Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

Xalq arasında geniş yayılmış “O vaxta ya şah (xan) ölər, ya eşşək” məsəli də
Teymurləngin adı ilə əlaqələndirilir.
Belə deyirlər ki, bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Teymur üzünü Mollaya
tutub deyir ki, Molla, sənin eşşəkdən yaxşı başın çıxır, bu eşşəyə bir qiymət ver. Molla
isə cavabında deyir:
– Qibleyi-aləm sağ olsun, bu çox zəkalı heyvandır. Əgər bunu mənə versəniz, mən ona
beş ilə danışmaq öyrədərəm.
edin. Fikirlərə öz münasibətinizi bildirin.


Teymurləng Mollaya xeyli qızıl verib yola salır ki, eşşəyə danışmaq öyrətsin. Evə
gələndə arvadı ondan nə baş verdiyini soruşur. Molla başına gələnləri deyəndə arvadı
bərk narahat olub soruşur ki, ay kişi, birdən eşşək danışa bilmədi, onda nə edərik?
Molla deyir:
– Arvad, mən elə bilirdim ki, təkcə Teymur ağılsızdır, demə, sən də onun tayı imişsən.
Əlbəttə, eşşək danışmaz. Allah kərimdir. Beş ilə ya eşşək ölə, ya Teymur. Elə ikisi də
dünyanı tutub durmayacaq ki?
Nəzərə almaq lazımdır ki, bu və digər Molla Nəsrəddin lətifələrində Teymur əzazil
hökmdar kimi satira hədəfinə çevrilir. Məlumdur ki, Əmir Teymur Zaqafqaziya və Şərq
ölkələrinin bir çoxunu işğal etmişdi. İşğalçı hökmdarlar isə həmişə işğala məruz qalan
xalqların folklorunda mənfi obraz kimi qələmə verilir. Molla Nəsrəddin milliyyətcə
özbək olsa idi, çətin ki, Teymurləng obrazı bu dərəcədə gülüş obyektinə 
çevrilərdi.
“Beş ilə ya eşşək ölə, ya Teymur” lətifəsində eyni zamanda xalqın Teymur
hakimiyyətinin müvəqqətiliyinə inamı özünü göstərir. Beləliklə, güman etmək olar ki,
Molla Nəsrəddin Teymur işğalı dövründə Azərbaycanda yaşamış zarafatcıl və
hazırcavab bir şəxs olmuşdur.
Molla Nəsrəddinin hazırcavablığı, onun dilinin şirinliyi dilimizdə bir çox məsəllərin
yaranmasına səbəb olub. Bir çox lətifələrdə Mollanın nitqində çox maraqlı söz oyununa
rast gəlirik:
Bir gün Molla eşidir ki, şəhərin hakimi azarlayıb. Ağacdan bir neçə alma dərib hakimi
yoluxmağa gedir. Hakim deyir:
– Molla, birdən-birə dişim də başladı ağrımağa, qulağım da… Daha mənə bir əzab
verdilər ki, gəl görəsən. Bu gün bir yaxşı dəllək tapıb dişimi çəkdirdim. İndi onun ağrısı
qurtarıb. Amma bu zəhrimar qulağım elə ağrıyır ki, ağrıyır. Bir həkim də tapılaydı ki…
Molla tez onun sözünü kəsib deyir:
– Hə… hə… Bircə halal süd əmmiş adam tapılıb sənin o qulağını da çəksəydi… Sən də
rahatlanardın, camaat da.
Milli mənsubiyyətindən asılı olmayaraq Molla Nəsrəddin bütün türk xalqlarına mənsub
olan bir obrazdır. Onun lətifələri türkdilli xalqlar tərəfindən sevildiyi kimi, bu
lətifələrdən doğan məsəllər də həmin xalqların dilinə daxil olub və bu dilləri birləşdirən
amillərdən birinə çevrilib.
Sahibə Tərtərli
Söz ehtiyatı
3.  Kontekstə görə “prototip” sözünün mənasını müəyyənləşdirin.
2. Bu lətifədə Mollanın nitqindəki söz oyununu izah edin.


Düşün və cavab ver
4.  “Sən çaldın” lətifəsini tapıb oxuyun. Bu ifadədəki söz oyununu izah edin.
5.  * Aşağıdakı məsəllərlə bağlı olan lətifələri tapıb oxuyun və həmin məsəllərin
işlənmə məqamını müəyyənləşdirin.
1. Deyəsən, işin düzəlib, gülürsən. 
2. Əli aşından da oldu, Vəli aşından da. 
3. Hamıya qulaq assan, gərək eşşəyi dalına alasan.
Dil qaydaları
6.  Mətndə göy rənglə verilmiş feildəki zaman şəkilçisini müəyyən etməyə çalışın.
Sizcə, feil eyni zamanda iki zaman şəkilçisi qəbul edə bilərmi?
Yadda saxla!
 İDİ, İMİŞ HİSSƏCİKLƏRİ
7.  Oxu(maq) feilinin müxtəlif şəkillərinə idi, imiş hissəcikləri artırmaqla cümlələr
qurun.
8.  Verilmiş mətndə idi, imiş hissəciyi olan sözləri seçin.
MANQURT
Juanjuanlar əsir tutduqları düşmən əsgərlərlə çox amansız rəftar eləyirmişlər. Bəzən
onlar əsiri qonşu ölkələrə qul kimi satırmışlar. Bu, əsir üçün xoşbəxtlik hesab
olunurmuş, çünki xilas olmağa ümid yeri qalırdı...
Juanjuanların özləri üçün qul saxladıqları əsirləri dəhşətli tale gözləyirdi.
İdi, imiş hissəcikləri müxtəlif nitq hissələrinə artırılaraq hərəkətin, hadisənin
keçmişdə baş verdiyini bildirir.
Arzu məktəblidir. – Arzu məktəbli idi. Arzu məktəbli imiş. Ramin yazmalıdır. –
Ramin yazmalı idi. Ramin yazmalı imiş.
İdi, imiş hissəcikləri feilə artırıldıqda bütöv şəkildə (idi, imiş) və ya ixtisar
formasında 
(-dı  , -mış ) işlənir.
İdi hissəciyi həmişə şəxs şəkilçisindən əvvəl işlənir: gəlməli idi-m, oxumuş-du-nuz.
İmiş hissəciyi isə şəxs şəkilçisindən əvvəl də, sonra da əlavə edilə bilər: gəlməli
imiş-əm – gəlməli-yəm-miş, oxuyurmuş- sunuz – oxuyur-sunuz-muş.
4
4


Onların başına dəvə dərisi keçirir, dözülməz işgəncə verərək yaddaşını tamam yox
eləyirmişlər. Bu işi, adətən, davada əsir alınmış cavan döyüşçülərin başına
gətirirmişlər. Əvvəlcə onların başını ülgüclə təmiz qırxırmışlar. Başı qırxıb qurtaranacan
qəssablar bir dəvə kəsərmişlər. Dəvənin dərisini hissələrə bölər və buğlana-buğlana
başı qırxılmış əsirlərin başına 
keçirərmişlər.
 Dərinin çəkilməyi ilə qırxıq başa yapışmağı
bir olurmuş.
Başına dəri geydirilmiş əsirin tükləri qalın dəvə dərisini deşə bilməyib içəriyə doğru
uzanarmış və onun beynini zədələyib yaddaşını yox edərmiş. Bu cür əsirlər keçmişini
unudar, heç vaxt ağasına qarşı çıxmazmış. Belə əsirlərə manqurt deyərmişlər.
(Ç.Aytmatovun “Əsrə bərabər gün” əsərindən)
“Keçirərmişlər” feilinin şəkilçiləri ilə bağlı deyilənlərdən hansı doğrudur?
 
9.  Kontekstə uyğun olaraq feillərin qrammatik formasını bərpa etməklə mətni
köçürün.
BÜLBÜL VƏ QARATİKAN KOLU
Rəvayətə görə, bir xan qəfəsdə bülbül saxla... . Qəfəsin yan-yörəsində hər cür gül
əkdir... . Ancaq bülbül hətta bahar fəslində belə səsini çıxarıb oxumaz... .
Bir gün xan bülbülü qəfəsdən burax... . Görür ki, quş bir qaratikan kolunun üstündəki
yuvaya qon... və cəh-cəh vurub oxumağa başla... . Xan öz-özünə fikirləş... : ” Mən onu
gül-çiçəyə qərq elə... . Sən demə, bütün bunlar qaratikan kolunun yanında heç nə
imiş”.
-ır : 
-ar :
-mış : 
-lar :
4
2
4
2
A) İndiki zaman şəkilçisidir. 
B) Feil düzəldən şəkilçidir. 
A) Feil düzəldən şəkilçidir. 
B) Gələcək zaman şəkilçisidir. 
A) İmiş hissəciyinin ixtisar formasıdır. 
B) Nəqli keçmiş zaman şəkilçisidir. 
A) Cəm şəkilçisidir. 
B) Şəxs şəkilçisidir.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə