Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

112
ğaldan qurtula bilmir. Hər halda, o dövr üçün belə 
söhbətlər yeni idi. Bir qədər də qorxulu. Sovet İttifaqı 
Kommunist  Partiyası  hələ  də  gücünü  qoruyurdu. 
M.Ə.Rəsulzadə  isə  antikommunist  və  antibolşevik 
olduğu üçün dövlət xalq düşməni sayırdı və belə bir 
ortamda onun adını çəkmək, təbliğatını aparmaq heç 
də təhlükəsiz deyildi.
Amma  ox  yayından  çıxmışdı.  Moskvanın  Azər-
baycan  xalqına  vermək  istədiyi  göz  dağı  onun  öz 
əleyhinə  çevrilmişdi.  Dünənə  -  20  yanvar  işğalına 
qədər Moskvaya inanmağa davam edən insanlar belə 
artıq ondan üz döndərmişdi. Hətta partiya biletlərini 
yandırır,  komsomolun  üzvlüyündən  imtina  edirdi 
insanlar kütləvi şəkildə.
Azər  də  komsomol  biletini  aparıb  Texnikumun 
komsomol  katibinə  təhvil  vermişdi.  Düzdür,  onun 
iki bileti vardı, amma birini sadəcə tarix üçün acı bir 
xatirə olaraq saxlamaq qərarına gəlmişdi.
İki komsomol bileti əhvalatı da onun əsgərlik döv-
rünə bağlı məsələ idi. 1986-cı ildə əsgərliyə gedən də 
komsomolçu olsa da, biletini özüylə götür məmişdi. 
Uzaq Almaniyanın Zerbst şəhərində qulluğa başla-
dığı ilk aylarda batalyonun komsomol katibi ondan 
komsomolçu  olub-olmadığını  soruşmuşdu.  Azər 


113
də  demişdi  ki,  komsomolçudur,  amma  bileti  evdə 
- Azər baycanda qalıb. “Əgər ehtiyac varsa, məktub 
ya zım, göndərsinlər”, - demişdi Azər. Lakin komso-
mol katibi demişdi ki, bu işi həll etməyin daha asan 
yolu  var:  “Gəl,  səni  təzədən  komsomola  üzv  edək, 
məsələ bitsin”.
Beləliklə  Azər  Almaniyanın  Zerbst  şəhərində 
ikinci dəfə Ümumittifaq Lenin Kommunist Gənclər 
İttifaqına üzv olmuşdu. İşləri də yaxşı gedirdi. Par-
tiya sıralarına qəbul olunmaq üçün imkanları yara-
nırdı. Zatən komandirləri də onun nizam-intizamı-
nı, səliqə-sahmanını, hazırlığını diqqətlə izləyirdi və 
əsgərliyinin  sonuna  doğru  Kommunist  Partiyasına 
üzv ola bilərdi. Amma 1988-ci ilin əvvəlindən başla-
yaraq Ermənistanda Azərbaycanlıların sıxışdırılma-
sı, Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında cərəyan 
edən  olaylar,  Sumqayıtda  ermənilərin  başçılığı  al-
tında  məhz  ermənilərə  qarşı  törədilən  təxribatlar 
durumu və Azərin kommunistlərə münasibətini də-
yişməyə başlamışdı. Doğrudur, baxdıqları TV veri-
lişlərində,  oxuduqları  qəzetlərdə  heç  də  doğru-dü-
rüst  bilgi  verilmirdi.  Ancaq  Azərbaycandan  gələn 
məktublardan nəyinsə yerində olmadığı, Moskvanın 
təbliğatının da şübhəli olduğu anlaşılırdı. 


114
Azərbaycanda nəsə baş verirdi; bu nəsənin mahiy-
yəti haqqında bilgi almaqsa çətin idi. Rəsmi təbliğata 
inanılsaydı,  Sumqayıtda  guya  Azərbaycanlılar  er-
mə niləri  öldürür,  ümumiyyətlə  Azərbaycanda  er-
mənilər sıxışdırılırmış. Lakin sonradan bəlli olacaqdı 
ki, Sumqayıt olayları da bir erməni təxribatıdır və bu 
olayları  törədənlərin  başında  məhz  Qriqoryan  so-
yadlı bir erməni dururmuş... 
Bunlar sonra bəlli olacaqdı. İndi isə Azər yenidən 
komsomola üzv olmuşdu. Partiyaya da hazırlaşırdı, 
amma  Moskvanın  ümumiyyətlə  Azərbaycanlılara 
münasibətdə  dəyişən  siyasəti,  baş  verən  proseslər 
onun  bu  təşkilata  üzvlüyü  yolunda  əngəllər  yarat-
mağa başlamışdı.
...Azər məhz o ikinci komsomol biletindən imtina 
etmişdi 20 yanvar olaylarından sonra. Etiraz etmişdi, 
etirazını açıq şəkildə bəyan etmişdi və dostları kimi 
o da biletini gətirib məhv edilmək üçün təhvil ver-
mişdi. O gündən də onun komsomolla, kommunizm 
ideologiyasıyla  olan  sonuncu  bağları  qopmuşdu. 
Qarşıda yeni ideologiya, yeni hədəflər vardı. Bunlar 
sonra  olacaqdı.  İndi  isə  20  yanvarın  yaralarını  sar-
maq, insanların özlərinə gəlməsinə yardımçı olmaq 
lazım idi.


115
Azər  də  fəal  idi.  Dostları  kimi,  bütün  həssas, 
millətsevər  Azərbaycanlılar  kimi  o  da  həssas  idi. 
Buna görə də heç bir prosesdən qıraqda qalmamağa 
çalışırdı.
...Ağrı-acını yavaş-yavaş unutmağa çalışan insan-
lar  həm  də  xəstəxanalarda  yatan  yaralılara  tez-tez 
baş  çəkirdi.  Bu  yaralılar  arasında  Bakıdan  olan  da 
vardı,  rayonlardan  gələnlər  də.  Bəzən  elələri  olur-
du ki, onlara baş çəkəcək adamları belə yox idi. Ona 
görə də ictimai fəallar qruplarla xəstəxanalara gedib 
belələrinə də baş çəkirdi.
Belə  təşəbbüslərdən  biri  də  Rəsmiyyə  müəlli-
mə dən  gəldi.  O,  yenə  də  eyni  həvəslə,  eyni  şövqlə 
mübarizəsinə davam edirdi. Faciə onu sındırmamış, 
əksinə, mübarizə əzmini daha da artırmışdı.
Rəsmiyyə  tələbələrin  bir  qrupunu  başına  yığa-
raq  “Semaşko”  xəstəxanasına  getməyi  təklif  etdi. 
Gənclər buna həvəslə razılaşdı. Rəsmiyyə müəllimə 
kiçik bir tədarük də görəcəyini dedi və tapşırdı ki, 
heç kim heç nə almasın.


116
***
Mürtəza, Kamil, Mehdi, Rəsmiyyə, Nazim və Azər
“Semaşko”  da  digər  xəstəxanalar  kimi  yaralılar-
la  dolub  daşırdı.  Burada  qələbəlik  təkcə  yaralıların 
üzündən  deyildi.  Onları  ziyarətə  gələn  qohum-
əqrəba, dost-tanış xəstəxana həyətini bir an belə boş 
qoymurdu. Üstəlik, yaralılarla heç bir əlaqəsi olma-
yan  başqa  insanlar  da  tanımadıqları  xəstələrə  baş 
çəkir,  onların  ehtiyaclarını  qarşılamağa  yardımçı 
olurdu. 
Rəsmiyyə müəllimə də Azərgillə birlikdə həmin 
başqa  insanlardan  idi.  Onlar  xəstəxanaya  gəlib 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə