103
***
Yanvarın 21-də xəbər gəldi ki, Bakıdan bir heyət
gəlib. Vertolyotla Xaçmaza gələn bu heyət rayondakı
etirazları araşdıracaqdı.
Onların gəlməsilə həbslər başladı. Əsasən Xalq
Cəbhəsinin üzvlərini tuturdular. Bu təşkilata üzv
olmadan mitinqlərdə iştirak edənlərdən bəziləri də
müəyyən
edilib milisə, prokurorluğa aparılırdı.
Bu həbslər qarşıdakı günlərdə də davam etdi.
Rusların başçılıq etdiyi heyətin məqsədi o idi ki,
qatarı geri qaytaranları aşkarlayıb cəzalandırsınlar.
Lakin heç kim heç kimi satmadığı üçün bunu edə
bilmirdilər. Ona görə də ruslar qatarın qarşısının
kəsilməsini təşkil edənləri aşkarlaya bilmədi.
Sorğuya çəkdikləri hər kəs deyirdi ki, heç nədən
xəbərim yoxdur. Sual verəndə ki, “bəs necə oldu eti-
razlara qatıldın?”, cavab gəlirdi ki, “gördüm, adam-
lar yığışıb, maraq güc gəldi, öyrənmək istədim ki,
nə olub”. Bunu görən rus sorğuçular çıxış yolu kimi
milis rəisinə ümid bağlasalar da, o da fərqli bir ca-
vab vermədi. Xudatın milis rəisi Sultan və dəmiryol
milisinin rəisi İsrafil heç kimin adını vermədi istin-
taqçılara. Onlar da hamı kimi heç bir təşkilatçının ol-