196
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
YANVAR-MART, 2010
197
AZƏRBAYCANIN AVRATLANTİK BAXIŞLARI*
Alexandros Petersen
amerika Birləşmiş Ştatlarının atlantika Şurasının avrasiya enerji
mərkəzinin direktor köməkçisi və transatlantik enerji
təhlükəsizliyi mövzusunda dinu Patriciu tədqiqatçısı
Bütöv xəzər regionu ilə daha geniş qara dəniz regionu arasında
əlaqənin strateji əhəmiyyəti bu günə qədər yalnız qərb təsisatlarının
məsuliyyətsiz yanaşması səbəbindən diqqətdən kənarda qalmış-
dır. rusiya ilə Gürcüstan arasında həssas və ağır gərginlik bu cür
boşluğun nəticələrini aydın şəkildə nümayiş etdirir. lakin Gür-
cüstan regionda qərbə inteqrasiyanın illər boyu mərkəzində oldu-
ğu və sərhədlərin açılması ilə bağlı aparılan müzakirələrlə bağlı
ermənistan və türkiyə medianın diqqətini özünə çəkdiyi şəraitdə
regionun iqtisadi və enerji məkanı olan azərbaycan, çox güman ki,
bundan sonra ətrafda olan dövlətlərin geosiyasi kursunu təyin edən
dövlətə çevriləcəkdir. azərbaycan təkcə enerji baxımından deyil,
həmçinin, avropa Birliyinin qonşuluğunda onun məqsədləri üçün
vacib regional əməkdaşlığın lokomotivi və natO-nun əfqanıstanda
fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən avrasiyadan qeyri-
döyüş hərbi ehtiyatlarla təchizat məsələlərində tədricən avratlantik
birliyin etibarlı tərəfdaşı kimi çıxış edir.
Bunu qeyd etdikdə həm avropa İttifaqı, həm də Birləşmiş Ştatlar
rusiya ilə münasibətləri bərpa etməyə və əməkdaşlığı canlandır-
mağa çalışdıqları bir vaxtda, qara dəniz-xəzər regionunda liderlər
avratlantik birliyin avrasiya qarşısında öhdəliklərini sual altına al-
mağa başlamışlar. Birbaşa qafqaza aid olmasa da, aBŞ-ın mərkəzi
avropada raket əleyhinə müdafiə planına yenidən baxması şərq
______________________
* Bu məqalə 2009-cu il iyunun 2-də Brüsseldə strateji araşdırmalar İnstitutu tərəfindən keçirilmiş
“azərbaycanın avropaya və avratlantikaya inteqrasiyası” adlı konfransda təqdim edilmiş hesabatın
genişləndirilmiş və yeniləndirilmiş formasıdır.
198
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
istiqamətində etimad böhranını yaratdı. əgər Vaşinqton natO və
aİ üzvləri, o cümlədən Polşa və Çexiya respublikası qarşısında
götürdüyü öhdəlikləri bu qədər sürətlə dəyişmək arzusundadırsa,
onda qərblə əməkdaşlığa dair razılaşmalar və işbirliyi qeyri-üzv
ölkələrə hansı uzunmüddətli dividentləri gətirər? 2008-ci ilin av-
qustunda rusiya ilə Gürcüstan arasında baş vermiş müharibənin
səbəbləri haqqında avropa İttifaqının son hesabatında toplanmış
sübutlar rusiyanın hərəkətlərini açıq-aydın ifşa etdi, lakin sənəddə
vurğulanan siyasi manevr əsas məsuliyyəti Gürcüstan Prezidenti
mixail saakaşvilinin üzərinə qoydu. əgər avratlantika liderləri
qara dəniz və xəzər regionunda ən fəal tərəfdaşlarına arxaları-
nı çevirsələr, onda onlar ən çətin vəziyyətdə Gürcüstanın qonşu-
larına arxalana biləcəklərmi? azərbaycanın avratlantik baxışlarını
formalaşdıracaq mühüm məsələlərdən yalnız ikisini qeyd etmək
yerinə düşərdi.
Enerji və geosiyasət
azərbaycan tarazlığı saxlamağa çalışır. 1990-cı illərin ortaların-
dan etibarən Bakı avratlantika yolu ilə irəliləmiş, xəzər sahillərini
Gürcüstan və türkiyə vasitəsilə qərb bazarları ilə birləşdirən “Şərq-
qərb” nəqliyyat dəhlizi və enerji-nəqliyyat infrastrukturu qovşağı
sayəsində öz suverenliyini və müstəqilliyini gücləndirmişdir. Bakı-
tbilisi-Ceyhan (BtC) neft boru kəməri və ona paralel çəkilmiş qaz
üçün Cənubi qafqaz boru kəməri dəhlizin ən mühüm layihələridir
və qərb istehlakçılarına alternativ marşrutlarla təbii qazın çatdırıl-
ması məqsədilə rusiya və İrandan yan keçirlər. lakin Bakı hər iki
güclü qonşusu ilə yaxşı münasibət saxlayır. Bu, qərb üçün geniş
xəzər regionuna çıxış deməkdir, lakin onun ən böyük potensialı
azərbaycan vasitəsilə istifadə edilə bilər. Bakının strateji məkanda
yerləşməsi və qazaxıstan, Özbəkistan, hətta türkmənistanla
münasibətlərinin get-gedə dərinləşməsi bu ölkənin Cənubi qaf-
qazdakı digər qonşularla müqayisədə strateji əhəmiyyətini artırır.
lakin avropa İttifaqı və natO-nun ermənistanla dağlıq qa-
rabağ münaqişəsinə dair kifayət qədər məşğul olmaması və
azərbaycandakı idarəçilik bu günə qədər Şərq-qərb əməkdaşlığını
məhdudlaşdırmışdır.
Bununla belə, zəif iştirakın nəticələri tədricən daha aydınla-
YANVAR-MART, 2010
199
şır: türkiyə avropa ilə xəzər regionu arasında enerji vasitəçisi
olaraq rusiyanın maraqlarına uyğun mövqeni ortaya qoydu və
beləliklə, xarici siyasətdə öz prioritetlərinə baxmayaraq, Bakı
hətta iyul ayında mərkəzi avropaya gedən strateji nabukko qaz
boru kəməri istiqamətində gözəçarpan irəliləyiş əldə olunmasına
rəğmən, moskva və tehranla enerji razılaşmalarını sürətləndirdi.
azərbaycanda sərt kursun tərəfdarları hələ də közərən dağlıq
qarabağ münaqişəsini həll etmək üçün atət-in vasitəçiliyi ilə
gedən danışıqlar çərçivəsini dəyişdirmək məqsədilə qətiyyətli ad-
dımların atılmasını daha təkidlə tələb etməyə başlamışlar. moskva
azərbaycanda və regionda daha böyük təsir imkanlarına malik ol-
maq üçün bu fürsətdən istifadə etməyə çalışır.
aşqabad və Bakı arasında xəzər dənizinin dibində yerləşən
“sərdar-Kəpəz” qaz yatağına görə mübahisə “Şərq-qərb” nəqliyyat
dəhlizinin gələcək inkişafına əsas maneə kimi qiymətləndirilir.
yayın ortalarında türkmənistan Prezidenti qurbanqulu
Berdıməhəmmədovun məsələni beynəlxalq arbitraj vasitəsilə həll
edəcəyi haqqında verdiyi bəyanat nəticəsində gərginlik azalsa da,
görünür nabukko daha çox xəzər dənizinə yox, İraqdakı qaz ehti-
yatlarına yönələcək. Çünki bu cür strateji layihənin türkmənbaşıdan
Bakıya qədər transxəzər qaz boru kəməri kimi digər böyük marşru-
tun işə düşməsindən asılı olması ilə bağlı vəziyyət qeyri-müəyyən
olaraq qalır. əgər həmin layihələr mərkəzi avropanı xəzərin şərq
sahili ilə birləşdirməyəcəksə, həm azərbaycan, həm avratlantik bir-
liyi bundan itirəcək. Bununla nəinki avropanın enerji təhlükəsizliyi
zəifləyəcək, o cümlədən qara dəniz-xəzər məkanında regional və
avratlantik inteqrasiyaya zəmin yarada biləcək əsas funksional
xətlərdən birinin mühüm təsiri heç vaxt əldə olunmayacaq. Bu
halda, BtC təcrübəsindən irəli gələn dividendləri artırmaq şansı
birdəfəlik itiriləcəkdir.
İdarəetmə və strateji tərəfdaşlıq
son geriləməyə baxmayaraq, azərbaycanın bütöv qərb üçün
strateji əhəmiyyətini və öz tarixində bu anın mühüm mənasını qeyd
etməmək çətindir. qərb ölkəyə avropa layihələri və qərb təsisatları
vasitəsilə sabitlik və çiçəklənmə vəd edir. azərbaycandan şərqə doğ-
ru enerji daşıyıcıları ilə zəngin və böyük potensiala malik geniş av-
rasiya torpaqları və get-gedə daha dinamik inkişaf edən xəzər regi-
200
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
onu yerləşir. qərb siyasətçiləri
ölkənin geosiyasi və idarəetmə
baxımından qeyri-müəyyən
vəziyyətini tam anlayaraq, bü-
tün səviyyələrdə azərbaycan
liderləri və cəmiyyəti ilə dialo-
qa başlamalıdırlar.
mərkəzi avropa hüdudla-
rından kənarda idarəetmə ke-
çidi avropa İttifaqının hazırkı
şərq üzvləri arasında müşahidə olunan hadisələri mütləq qaydada
əks etdirməli deyil. qara dəniz-xəzər regionunda dəyişikliklər hər
zaman mürəkkəb geosiyasi və təhlükəsizlik reallıqlarını tarazlaş-
dırmağa yönəlmişdir. Bundan əlavə, keçidin sürəti dövri olaraq ba-
carığın kəskin şəkildə çatışmaması və təsisat quruculuğuna birbaşa
təsirlə əngəllənib. Gürcüstandakı hadisələr və rusiyanın zorakı güc
siyasətinə meyilli olması baxımından, azərbaycanın daxili islahat-
lar və idarəetmə sahəsində davamlı uğurları, tərəqqisi ölkənin av-
ropa və bütövlükdə qərblə münasibətləri ilə birbaşa bağlıdır.
azərbaycan ilə yüksək interaktiv və qarşılıqlı asılı olan
tərəfdaşlığın inkişaf etdirilməsi avropa ölkələri və aBŞ tərəfindən
danılmaz prioritet hesab edilir. İslahatları həyata keçirən, sabit və
mütərəqqi azərbaycan qərbin mərkəzi asiyaya çıxışının təməl da-
şına çevriləcək. İdarəetmə ilə bağlı narahatlıq doğuran məsələlərə
görə azərbaycanı kənarda qoymaq qara dəniz-xəzər regionunda
uğursuz iştirak strategiyasına aparan yoldur. azərbaycanın iştirakı
olmadan, aİ və natO xəzərdə iddialı moskvaya cavab vermək
iqtidarında olmayacaqdır.
Bunları nəzərə alaraq qeyd etmək olar ki, azərbaycanla tərəfdaşlıq
rusiyanın mühüm konstruktiv rol oynadığı əfqanıstan-da sabitli-
yin yaradılması səylərinə töhfə vermək məqsədilə bütün avrasiya
məkanında daha geniş əməkdaşlığın vacib hissəsidir. azərbaycanın
nəinki öz coğrafi mövqeyi, o cümlədən Bakının natO və aBŞ
qüvvələri ilə işləməyə açıq olması ilə əlaqədar xəzər qovşa-
ğı azərbaycandan əfqanıstandakı aBŞ və natO qüvvələrinə
təchizatın təmin edilməsi baxımından Şimal Paylayıcı Şəbəkədə
iki əsas təchizat marşrutlarından biri hesab olunur. təchiz olunan
materiallar türkiyədən və ya qara dənizdən Gürcüstan limanlarına
Azərbaycan ilə yüksək interaktiv və
qarşılıqlı asılı olan tərəfdaşlığın inki-
şaf etdirilməsi Avropa ölkələri və ABŞ
tərəfindən danılmaz prioritet hesab
edilir. İslahatları həyata keçirən, sa-
bit və mütərəqqi Azərbaycan Qərbin
Mərkəzi Asiyaya çıxışının təməl daşı-
na çevriləcək.
YANVAR-MART, 2010
201
daşınır, oradan Bakıya və sonra isə qazaxıstan və Özbəkistana ötü-
rülür. 2009-cu ilin martında Vaşinqton və azərbaycan ay ərzində
30.000 konteyner həcmində qeyri-döyüş ehtiyatlarının daşınması
üzrə razılığa gəlmişlər.
almaniyadakı son seçkilərin nəticələri avropa İttifaqının
mərkəzi asiya strategiyasının güclənməsinə yeni müsbət imkan-
lar açdı. almaniyanın avrasiyada diplomatik və biznes sahələrində
yüksək səviyyədə fəal olması üçün bu ölkənin avropa İttifaqında
sədrliyi zamanı əsas ideyası olmuş strategiya sonrakı sədrlik edən
ölkələr tərəfindən həvəslə davam etdirilməmişdir. Bununla belə,
avropa İttifaqı azərbaycanı ukrayna və Gürcüstan kimi digər qon-
şularla qruplaşdıran Şərq tərəfdaşlığını həyata keçirməyə başla-
dı. azərbaycanın bu proqrama daxil edilməsi həvəsləndirici olsa
da, Şərq tərəfdaşlığının geosiyasi reallığı göstərir ki, Brüsselin
fikrincə, Bakı həddindən artıq uzaq məsafədə görünən körpüyə
bənzəyir. əgər avropa İttifaqının paytaxtları ilə Bakı arasında Şərq
tərəfdaşlığı baş tutarsa, istifadə olunmamış böyük potensial işə
düşə bilər, ancaq bir şərtlə ki, avropa İttifaqının mərkəzi asiya
strategiyası və avropada qərarları qəbul edən tərəflər qara dəniz
və mərkəzi asiya regionlarında Venn cədvəlinin kəsişdiyi yer kimi
azərbaycanın böyük strateji vacibliyini anlamağa qadir olsunlar.
almaniyada sağ mərkəzçi hökumətə doğru irəliləyiş rusiyanın
avrasiyada avratlantik strukturlarının iştirakına reaksiyasından
daha az ehtiyatlanan xarici siyasətin formalaşdırılmasına səbəb
olmalıdır. aBŞ-ın mərkəzi avropada raketlərdən müdafiə planla-
rından imtina etməsi rusiyanın yaxınlığında yerləşən avratlantik
tərəfdaşlarında tərketmə hissi yaratsa da, hazırda enerji, təhlükəsizlik
və idarəetmə kimi üç sütun əsasında bütöv xəzər regionunda avro-
pa liderlərinin daha ardıcıl yanaşmanın inkişaf etdirilməsi və həyata
keçirilməsi prosesini sürətləndirməsinin vaxtı artıq yetişib. Həmin
strategiyanı formalaşdırarkən, avratlantik liderləri azərbaycanla
əlaqələrin qurulmasını prioritet məsələ kimi nəzərdə tutmalıdırlar.
avratlantik tərəflərin xəzər regionunda iştirakı ilə bağlı hər han-
sı dəyişikliyin olmaması uğursuz əməkdaşlıq, qeyri-sabit rejimlər,
mürəkkəb qeyri-təhlükəsizlik, eləcə də idarəetmə və iqtisadi isla-
hatlar sahəsində zəif irəliləyişlə nəticələnəcəkdir.
202
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
Sərhədləri, yoxsa siyasətləri
dəyişməli?
azərbaycan
barəsində
qərbin
fikrində
enerji
geosiyasəti və avrasiyaya
çıxış əsas yer tutsa da, Bakı
üçün ermənistanla təxminən
iyirmi il davam edən dağlıq
qarabağ və onun ətrafındakı
ərazilər uğrunda mübahisənin
həlli strateji prioritetlər sırasında olması, şübhəsiz ki, anlaşılan-
dır. azərbaycan rəhbərliyinin nöqteyi-nəzərinə görə, ölkənin
beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə birinin işğal olun-
ması nəinki azərbaycanın suverenliyi və ərazi bütövlüyü baxımın-
dan qəbuledilməzdir, o cümlədən böyük ictimai problemdir, çünki
ölkənin digər yerlərinə səpələnmiş təxminən 1 milyon vətəndaş
məcburi köçkün vəziyyətində yaşayır və onlar böyük seçici qru-
punu təşkil edir. Bakı ilə istənilən faydalı tərəfdaşlıqda bu prioritet
nəzərə alınmalıdır və reallıq onu göstərir ki, qərbyönümlü regional
inteqrasiya, iqtisadi rifah və qara dəniz–xəzər regionuna rusiya-
nın müdaxiləsini məhdudlaşdırmaq kimi məsələlər yalnız qarabağ
münaqişəsinin nizamlanmasından sonra öz həllini tapa bilər.
türkiyənin ermənistanla sərhədlərinin açılması məqsədilə at-
dığı addımlar tarixi dəyişən oyuna bənzəyir. türkiyə regionda
ticarəti və iqtisadiyyatı canlandırmaq, enerji və nəqliyyat xətlərini
gücləndirmək, regiona düşmənçilik və inadkarlıqdan başqa heç
bir digər siyasəti gətirməmiş tarixi inciklikləri kənara qoymaq
prosesini başlamaq istəyini nümayiş etdirir. Bunları nəzərə ala-
raq, ermənistanla sərhəd statusunun dəyişməsi, şübhəsiz, qara-
bağda təmas xəttində mövcud həssas status-kvoda dəyişikliyə
səbəb olacaqdır. Bu, tək onunla bağlı deyil ki, qarabağ uğrunda
azərbaycanla həmrəylik əlaməti olaraq, bağlanmış sərhədlərin açıl-
ması münaqişənin nizamlanmasında danışıqların mühüm vasitəsini
Bakının əlindən alaraq güclərin tarazlığını pozacaq, o cümlədən
qarabağ məsələsinin həll olunmamış statusda qalması regionda
gözəçarpan irəliləyişin mümkün olmayacağı ilə bağlıdır. yenidən
açılacaq sərhədlərin bəhrəsi ermənistanın azərbaycanla olan digər
əsas sərhədi beynəlxalq miqyasda tanınmamış ərazinin ətrafında
Geosiyasi baxımdan Türkiyə ilə
sərhədlərin açılmasına bəslənilən
ümidlər ondan ibarətdir ki, yalnız
Qarabağda münaqişə həll olunduğu
halda Ermənistan Rusiya və İrandan
kənar münasibətlərini hərtərəfli in-
kişaf etdirə və regionda inteqrasiya
amilinə çevrilə bilər.
YANVAR-MART, 2010
203
yerləşdirilmiş silahlı qüvvələrin təcridində qaldığı təqdirdə tam po-
tensialı ilə hiss olunmayacaqdır. Geosiyasi baxımdan türkiyə ilə
sərhədlərin açılmasına bəslənilən ümidlər ondan ibarətdir ki, yalnız
qarabağda münaqişə həll olunduğu halda ermənistan rusiya və
İrandan kənar münasibətlərini hərtərəfli inkişaf etdirə və regionda
inteqrasiya amilinə çevrilə bilər.
lakin bu, o demək deyil ki, avropa İttifaqı və natO bir təsisat
kimi həmin mübahisədə azərbaycanın tərəfində olmalıdır. Bununla
belə, hesab edilir ki, əgər azərbaycan təklikdə qalarsa, türkiyə ilə
ermənistan arasında yaxınlaşmanı gücləndirmək qərb üçün böyük
nailiyyətlər gətirməyəcək. Buna baxmayaraq, azərbaycan yenə də
avratlantik yolu ilə getməkdə davam edir və hətta bu vaxta qədər
ermənistan və türkiyədən daha çox irəliləyib. lakin bu kurs, qara-
bağla bağlı vədlərə görə, “etibarlı” enerji sazişləri, yaxud “regional
tərəfdaşlıq”da asanlıqla moskvaya, tehrana və hətta Çinə doğru
yönələ bilər. məhz azərbaycan strateji enerji ehtiyatlarına və xəzər
dənizi-mərkəzi asiya regionuna açardır və məhz azərbaycan hətta
qlobal böhran zamanı regionun ən dinamik iqtisadi artımını nüma-
yiş etdirir. azərbaycan özünün geosiyasi baxımdan mühüm ərazidə
yerləşməsi və artan hərbi gücü nöqteyi-nəzərindən əfqanıstanda
natO qüvvələrinin təchizatı və gələcək potensial strateji tərəfdaşlıq
baxımından qara dəniz–xəzər marşrutunda əsas yer tutur.
Azərbaycanın Avratlantik baxışları
Brüssel və Vaşinqtonda qərarları qəbul edənlər, həm avro-
pa İttifaqı, həm natO-ya üzv dövlətlərin rəhbərləri azərbaycanı
səciyyələndirən coğrafi ərazi, regional dəyişikliklər, enerji
təhlükəsizliyi, hərbi təchizat xətləri, ticarət, iqtisadi dinamizm
və dondurulmuş münaqişələrin həlli baxımından ilk öncə stra-
teji əhəmiyyətə xüsusi diqqət yetirməlidirlər. İkincisi, onlar
azərbaycanı avratlantik baxışlara bağlamaq üçün xüsusi siyasət
qəbul etməlidirlər. İstər Şərq tərəfdaşlığı, istərsə də digər proqramlar
vasitəsilə avropa İttifaqı öz qonşularını cəlb etməlidir. eyni zaman-
da, natO qara dəniz-xəzər təchizat marşrutundan istifadəni ar-
tırmalıdır. avratlantik enerji təhlükəsizliyinin möhkəmləndirilməsi
sahəsində əsas tədbirlərlə yanaşı, azərbaycan həmin səylərdə də
əsas rol oynamışdır. Hər iki təsisatda bir-birini təkrarlayan qərarları
qəbul edən tərəflər azərbaycana xüsusi yanaşmanı, ölkənin bütöv
204
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
xəzər strategiyası çərçəvəsində strateji əhəmiyyətinə uyğun olaraq
formalaşdırmalıdırlar.
Bu cür strategiya aşağıdakıları özündə əks etdirə bilər, lakin
bununla məhdudlaşmalı deyil:
1. türkiyə-ermənistan yaxınlaşması kontekstində qarabağ proble-
minin həllində minsk qrupunun səylərini sürətləndirmək üçün ay-
dın plan hazırlanmalı;
2. qazın ixracı ilə bağlı Bakıya açıq-aydın dövlət-özəl sektorun
marağı nümayiş etdirilməli;
3. natO-nun xüsusi və müvafiq təhlükəsizlik zəmanəti,
azərbaycanda və ya onun yaxınlığında münaqişə baş verərsə,
avropa İttifaqı tərəfindən vasitəçilik və sülhyaratma səyləri
göstərilməli;
4. İdarəetmə, peşəkarlaşdırma, vətəndaş cəmiyyəti və media
təlimləri sahəsində təsisat quruculuğu üçün məsləhət xarakterli
proqram həyata keçirilməli;
5. qəbələ radiolokasiya stansiyasının 2012-ci ildə cari icarə
müqaviləsi bitdikdən sonra stansiyanı natO-nun icarəsinə vermək,
“xəzər sipəri” proqramını yenidən canlandırmaq və potensial
təhlükəsizlik tərəfdaşlığı üçün təminatlar hazırlanmalıdır.
yalnız azərbaycan və regionun bu cür genişmiqyaslı, lakin
hərtərəfli iştirakı ilə avratlantik liderlər və təsisatlar Bakıdan olduq-
ca faydalı geosiyasi yolla getməsinin davamını gözləyə bilərlər.
rəmzi geriləmələrə baxmayaraq, qərb məhz yuxarıda göstərilmiş
konkret öhdəliklərlə irəliyə doğru getməlidir. azərbaycana gəldikdə
isə Bakıda qərarlar qəbul edənlər səbrin zəruri olduğunu nəzərə al-
malı və işi davam etdirməlidirlər. dəyərli qruplaşma kimi müəyyən
edilmiş avratlantik birliyi yuxarıda müzakirə edilən bir çox əsas
məsələlər üzrə yekdil olmaqdan uzaqdır. Konkret öhdəliklərin
götürülməsi prosesi ləng işləyəcək. lakin Bakının qarşısında
bir çox geosiyasi variantların olmasına baxmayaraq, avratlantik
tərəfdaşlığın yekun nəticələri lazımi qaydada qiymətləndirilməlidir.
soyuq müharibənin bitməsindən sonra ən uğurlu tarix Çinin
yüksəlişi, rusiyanın yenidən güclənməsi, yaxud Birləşmiş Ştatların
şöhrət və əziyyətləri deyil, mütəşəkkil olmasa da, daha çox dəyişən
avratlantik birliyidir. azərbaycanın avratlantik baxışları bu günə
qədər aydın olub. lakin bu, o demək deyil ki, günlərin bir günü bu
ölkə öz baxışlarını digər istiqamətə yönəltməyəcək.
YANVAR-MART, 2010
205
206
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
QEYD ÜÇÜN
YANVAR-MART, 2010
207
QEYD ÜÇÜN
208
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
QEYD ÜÇÜN
Dostları ilə paylaş: |