Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə61/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   55   56   57   58   59   60   61   62   63

190
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Birinci  dünya  müharibəsindən  sonra  sülh  razılaşmaları 
sərhədləri  elə  bir  formada  müəyyən  etdi  ki,  dövləti  və  ya  mux-
tar hökuməti olmayan etnik azlıqların faiz nisbəti 1910-cu ildəki 
təqribən  26  %-dən  1930-cu  ildə  təxminən  7%-ə    düşdü.  İkinci 
dünya müharibəsi nəticəsində 20 milyon insan yeni yerlərə pənah 
gətirdi. Bir çox hallarda xalqların köçməsi zamanı onların maraqları 
və  ya  arzularına  diqqət  yetirilmirdi.  məsələn,  “3  milyon  alman 
əsrlər  boyu    yaşadığı  əraziləri  və  mülklərini  ayaqqabı  əvəzinə 
sarğılı ayaqları ilə silahsız sərt qış şəraitində tərk etməyə məcbur 
oldu. Çexoslovakiyadakı kəndlərdən sudetli almanların qovulması 
İkinci  dünya  müharibəsinin  ən  mübahisəli  insidentlərindən  biri 
kimi tarixdə qalacaq”. 
17
 Bu cür vəhşilik və köçmə hallarının baş 
verməsi nəticəsində muxtariyyət və ya özünüidarəetməyə malik ol-
mayan etnik azlıqların avropa əhalisinin ümumi həcmindəki payı 
təxminən 3 faizə düşmüşdür. 
18
asiya, Orta Şərq və afrikanın bir çox yerlərində olduğu kimi, 
avropada da etnik qruplar arasında münasibətlərin bu cür tarixinin 
nəticələri ibrətamiz və hətta daha ağır olmuşdur. millətçilik ideoloji 
hərəkat  kimi  xVIII  əsrin  sonunda  baş  vermiş  fransız  inqilabı 
nəticəsində  avropada  formalaşdı.  etnik  qrupların  yerləşməsi  ilə 
onların  milli  hüdudları  arasında  geniş  mənada  uyğunluğu  təmin 
edən vəziyyətə gəlmək və sərhədləri yenidən müəyyən etmək üçün 
avropa  xalqlarına  kütləvi  köçmələrdən  və  müharibələrdən  ibarət 
iki əsrlik vaxt tələb olundu. Hətta bu halda Birləşmiş Krallıq Şimali 
İrlandiyadakı vəziyyəti hələ də həll etməlidir; İspaniya basklar və 
katalonlar ilə davam edən münaqişə ilə üz-üzədir; Fransanın isə, 
bretonlılar və korsikalılarla problemi var. xalqların fiziki baxımdan 
əraziyə görə düzgün yerləşməsi ilə qanuni milli sərhədlər arasında 
uyğunluğun qurulması məqsədilə afrika, asiya və Orta Şərq həmin 
köç  və  müharibələrdən  keçməlidirmi?  yaxud  bu  qismən  ritorik 
sualı daha konkret qoyaraq, bərabər dərəcədə şərti sözlərlə ifadə 
etsək:  qaçqınlar  və  köçmələrlə  müşayiət  olunan  “ərəb  –  İsrail 
müharibələri” Orta Şərqin qalan hissəsində də təkrarlanmalıdırmı? 
Bu hadisələr afrika və asiyada  da baş verməlidirmi?
17. William drozdiak, `50 years On, expulsion rankles for sudeten Germans`, 
International Herald tribune, december 6, 1996, səh.1. 
18. rita jalali and seymour lipset, `racial and ethnic Conflict`, new World 
Politics, new york, academy of Political science, 1993, səh. 60. 


 YANVAR-MART, 2010  
  
191 
xxI    əsrdə  daha  dinc  və  sabit  qlobal  siyasi  sistem  arzulayan 
hər  bir  şəxs  ümid  etməlidir  ki,  bu,  belə  deyil.  Hətta,  avropada 
əsrlər boyu baş vermiş müharibə və köçlər bütün etnik problemləri 
həll etmədi və yaxud stalinin sovet İttifaqında milyonlarla insanı 
məcburi  sürgün  etmək  siyasəti,  təbii  ki,  bu  ölkədə  bütün  etnik 
münaqişələri  aradan  qaldırmadı.  Faktiki  olaraq,  dünyadakı  et-
nik  qruplar  arasında  dinc  münasibətlərin  xalqların  digər  yerlərə 
köçürülməsi  və  milli  sərhədlərin  yenidən  çəkilməsi  yolu  ilə 
qurulmasına ümid etmək əbəsdir. məsələn, afrika bütün qitələrlə 
müqayisədə, ola bilsin ki, daha çox etnik münaqişələrlə üzləşib. Bu 
cür problemləri bir çox hallarda afrikanın müstəmləkə keçmişi ilə 
bağlayırlar.  “afrika  təxminən  50  mürəkkəb  dövlətin  hüdudlarına 
sıxılmış minlərlə etnik və linqvistik qruplardan ibarət qitədir, həmin 
dövlətlərin  sərhədləri  ənənəvi  etnik  hüdudlar  nəzərə  alınmadan 
müstəmləkəçilər tərəfindən müəyyən edilmişdir.”
19
 
müqayisəedilməz  etnik  qrupları  bilərəkdən  bir-birindən 
ayırmış,  yaxud  bir  araya  gətirmiş  müstəmləkəçi  dövlətlər  af-
rikada  milli  sərhədlər  çəkməyə  başladılar.  lakin  etnik  qrupların 
sayı  və  yerləşməsi  onunla  nəticələndi  ki,  həmin  dövlətlər  hətta 
bu cür vəziyyətə daha həssas yanaşmağa çalışsaydılar belə, yenə 
də  müxtəlif  etnik  qrupların  bütün  milli  istəklərini  yerinə  yetirə 
bilməzdi. Onlardan bir çoxu buna çalışdı, lakin nəticədə azlıqlar 
düzgünlük,  dövlətin  ərazisinə  uyğun  coğrafi  miqyas  baxımdan 
təşkil olunmadılar. təbii ki, milli muxtariyyət və öz müqəddəratını 
təyin  etmək  arzularına  çatmaq  istəyən  etnik  qruplara  qalsa,  af-
rikada  və  ya  dünyanın  istənilən  digər  guşəsində  etnik  sülh  heç 
vaxt  bərqərar  olmayacaq.  Başqa  sözlə  desək,  milli  sərhədlərin 
yenidən çəkilməsi səylərinin heç biri dünyada mövcud olan etnik 
münaqişələrin hamısını, yaxud əksəriyyətini həll etməyəcək. tarixən 
sərhədlərin bu qaydada yenidən müəyyən edilməsi həll olunmalı 
bir çox problemlər yaratmışdır. məsələn, keçmiş Gürcüstan sovet 
respublikası rusiyadan ayrılandan sonra öz regionunda – abxazi-
yada qiyamla üzləşdi.
eritreyalılar Həbəşistandan müstəqilliklərini uğurla qazandılar, 
lakin  “eritreyalı  millətçilərin  özləri  müsəlmanlar  ilə  xristianların 
qarışığıdır və onlar muxtariyyət əldə etsələr, onda bütün etnik xətlər 
19. joiseph nye, `Conflicts after the Cold War`, Washington quarterly, no 19, 
Winter 1996, səh.19. 


192
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
qırılacaqdır”. 
20
Keçmiş yuqoslaviyada makedoniyalılar əhalinin 20 faizlik alban 
icmasının  irredentist  təzyiqlərindən  canını  qurtarmaq  məqsədilə 
serbiyadan ayrıldılar. Bu halda hətta kiçik serb əhalisini qeyd etmək 
yerinə  düşərdi.  Belə  prosesin,  əslində,  sonu  da  görünməyə  bilər. 
tədricən  aydın  olanda  ki,  serbiya  və  yuqoslaviyanın  keçmişdə 
bir  hissəsi  olmuş  Kosovo  müstəqillik  əldə  edə  bilər,  “dünyanın 
ən  güclü  ölkələrindən  bəziləri  separatçı  hərəkatların  bir  çox  hal-
larda öz qanlı mübarizəsini intensivləşdirmək məqsədilə həvəslənə 
biləcəyindən  və  savaşını  hələ  başlamamış  müstəqillik  istəyən 
yeni qruplara ümidin verilməsindən narahat olmağa başladılar”.
21
  
sənayeləşmiş  böyük  ölkələrdə  yaşayan  insanlar  kimi  bizim 
üzərimizə böyük demokratiya və sabitlik tarixi olan dövlətlərdə öz 
milli mənsubiyyətimizi qoruyub saxlamaq və milli muxtariyyət, öz 
müqəddəratını təyinetmə ilə bağlı boş arzularla yaşayan etnik qrup-
lar qarşısında geriyə çəkilməmək öhdəliyi düşür.
Biz çox asanlıqla sual verə bilərik: hansı səbəbə görə ruanda, li-
van, Gürcüstan, Burundi, Hindistan və ya Şimali İrlandiyada həmin 
şəxslər milli böyüklük xülyalarından əl çəkmir və birgə yaşamağı 
öyrənmirlər? Hətta bu halda dünyada etnik münaqişələrin ən əhatəli 
təhlilçilərdən biri olan ted Gurrun gəldiyi nəticə düzgün görünür. 
Onun müşahidələrinə görə, etnik icmalar arasında sosial və mədəni 
sərhədlərə daha dəqiqliklə uyğun gələn dövlət hüdudlarını nəzərdə 
tutan dövlət sisteminin yenidən qurulması strategiyası “həll olunduq-
da daha çox problemlər yarada bilər”. Gurrun fikrincə, “ən konstruk-
tiv və açıq məqsədli cavab etnik qruplar ilə çoxmillətli dövlətlərin 
birgə yaşamasının təmin edilməsindən ibarətdir”. etnik qruplar si-
yasi təqiblər qorxusu olmadan fərdi və kollektiv mövcudluğu, eləcə 
də mədəniyyət baxımından özünü ifadə etmək məqsədilə müdafiə 
olunan hüquqlara malik olmalıdırlar. Bu cür hüquqların təminatçısı 
öz  mədəni  standartlarını  və  ya  siyasi  gündəliyini  digər  xalqlara 
mütləq qaydada tətbiq etməli deyil.”
22
 sözün əsl mənasında, Gurr 
90-cı  illərin  ikinci  yarısında  etnik  münaqişədə  tənəzzülü  “idarə 
edilən  etnik  heterogen  rejim”lə  bağlayır.  Bu  rejim  azlıq  təşkil 
20. Gurr, yenə orada, səh.38. 
21. nicholas Wood, For albanians in Kosova, Hope for Independes from ser-
bia,` the new york times, june 13, 2006. 
22. Gurr, yenə orada, səh.323. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə