Axc mühacirlərinin fəaliyyətləri



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix19.04.2023
ölçüsü0,67 Mb.
#106409
  1   2   3   4   5   6   7   8   9   ...   15
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya



Azərbaycan Xalq
Cümhuriyyəti
mühacirlərinin
fəaliyyətləri
AXC mühacirlərinin fəaliyyətləri — 1920-
ci il 27 aprel işğalından sonra mühacirətə
getmək məcburiyyəti qarşısında qalan,
Azərbaycanda 20 il, Azərbaycandan
kənarda isə 70 il fasiləsiz olaraq Sovet
imperiyasına qarşı mübarizə aparan
Azərbaycan Xalq Cümhuriyyətinin


qurucularının, ictimai-siyasi xadimlərin və
görkəmli ziyalıların fəaliyyətləri;
Azərbaycan mühacirətinin tarixi
kökləri
1920-ci il 27 aprel işğalı ilə
Azərbaycandan kənara mühacir axınının
yeni mərhələsi başlandı. Bu mərhələ
səbəblərinə, istiqamətlərinin çox
şaxəliliyinə, coğrafiyasının genişliyinə,
mütəşəkkilliyinə və bir sıra özəl
xüsusiyyətlərinə görə əvvəlkilərdən
kəskinliklə fərqlənirdi. Belə ki, 1804–13-
cü illər birinci Rusiya-İran müharibəsinin
Azərbaycan mühacirətinin
yaranması


yaratdığı mühacir axınları müxtəlif
motivlərlə (səbəb isə eyni idi) bağlı
olduğundan, demək olar ki, toplumun
əksər zümrələri əhatə edirdi. Gülüstan
müqaviləsi ilə öz müstəqilliklərini itirmiş
Şimali Azərbaycan xanlıqlarındakı hakim
şəcərənin nümayəndələri 1826-cı ildə
başlanan ikinci Rusiya-İran müharibəsi və
yerli üsyanlar sayəsində rus istilasına son
qoymağa çalışırdı. Mirzə Bala
Məmmədzadə yazır:


O zaman Azərbaycan xanlarının
bəziləri Rusiyaya satılsa da,
içərilərində Bakı xanı Hüseynqulu
xan, Gəncə xanı Ziyad xanın oğlu
Uğurlu xan kimi xanlar yenidən
məmləkətlərinə qayıtmış, milləti
ruslara qarşı üsyana qaldırmışlar.
1809, 1826-cı illərdə, eyni zamanda
Türkmənçay müqaviləsindən sonra 1837-
ci ildə baş verən bu üsyanların təbii ki,
qurbanları, həbsləri, sürgünləri ilə yanaşı
mühacirləri də olmuşdu. Rusların
yaratdığı müstəmləkəçilik rejimi ciddi
iqtisadi, sosial məhrumiyyətlər
doğurduğundan mühacirlərin çoxu həm
də iş axtarmaq üçün Şimaldan Cənuba,


bir sıra hallarda isə Türkiyəyə axışırdı.
Belə siyasi və iqtisadi motivlərlə ölkəni
tərk etməyə məcbur olanlardan başqa,
xristian metropoliyasının köləsi olmaqla
barışa bilməyən ziyalılar və din adamları
da dini və şəxsipsixoloji motivlərlə
mühacirətə gedirdi. Birinci və İkinci
Rusiya-İran müharibələrinin doğurduğu
mühacir köçləri əsasən Cənubi
Azərbaycana üz tutmuşdu.
M.B.Məmmədzadə İranda olarkən
(1924–1927) şimallı mühacirlərin
üçüncü, dördüncü nəslinin nümayəndələri
ilə görüşdüyünü xatırlayır: "Onlar, 1813-cü
il Gülüstan sülhündən sonra, Ərdəbil
ətrafında Talış müharibəsindən indiyə
qədər mühacir hüququ ilə


yaşamaqdadırlar". 1853–56-cı illər Krım,
1877–78-ci illər rus-türk müharibələri də
Azərbaycandan kənara mühacir axınının
sürətlənməsinə az təsir etməmişdi.
Ələlxüsus da Krım müharibəsindəki
məğlubiyyətdən sonra rusların
Azərbaycandakı davranışının daha da
sərtləşməsi prosesə təkan verirdi. Cənub
Qafqaz Rusiyanın tərkibinə qatıldıqdan
sonra Borçalıdan da xarici ölkələrə
mühacir axınları başladı və bu proses
Gürcüstan sovetləşənə, sərhədlər
bağlanana qədər davam etdi. 1828-ci ilin
yazında Borçalıdan Mehdi xanın başçılığı
ilə 800 Qarapapaq ailəsi Təbriz vilayətinə
pənah apardı və Azərbaycan (Təbriz)
valisi Abbas Mirzəyə ildə 12 min tümən


vergi, 400 atlı əsgər vermək şərtiylə
Sulduz bölgəsində məskunlaşdılar.
Mühacir axınlarının bir istiqaməti də
Türkiyə idi. Türkiyə tədqiqatçısı
Ə.B.Ərculasunun bildirdiyinə görə Güney
Qafqazdan Türkiyəyə gələnlər, əsasən
Qars əyalətində məskunlaşırdı. Onların
indi Qarsda 92 kəndi var. Bu kənd
adlarının əksəriyyəti Borçalıdakı kənd
adlarının eynidir. M.F.Kırzıoğlu mühacir
axınları barədə yazır:
Gürcüstandan 45 min türk Qars elinə
gəlib yerləşdi. Bunlar Ağbaba,
Borçalı-Loru və Qarayazıdan gələn
Qarapapaqlar idi.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə