Azərbaycan demokratik respublikasi



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix21.07.2018
ölçüsü0,85 Mb.
#57610
1   2   3   4   5   6   7   8   9   ...   32

 

istiqlal dadızdırdıq‖.  



 

 

 



 

 

 



 

Azərbaycanın  istiqlaliyyəti  Avropa  ölkələri  tərəfindən  tanındı.  Avropa 

dövlətləri  və  xalqları  Azərbaycan  adlı  bir  ölkənin  mövcud  olduğunu  bildi,  bu 

zəngin  ölkənin  azadlığa  təşnə  olan  əhalisinin  azad  xalqlar  sırasında  yer  tutmağa 

layiq olduğunu təsdiq etdi. Qonşu ölkələrlə (Ermənistan və Rusiya istisna olmaqla) 

mehriban münasibətlər yarandı.   Dövlət  orqanlarının  ana  dilinə  keçməsi  ilə 

yanaşı,  ictimai  həyatın  milliləşdirilməsinə  başlandı.  Milli  kadr  çatışmazlığı 

problemini  həll  etmək  üçqün  məktəblər  və  kurslar  açıldı.  Azərbaycan  Ordusu  və 

Hərbi Donanmasının yaradılması ən vacib işlərdən oldu.  

 

 



Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində 

Azərbaycan  höküməti  əzmlə  mübarizə  aparırdı.  Azərbaycan  Demokratik 

Respublikasının ərazisi 97,3 min kv. km. idi. Bundan başqa 15,6 min kv. km- lik 

Azərbaycan  torpaqları  (Borçalı,  Qarayazı,  Sığnax,  Şərur  –  Dərələyəz,  Yeni 

Bəyazid  və  s.)  Gürcüstan  və  Ermənistanla  mübahisəli  ərazi  sayılırdı  və  milli 

hökümət bu ərazilərin ana vətənə qovuşması uğrunda mübarizəni davam etdirirdi. 

Ölkənin inzibati - ərazi quruluşu yeni şəraitə uyğun olaraq dəyişdirildi. Qarabağda 

erməni iğtişaşlarını  yatırtmaq və Ermənistanın əlini bu torpaqlardan kəskəm  üçün 

burada xüsusi valilik yaradıldı, yerli ermənilərə mədəni sahədə muxtariyyət verildi. 

 

Ölkənin  maliyyəsini  qaydaya  salmaq  və  dağıdılmış  iqtisadiyyatını  bərpa 



etmək  sahəsində  xeyli  işlər  görüldü.  1918  –  ci  ilin  martında  dağıdılmış  neft 

sənayesi  və  Bakı  –  Batum  neft  kəməri  bərpa  edildi.  Bakı  –  Culfa  dəmiryolunun 

çəkilişi  sürətləndirildi.  Azərbaycan  Dövlət  Bankı  yaradıldı,  kənd  təsərrüfatı  üçün 

xırda kredit bankları açıldı, şəhərlərdə əmanət kassaları şəbəkəsi bərpa edildi. 

 

Xalq  maarifinin  milliləşdirilməsi  və  inkişafı  üçün  nəşriyyat  –  tərcümə 



komissiyası yaradıldı. İbtidai və orta məktəblər üçün dərsliklər çap edildi, mövcud 

məktəblərin  xeyli  hissəsi  milliləşdirildi,  yeni  məktəblər  açıldı,  müəllim  hazırlığı 

üzrə ölkənin müxtəlif yerlərində 7 kişi və 1 qadın seminariyası təşkil edildi. Qori 

müəlimmlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Türkiyədən 50 

müəllim  dəvət  edildi,  buradan  dövlət  kitabxanaları  üçün  xeyli  kitab  alındı,  Bakı 

Dövlət  Universiteti  təsis  edildi,    yüzə  yaxın  gənc  Avropanın  böyük  təhsil 

ocaqlarına  göndərildi,  ibtidai  təhsilin  yayılması  və  savadsızlıqla  mübarizə 

məqsədilə kəndlərdə müvəqqəti pedaqoji kurslar yaradıldı və s. və i. a. 

 

Milli  hakimiyyətin  Vətən  və  millətə  xidməti  təbii  idi.  Bir  əsrlik 



müstəmləkə  zülmündən  hələ  özünə  gəlməmiş  millətin aparıcı qüvvələrinin təmsil 

olduğu  Azərbaycan  hökümətinin    səhvləri  də  eyni  dərəcədə  təbii  idi.  Dövlətçilik 

işindən yadırğadılmış və ekstremal əraitdə müstəqil dövlət yaratmaq işini boynuna 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



10 

 

götürmüş  milli qüvvələrin təcrübəsizliyi,  hətta  siyasi  sadəlövlüyü  sonrakı  faciələr 



üçün  əlverişli  zəmin  yaratdı.  Milli  dövləti  daxilən  möhkəmlətmək  çağırışlarına 

(Fətəli  xan  Xoyski,  Şəfi  bəy  Rüstəmbəyli  və  b.)  baxmayaraq,  gənc  Azərbaycan 

demokratiyası demokratiya  aludəçiliyi ilə  destruktiv (pozucu) qüvvələrin  əl  –  qol 

açmasına  şərait  yaratdı.  Bu  qüvvələrin  tam  olmayan  siyahısına  Ermənistan 

fitnəkarlığı və daxildəki erməni şeytanları, Türkiyə kommunistləri və hərbi əsirləri 

və  əlbəttə  ki,  ―sapı  özümüzdən  olan  baltalar‖  daxil  idi.  Məhz  onların  birgə  işi 

nəticəsində 1920- ci il aprelin 1-də N. Yusifbəyli höküməti istefa verməyə məcbur 

oldu.  Təxminən  bir  aylıq  hökümət  böhranı  şəraitində  XI  ordunun  yürüşü 

Azərbaycan Demokratik Respublikasının tarixə çevrilməsinə səbəb oldu.  

 

 



 

 

 



 

Nəsib Nəsibzadə  

tarix elmləri namizədi 

 

 

 

 

 

 

 

 

 

 

 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları



11 

 

 



AZƏRBAYCAN PARLAMENTĠ 

 

―Ədəbiyyat və incəsənət‖, 12 yanvar 1990. 

Fevral  burjua-  demokratik  inqilabından  sonra  çağırılmış  Qafqaz 

müsəlmanları  qurultayının  qərarına  əsasən  1917  –  ci  ilin  noyabrında  Azərbaycan 

müəssisələr məclisinə seçkilər keçirilməli idi. Mürəkkəb siyasi vəziyyət bu qərarın 

həyata 


keçirilməsinə  mane  oldu.  Ümumrusiya  müəssisələr  məclisinin 

qovulmasından  sonra  Zaqafqaziyadan  seçilmiş  nümayəndələr  Tiflisə  toplanıb, 

Zaqafqaziya  seymini  yaratdılar.  Ümumrusiya  müəsissələr  məclisinə  ümumi, 

bərabər, qapalı seçkilər yolu ilə seçilmiş 14 müsəlman deputatı bir milyondan çox 

səs toplamışdı. Odur ki, seymin tərkibinin genişlənməsi (kooptasiyası) nəticəsində 

müsəlman  deputatlarının  sayı  səsvermənin  nəticəılərinə  müvafiq  olaraq  44-də 

çatdı. Onlar seymin müsəlman fraksiyasını təşkil edirdilər. Fraksiyanın sədri M. Ə. 

Rəsulzadə  idi.  Zaqafqaziya  seymi  və  Zaqafqaziya  Federativ  Demokratik 

Respublikası da uzunömürlü olmadı, gürcü nümayəndələrinin 1918 –ci ilin mayın 

26  –  da  seymdən  çıxıb,  Gürcüstanın  müstəqilliyini  elan  etməsindən  sonra 

müsəlman fraksiyası millətin gələcək taleyinin müəyyən olunmasını öz əlinə almaq 

məcburiyyətində  qaldı.  Müsəlman  fraksiyası  elə  həmin  gün  özünü  Azərbaycan 

Milli Şurası elan etdi.  

 

 



 

 

 



 

 

1918  –  ci  ilin  may  ayının  28  –  də  İstiqlal  bəyannaməsi  ilə  Azərbaycan 



Milli  Şurası  müstəqil  Azərbaycan  Demokratik  Respublikasının  yarandığına 

dünyaya  bildirdi.  İstiqlal  bəyannaməsinin  sonuncu  maddəsinə  əsasən  müəssisələr 

məclisi  çağırılana  qədər  bütün  Azərbaycanın  idarəsi  başında  Milli  Şuranın 

durduğu,  müvəqqəti  hökümətin  onun  qarşısında  məsuliyyət  daşıdığı  göstərilirdi. 

 

Azərbaycan  Milli  Şurasının  və  Fətəli  xan  Xoyskinin  başçılıq  etdiyi 



müvəqqəti  hökümətin  Gəncəyə  keçməsi  ilə  Azərbaycandakı  siyasi  qüvvələr 

arasında  mübarizə  qızışdı.  Millətin  fiziki  varlığını  qorumaq  və  milli  hökümətin 

bütün  Azərbaycan  ərazisində  hakimiyyətini  bərqərar  etmək  üçün  çağırılmış 

Türkiyə  hərbi  hissələrindən  müxtəlif  cərəyanlar  öz  xeyirlərinə  istifadə  etməyə 

çalışdılar. Türkiyə ilə birləşməyi tələb edən ilhaqçılar Azərbaycan Milli Şurasının 

müstəqil Azərbaycan şüarına qarşı çıxır, digər tərəfdən  bir sıra mürtəce qüvvələr 

www.onlinekurs.az     Pulsuz hazırlıq kursları – Dövlət qulluğuna hazırlıq, Ali məktəblərə hazırlıq, 

Magistraturaya hazırlıq, kompüter və xarici-dil kursları




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə