Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   55   56   57   58   59   60   61   62   63

184
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
Müasir qlobal sistemdə etnik münaqişənin səbəbləri
Beynəlxalq təsir 
etnik qrupu müəyyən etmək çətindir. Buna görə də dünyada bu 
cür qrupların hansı sayda olması ilə bağlı bir-birindən fərqlənən, 
geniş yayılmış təxmini rəqəmlər var. Bir mənbədə qeyd edilir ki, 
dünyada 862 etnik qrup var. müasir dünyada milli xalqlar kimi iddia 
edə biləcək beş min millət və ya fərqli icma coğrafiya mütəxəssisi 
tərəfindən müəyyən edilmişdir. əvvəlki bölümdə müzakirə edilmiş 
tərif  və  meyarlardan  istifadə  edərək  və  qeyri-məqbul  vəziyyətdə 
olan, o cümlədən kollektiv maraqlarını təşviq etmək üçün özlərini 
formalaşdırmış qruplara nəzər yetirərək, tədqiqatçılardan ibarət bir 
qrup 275 bu cür qrup müəyyən etmişdir. 
6
Bəzi etnik münaqişələr bir dövlətin hüdudları daxilində mövcud-
dur,  lakin  onların  əksər  hissəsi  artıq  beynəlxalq  miqyas  alıb. 
Bir çox hallarda bu, onunla bağlıdır ki, etnik qruplar dövlətlərin 
hüdudlarından  kənarda  da  yaşayırlar.  İnkişafda  olan  dövlətlərdə 
yaşayan etnik qrupların üçdə ikisindən çoxunun iki və ya daha çox 
qonşu ölkədə soydaşları var. Bu cür vəziyyət nəticəsində hazırda 
ölkə  hüdudlarından  kənarda  yaşayan  etnik  soydaşları  da  əhatə 
etmək məqsədilə vətəndə siyasi hakimiyyətə təzyiqlər yarana bilər. 
etnik  əlaqələr  əsasında  digər  dövlətin  və  ya  onun  bir  hissəsinin 
anneksiyası irredentizm hesab edilir. “adətən, irredentist hərəkatlar 
ərazi vahidinə, yəni qrup şəklində yaşadığı və hətta orada kiçik ye-
rli çoxluq təşkil etdiyi məkana müstəqil dövlət iddiasını irəli sürür. 
Bəzən əldə edilməli ərazi müəyyən mədəni toplumun bir hissəsi və 
ya bir vətənin ayrılmaz hissəsi hesab edilir”. 
7
etnik  münaqişə  hətta  irredentist  təzyiqlər  olmadan  et-
nik  mənsubiyyətin  millətçiliklə  qarışdığı,  etnik  qrupların  öz 
müqəddəratını təyin etməyə çalışdığı və beynəlxalq sistemdə yeni 
dövlətin yaranmasına cəhd göstərdiyi zaman beynəlxalq xarakter 
ala bilər. millətçiliyin bir tərifinə əsasən bu, “ayrı-ayrı üzvlərin öz 
etnik  və  ya  milli  icmasına  ilkin  olaraq  sadiqlik  nümayiş  etdirdi-
yi” və “həmin etnik və ya milli icmalar özünün müstəqil dövlətə 
6. Gurr, yenə orada, səh.8. 
7. david Carment and Patrick james, `Internal Constrains and Interstate ethnic 
Conflict`, journal of Conflict resolution, no. 39, march 1995, səh.84.


 YANVAR-MART, 2010  
  
185 
malik  olmasını  arzuladığı” 
zaman  baş  verir.
8
  etnik 
münaqişələr  həmçinin  ona 
görə  beynəlxalq  səviyyəyə 
çıxır  ki,  münaqişə  beynəlxalq 
ictimaiyyətin  digər  üzvlərinin 
iqtisadi, təhlükəsizlik və siyasi 
maraqlarına təsir göstərir və ya 
onlara  humanitar  məqsədlərə 
görə müdaxilə etmək tələb olunur. Bir çox hallarda etnik azlıqların 
ayrı-seçkiliyə məruz qalması, dövlət sərhədlərinin etnik qrupların 
həqiqi məskunlaşma arealı ilə nadir hallarda üst-üstə düşməsi etnik 
münaqişələri virtual epidemiyaya çevirmişdir.
Beynəlxalq sistem və iqtisadi müasirləşmə
darıxdırıcı olsa da, bu məfhumların böyük əhəmiyyəti var. et-
nik  mənsubiyyət  və  etnik  münaqişə  beynəlxalq  siyasəti  öyrənən 
tələbələr üçün çaşdırıcı terminlər olmuşdur. son onilliklər ərzində 
ümumi qaydada hesab edilirdi ki, etnik münaqişə, əsasən, zorakılığa 
səbəb  olur,  çünki  beynəlxalq  ikiqütblü  sistemin  strukturu  əsas 
dövlətlər arasında münaqişəyə qadağa qoymuşdur. lakin bu, onun 
digər üzvlərinə şamil edilmir. Başqa sözlə, soyuq müharibə zamanı 
bir çox hallarda belə görünürdü ki, super güclər arasında mövcud 
olan antaqonizm etnik münaqişələri daha da sərtləşdirirdi. məsələn, 
anqolada Birləşmiş Ştatlar və digər qərb dövlətləri ölkənin cənub 
hissəsindəki  Ovimbundu  tayfasının  sovetlərin  dəstəyini  alan 
və  hökumətə  nəzarət  edən  mbundu  koalisiyasına  qarşı  apardığı 
mübarizədə  birincinin  tərəfində  idi.  nəticədə,  ölkədəki  vətəndaş 
müharibəsi illər boyu davam etdi. Bu, onunla izah edilir ki, soyuq 
müharibə zamanı belə hallarda super güclər elə bir beynəlxalq nizam 
qurmağa çalışırdılar  ki, müttəfiqlərin və ticarət tərəfdaşlarının sayı 
və imkanları maksimal dərəcədə artsın, xüsusən də üçüncü dünya 
ölkələri  arasında  etnik  hərəkatlar  çoxalsın  və  genişlənsin.  daxili 
etnik  münaqişələrə  kənar  resursların  daxil  edilməsi  daha  böyük, 
mütəşəkkil və zorakı etnik hərəkatların yaranması ilə nəticələndi. 
Bunun  fəsadları  münaqişənin  uzanması  və  ağırlaşması,  bir  çox 
8. stephan evera, `Hypotheses on nationalism and War`, International security, 
no 18, 1994, səh.6. 
 Son onilliklər ərzində ümumi qayda-
da  hesab  edilirdi  ki,  etnik  münaqişə, 
əsasən,  zorakılığa  səbəb  olur,  çünki 
beynəlxalq ikiqütblü sistemin struktu-
ru əsas dövlətlər arasında münaqişəyə 
qadağa  qoymuşdur.  Lakin  bu,  onun 
digər üzvlərinə şamil edilmir.


186
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
hallarda  vətəndaş  müharibəsinə  çevrilməsi  və  danışıqlar  yolu  ilə 
məsələnin həll olunma ehtimalının azalması ilə yadda qaldı.
9
lakin görünür ki, soyuq müharibənin başa çatması dünyadakı 
etnik  mübarizə  epidemiyasından  tam  qurtulmaq  üçün  çıxış  yolu 
olmadı. əksinə, soyuq müharibə və kommunizmin iflası Şərqi av-
ropa və keçmiş sovet İttifaqında zorakı münaqişələri alovlandırdı. 
Bununla belə, super güclər arasında qlobal rəqabətin başa çatması 
əvvəllər məhz bu rəqabətin məhsulu sayılan bir çox münaqişələrə 
son  qoymadı.  Hal-hazırda  biz  görürük  ki,  hətta  super  güclərin 
dəstəyi  olmadan  etnik  münaqişələr  anqola,  sudan,  əfqanıstan,    
Burundi, Birma, İraq, türkiyə və digər yerlərdə davam edir.
10
 soyuq 
müharibə  zamanı,  ümumiyyətlə,  hesab  olunurdu  ki,  Birləşmiş 
Ştatlarla  sovet  İttifaqı  arasındakı  qarşıdurma  etnik  münaqişələri 
daha da ağırlaşdırır.soyuq müharibə artıq mövcud deyil. lakin bizə 
yenə  də  deyilir  ki,  onun  bitməsi  etnik  münaqişələri  sərtləndirdi. 
eyni  zamanda,  analitiklər  müəyyən  dərəcədə  əmindirlər  ki,  iqti-
sadi tərəqqi və müasirləşmə etnik münaqişəni səngidəcək. Bununla 
belə, qlobal iqtisadi inteqrasiya yeni zirvələrə çatıb və görünür, bu 
proses  etnik  qruplar  arasında  mübarizənin  intensivliyini  daha  da 
artıra bilər.
Digər səbəblər
Hesab edilir ki, etnik münaqişə bir-biri ilə savaşa hazır olan  qrup-
lar arasında dərin düşmənçilik və ədavətin bir formasıdır. əslində, 
zorakı etnik münaqişələrin yayılmasına aid  ilkin nəzəriyyələrdən 
biri  qədim  vaxtlardan  ədavətin  olması  ilə  izah  olunurdu  və  bu, 
əsasən, avropa, afrika və asiyadakı müxtəlif müharibələri təsvir 
edən  jurnalistlərin  ixtirası  idi.  əsas  ideya  ondan  ibarət  idi  ki, 
qanlı  döyüşdə  toqquşan  etnik  qruplar  öz  aralarında  münaqişəli 
münasibətlərin uzun tarixçəsinə malikdir. tarixən qruplar arasındakı 
münasibətlərdə  nisbi  sakitlik  mükafatlandırma  və  sanksiyalardan 
istifadə edərək qrupların daxilində müəyyən ahəngdarlığı saxlayan 
güclü mərkəzi hakimiyyət zamanı müşahidə olunmuşdur. mərkəzi 
hakimiyyət  zəiflədiyi  vaxt  etnik  qruplar  arasında  münasibətlərdə 
9. joane nagel, `ethnic nationalism: Politics, Ideology, and the World Order`, 
International journal of Comparative sociology, no.34, 1993, səh.109.
10. james ray and juliet Kaarbo, Global Politics, new york, Houghton mifflin 
Company, 2008, səh. 220. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə