Aydın Əli-zadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4456
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

 
28 
Qnostisizm (yunanca  ―gnostikos‖  –  bilən) antik  dövrünün  sonunda  (I-
V  əsrlərdə)  yaranmıĢ  dualist  dini  təlimdir.  Bu  təlimdə  xristianlığın,  yunan 
fəlsəfəsinin  və  bəzi  ġərq  dinlərinin  ideyaları  qarıĢmıĢ,  sinkretik  hala 
gətirilmiĢdir.  Qnostisizm  ezoterik
48
  bir  təlim  idi,  onun  ardıcılları  deyirdilər 
ki,  onlara  Tanrı  və  dünyanın  sonu  haqqında  biliklər  verilmiĢdir.  III  əsrdə 
yaranan Mani dininin  tarixi  kökləri  də qnostisizmlə  bağlıdır. 
Qnostisizmin  yaranmasının  əsas  səbəbini  ellinizm  dövründə  qədim 
yunan  polislərinin  tarix  səhnəsindən  silinməsində,  böyük  imperiyaların 
yaranmasında,  müxtəlif  mədəniyyətlərin  və  dini-fəlsəfi  təlimlərin  bir-biri  ilə 
qarıĢmasında,  esxotoloji  (axirət)  əhval  ruhiyyəsində,  mistik  ənənələrin 
inkiĢafında  görürlər. 
Bütün qnostiklərin  təlimlərində  aĢağıdakı xüsusiyyətlər  vardır: 
1.  Ezoterizm.  Bütün  insanlar  ―maddi‖  (bədənlə  bağlı  olanlar),  ―ruhi‖ 
(psixiklər)  və  ―mənəvi‖lərə  (pnevmatiklər)  bölünürlər.  Yalnız  ―mənəvi‖ 
insanlara əsl mistik  biliyin  (qnosisin)  mahiyyəti  açılır. 
2. Dualizm: Bütün  varlıq ikili  Ģəkildə qəbul  edilir, xeyrlə  Ģər bir  birinə 
qarĢı  substansional  səviyyədə  qoyulur.  Bütün  maddi  aləm  Ģərdir.  O 
mənəviyyatın  zindanıdır.  Bu  zindandan  azad  olub  xeyrə  qovuĢma  yalnız 
Ġlahi  biliyə  (qnosisə)  malik  olan  insanlar  tərəfindən  həyata  keçirilə  bilər. 
ġərdən  ayrılaraq  qnostik  öz  mənəviyyatını  həqiqi  Tanrının  bir  hissəsi 
olduğunu  duyur. 
3.  Maddi  dünya  Mütləqdə  olan  bir  səhvin  nəticəsidir.  Bu  səhv 
nəticəsində  zülmət  qüvvələri  nurla  dolu  aləmlərə  daxil  olublar.  Bu  proses 
aĢağıdakı  qaydada  baĢ  verib:  Tanrı  olan  doğulmamıĢ  Ata  özünü  eon 
adlandırılan varlıqlarda təzahür edir.  Bu eonlar əsasən cütlüklərdən  ibarətdir. 
Eonların  tamlığı  Ġlahi  tamlıq  -  pleromanı  təĢkil  edir.  Lakin  eonlaran  birinin 
təkəbbürü  nəticəsində,  o  pleromadan  ayrılır  və  bundan  sonra  kosmosun 
yaranması  (kosmogenez)  baĢ  verir,  müxtəlif  aləmlər  yaranır.  Ən  alçaqda 
yerləĢən  aləm  isə  bizim  yaĢadığımız  dünyadır.  Qnostiklərin  əksəriyyəti 
onları simalaĢdırıb,  onlara konkret Ģəxs kimi baxırdılar. 
3. Maddiyyatdan xilas olmanın zəruriliyi: Pleroma öz tamlığını bərpa 
etmək istəyir. Bu  isə yeni  eonun yaranmasına təkan  verir. Bu  eon Ġsadır  və 
ya  Ġsa  ilə  Xristosun  cütlüyü.  O,  bu  dünyaya  enir  və  seçilmiĢ,  mənəvi 
cəhətdən  yüksəlmiĢ  insanlara  həqiqi  biliyin  (qnosisin)  nə  olduğunu  öyrədir. 
Adətən  Ġsanın  bir  bədənə  malik  olması  aldadıcı,  yalnız  zahirən  görünən 
hesab  edilir  (doketizm).  Dünya  hissəciklərinin  hamısının  pleromaya 
qayıtmasından sonra maddiyyat yenidən xaos halına  qayıdacaq. 
                                                 
48
 Yəni,  yalnız  xüsusi, seçilmiĢ  adamlara  məlum  olan, açılan. 


 
29 
4. Zahidlik xilas olmanın şərtidir
5. Tanrı bu dünyadan çox-çox uzaqlardadır (transsendentdir). Onun 
təbiəti fərqlidir. Dünya isə ən alçaqda yerləĢən qüvvələr tərəfindən yaradılıb. 
Onlar  Tanrı  tərəfindən  yaradılsa  da,  onun  haqqında  heç  bir  biliyə  malik 
deyillər,  Onun  dərk  edilməsi  yolunda  bir  maneədirlər.  Bu  qüvvələrə 
arxontlar (hökmdarlar) deyilir. 
6.  Bütün  kainat  arxontlara  tabedir.  Onları  bəzən  Əhdi-Ətiqdə 
hallanan  Tanrının  adları  ilə  adlandırırlar  (Savaof,  Adonay  və  s.).  Dünyanın 
ətrafında isə  bir neçə  kosmik dairələr  vardır. Bu  dairələri də  arxontlar  idarə 
edir.  Dünyanın  yaradılması  iĢində  arxontların  ən  böyüyünün  müstəsna  rolu 
vardır.  Onun  adı  Platonun  «Timeus»  (Timaeus)  əsərində  olduğu  kimi 
“Demiurqosdur”  (Demiurgos).  Arxontların  istibdad  hakimiyyəti  isə  ― 
hermogenus‖ (dünya taleyi) adlanır. 
7. Ġnsan bədən, mənəviyyat (pnevma) və ruhdan ibarətdir. Bədən və 
ruh  dünyanın  tərkib  hissəsi  olaraq  germagenə  tabedir.  Germagen  isə  təbiət 
qanunlarıdır,  lakin,  eyni  zamanda,  insan  cəmiyyətində  o  Musaya  verilmiĢ 
yəhudi  qanunudur.  Ruhun  içində  yaĢayan  mənəviyyat  isə  Ġlahi  nurun 
hissəciyidir, və  o  zindanda  saxlanılır.  Əsarətdə  olan  mənəviyyat  pleromadan 
təcrid  olunub  və  özünü  onun  hissəsi  kimi  dərk  etmir.  Onun  dirçəlməsi  isə 
bilik  (qnosis)  vasitəsilə  əldə  edilə  bilər.  Ġnsan  yalnız    zülməti  yarıb,  nura 
yönələrək  xilas  oluna  bilər.  Ölümdən  sonra  biliklə  (qnosislə)  qidalanmıĢ 
mənəviyyat (pnevma) dairələri  ən yuxarı dairələrə yüksəlir. 
Mənəviyyatları  inkiĢaf  etmiĢ  və  qnosisə  bələd  olan  adamları 
pnevmatik 
adlandırırlar. 
Pnevmatiklər 
bu 
dünya 
ilə 
bariĢmaz 
mübarizədədirlər. Bu barıĢmazlıq bir  tərəfdən tərkidünyalıqla, baĢqa  tərəfdən 
isə (bəzi  təriqətlərdə)  əxlaqsızlıqla  nəticələnir.  Yəni  dünyanın  inkar  edilməsi, 
onda  mövcud  olan  qanunların  da  inkar  edilməsi  ilə  nəticələnir.  Əxlaqsızlığı 
karpokratçılar  təriqəti  təbliğ  edirdi.  Onlar  həm  də  ruhların  köçməsinə 
inanırdılar.  Beləliklə  bu  təriqətə  görə  günah  xilasa  doğru  aparan  bir  yoldur. 
Onların  fikrincə,  əgər  pnevmatik  hermagendən  azaddırsa,  onda  dünyaya 
bağlı olan və onun realığını  əks etdirən qanundan da azaddır. 
Qnostisizm  antik  dünyada  xristianlıqdan  öncə  yayılmıĢdır.  Lakin 
xristianlıq  yayılmağa  baĢlayanda  qnostiklər  onunla  paralel  fəaliyyət 
göstərirdilər,  qarĢılıqlı  münasibətlər  qururdular.  Bunun  nəticəsində  xristian 
qnostisizmi  yaranmıĢdır.  Bundan  öncə  isə  qnostisizm  yəhudiliyə  də  yol 
tapmıĢdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə