”!                                       

Məxtumqulu Fəraqinin bu şeirində nöqtələrin yerinə hansı söz 

yazılmalıdır?                                                                               a) 

Gurgəzi b) Nurgəzi c) Gorgəzi d) Durgəzi  e) Şirqazı 




41

Şairin həyatı daha çox mübarizə, kədər və   möhnət içində keçmişdir. 

Onun Mənli adında bir qızı sevməsinə   baxmayaraq qızın atası şairin 

kasıblığına görə bu sevgi   qarşısında sədd çəkmiş və qızını varlı bir 

oğlana vermişdir:   

Ayrıldım qönçə gülümdən

O saçları sünbülümdən

Xoş avazlı bülbülümdən

Şirin güftardan ayrıldım.

Dağları var, başı çənli,

Buz bulaqlı, tər çəmənli

Eli-Güklən, adı Mənli

Nazlı dildardan ayrıldım.                                                             Burada 

hansı türkmən şairindən danışılır?

a) Bayram хandan  b) Dövlətməmməd Azadidən c) Məxtumqulu 

Fəraqiqən    d)  Mir Heydər Xarəzmdən  e) Əlişir Nəvayidən  

42

Ayrıldım qönçə gülümdən



O saçları sünbülümdən

Xoş avazlı bülbülümdən

Şirin güftardan ayrıldım.

Dağları var, başı çənli,

Buz bulaqlı, tər çəmənli

Eli-Güklən, adı Mənli

Nazlı dildardan ayrıldım.                                                           XVIII əsr 

türkmən ədəbiyyatının gözəl nümunələrindən sayılan bu misraların 

müəllifi kimdir?                                                            a) Məxtumqulu 

Fəraqi  b) Dövlətməmməd Azadi                          c) Qurbandurdu Zəlili 

d)  Seyidnəzər Seydi  e) Seydulla Seydi



43

XVIII əsr türkmən ədəbiyyatının bu görkəmli nümayəndəsi  türkmən 

tayfalarının birliyi uğrunda mübarizə    aparmış, bu məqsədlə danışıqlar 

aparmaq üçün bir sıra ölkələrə     səyahət etmişdir. Onun Hindistana 

getmək naminə atasından icazə     istəməsi, əfqan hökmdarı Əhməd 

şahla görüşmək arzusu, ........ bilavasitə     türkmən xalqını yadelli 

təcavüzlərdən qorumaq və xalqın     birliyini təmin etmək məqsədi 

daşıyırdı. Bu mübariz şair kimdir?                                                                                       

a) Seyidnəzər Seydi b) Dövlətməmməd Azadi                               c) 

Qurbandurdu Zəlili d)  Məxtumqulu Fəraqi    e) Seydulla Seydi

44

Şair müxtəlif dövrlərdə Nadir şaha (1746) və Xivədə Nurəli xana 



(1767) qarşı türkmənlərin qaldırdığı üsyanlarda iştirak etmişdir. Onun 

qardaşları da     türkmən xalqının birliyi, azadlığı uğrunda mübarizənin 

önündə     getmiş və canlarını bu yolda fəda etmişlər. Qardaşlarının 

vaxtsız itkisini şair “Gəlmədi” şeirində məxsusi qələmə almışdır. Bu 

hansı şairdir?                                                a) Seyidnəzər Seydi b) 

Dövlətməmməd Azadi                               c) Qurbandurdu Zəlili d)  

Məxtumqulu Fəraqi    e) Seydulla Seydi  

45

Şair 1780-cı ildə vəfat etmiş, Şimali Xorasan  ərazisində yerləşən 



qəbirstanlıqda atası Dövlətməmməd Azadinin  məzarı yanında dəfn 

olunmuşdur. Bu şair kimdir?                                                        a) 

Məmməd Vəli Kəminə  b) Molla Nəpəs  c) Qurbandurdu Zəlili  d) 

Seydulla Seydi     e) Məxtumqulu Fəraqi  

46

Tədqiqatçılar haqlı olaraq onun sənətinin realist təsvir  üsulu və dil-



üslub xüsusiyyətlərinə görə M.P.Vaqif və A.S.Puşkin yaradıcılığı ilə 

müqayisə edirlər.  Nəticə etibarı elə demək olar ki, M.P.Vaqif 

Azərbaycan ədəbiyyatında, A.S.Puşkin rus ədəbiyyatında kimdirsə, 

müəyyən istisnalar  nəzərə alınmazsa .......................... da türkmən 

ədəbiyyatında eyni funksiyanı yerinə yetirən görkəmli sənətkardır. 

Burada hansı sənətkardan danışılır?                                                 a) 

Məmməd Vəli Kəminədən  b) Məxtumqulu Fəraqidən               c) 

Qurbandurdu Zəlilidən  d) Seydulla Seydidən   e)  Molla Nəpəsdən    




47

Tayfa və feodal çəkişmələrinin, ölkələrarası müharibələrin türkmən 

xalqının həyatına vurduüu ağır zərbələr bir vətəndaş kimi şairi narahat 

etmiş, onun qəlbini ağrıtmış, yaradıcılığında bir haray, etiraz motivinə 

çevrilmişdir. Şairin ictimai-siyasi şeirlərində əsas hədəf və tənqid 

obyekti zəmanə eybəcərlikləridir.       

Haray, dostlar, ömür-gün

Keçdi, deyib ağlaram.

Ağlım getdi başımdan

Qaşdı, deyib ağlaram.

Tərs dövran etdi zaman,

Gəzir dillərdə yalan,

Zülm, nifaq, ey cahan,

Coşdu, deyib ağlaram. Bu misraların müəllif kimdir? 

a) Məmməd Vəli Kəminə  b)  Qurbandurdu Zəlili                          c) 

Məxtumqulu Fəraqi    d) Seydulla Seydi   e)  Molla Nəpəs    

48

Şair şərin xeyrə, əyrinin düzə, gücün haqqa qalib gəldiyi cəmiyyətə 



qarşı barışmaz müvqedə dayanır. Zəmanədə yaxşı ilə pisin bir-birinə 

qarışmasını heç cürə qəbul etməyən ..................        bunlara qarşı etiraz 

səsini ucaldır:       

Dərd görmüşəm diyarımdan, dövrümdən,

Xeyir hansı, ehsan hansı bilinməz.

Zalımların cəfasından, cövründən 

İslam hansı, iman hansı bilinməz.

......................., can mehmandır, bədən leş,

Pisə pis ol, mərd igidə de qardaş

Bu əyyamda baş ayaqdır, ayaq baş,

Yaxşı hansı, yaman hansı bilinməz. Nöqtələrin yerinə yazılmalıdır.

a) Məmməd Vəli  b) Molla Nəpəs  c) Qurbandurdu  d) Məxtumqulu      

e) Dövlətməmməd  



49

Birləşib, həmrəydir könüllər, başlar,

Qıy vursa, əriyər torpaqlar, daşlar.

Bir süfrəyə gələr çörəklər, aşlar,

Qardaşlıqdır xoş iqbalı türkmənin.

Qəmdən uzaq olar, qəlbi dağlanmaz,

Yıxar dağı-daşı, yolu bağlanmaz.

Başqa bir elatda könlü saxlanmaz,

........................, susmaz dili türkmənin.

Bu misraların müəllifi kimdir?                                                       a) 

Məxtumqulu Fəraqi   b)  Qurbandurdu Zəlili c) Məmməd Vəli Kəminə    

d) Seydulla Seydi   e)  Molla Nəpəs

50

 Şairin həyatından məlumdur ki, onun atası D.Azadi 1760-cı ildə 65 



yaşında vəfat etmişdir. Şairin “Atamın” adlı şeirində bu hal öz             

əksini konkret olaraq belə tapmışdır:           

Altmış beşdə novruz günü, luv ili,

Durdu əcəl, yolun kəsdi atamın.

Bu dünyanın işi beləymiş bəli,

Ömrünün yarpağı əsdi atamın. 

Bu cümlələr hansı şairə aiddir?                                                     a) 

Məmməd Vəliyə  b) Molla Nəpəsə  c) Qurbandurduya              d) 

Məxtumquluya      e) Dövlətməmmədə  

51

 Sən dünyanın əşrəfi, bu can səndən xəbərsiz,



Sən cahana gəlibsən, cahan səndən xəbərsiz.

................................................................

Sən ümmanda damlasan, ümman səndən xəbərsiz. 

Məxtimqulunun 2 bəndi verilmiş bu şeirində misranı bərpa et.

a) Damlanın çəkdiyini dənizlər nə bilir ki   b) Hər damla bir göz yaşı, 

hər damla bir ümmandır  c) Qəlbinin ümmanına dənizlər baş əyərlər  d) 

Məxtumqulu sənin tək bir ümmanı vəsf edər  e) İstər səni dənizlər, 

sahillər səni gözlər 




52

Asiman zəmindədir, zəmin də asimanda

Bunlar bəlkə gümandır, güman səndən xəbərsiz.

……………………………………….. 

Sən canandan xəbərdar, canan səndən xəbərsiz.

Məxtimqulunun 2 bəndi verilmiş bu şeirində misranı bərpa et.

a) Damlanın çəkdiyini dənizlər nə bilir ki,   b) Maxdımqulu, gör, indi 

aşinalar neyləyir   c) Məxtimquıu dünyada təkbaşına neyləsin  d) 

Məxtumqulu sənin tək bir ümmanı vəsf edər  e) İstər səni dənizlər, 

sahillər səni gözlər 

53

İşim yoxdu bir mərd ilə,



Tutuşdum mən bu dərd ilə,

Qiyamətə bu qurd ilə 

Qalan dünya deyilmisən?!

Bu misraların müəllifi kimdir?                                                       a) 

Molla Qasım  b) Aşıq Veysəl   c) Qaracaoğlan  d) Növrəs Kərim      e) 

Yunis Əmrə   

54

İşim yoxdu bir mərd ilə,



Tutuşdum mən bu dərd ilə,

..................................

Qalan dünya deyilmisən?!

Yunis Əmrəyə məxsus bu bənddə misranı bərpa et.                                                        

a) Qiyamətə bu zərd ilə  b) Qiyamətə bu yurd ilə   c) Qiyamətə bu qurd 

ilə  d) Qiyamətə bu şərt ilə    e) Qiyamətə bu fərd ilə  

55

Yunis Əmrə sür səfanı



Sür Səfanı, çək cəfanı!

 .................................  

Alan dünya deyilmisən.

Bənddə misranı bərpa et.                                                             a) O 

damardan çıxan qanı b) O Məhəmməd Mustafanı   c) Bu bazarda hər 

sultanı d) Hər özündən deyən canı e) Yeddi qatlı dəyirmanı   

56

Əlişir Nəvayi təhsil illərində görkəmli şair Fəridəddin Əttarin 



«Məntiqüt-teyr»  poemasını mütaliə etmişdir. «Məntiqüt-teyr»  nə 

deməkdir? 

a) Daş dili   b) Quş dili   c) Od dili   d) Su dili e) Ot dili  



57

Şərq ədəbiyyatında məşhur olan "Gülüstan" və "Bustan" əsərlərinin 

müəllifi kimdir?                                                                            a) 

Hafiz Şirazi   b) Rudəki   c) Firdovsi    d) Rumi e) Sədi Şirazi   

58

 1840-1888-ci illərdə yaşayıb-yaratmışdır. "Vətən və Silistirə" əsərinin 



müəllifidir. Bu türk şairi kimdir?                                        a) İbrahim 

Şinasi b) İ.Qaspıralı  c) Namiq Kamal   d) Əbdülhəq Hamid e) 

Rəcaizadə Mahmud Əkrəm bəy  

59

“Tərcüman” qəzetəsinin iyirmi beş illiyi tamam oldu. Yəni tamam 



iyirmi beş ildir ki, məşhur ədibimiz İsmayıl bəy Qasprinski qələm 

vurur.


..........

Mən elə bilirdim ki, iyirmi beş il tamam olandan sonra dəxi dəftəri 

büküb gedəcək alış-verişə.

...Amma “Tərcüman” genə çıxır və irəlikindən dəxi gözəl çıxır. Əgər 

elə bu gün İsmayıl bəy qəzetini bağlasa, heç kəs gərək buna təəccüb 

eləməyə”. İ.Qaspıralın nəşr etdirdiyi "Tərcüman" qəzetinin 25 illiyi ilə 

əlaqədar bu fikirlərin müəllifi kimdir?    

a) İbrahim Şinasi b) Ö.F.Nemanzadə  c) Salman Mümtaz              d) 

Abdulla Sur e) C.Məmmədquluzadə  

60

  Son dövrlərə aid elmi ədəbiyyatlarda çox haqlı olaraq 



............................ “XIX əsrin sonu, XX əsrin əvvəllərində krım-tatar 

ədəbiyyatının görkəmli nümayəndəsi”, öz zamanında “Rusiya 

müsəlmanlarının lideri”, “türk millətinin müəllimi”, “xalq maarifi 

islahatçısı”, “bütün türkçülük hərəkatının mərkəzi siması” kimi 

öyrənilir və öyrədilir.  Bu türk yazarı kimdir? a) Əbdürrəşid İbrahimov 

b) İbrahim Əbilov  c) Namiq Kamal d) İsmayıl bəy Qaspıralı e) 

Abdulla Cövdət bəy



61

«İqbal» bir nömrəsində (müəllif Hacı İbrahim Qasımov. 15 sentyabr 

1914, № 738) .....................(ona)  «Sizə «həkim» - deyə xitab edirəm

ey dahi!» - deyərək yazırdı: «Bizim bir çox həkim, təbiblərimiz var, 

onlar ayrı-ayrı adamların bədənini müalicə edirlər. Sən də həkim idin 

və lakin ümumi millətin ruhunu müalicə edirdin». Böyük ziyalının 

vəfatı münasibətilə yazılan bu fikirlərin kimə aidliklə söylənildiyini 

müəyyənləşdirin.                                                     a) Əbdürrəşid 

İbrahimova b) İbrahim Əbilova  c) Rəcaizadə Mahmud Əkrəm bəyə d) 

Həsən bəy Zərdabiyə  e) İsmayıl bəy Qaspıralıya 

62

 Böyük idealist və ideoloq ..........................  vəfatı (24 sentyabr 1914-



cü il) xəbəri bütün türk-islam dünyasını kədərə, qəm dəryasına qərq 

etmiş, sarsıtmışdı. Məscidlərdə mərhumun adına Quran oxudulur, 

ehsanlar verilir, başda «Tərcüman» olmaqla, Rusiyada nəşr olunan 

bütün türk qəzetləri başsağlığı dərc edir, böyük xalq xadiminə həsr 

olunmuş yazılar verirdi. Nöqtələrin yerinə yazılacaq adı 

müəyyənləşdirin.

a)  İsmayıl bəy Qaspıralının b) İbrahim Əbilovun  c) Rəcaizadə 

Mahmud Əkrəm bəyin d) Həsən bəy Zərdabinin  e) Əbdürrəşid 

İbrahimovun 

63

Böyük xalq xadiminin fəaliyyəti çoxşaxəli olduğu qədər də faydalı və 



zəngin olmuşdur. Məktəbi millətin nicat yolu kimi qəbul edən 

maarifpərvər ziylı 1884-cü ilin yanvarında ənənəvi məktəblərdən 

fərqlənən təhsil ocağı açdı. Yeni üsulla fəaliyyət göstərən bu məktəbdə 

tətbiq olunan təcrübə özünü doğrultdu –şagirdlər

qısa müddət ərzində oxuma və yazmağa müvəffəq oldular. Onun 

təhsildəki islahatı tədricən sistem kimi formalaşdı və «üsuli-cədid» - 

yəni «yeni üsul» adını aldı. Bu sistem Rusiya müsəlmanları arasında 

savadsızlığın hakim kəsildiyi bir cəmiyyət üçün ən səmərəli üsul 

sayılırdı. Bu mətində kimdən danışılır?

a)  Rüşdiyyədən b) İbrahim Əbilovdan c) İsmayıl bəy Qaspıralıdan d) 

Həsən bəy Zərdabiən  e) Əbdürrəşid İbrahimovdan 



64

Nəvayinin “Səbeyi-səyyarə” poeması necə bitir?

a) Əsərin sonunda Bəhram yuxusuzluq xəstəliyindən dünyasını dəyişir  

b)  Əsərin sonunda Bəhram Dilaramla döyüşdə ölür  c) Əsər Bəhramın 

yuxusu ilə tamamlanır  d) Əsərin sonunda Bəhram ömrünü nağıllara 

qulaq asmaqla sona vurmağı planlaşdırır e) Əsərin sonunda Bəhram 

Dilaramın ardınca elçi göndərir və əsər xoşbəxt sonluqla bitir.  

65

Nəvayinin “Səbeyi-səyyarə” poemasında yeddinci səyyahın danışdığı 



nağıl kimə aiddir? a) Dilarama  b) Fitnəyə   c) Gülbutaya  d) 

Güləndama  e) Gavəyə 

66

Nəvayi hansı poemasında Bəhram şahla bağlı əhvalatları qələmə 



alınmışdır?                                                                                  a) "Həft 

cam" b) “Səbeyi-səyyarə”  c) “Leyli və Məcnun”                   d) 

«Heyrətül-əbrar»  e)   “Fərhad və Şirin”

67

 Nəvayi hansı poemasında 20 məqalət və bir o qədər də hikmətamiz 



əhvalat qələmə almışdır?                                                              a) 

"Həft cam" b) “Səbeyi-səyyarə”  c) “Leyli və Məcnun”                   d) 

«Heyrətül-əbrar»  e)   “Fərhad və Şirin”

68

Bu əsərlərdən hansı Nəvayinin deyil? 



a) "Həft cam" b) “Səbeyi-səyyarə”  c) “Leyli və Məcnun”     d) 

«Heyrətül-əbrar»  e)   “Fərhad və Şirin”

69

Bu əsərlərdən hansı Nəvayinin deyil? 



a) «Heyrətül-əbrar» b) “Səbeyi-səyyarə”  c) “Leyli və Məcnun”     d) 

"Miratül-cəmal"  e)   “Fərhad və Şirin”

70

Bu əsərlərdən hansı Nəvayinin deyil? 



a) «Heyrətül-əbrar» b)  "Müşkatül-ənvar" c) “Fərhad və Şirin”    d) 

“Səbeyi-səyyarə” e)   “Leyli və Məcnun”

71

Bu əsərlərdən hansı Nəvayinin deyil? 



a) «Heyrətül-əbrar» b) “Leyli və Məcnun”  c) “Fərhad və Şirin”    d) 

“Səbeyi-səyyarə” e) “Həft peykər”  

72

Nəvainin divanlarında toplanan şeirlərin həcmi  haqqında  doğru cavab 



hansıdır?

a) 17000 beytdən artıqdır  b) 27000 beytdən artıqdır c) 37000 beytdən 

artıqdır d) 47000 beytdən artıqdır e) 57000 beytdən artıqdır



73

Əlişir Nəvayinin dördüncü  divanı necə adlanır?                                   

a) “Ğərabüs-siğər”    b) “Bədayiül-vəsət”        c) “Fəvaidül-kübar” d) 

“Fəvaidül-vəsət”     e)   “Nəvadirüş-şəbab”

74

Əlişir Nəvayinin üçüncü  divanı necə adlanır?                                   a) 



“Ğərabüs-siğər”    b) “Bədayiül-vəsət”        c) “Fəvaidül-kübar” d) 

“Fəvaidül-vəsət”     e)   “Nəvadirüş-şəbab”

75

Əlişir Nəvayinin ikinci divanı necə adlanır?                                   a) 



“Ğərabüs-siğər”    b) “Bədayiül-vəsət”        c) “Fəvaidül-kübar” d) 

“Fəvaidül-vəsət”     e)   “Nəvadirüş-şəbab”

76

Əlişir Nəvayinin dördüncü divanı “Fəvaidül-kübar”  adlanır. Bu nə 



deməkdir?                                                                                       a) 

Gəncliyin nadirlikləri b) Orta yaşın bədiələri  c) Uşaqlığın qəribəlikləri 

d) Ömrün nadirlikləri e) Qocalığın faydaları

77

 Əlişir Nəvayinin üçüncü divanı “Bədayiül-vəsət”  adlanır. Bu nə 



deməkdir?                                                                                       a) 

Gəncliyin nadirlikləri b) Orta yaşın bədiələri  c) Uşaqlığın qəribəlikləri 

d) Ömrün nadirlikləri e) Qocalığın faydaları

78

Əlişir Nəvayinin ikinci divanı “Nəvadirüş-şəbab” adlanır. Bu nə 



deməkdir?                                                                                       a) 

Gəncliyin nadirlikləri b) Orta yaşın bədiələri  c) Uşaqlığın qəribəlikləri 

d) Ömrün nadirlikləri e) Qocalığın faydaları

79

Əlişir Nəvayinin birinci divanı “Ğərabüs-siğər” adlanır. Bu nə 



deməkdir?                                                                                       a) 

Gəncliyin nadirlikləri b) Orta yaşın bədiələri  c) Uşaqlığın qəribəlikləri 

d) Ömrün nadirlikləri e) Qocalığın faydaları

80

Əlişir Nəvayinin birinci divanı necə adlanır?                                   a) 



“Nəvadirüş-şəbab”   b) “Bədayiül-vəsət”        c) “Fəvaidül-kübar” d) 

“Fəvaidül-vəsət”     e) “Ğərabüs-siğər”  

81

Şair  ilk divanlarını  Hüseyn Bayqaranın məsləhəti ilə tərtib etmiş, 



sonradan Əbdürrəhman Cami ona tövsiyə etmişdir ki, lirik əsərlərini 4 

divana bölsün. Şairin birinci divanı “Ğərabüş-siğər”  adlanır. Bu, hansı 

şairdir?                                                                               a) Mirzə 

Uluqbəy   b) M.Fərabi        c) Əlişir Nəvayi d) M.Şeyxzadə    e) 

K.Yaşen



82

1469-cu ildə Səmərqənddən Herata –Hüseyn Bayqara sarayına gəldikdə  

o, artıq görkəmli şair kimi tanınırdı. Hüseyn Bayqara (1438- 1506) ona 

əvvəlcə mülazim rütbəsi vermiş, sonra möhrdar təyin etmişdir.  Şair 

1472-ci ildə vəzir vəzifəsinə yüksəlmişdir. Bu şair kimdir?                                                                                     

a) Mirzə Uluqbəy   b) M.Fərabi  c) M.Şeyxzadə  d)  K.Yaşen e) Əlişir 

Nəvayi 

83

1441-1501-ci illərdə  yaşayıb-yaradan şair 3-4 yaşlarında Şah Qasım 



Ənvarın şeirlərini əzbər bilirmiş. Onun məktəb yoldaşları  Sədinin 

«Gülüstan» və «Bustan» əsərlərini oxuduqları halda, o, görkəmli şair 

Fəridəddin Əttarın «Məntiqüt-teyr» («quş dili» ) poemasını mütaliə 

etmişdir. Bu hansı şairdir?                                    a) Mirzə Uluqbəy   b) 

M.Fərabi        c) M.Şeyxzadə  d) Əlişir Nəvayi   e) K.Yaşen

84

Xorasan vilayətinin Herat şəhərində iri feodal ailəsində anadan olan bu 



özbək şairi  1447-1465-ci illərdə İraqda və Məşhəddə, 1466-1469-cu 

illərdə isə Səmərqənddə yaşamışdır.  Söhbət kimdən gedir? a) Mirzə 

Uluqbəydən  b)  Əlişir Nəvayidən  c)  M.Fərabidən  d) M.Şeyxzadədən  

e) K.Yaşendən

85

Əlişir Nəvayi neçənci illərdə yaşayıb-yaratmışdır? a)1441-1501      b) 



1431-1500  c)1421-1491   d) 1431-1999  e) 1421-1494 

86

Ensiklopedik yaradıcılığa malik olan, böyük  şair, alim, görkəmli 



dövlət xadimi 57000 misradan artıq liril əsərlər, möhtəşəm epik 

poemalar müəllifidir. Özbək ədəbiyyatını ədəbi-bədii, elmi-nəzəri 

əsərləri ilə zənginləşdirən şair XV əsrdə yaşamış, 1501-ci ildə vəfat 

etmişdir. Bu, hansı şairdir?     a) Mirzə Uluqbəy   b) M.Fərabi        c) 

Əlişir Nəvayi  d) M.Şeyxzadə  e) K.Yaşen

87

2010-cu ildə Bakıda "Elm və təhsil" nəşriyyatında  çapdan çıxmış "Orta 



əsrlər Şərq ədəbiyyatı" əsərinin müəllifi kimdir? 

a) Pənah Xəlilov   b) Cəlil Nağıyev c) Ramil Əliyev  d) Məmməd Cəfər  

e) Elman Quliyev



88

O, 8-ci sinfi bitirdikdən sonra Cambul zootexnikumuna daxil olmuş, 

həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948-1953-cü  illərdə 

Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildən 

yazıçının dövri mətbuatda  qırğız dilində ilk əsərləri çap olunmağa 

başlamışdır.  Bu, hansı yazıçıdır?                                    a)  Luis Araqon 

b) Çingiz Aytmatov    c)  Çingiz Əliyev                 d) Georgiy Qaçev   

e) Oljas Süleymanov

89

Yazıçı ali təhsil aldıqdan sonra 3 il ərzində Qırğızıstan Respublikasının 



Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Yazıçının Moskvadakı 

Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə ,  atasının bəraət 

almasından sonra mümkün olmuşdur. "Cəmilə" əsərinin müəllifidir. 

Söhbət hansı yazıçıdan gedir?                                                                                                    

a) Çingiz Aytmatovdan  b) Luis Araqondan   c)  Çingiz Əliyevdən                 

d) Georgiy Qaçevdən   e) Oljas Süleymanovdan

90

O, millət vəkili, QırğızıstanYazıçılar İttifaqının və Kinematoqrafçılar 



İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Həmrəylik 

Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş 

redaktoru, "İssıkkul forumu" adlı beynəlxalq intellektual hərəkatın 

təşəbbüskarı idi. "Köçəri quşun ağlaması“ əsərində insanların 

məsuliyyətindən ayrıca söz aşır. Bu müəllif kimdir?                                                                                

a) Oljas Süleymanov b) Luis Araqon   c)  Çingiz Əliyev                 d) 

Georgiy Qaçev   e) Çingiz Aytmatov

91

Yazıçının  "Köçəri quşun ağlaması“ əsərindən oxuyuruq: "Amma yenə 



də, hər halda ey insanlar, qeyri-insani bəlalardan, sönməyən 

yanğınlardan, qarşısı alınmayan qanlı qırğınlardan, düzəlməyən 

işlərdən qurtulun. Ey insanlar, pis adamların bəlalarından qurtulun!.." 

Bu sətirlərin müəllifini müəyyənləşdirin. a) Oljas Süleymanov b) Luis 

Araqon   c)  Çingiz Əliyev     d) Georgiy Qaçev   e) Çingiz Aytmatov



92

Yazıçı "Çingiz Aytmatov dünya mədəniyyəti aləmində“ məqaləsində ( 

1977) yazmışdır:  “Çingiz Aytmatovun əsərləri son onilliklərdə bizim 

ayrılmaz tərkib elementimiz və həyat amilimiz olmuşdur: onlar 

ruhlarımızı düşüncələrimizlə, qəlblərimizi, xəyallarımızı gözəlliklə 

qidalandırır, bizdə daxili insanı dərinləşdirir. Çingiz Aytmatov əsl: 

həyat həmrahı, düşüncələrin dolandırıcısı və bizim nəslin hisslərinin 

ifadəçisidır". Bu məqalənin müəllifi kimdir? a) Oljas Süleymanov b) 

Luis Araqon   c)  Çingiz Əliyev     d) Georgiy Qaçev   e) Hüseynbala 

Mirələmov  

93

Fransız yazıçısı Luis Araqon  əsərlə tanışlıqdan sonra heyrətini belə 



ifadə etmişdir: "Qeyd etmək istəyirəm ki, bu əsər dünyada sevgi 

haqqında yazılan ən gözəl hekayətdir. Gənc yazıçı məhəbbət haqqında 

indiyə qədər heç kimin danışmadığı  kimi danışır.” Yazıçını və əsəri 

müəyyənləşdirin.                                                                                           

a) Çingiz Aytmatov, "Əlvida Gülsarı"  b) Georgiy Qaçev, "Dəniz 

kənarı ilə qaçan alabaş"   c)  Çingiz Aytmatov, "Cəmilə"    d) Oljas 

Süleymanov, "Gün var əsrə bərabər"    e) Çingiz Əliyev, 

"Kassandra 

damğası" 

94

Fransız yazıçısı Luis Araqon  əsərlə tanışlıqdan sonra heyrətini belə 



ifadə etmişdir: "Qeyd etmək istəyirəm ki, bu əsər dünyada sevgi 

haqqında yazılan ən gözəl hekayətdir. Gənc yazıçı məhəbbət haqqında 

indiyə qədər heç kimin danışmadığı  kimi danışır.” Bu, Çingiz 

Aytmatovun hansı əsəridir?                                               a) "Əlvida 

Gülsarı"  b) "Dəniz kənarı ilə qaçan alabaş"                  c)  "Cəmilə"    

d) "Gün var əsrə bərabər"    e) "Kassandra damğası" 

95

"Cəmilə" romanını fransız dilinə tərcümə edən və ön sözün müəllifi 



olan tanınmış fransız yazıçısı ..................  əsərlə tanışlıqdan sonra 

heyrətini belə ifadə etmişdir: "Qeyd etmək istəyirəm ki, bu əsər 

dünyada sevgi haqqında yazılan ən gözəl hekayətdir. Gənc yazıçı 

məhəbbət haqqında indiyə qədər heç kimin danışmadığı  kimi danışır.” 

Nöqtələrin yerinə hansı müəllifin adı yazılmalıdır?

a) Şarl Perro  b)Anri Truaya     c)  Alber Kamü    d) Pol Elüar   e) Luis 

Araqon



96

 Əsərin  baş qəhrəmanı Yedigey vicdanlı, yorulmaq bilməyən 

zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif 

qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün 

bəşəriyyətin sabahkı günü ilə müqayisə edir, dünyada əminamanlığın, 

xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi 

səciyyələndirir. Söhbət Çingiz Aytmatovun hansı əsərindən gedir?                                                                          

a) "Əlvida Gülsarı"  b) "Dəniz kənarı ilə qaçan alabaş"                  c)  

"Cəmilə"    d) "Gün var əsrə bərabər"    e) "Kassandra damğası" 

97

Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının baş qəhrəmanı 



kimdir?                                                                       a) Əbutalib b) 

Kazangap  c)  Stalin    d) Yedigey   e) Toktoqul 

98

Romanları, hekayələri 150-dən çox dilə təcümə edilən yazıçının 



əsərlərini "Yer üzündə yaşayan bütün insanlar haqqında ensiklopediya" 

adlandırırlar. «Ağ gəmi» povestinin qəhrəmanı  Uşaqdır. Söhbət hansı 

qırşız yazıçısından gedir?                         a) Oljas Süleymanova b) 

M.Fəraqidən  c)  Çingiz Aytmatovdan    d) Tölöqon Qasımbekovdan e) 

Toktoqul Satılqanovdan 

99

1928-2008-ci illərdə yaşayıb-yaratmışdır. Atası görkəmli dövlət xadimi 



idi, lakin 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. 

Milliyyətcə tatar olan anası Naqima ................ yerli teatrda aktrisa idi. 

Qırğızıstanın Talas vadisi bölgəsində Şəkər kəndində anadan olmuşdur. 

Bu deyilənlər hansı yazıçıya aiddir:

a) Oljas Süleymanova b) Çingiz Aytmatova  c)  Çingiz Əliyevə     d) 

Georgiy Qaçevə   e) Hüseynbala Mirələmova 

100

Sevərəm bən seni candan içerü,                                                        



Yolum ötməz bu ərkandan içərü.                                              …O bir 

dilbərdürür, yoqdur nişanı,                                                Nişan yoqdur 

binişandan içərü. Bu misraların müəllifi kimdir?        a) Molla Əli b) 

Yunis Əmrə  c) Molla Qasım    d) Dərviş Əli             e) Tapdıq Əmrə 




101

Bəni sorma bana, bəndə degülvən,                                       Surətüm boş 

yürir təndan içərü.                                                                   

..............................................                                               Qədəm kim 

basa sultandan içərü?!                                          Yunis İmrəyə məxsus 

bu beytlərdə buraxılmış misranı bərpa et.      a) Bəni bəndən alana 

irmez elüm  b) O bir dilbərdürür, yoqdur nişanı  c)  Kimə degdi isə ol 

dost nəzəri    d) Çıxıç getdi o can ki,  irmez elüm  e) Dolaşdım səhranı, 

yoqdur nişanı                  

102


Yunis Əmrə ilə əlaqələndirilən bu misralarda nöqtələrin yerinə 

yazılmalıdır.                                                                                        

Dərvis Yunus, bu sözü əyri-bəyri söyləmə,                                      Səni 

sınağa çəkər bir ................. gəlir.                                         a) Molla Əli 

b) Molla Cuma  c) Molla Qasım    d) Dərviş Əli             e) Tapdıq 

Əmrə 


103

Rəvayətə görə, şairin 3000 şeiri olmuş və bir divanda toplanmışdır. 

Guya həmin “Divan”ı  Molla Qasım adlı birisi oxuyarkən 1000 şeir 

bitdikdən sonra «bunlar şeirdirmi» deyə yandırmışdır. Daha 1000 şeiri 

də bəyənməmiş və suya atmışdır. Bu rəvayətdə hansı şairdən danışılır?                                                                                         

a) Dərviş Əlidən b) Yusif Əmrədən  c) Abdal Abbasdan    d) Aşıq 

Veysəldən  e) Rumidən  

104


Dərviş .............. söylər sözü,                                                                   

Yaş doludur iki gözü                                                           Bilməyən nə 

bilsin bizi?!                                                                        Bilənlərə 

salam olsun!                                                               Nöqtələrin yerinə 

hansı bənddəki ad yazılmalıdır?                          a) Əli b) Yusif  c) 

Yunus    d) Əmrə e) Qasım  

105

Yunis Əmrənin müəllimlərindən söz düşərkən ............... adı məxsusi 



çəkilir. Guya Yunis İmrə ............ yanında şagird olaraq çalışmış, əsasən 

odunçu işlərini görmüşdür. Rəvayətə görə, Yunis  Əmrə ustadı 

............... 30-40 il çalışmış, təriqətin bütün qaydalarını mənimsəmişdir. 

Yunis Əmrənin onun qızına aşiq olduğunu bilən  gəncləri 

evləndirmişdir. Burada Yunis Əmrənin ustadı olaraq kimdən danışılır? 

a) Molla Qasımdan b) Dəqiqidən c) Mövlanadan    d) Tapdıq Əmrədən 

e) İmran Əmrədən 



106

Kimsə durmaz qəsdimizə,                                                      Gedər 

olduq dostumuza,                                                               Namaz üçün 

üstümüzə                                                                       Duranlara salam 

olsun!

Bu misralar hansı türk şairinə məxsusdur? a) Mövlana Cəlaləddin 



Rumiyə  b) Aşıq Veysələ c) Molla Qasıma       d) Yuniz Emrəyə e) 

Nəvaiyə 


107

Tənim ortaya açıla,                                                                         

Yaxasız köynək biçilə,                                                                 Bizi 

asan vəch ilə                                                                             Yuyanlara 

salam olsun!                                                               Bu misralar hansı 

türk şairinə məxsusdur?                                         a) Mövlana 

Cəlaləddin Rumiyə  b) Aşıq Veysələ c) Molla Qasıma       d) Yuniz 

Emrəyə e) Nəvaiyə 

108

Şair Əskişəhərin Sivrihisar qəzası yaxınlığındakı Sarıköydə əslən 



Xorasan türklərindən olan Hacı İsmayıl adlı bir şəxsin ailəsində anadan 

olmuş (1240 \1241), bu şəhərdə də dünyasını dəyişmişdir. Bu hansı 

şairdir? 

a) Mövlana Cəlaləddin Rumi  b) Aşıq Veysəl c) Molla Qasım       d) 

Yuniz Emrə e) Nəvai

109


Şairin 1320-1321-ci illərdə vəfat etməsi güman edilir. Şeirlərindən 

öyrənirik ki, şair Konyada məşhur alim və şair Mövlana Cəlaləddin 

Rumi ilə görüşmüş, önun şeirlərindən zövq almışdır. Söhbət hansı 

şairdən gedir? a) Yuniz Emrədən b) Aşıq Veysəldən c) Molla 

Qasımdan  d) Namiq Kamaldan e) Nəvaidən 

110


Əcəl bükə belimizi                                                                          

Söylətməyə dilimizi                                                                       Xəstə 

ikən halımızı                                                                      

........................................                                                                    

Nöqtələrin yerinə yazılacaq misra hansı bənddədir?                                                                                             

a) Görənlərə salam olsun! b) Bilənlərə salam olsun!  c) Duyanlara 

salam olsun!  d) Əyənlərə salam olsun! e)Soranlara salam olsun!

111


Bəyazid Dövlət Kitabxanasında üzə çıxarılan bir məcmuədə Yunis 

Əmrənin hicri ...............-ci ildə vəfat etdiyi və ............ ömür sürdüyü 

qeyd edilmişdir. Nöqtələrin yerinə müvafiq surətdə hansı rəqəmlər 

yazılmalıdır? 

a) 712, 89 b) 729, 89  c)  720, 82  d) 702, 82 e) 730, 82



112

Biz dünyadan gedər olduq,                                                 Qalanlara 

salam olsun!                                                              

.................................                                                                      

Qılanlara salam olsun!                                                                        

Nöqtələrin yerinə yazılacaq misra hansı bənddədir?                                                                                             

a) Gecə-gündüz el namazı  b) Bir qəlblik sirat namazı  c)  Bizim üçün 

xeyir-dua  d) Nəşimizə bütöv namaz  e)Tanrı dərgahında namaz  

113

Biz dünyadan gedər olduq,                                                       Qalanlara 



salam olsun!                                                           Bizim üçün xeyir-dua                                                         

Qılanlara salam olsun! Bu misraların müəllifi hansı türk şairidir?             

a) Nazim Hikmət  b) Əbdülhəq Hamid  c)  Rumi  d) Aşıq Veysəl            

e) Yunis Əmrə 

114

Türk ədəbiyyatşünası S.K.Karaalioğlu şairi  «Anadolu türkcəsinin şeir 



peyğşmbəri» adlandırmışdır. Bu hansı şairdir? 

a) Molla Abbas   b) Yunis Emre c)  Rumi  d) Aşıq Veysəl            e) 

Qaracaoğlan   

115


Yunis İmre neçənci illərdə yaşayıb-yaratmışdır?

a) 1221-1298   b) 1241-1291   c) 1231-1321  d) 1241-1321  e) 1241-

1311

116


Əbülqasim Firdovsinin "Şahnamə" əsəri Bakıda "Öndər" nəşriyyatı 

tərəfindən latın qrafikalı Azərbaycan əlifbası ilə neçənci ildə nəşr 

olunmuşdur? 

a) 2003-cü ildə    b) 2004-cü ildə  c)  2005-ci ildə                                       

d) 2006-cı ildə   e) 2007-ci ildə 

117


Ə.Firdovsi hansı şairin min misrasını özünün "Şahnamə"sinin əvvəlinə 

əlavə etmişdir?                                                                a) Dəqiqinin   

b) Rudəkinin c)  Xəyyamın                                      d)  Nəvainin  e) 

Ruminin   




118

"Heyif olsun Firdövsi əminin şahlar naminə yazdığı «Şahnamə»sinə; 

həmən «Şahnamə»yə ki, dünya yaranandan indiyə kimi bircə nəfər türk 

oğlu türk o kitabı əlinə alıb, oxuyanda başa düşməyib ki, nə oxuyur və 

niyə oxuyur."

Bu sətirlərin yer tutduğu "Heyif olsun" felyetonunu kim yazmışdır?

a) Ə.Qəmküsar   b) M.S.Ordubadi c)  F.Köçərli                                   d)  

Ü.Hacıbəyov  e) C.Məmmədquluzadə   

119

Mürsəl Nəbidən sonra mötəbər,



Əbu Bəkrə tay olmamış bir nəfər.

Ömər dini-islama verdi rəvac,

Müsəlmanlığın başına qoydu tac.

Çatıb vəsf üçün Osmanın növbəti,

Həmi izzəti vardı, həm isməti.

Xəlifə olub növbət ilə Əli,

Məhəmməd onu vəsf edibdir, bəli.

Demiş ki: “Əli olmasaydı əgər,

Qazanmazdı islam bunca zəfər.

Mənəm elm şəhri, Əlidir qapım”.

Necə mən bu sözlərdə nöqsan tapım?

Bu misraların müəllifi kimdir?                                                       a) 

Hafiz Şirazi   b) Sədi Şirazi c)   Ömər Xəyyam                                   d)  

Firdovsi  e) Rumi   



120

Əbülqasım Firdovsi neçənci illərdə yaşayıb-yaratmışdır?



a) 914-1004   b) 924-1004 c)   944-1004  d)  904-1000  e) 934-1024

Yüklə 223,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə