Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə54/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   48   49   50   51   52   53   54   55   56

 
131 
-  HRM  çəkiyə  görə  xüsusi  dartqısı  —  mühərrikin  dartqısının  onun  çəkisinə  nisbəti,  raket 
mühərrikindən geri qalır. Məsələn, TRM AL-31FP-də bu göstərici 8.22-ə bərabərdir, MRM (mayeli 
raket mühərriki) NK-33 üçün isə 128-dir. Bu o deməkdir ki, eyni dartqıda raket mühərriki bir neçə 
dəfə  (bəzən,  on  dəfədən  də  çox)  HRM-dən  yüngüldür.  Buna  görə  RM  bortunda  oksidləşdiricinin 
ehtiyatının  olması  mühərrikin kiçik  çəkisi ilə kompensə edilən idarə olunan, hava-hava, hava-yer 
kiçik fəaliyyət radiuslu sürətli qanadlı raketlərdə HRM ilə müvəffəqiyyətlə rəqabət aparır. 
Termodinamik  xüsusiyyətlər.  DHRM  və  HRM  üçün  istiliyin  işə  çevrilməsi  prosesinin 
termodinamikasını  Brayton  sikli  ilə,  PHRM-nin  isə  Hamfri  sikli  ilə  izah  edirlər.  Hər  iki  halda 
reaktiv  şırnağı  əmələ  gətirən  faydalı  iş  onun  statiki  təzyiqinin  bortdan  kənar  atmosfer  təzyiqi  ilə 
bərabərləşməsinə qədər ucluqdakı işçi cismin adiabatik genişlənməsinin gedişində yerinə yetirilir. 
Beləliklə,  HRM  üçün  mütləq  şərt:  genişlənmə  fazası  başlamamışdan  qabaq  içi  cismin  təzyiqi 
atmosfer  təzyiqini  üstələməlidir  və  bu  nə  qədər  çox  olarsa  termodinamik  siklin  faydalı  işi  və 
mühərrikin  FİƏ  bir  o  qədər  çox  olar.  İşçi  cisim  alınan  ətraf  mühitdə  isə  mühərrik  atmosfer 
təzyiqindədir. Deməli, HRM-nin işləməsi üçün hansı yol ilə olursa olsun mühərrikdəki işçi cismin 
təzyiqini atmosfer təzyiqinə nəzərən artırmaq lazımdır. HRM-nin əsas tipləri (düzaxınlı, pulsasiyalı 
və turboreaktiv) ilk növbədə, təzyiqin artırılma üsullarına görə fərqlənirlər.  
Effektivlilik.  HRM-nin  effektivliyi  FİƏ  ilə  təyin  olunur.  İstilik  mühərriki  kimi  HRM-nin 
effektivliyi mühərrikin FİƏ ilə təyin olunur: 
                                                                                                                             
                                                                                    ,                                                        (22.2) 
 
 
burada: 
 – isidici ilə verilən istilik miqdarı; 
 – soyuducu ilə alınan istilik miqdarıdır. 
 
 
Şək.22.1.Uçuş FİƏ-nın   nisbətindən asılılığı. 
 
Hərəkətetdirici kimi HRM-nin effektivliyi uçuş və ya dartqı FİƏ ilə təyin olunur: 
                   
                                                                                        .                                                    (22.3) 
 
 
(22.1) və (22.3) formullarını müqayisə edərək belə qənaətə gəlmək olar ki, qazın ucluqdan axma 
sürəti  ilə  uçuş  sürəti  arasında  fərq  nə  qədər  çoxdursa,  mühərrikin  dartqısı  bir  o  qədər  çoxdur  və 
uçuş FİƏ aşağıdır. Uçuş sürətlərinin və ucluqdan axan qazın sürətlərinin bərabərliyində uçuş FİƏ 1-
ə  bərabər,  yəni  100%,  lakin  mühərrikin  dartqısı  isə  0  olacaqdır.  Buna  görə,  HRM-nin 
layihələndirilməsi onun yaratdığı dartqı ilə uçuş FİƏ arasında kompromisi təşkil edir. 
HRM-nin ümumi və ya tam FİƏ yuxarıda göstərilən iki FİƏ-nın hasilidir: 
 
1
2
1
Q
Q
Q
e



v
c
u


1
2

e
u





0


 
132 
                                                                                   .                                                         (22.4) 
 
Hava-reaktiv  mühərriklərini  iki  əsas  qrupa  ayırmaq  olar.  Dartqısı  tamamilə  ucluqdan  axan 
reaktiv şırnağın hesabına yaradılan düz reaksiyalı HRM və dartqısı reaktiv şırnaqdan başqa və ya 
onun yerinə xüsusi hərəkətdən istifadə etməklə, məsələn propellerlə və ya helikopterin aparan vinti 
ilə  yaradılan  dolayı  reaksiyalı  HRM.  Mühərrikin  traktında  (havanın  girişində)  mexaniki  hava 
kompressorunun  olmasına  görə  də  klassifikasiya  tətbiq  edilir:  bu  halda  HRM  kompressorsuz 
(DHRM, PHRM və onların variantları), qaz turbinindən hərəkəti alan kompressorlu TRM,  İTRM 
(ikikonturlu  turboreaktiv  mühərrik),  TVM  (turbovint  mühərriki)  və  onların  variantları,  həmçinin 
kompressor turbindən deyil, ayrıca daxili yanma mühərrikindən (hava vinti ilə və ya onsuz) hərəkət 
alan motokompressorlu hava reaktiv mühərrikləri. 
 
22.2. Düzaxınlı hava-reaktiv mühərriki. 
 
Düzaxınlı hava-reaktiv mühərriki (ingiliscə Ramjet) quruluşuna görə HRM sinfinin ən sadəsidir. 
Mühərrikin işi üçün lazım olan təzyiq artımı qarşıdan gələn hava axınının tormozlanması hesabına 
əldə olunur. 
 
 
Şək.22.2. Maye yanacaqlı düzaxınlı hava-reaktiv mühərrikin (DHRM) quruluş sxemi: 
1-hava  axını,  2-mərkəzi  gövdə,  3-giriş  qurğusu,  4-yanacaq  injektoru,  5-yanma  kameri,  6-
ucluq,7-reaktiv şırnaq. 
 
DHRM-nin işçi prosesini qısa olaraq aşağıdakı kimi ifadə etmək olar: 

 
mühərrikin  giriş  qurğusuna  uçuş  sürəti  ilə  daxil  olan  hava  tormozlanır  və  sıxılır,  yanma 
kamerinə  girişdə  işçi  cismin  təzyiqi  mühərrikin  axma  hissəsinin  bütün  uzunluğu  boyu 
maksimal qiymətə çatır. 

 
yanma kamerindəki sıxılmış hava ora verilən yanacağın oksidləşməsi hesabına qızdırılır, bu 
halda işçi cismin daxili enerjisi artır. 

 
işçi  cisim  ucluqda  genişlənir  və  təcil  alaraq  qarşıdan  gələn  axının  sürətindən  böyük  sürətlə 
axır. 
 
Şək.22.3. "Bladhaund" raketinin "Tor" DHRM.  
Giriş qurğusu və yanma kamerinə giriş. 
DHRM konstruktiv olaraq kifayət qədər sadə quruluşa malikdir. Mühərrik diffuzordan havanın, 
yanacaq  forsunkalarından  isə  yanacağın  daxil  olduğu  yanma  kamerindən  ibarətdir.  Bir  qayda 
olaraq, yanma kamerinin həcmi yığılan-genişlənən ucluğa girişə qədər konstruksiya edilir. 
Uçuş  sürətindən  asılı  olaraq  DHRM-ni  səs  sürətinə  qədər,  səs  sürətindən  yuxarı  və 
hipersəslilərə  ayırırlar.  Bu  bölgü  mühərriklərin  hər  birinin  konstruktiv  xüsusiyyətləri  ilə 
səciyyələnir. 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə