Avtomobil texnikasi


Səs sürətinə qədər olan düzaxınlı mühərriklər



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə55/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   48   49   50   51   52   53   54   55   56

 
133 
Səs sürətinə qədər olan düzaxınlı mühərriklər. 
 
Səs sürətinə qədər olan DHRM Max ədədi (qaz axının verilən nöqtədəki axın sürətinin hərəkət 
edən mühitdə yerli səs sürətinə olan nisbəti) 0.5-dən 1-ə qədər olan sürətlərdə uçuşlar üçün nəzərdə 
tutulur.  Bu  mühərriklərdə  havanın  tormozlanması  və  sıxılması  giriş  qurğusunun  genişlənən 
kanalında — diffuzorda yerinə yetirilir. 
Təzyiqin  artma  dərəcəsinin  aşağı  olmasına  görə  havanın  səs  sürətindən  aşağı  sürətlərdə 
tormozlanması zamanı (
 olan zaman maksimal 1.9 %) bu mühərriklər çox kiçik termiki FİƏ-
na malik olurlar (ideal prosesdə, itkiləri nəzərə almadan 
 olan zaman 16.7 %), nəticədə onlar 
başqa  tip  aviamühərriklərlə  müqayisədə  rəqabətə  davam  gətirmədilər  və  hal-hazırda  seriya  ilə 
buraxılmırlar. 
 
Səsdən iti düzaxınlı mühərriklər. 
 
Səsdən iti düzaxınlı mühərriklər (SDHRM) 1-5 Max diapazonunda uçuşlar üçün nəzərdə tutulur. 
Səsdən iti qaz axınının tormozlanması həmişə kəsilərək (sıçrayışla), həmçinin kipləşdirici sıçrayış 
adlanan zərbə dalğası  əmələ gətirməklə baş verir. Kipləşdiricinin sıçrayışı nə qədər intensivdirsə, 
yəni axın sürətinin onun cəbhəsində dəyişməsi nə qədər çoxdursa, 50 %-i keçə bilən təzyiq itkiləri 
bir o qədər çoxdur. 
 
 
Şək.22.4. Pilotsuz kəşfiyyatçı Lockheed D-21B (ABŞ).  
Mərkəzi gövdəli oxa simmetrik giriş qurğulu DHRM. 
 
Təzyiq  itkilərinin  minimallaşdırılması,  sıxılmanı  bir  deyil,  bir  neçə  ardıcıl  az  intensivlikli,  hər 
birindən sonra axın sürəti azalan kipləşdirici sıçramalarında sıxmanın təşkil edilməsi hesabına əldə 
edilir.  Axırıncı  sıçrayışda  sürət  səs  sürətindən  aşağı  olur  və  havanın  sonrakı  tormozlanması  və 
sıxılması fasiləsiz olaraq diffuzorun genişlənən kanalında baş verir.      
Sürətlərin  səsdən  iti  diapazonunda  DHRM  səs  sürətindən  aşağı  diapazona  nəzərən 
nəzərəşarpacaq  dərəcədə  çox  effektivdir.  Məsələn,  3  Max  sürətində  ideal  DHRM  üçün  təzyiqin 
artma  dərəcəsi  36.7  %-dir,  bu  da  turboreaktiv  mühərriklərin  yüksək  təzyiqli  kompressorlarının 
göstəriciləri ilə müqayisə olunandır (məsələn, AL-31FP TRM üçün bu göstərici 23-ə bərabərdir), 
termiki FİƏ isə nəzəri olaraq 64.3 %-ə çatır. Real DHRM-də bu göstəricilər aşağıdırlar, hətta 3-dən 
5-ə  qədər  Maxın  uçuş  ədədi  diapazonunda  səsdən  iti  DHRM  effektivliyə  görə  bütün  digər  tip 
HRM-ni üstələyir. 
Havanın  tormozlanması  onun  temperaturunun  SDHRM-nin  işçi  sürətinin  yuxarı  həddini 
məhdudlaşdırır,  hansı  ki, 
5

M
  olan  zaman  1500˚C-i  keçir  və  bu  zaman  yanma  kamerində  işçi 
cismin  əlavə  qızdırılması  konstruksiya  materiallarının  istiyədavamlılığının  məhdudluğuna  görə 
problematikdir. 
Hipersəsli düzaxınlı hava-reaktiv mühərriklər. 
 
Hipersəsli  düzaxınlı  hava-reaktiv  mühərriki  (HDHRM,  ingiliscə  Scramjet)  səs  sürətindən  beş 
dəfədən  çox  (
5

M
)  uçuş  sürətləri  ilə  işləyən  DHRM-dir  və  stratosferdə  uçuş  üçün  nəzərdə 
tutulub.  Hipersəsli  DHRM  ilə  uçan  aparatın  mümkün  tətbiq  sahəsi  kosmik  aparatların  çoxdəfəli 
daşıyıcısının aşağı pilləsidir. 


 
134 
Nəzəri  olaraq  HDHRM  SDHRM  ilə  müqayisədə  daha  yüksək  uçuş  sürətlərini  almağa  imkan 
verir, ona görə ki, HDHRM-ə havanın giriş axınının yalnız müəyyən hissəsi tormozlanır, ona görə 
də  mühərrikin  bütün  axma  hissəsinin  uzunluğunda  işçi  cismin  axması  səsdən  iti  olaraq  qalır.  Bu 
zaman  axın  özünün  ilkin  kinetik  enerjisinin  böyük  hissəsini  saxlayır,  tormozlanma  və  sıxılma 
zamanı isə onun temperaturunun yüksəlməsi böyük deyil. Bu, səsdən iti axında yanacağı yandıraraq 
işçi cismi kifayət qədər qızdırmağa imkan verir və genişlənərək o, uçuş sürətini üstələyən sürətlə 
ucluqdan çıxır.  
Müxtəlif  ölkələrdə  hipersəsəli  DHRM-nin  işlənməsinin  bir  neçə  proqramı  vardır,  lakin  XXI 
əsrin  başlanğıcına  olan  məlumatlara  əsasən,  bu  tip  mühərrik  hipotetik  olaraq  qalır,  onun  seriyalı 
istehsalının  praktiki  məqsədəuyğunluğunu  sübut  edən  uçuş  sınaqlarını  keçən  heç  bir  nümunəsi 
yoxdur. 
 
 
Şək.22.5. Hipersəsli eksperimental X-43 uçan aparatı. 
 
Düzaxınlı nüvə mühərriki. 
 
50-ci  illərin  ikinci  yarısında,  soyuq  müharibə  dövründə,  ABŞ  və  SSRİ-də  nüvə  reaktorlu 
DHRM-nin  layihələri  işlənirdi.  Bu  mühərriklərin  enerji  mənbələri  yanacağın  yanmasının  kimyəvi 
reaksiyası deyil, yanma kamerinin yerində yerləşdirilən nüvə reaktorlarının yaratdığı istilikdir. Belə 
DHRM-nin giriş qurğusundan hava, reaktorun aktiv zonasından keçir, onu soyudur və özü təqribən 
3000  K-ə  qədər  qızır,  sonra  ən  mükəmməl  maye  yanacaqlı  raket  mühərrikləri  üçün  olan  axma 
sürətləri ilə müqayisə olunan sürətlə ucluqdan çıxır. 
Belə  mühərrikli  uçan  aparatın  mümkün  tətbiqi  —  nüvə  başlığının  daşıyıcısı  olan  qitələrarası 
qanadlı  raketdir.  Hər  iki  ölkədə  böyük  raketin  həcmi  ölçülərinə  yerləşən  yığcam  azresurslu  nüvə 
reaktorları yaradılmışdır. 1964-cü ildə ABŞ-da "Pluo" və "Tory" nüvə DHRM sınaqları proqramları 
üzrə  "Tory-IIC"  nüvə  düzaxınlı  mühərrikin  stend  atəş  sınaqları  keçirilmişdir.  Uçuş  sınaqları 
keçirilməmişdir, proqram 1964-cü ilin iyulunda bağlanmışdır. 
Tətbiq  sahəsi.  DHRM  yerində  və  aşağı  uçuş  sürətlərində  işləmə  qabiliyyətinə  mailik  deyil. 
Onun  effektiv  olmasına  tələb  olunan  başlanğıc  sürətinə  çatmaq  üçün  belə  mühərrikli  aparata, 
məsələn  bərk  yanacaqlı  raket  sürətləndiricisi  və  ya  DHRM-li  aparatı  buraxan  təyyarə-daşıyıcı  ilə 
təchiz oluna bilən köməkçi hərəkətverici lazımdır. DHRM-nin  aşağı sürətlərdə effektiv olmaması 
onun praktiki olaraq sərnişin təyyarələrində tətbiqi üçün qeyri-mümkün edir, lakin 2-5 Max ədədi 
diapazonunda  uçan  birdəfəlik  tətbiqli  pilotsuz  döyüş  qanadlı  raketlər  üçün  özünün  sadəliyi, 
ucuzluğu  və  etibarlılığı  ilə  qəbul  ediləndir.  Hal-hazırda  DHRM  yer-hava,  hava-hava,  hava-yer, 
plotsuz  kəşfiyyatçılar,  uçan  hədəflər  sinifindən  olan  qanadlı  raketlərin  ehtiyat  mühərrikləri  kimi 
istifadə edilir. DHRM-nin bu sahədə əsas rəqibi raket mühərrikidir.  


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə