Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   46

Onun hakimiyyəti dövründə romalılar ölkədə sabitliyə görə sevinir və Oktaviana
sədaqət nümayiş etdirirdilər. Onu Avqust adlandırmağa başladılar. Bu söz “avqur”
sözündən idi və “uzaqgörən” mənasını verirdi.
Oktavian Avqust öz sələfinin – Yuli Sezarın təqvim islahatlarını davam etdirdi. Dörd
ildən bir fevralın 29 gündən ibarət olması məhz bu imperatorun adı ilə bağlıdır. Buna
görə də sekstilis ayının adı dəyişdirilib avqust adlandırıldı.
Sonrakı aylar isə olduğu kimi qaldı: sentyabr (lat. septem – yeddinci), oktyabr (lat.
okto – səkkizinci), noyabr (lat. novem – doqquzuncu), dekabr (lat. dekem – onuncu).
Lakin bu halda ayların adı ilə real sıra nömrəsi arasında uyğunluq pozuldu.
Göründüyü kimi, gündəlik həyatda istifadə etdiyimiz, bizə çox adi görünən ay adlarının
hər birinin çox maraqlı tarixi var.
Rafiq Ələkbəroğlu
Söz ehtiyatı
5.  Verilmiş ifadələrin mətndəki göy rəngli boşluqlara uyğunluğunu müəyyən edin:
Bununla belə 
Qeyd edildiyi kimi 
Məlum olduğu kimi
6.  Dilimizdə “status“ sözünün başqa hansı mənası var?
7.  Latınca “okto” sözündən yaranmış “oktava”, “dekem” sözündən yaranmış
“dekada” sözlərinin mənalarını araşdırın.
Düşün və cavab ver
8.  Mətndə altından xətt çəkilmiş cümləni şərh edin. Nəyə görə latınca “septem” sözü
“yeddinci” mənasını verdiyinə baxmayaraq, sentyabr ilin doqquzuncu ayıdır?
9.  * Doğru, yanlış, yoxsa mübahisəli?
1. İlk altı ayın adı ilahların adından götürülmüşdür. 
2. Müasir ay adları Miladdan öncə VI–V əsrlərdə formalaşmışdır. 
3. Miladdan öncə 46-cı ili tarixdə ən qısa təqvim ili hesab etmək olar. 
Dil qaydaları
10.  Mətndə göy rənglə verilmiş feillərin zamanını müəyyən edin.


Yadda saxla!
 İDİ, İMİŞ HİSSƏCİKLƏRİ VƏ KEÇMİŞ ZAMAN ŞƏKİLÇİLƏRİ
11.  Verilmiş feilləri müqayisə edin. İdi, imiş hissəciyi qəbul etmiş feilləri kök və
şəkilçilərə ayırmaqla dəftərinizə köçürün. Seçiminizi əsaslandırın.
güldüm – gülürdüm 
sevildi – sevirdi 
baxılırdı – baxıldı 
nail oldular – nail olmuşdular 
danışacaqmış – danışılmışdır 
sərilmişdi – sərəcəkdi 
çatmışdıq – çatdırıldı 
12.  * Verilmiş cümlələrdə altından xətt çəkilmiş feillərin hansının idi hissəciyi ilə
işləndiyini yazın.
1. Həyəcan getdikcə artırdı. 
2. Elektrik mühəndisi şəbəkədəki gərginliyi bir qədər də artırdı. 
3. Güclü tufan gözlənildiyindən sahildə yaşayan əhalini şəhərə köçürdülər. 
4. Elat yaylağa köçürdü. 
5. Çox keçmədi ki, onu gözdən itirdim. 
6. Kənddən uzaqlaşdıqca evlərin işıqları yavaş-yavaş gözdən itirdi. 
7. Bülbül o kolluğa çatmaq üçün dayanmadan uçur, uçurdu. 
8. Buldozer nərilti-gurultu ilə irəliləyib binanın son qalıqlarını da uçurdu. 
Tapşırıqdakı nümunələrdən çıxış edərək idi, imiş hissəciklərinin feilin keçmiş zaman
şəkilçilərindən fərqli əlamətlərini izah edin.
İdi, imiş hissəciklərinin ixtisar formaları olan -dı , -mış  feilin müvafiq zaman
şəkilçilərinə (-dı , -mış ) oxşayır.
Nəzərə almaq lazımdır ki, zaman şəkilçiləri feilin başlanğıc formasına artırılır. İdi,
imiş hissəciklərinin qısa formaları isə feil şəkillərinin əlamətlərindən sonra işlənir.
İdi, imiş hissəcikləri: gəl-ir-di-m, gəl-ir-miş-əm. 
Feilin zaman şəkilçiləri: gəl-di-m, gəl-miş-dir.
4
4
4
4


Baba kitabları alıb həmin hissələri oxudu,
sonra onları bir kənara qoyub sözə başladı:
– Hə, Uğur bala, bu suala cavab vermək üçün gəl əvvəlcə “Quran”a müraciət edək.
Müqəddəs kitabımızın “Əl-Əraf” surəsində deyilir: “Ey Adəm, sən zövcənlə birlikdə
Cənnətdə sakin ol. Bəyəndiyinizdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın!..” Amma
ulu babamızla nənəmiz şeytana uyub Allahın qadağan elədiyi ağacın meyvəsindən
daddılar. Onda Rəbbimiz onlara dedi: “Mən sizə o ağacı qadağan etmədimmi və
şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?” Görürsən, “Quran”da söhbətin
hansı meyvədən getdiyi açıqlanmır, burada qeyri-müəyyən bir ağac haqqında
danışılır...
– Onda niyə buğda deyirlər? Axı buğda ağacda bitmir. Məncə, alma daha ağlabatandır.
– Məntiqi baxımdan düzgün fikirləşirsən. Amma, Uğur, məncə, Adəmlə Həvvanın hansı
nemətdən yemələrinin heç bir fərqi yoxdur. Ümumiyyətlə, sən “Buğda yeyib,
cənnətdən çıxıb” ifadəsinin mənasını bilirsən?
– Mən biləni, bu, zərbi-məsəldir. Onu məsuliyyət hissini itirən, ani istəklərini yüksək
öhdəliklərdən üstün tutan adamlar haqqında işlədirlər.
– Doğrudur, ağıllı balam. Belə olan halda nə fərqi var, onlar nə yeyiblər:
DİNİ DEYİMLƏR
Uğurun elmə, biliyə həvəsi böyük idi.
Dərslərə hazırlaşanda təkcə məktəb
dərslikləri ilə kifayətlənməz, əlavə
kitablar oxuyardı. Babasının zəngin
kitabxanasında hər bir mövzuda kitab
var idi. Tələt babanın özü də əsl canlı
ensiklopediya idi: haradan desən,
oradan xəbər verirdi.
Uğur bu gün yenə çətinə düşmüşdü.
Müraciət etdiyi mənbələrdə ziddiyyətlər
var idi. O, babasının iş otağına getdi.
Gətirdiyi iki kitabı masanın üstündə
yan-yana qoydu:
– Baba, bax bu kitabda deyilir ki, Adəm
ilə Həvva buğda yeyib cənnətdən
çıxdılar, burada isə onların alma yediyi
göstərilir. Bunlardan hansı doğrudur?


buğda, yoxsa alma? Əvvəla, cənnətdə olan nemətləri bu dünyadakılarla müqayisə
etmək özü yanlışdır. Əsas məsələ Adəmlə Həvvanın nəyi deyil, niyə yemələridir.
Problem bəndələrin Allahın qoyduğu qaydanı pozmasındadır, şeytana uymasındadır,
qadağan edilən yola düşməsindədir.
Uğur babasına etiraz etməyə çalışdı:
– Ancaq, məncə, hər şeydə dəqiqlik olmalıdır. Bəlkə, daha qədim mənbələri
araşdırsaq
, Adəmlə Həvvanın hansı meyvə yediyini aşkar edə bilərik?
Nəvəsinin elmə olan hədsiz həvəsi ilə fərəhlənən Tələt baba onun başını sığalladı:
- Bax bu sizin nəslinizin öhdəsinə düşür. Elmdə bu cür həllini tapmamış məsələlər
çoxdur. 
İstəyirsənsə
, birini də deyim?
– Əlbəttə, de, mənim üçün çox maraqlıdır.
– Yaxşı, qulaq as. Həmin “Əl-Əraf” surəsinin 40-cı ayəsi belədir: “Ayələrimizi yalan
hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə
iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər!” Oxşar ifadə
“İncil”də də var: “Dəvənin iynənin gözündən keçməsi günahkarın Allahın dərgahına
daxil olmasından asandır”. Yunan dilində “dəvə” və “yoğun kəndir” sözləri eyni cür
səslənir. Onların yazılışında isə cəmi bir hərf fərqlənir: “kamelos” – “kamilos”. Buna
əsaslanan bəzi tədqiqatçılar iddia edirlər ki, “İncil”i köçürənlər səhvə yol veriblər:
“kəndir” əvəzinə “dəvə” yazıblar...
– Baba, baba!.. – Uğur özünü saxlaya bilməyib babasının sözünü kəsdi. – “Dəvə” və
“kəndir” sözləri ərəb dilində də bir-birinə çox oxşayır: “camal” və “cumal”.
Yazılışlarında isə fərq yoxdur, çünki ərəb dilində saitlər yazılmır. Mən dəqiq bilirəm. Axı
məktəbimizdəki ərəb dili kursuna gedirəm. Artıq ərəbcə oxuya, yaza bilirəm. Müəllim
deyir ki, bir il də belə çalışsam, “Qurani-Kərim”i ərəbcə oxuya bilərəm.
– İnşallah, – deyə Tələt baba fəxrlə əlini nəvəsinin çiyninə qoydu.
– Baba, sən bilirsən, “inşallah” ərəbcə nə deməkdir? Bu sözün ilkin mənası “Allah
istəyirsə, olar” deməkdir... Hə, bağışla, sözünü kəsdim. Dəvədən danışırdın.
– Deməli, belə, – deyə baba nitqini yekunlaşdırmağa çalışdı. – Əlbəttə, iynənin
gözündən nə dəvəni, nə də yoğun kəndiri keçirmək mümkündür. Bu ifadə Allah
dərgahına gedən yolun nə qədər çətin olduğundan xəbər verir.
– Baba, ifadənin mənasını anladım. Ancaq mən yenə başa düşmədim: dəvə, yoxsa
kəndir? Axı biz bu mübahisəni həll edə bilmiriksə, deməli, məsələ açıq qalır.
Babanın, deyəsən, səbri tükənirdi:
– Yaxşı, sən özün necə fikirləşirsən? Bu ifadədə “dəvə” sözünü işlətməliyik, yoxsa
yoğun kəndir?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə