Azərbaycan dili 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/46
tarix23.10.2017
ölçüsü4,8 Kb.
#6410
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   46

Uğur bir anlığa duruxdu. Amma bu, uzun çəkmədi. O, ciddi görkəm alıb nitqinə başladı:
– Mən deyə bilmərəm, “İncil”i köçürənlər səhvə yol veriblər, yoxsa yox, amma, güman
edirəm ki, “Qurani-Kərim”dəki həmin ifadədə məhz dəvə nəzərdə tutulub. Əvvəla,
dəvə ərəb məişətinin ayrılmaz hissəsi idi. Çox güman ki, onlar poetik nitqdə, atalar
sözlərində, bədii ifadələrdə tez-tez bu sözü işlədirdilər. Yoğun kəndirin iynənin
gözündən keçməsi inandırıcı olmasa da, bu ifadə bir o qədər də təsirli deyil. Dəvə
boyda bir heyvanın iynənin gözündən keçməsini isə təsəvvürdə canlandırmaq çox
maraqlıdır, ona görə də ifadənin bədii təsir gücünü artırır... Baba, mənim dediklərimə
qarşı əks-arqumentin var?
Tələt baba yalnız bunu dedi:
– Bərəkallah!..
Hidayət Fehruzoğlu
Söz ehtiyatı
2.  Dilimizdə “bərəkallah”, “bismillah”, “maşallah”, “əstəğfürul lah” ifadələri hansı
məqamlarda işlədilir?
Düşün və cavab ver
3.  Uğurla Tələt babanın mübahisəli elmi məsələlərə yanaşmasındakı fərqi izah
etməyə çalışın. Hansına üstünlük verirsiniz?
4.  Bu mətndən əldə etdiyiniz elmi məlumatların hər birini bir cümlə ilə ifadə etməklə
sadalayın.
Dil qaydaları
5.  Aşağıdakı fikirlərin mətndə göy rənglə verilmiş hansı feildəki -sa  şəkilçisinə uyğun
gəldiyini müəyyənləşdirin.
1.  Vurğu qəbul edir.
2.  Vurğu qəbul etmir.
3.  Şəxs şəkilçisindən əvvəl gəlir.
4.  Şəxs şəkilçisindən sonra gəlir.
5.  Başlanğıc formaya artırılmışdır.
6.  Feil şəklinə artırılmışdır.
1.  Uğurun yerinə olsa idiniz, bu suala necə cavab verərdiniz?
2


Yadda saxla!
 İSƏ HİSSƏCİYİ VƏ FEİLİN ŞƏRT ŞƏKLİNİN ƏLAMƏTİ
6.  Uyğunluğu müəyyən edin. Hansı cümlədə -sa :
1.  feilin şərt şəklinin əlamətidir;
2.  isə hissəciyinin ixtisar formasıdır.
1.  İlanın quyruğunu tapdalamasan, çalmaz.
2.  Quşlar alçaqdan uçarsa, hava soyuq və yağmurlu olar.
3.  Hər kəs şər əkərsə, peşmanlıq biçər.
4.  Hərə bir sap versə, çılpağa köynək çıxar.
7.  Hansı cümlədəki feillərdə -sa  şəkilçisi var?
1.  Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.
2.  Bağa baxsan, bağ olar, baxmasan, dağ olar.
8.  Verilmiş hansı feillərə isə hissəciyini artırmaq mümkün deyil? Onların feilin hansı
şəklində olduğunu müəyyənləşdirin.
gəzməliyəm, bəyəndi, düzəltsin, seyr etmişik, çıxasan, sağalasısan, qocalsa,
birləşin, geyinirsən, oxuyum, götürə, dağıdarıq
9.  Cədvəldəki feillərin tərkib hissələrini qeyd edin.
Feillər
Başlanğıc
forma
Feil 
şəklinin
əlaməti Zaman 
şəkilçisi
İdi
(-
dı), 
imiş
(-
mış)
Şəxs 
sonluğu
İsə
(-
sa)
İsə hissəciyinin ixtisar forması (-sa ) feilin şərt şəklinin şəkilçisi (-sa ) ilə oxşar olsa
da, işlənmə yerinə görə ondan fərqlənir.
İsə hissəciyinin ixtisar forması 
(-sa )
Feilin şərt şəkli 
(-sa )
Feilin müxtəlif şəkil əlamətlərindən, hətta idi, imiş
hissəciklərindən sonra qoşula bilir: 
getməlidirsə,     yazdırılmışdısa, gec idisə,
baxacaqsa.
Feilin kökünə və ya
başlanğıc formasına artırılır:
getsə, yazdırılsa.
Şəxs şəkilçisindən sonra artırılır: 
al-acağ-am-sa
Şəxs şəkilçisindən əvvəl
işlənir: 
al-sa-m
2
2
2
2
2
2


oxşasınlar çalışacaqlarsa
çəkilirmişəmsə daxil olsa
 
 
 
 
 
 


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.  Bu bölmədən yadınızda qalan beş elmi məlumatı dəftərinizə yazın.
2.  “Qordi düyünü”, “Pirr qələbəsi”, “Sizif əməyi” ifadələrinin mənasını açıqlayın.
3.  Hansı cümlələrdə nöqtələrin yerinə həm idi, həm də -dır  şəkilçisini artırmaq olar?
1.  O zamanlar sözünün üstündə durmamaq yalan danışmağa bərabər…
2.  Deyilənə görə, bu məsəl də elə o vaxtdan qalmış…
3.  Cəsur olmaq qorxmamaq deyil, qorxunu büruzə verməmək…
4.  Həmin il yaz erkən gəlmiş…
5.  Sadıqcan Azərbaycan tarını təkmilləşdirərək simlərinin sayını 11-ə çatdırmış...
4.  Cümlədə şərt şəklində olan və isə hissəciyi ilə işlənən feilləri müəyyən edin. 
Adam nə qədər ağıllı olsa da, çox danışarsa, axırda axmaq bir söz deyəcək.
5.  Fərqləndirilmiş sözləri orfoqrafik qaydaya uyğun şəkildə dəftərinizə yazın.
1.  Biri vardı, biri yoxdu.
2.  Vaxtında deməsəydik, indi faciənin qarşısını almaq mümkün olmayacaqdı.
3.  Gərək işləri vaxtında bitirəydin ki, indi çətinə düşməyəydin.
4.  Əslində, ağacları mən sulamalıydım.
5.  Baxmalıymış ki, kim işini başa vurub, kim yox.
6.  Sən demə, bu işləri biz görməliymişik.
6.  Sözlərin tərkibini müəyyənləşdirin. 
gələcəkmiş, oxuyardım, sevəcəkdiksə, başlayırıq, gülmüşüksə, görsələr,
bağışlamışdınız, yazacaqsa
Feilin başlanğıc 
forması
Zaman 
şəkilçisi
Şərt şəklinin 
əlaməti
İdi, imiş, isə 
hissəcikləri
Şəxs şəkilçisi
 
 
 
 
 
4



GÜRZƏ
Borya nənəsi ilə görüşüb vaqona girdi. Bir əlində iri zənbil, o biri əlində içində göy
rəngli şüşə banka olan parça çanta tutmuşdu.
Vaqon dolu idi. Kupelərdən birində pəncərənin yanında oturmuş panamalı bir qoca
Boryaya öz yanında yer verdi. Borya təşəkkür etdi, zənbilini və çantasını skamyanın
altına qoyub əyləşdi.
Vaqondakıların çoxu yatırdı. Borya gələnə qədər sükutu yalnız təkərlərin taqqıltısı
pozurdu. İndi bu yeknəsəq səsə skamyanın altından gələn qəribə xışıltı da əlavə
olunmuşdu.
Panamalı qoca Boryanı söhbətə tutdu:
– Yükünüz heç boyunuza görə deyil.
– Yox, yüngüldür. Suda-quruda yaşayanlar və sürünənlərdir.
– Bunu necə başa düşək: suda-quruda yaşayanlar və sürünənlər?– deyə Borya ilə
üzbəüz oturan eynəkli sərnişin söhbətə qoşuldu.
– Yəni qurbağalar, kərtənkələlər, koramallar... Biz məktəbdə terrarium hazırlayırıq.
Söhbət qalan sərnişinləri də maraqlandırdı. Bu diqqət, deyəsən, Boryanın xoşuna
gəlmişdi. O, həvəslə danışmağa başladı:
– Bilirsiniz, biz məktəbə nə qədər xeyir gətiririk... Zoomağazada bir koramal yeddi
manat yarımdır, onu da əgər tapsan! Onları tutmağa xeyli vaxt sərf etmişəm.
1.  Kontekstdən çıxış edərək “terrarium” sözünün mənasını izah etməyə çalışın.
Bu sözü “akvarium” sözü ilə müqayisə edin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə