Avtokar süRÜCÜsinin vəzifə TƏlimati I. TƏHLÜKƏSİZLİYİN Ümumi TƏLƏBLƏRİ


IV. QƏZA ŞƏRAİTİNDƏ TƏHLÜKƏSİZLİYİN TƏLƏBLƏRİ



Yüklə 96,33 Kb.
səhifə3/3
tarix22.03.2024
ölçüsü96,33 Kb.
#183891
1   2   3
Avtokar Təlimat

IV. QƏZA ŞƏRAİTİNDƏ TƏHLÜKƏSİZLİYİN TƏLƏBLƏRİ.

4.1 Avtokarda nasazlıqlar yarandığı vaxt (əyləcin, sükanın işləməməsi, avto yükləyicinin işində yad səs-küy və ya taqqıltı olduqda və s.) işi dayandırmaq və işlərin təhlükəsiz həyata keçirilməsinə cavabdeh şəxsi (mexanik və s.) bu haqda xəbərdar etmək.


4.2. Avtokarda yanğın baş verdikdə sürücü dərhal avtokarda olan vasitələrlə yanğının söndürülməsinə başlamalıdır. Eyni zamanda 101/112 zəng vuraraq Yanğından Mühafizə Xidmətinə və həmçinin müəssisə administrasiyasına məlumat verməli.
4.3. Bədbəxt hadisə baş verdikdə işi dayandırıb, tibbi yardıma cavabdeh şəxslərə və ya tibbi məntəqəyə müraciət etmək, eyni zamanda müəssisə rəhbərliyinə dərhal məlumat verilməlidir.


V. İŞİN SONUNDA TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

5.1. İşin (növbənin) sonunda avtokar sürücüsü borcludur:


• avtokarı palçıqdan təmizləmək və zəruri olduqda onu yumaq, platformadan və akkumulyator batareyalarından tozu silmək;
• mümkün deformasiyalar, çatlar, batıqlar və s. üzə çıxardılması məqsədi ilə avtokarın xarici müayinəsini keçirmək;
• hidrosistem, karter, hərəkət mexanizmi, hidravlik tormoz qurğusundan yağın sızmasını yoxlamaq;
• zəruri olduqda akkumulyator batareyalarının yenidən yükləməsini təşkil eləmək;
• qış vaxtında avtokarın soyuma sistemindən suyu boşaltmaq;

5.2. Bütün nasazlıqlar haqqda avtokarın texniki vəziyyəti jurnalına qeydlər etmək, bu haqda avtokarın saz vəziyyətdə saxlamasına cavabdeh şəxsi məlumatlandırmaq və nasazlıqların aradan qaldırması üzrə tədbirləri həyata keçirmək .


5.3. Bütün işləri bitirdikdən sonra avtokarın sürücüsü əlin ilıq su ilə yumalı və imkan daxilində duş qəbul etməlidir.
Yükləmə-boşaltma işləri bu işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxsin rəhbərliyi altında aparılmalıdır. Yükləmə - boşaltma vasitələrinin (araba, daşıyıcı, diyirləndirici, nərdivan və s.) saz olduğunu yoxlamalıdır. Yararsız vasitə və qurğularla işləmək qadağandır.
1.3.Yükləyici ixtisasına malik olmayan fəhlələr yükləmə - boşaltma və ağırlıqların yerdəyişməsi işlərinə bu işlərin təhlükəsizlik qaydaları öyrədildikdən və təlim keçdikdən sonra buraxılmalıdırlar.
1.4.Yükləmə - boşaltma işləri əsasən kran, yükləyici və digər maşınların köməyi ilə mexanikləşdirilmiş üsullarla, az həcmlərdə olan yüklər isə kiçik mexanikləşdirmə vasitələri ilə yerinə yetirilməlidir. 50 kiloqramdan artıq yükü yükləyib-boşaltdıqda və yükü 3 metrdən artıq hündürlüyə qaldırdıqda mexaniki üsuldan istifadə edilməlidir.
1.5.Qaldırıcı kranların köməyi ilə iş aparanlar (krançı, ilgəkçi və s.) lazımi təlim görmüş, atessasiyadan keçmiş və uyğun vəsiqəsi olan şəxslər olmalıdır.
1.6.Yüklərin daşınması zamanı aşağıdakılara əməl edilməlidir:
1.6.1.Yükləri qaldırdıqda və horizontal daşıdıqda müəyyən edilmiş normalara əməl olunmasına;
1.6.2.Yüklərin xərəklə daşınmasında 50 metr məsafəyə qədər icazə verilməsinə;
1.6.3.Pilləkən və nərdivanlarda xərəklə yük daşımaq qadağan olmasına.
1.7.Yükləmə - boşaltma və yüklərin əllə daşınması zamanı aşağıdakı qaydalara əməl edilməlidir:
1.7.1.İtiuclu, kəsici, tikanlı məmulatları və alətləri çexol və penallarda daşımalı;
1.7.2.Sərt qablarda yüklər ancaq əlcəklə daşımalı;
1.7.3.Şüşə qabları etibarlı altlıqları olan, boş şüşə taralarını yuvacıqlı yeşiklərdə yerləşdirməli;
1.7.4.Sınıq, qəlpələnən, çatlaq qablardan istifadə etməməli;
1.7.5.Mıxları çıxmış, haşiyələri sınmış və s. nasaz qablarla yükləri daşımamaq;
1.7.6.Nəqliyyat vasitəsinə yükləmə ya ondan boşaldılması zamanı qalınlığı 50 mm-dən az olan taxta lövhələrdən istifadə etmək qadağandır. Gərilmənin qarşısını almaq üçün lövhənin altına möhkəm dayaqlar quraşdırılmalıdır;
1.7.7.Yük növlərinə görə: açıq vurulmuş (qənbər, gil, qum, taxıl, tərəvəz və s.), yüngül çəkili (boş tara, kiçik bağlamalarda meyvə və s.), dənələrlə (kərpic və s.), mişar materialları (yonqar, lövhə, tamasa və s.) olan yükləri 25 metrə qədər məsafəyə kişilər üçün maksimal yük 50 kiloqram, 16-dan 18 yaşa qədər gənclər üçün isə 15 kiloqram daşımasına icazə verilir;
1.7.8.Yükləyiciyə 50 kiloqramdan çox olmayan yüklərin yerdəyişməsinə icazə verilir.
80 kiloqramadək yüklərin qaldırılması, düşürdülməsi və daşınmasına ikinci işçinin iştirakı ilə icazə verilir.
1.7.9.Qadınların əllə ağırlıqların qaldırması və daşımasına iş növbəsi ərzində daimi 7 kiloqramadək, fasilələrlə (saatda 2 dəfəyədək) 10 kiloqramadək yüklərə icazə verilir.
1.8.Yükləyici tərəfindən yüklərin daşınması zamanı maksimal maillik 30-dərəcədən çox olmamalıdır.
1.9.Yükləyici nəqliyyat vasitəsinin platformasından anbara keçməsi və qayıtması üçün maksimal yük altında 20 millimetrdən çox, qarın verməyən körpü, taxta keçid və nərdivanlardan istifadə etməlidir.
Nərdivanların, körpülərin uzunluğu 3 metrdən çox olduqda onların altına dayaqlar quraşdırılması vacibdir.
1.10.Körpü və keçidlər 50 millimetrdən nazik olmayan taxta lövhələrdən və altına arası 0,5 metrdən az olmayan bərk plankalar bərkitməklə hazırlanmalıdır. Taxta keçidlərdə ayaq üçün hər 300 millimetrdən bir 20x40 mm qalınlığında plankalar quraşdırılması vacibdir.
1.11.Metallik körpülər qalınlığı 5 millimetrdən nazik olmayan kötürlənmiş metal təbəqədən hazırlanmalıdır.
1.12.Qaldırıcı kranla yükləmə-boşaltma və daşıma işləri müəssisənin əmrlə təyin etdiyi kranla təhlükəsizlik işlərinə cavabdeh olan usta, iş icraçısı, sahə rəisi, briqadirin rəhbərliyi altında aparılmalıdır.
1.13.Yüklərlə iş zamanı əlcəkdən, qaldırici mexanizmlərlə işlədikdə isə həm əlcək, həm də dəbilqədən istifadə etmək lazımdır.
1.14.Yükqaldırma və daşıma işləri zaman aşağıda göstərilən yanğın təhlükəsizlik tələblərinə əməl edilməlidir:
1.14.1.Tezalışan, yanacaq mayelərinin axması və sızmasına yol verməmək;
1.14.2.Tezalışan, yanacaq mayelərinin açıq buxarlanmasına yol verməmək;
1.14.3.Onları qığılcımtörədici və alışma mənbələrindən uzaq tutmaq;
1.14.4.Onların partlamaması, yanmaması üçün işçi mühitin hədd parametrlərini nəzarətdə saxlamaq;
1.14.5.Lokallaşdırma, yanğıntəhlükəli şəraiti ləğv etmək kimi üsullarla işçiləri istehsalatın bu faktorlarından kompleks qorumaq məqsədi ilə xəbərdarlıq tədbirlırı vasitəsi ilə prosesə nəzarət etmək;
1.14.6.Əmrlə yanğın əleyhinə rejimlərin, yanğın əleyhinə profilaktik tədbirlərin cavabdehliyi üçün istehsalat, sex, sahə, xidmət rəhbərlərini məsul şəxs kimi təyin etmək.
1.15.Yükləmə-boşaltma işləri aparılan yerlərdə bu işlərlə birbaşa əlaqəsi olmayan şəxslərin dayanması qadağandır.
1.16.Yük daşınacaq keçidlərdə hərəkətə mane olan əşyalar olmamalıdır. Yüklərin yerdəyişməsi aparılan döşəmə və platformalar düz olmalı, mıxlanmış plankalar, deşiklər, çıxıntılar olmamalıdır. Takelaj tətbiq edilən diyircəklər eyni diametrli, düz metallik borulardan olmalı və uzunluğu daşınan yükün enindən az olmamalıdır. Diyircəklərin sayı isə üçdən az olmamalıdır.
1.17.Yüklərin yerdəyişməsi zamanı sürüşmənin qarşısını almaq üçün nərdivanlar, traplar, körpülər, platformalar, keçid yolları təmizlənməli, lazım gələrsə onların üzərinə qum və ya narın şlak səpilməlidir.
1.18.Yükləmə - boşaltma meydançası işlərin təhlükəsiz yerinə yetirilməsi tələblərinə cavab verməlidir.
1.19.Yükləmə - boşaltma işlərini aparmaq üçün ayrılmış meydançanın səthi düz və hamar olmalıdır.
1.20.Meydançada nəqliyyat vasitəsinin girib-çıxması və manevir üçün kifayət qədər yer olmalıdır.
1.21.Meydançaya giriş yolları saz vəziyyətdə olmalıdır. Qış zamanı eniş və yoxuş yolları buzdan təmizlənməli, yollara qum və ya şlak səpilməlidir.
1.22.Yükləmə-boşaltma meydançalarında bir qayda olaraq avtomobillərin fasiləsiz hərəkətinə şərait yaradılmalıdır. Əgər bunu etmək mümkün deyilsə, onda avtomobillərin yüklü və yüksüz arxa gedişlə meydançaya sərbəst, manevr etmədən girib-çıxması üçün şərait yaradılmalıdır.
1.23.Yükləmə-boşaltma işlərinin gecə aparılması zərurəti yaranarsa, iş yerləri 10 lüksdən az olmamaqla işıqlandırıcı projektor və ya elektrik lampalari ilə işıqlandırılmalıdır.
1.24.Bu təlimatda göstərilən əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını pozan və ona əməl etməyən işçilər törətdiyi pozuntunun ağırlığından aslı oıaraq müəyyən edilmiş qanunvericilik əsasında inzibatı və ya cinayət məsuliyyətinə cəlb edilirlər.

II.İŞƏ BAŞLAMAZDAN ƏVVƏL TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ


2.1.İş geyimi əyində bu qaydada olmalıdır: qolun köbəsini düymələməli və ya bağlamalı, paltarın bütün düymələri düymələnməli, saçlar baş geyiminin içərisinə yığılmalı , baş geyimi isə nisbətən kip olmalıdır. Geyimləri natəmiz, kirli və yağlı olan işçilər işə buraxılmamalıdır.


2.2.Fərdi mühafizə vasitələri (əlcəklər, gözlüklər, respiratorlar və s.), alət və vasitələr yoxlanılmalı, yararsız və ya nasaz olanlar saz olanlarla əvəz edilməlidir.
2.3.Daimi meydançada iş aparmağa başlamazdan əvvəl iş yerində aşağıdakı hazırlıq tədbirləri yerinə yetirilməlidir:
2.3.1.Yükləmə-boşaltma meydançası və keçidlərdə pərakəndə yüklər, çalalar, təkər yerləri, kənar əşyalar, sürüşkən yerlər (varsa həmin yerə qum səpmək lazımdır) olmamalıdır;
2.3.2.Zirzəmi və yarımzirzəmilərdə yerləşən anbarların ağzı, nərdivanlar, traplar, qaldırıcılar saz vəziyyətdə olmalıdır;
2.3.3.İşləri təhlükəsiz yerinə yetirmək üçün iş yerləri normaya uyğun işıqlandırılmalıdır;
2.3.4.Aşkar olunmuş çatışmazlıqlar və nöqsanlar barəsində bilavasitə iş rəhbərinə məlumat verilməli, onun göstərişi olmadan işə başlamağa icazə verilmir.
2.4.Yükləmə-boşaltma işlərinə başlamazdan əvvəl avtomobil aşağı arxa sürət qoşulmaqla əl əyləci vasitəsi ilə etibarlı şəkildə (lap azacıq maillik olsa belə) tormozlanmalıdır. Bənd üzərindən atmaqla torpaq, qum, qar və s. boşaltma zamanı avtomobil bəndin kənarından 0,6 metrdən az olmayan məsafədə dayanmalıdır.
III. İŞ VAXTI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

3.1.80 kiloqramadək yüklərin horizontal səthdə 25 metrədək məsafəyə əllə daşınmasına icazə verilir, başqa hallarda isə arabalardan, vaqonetkalardan, tallardan istifadə etmək lazımdır.


3.2.Bir yükləyicinin tək 50 kiloqramdan çox olan yükləri daşıması qadağandır.
3.3. 50 kiloqramdan çox olan yükləri ikilikdə qaldırmaq və ya götürmək lazımdır.
3.4. 50 kiloqramadək yüklərin yükləyicinin kürəyinə qaldırılması və ya kürəkdən götürülməsi ikinci yükləyici tərəfindən edilməlidir.
3.5. 50 kiloqramdan 500 kiloqramadək yüklərin yüklənməsi və boşaldılması qaldırıcı mexanizmlərdən (tal, blok, bucurqad), eləcədə diyirlədicilərdən istifadə etməklə həyata keçirilməlidir.
3.6.Qaldırıcı mexanizm və mexaniki üsullardan istifadə etməklə yükləmə və boşaltma işləri apararkən yükləyici onunla davranma və təhlükəsizlik haqqında mövcud təlimat və qaydaları bilməlidir.
3.7.Yükləyici digər yükləyici ilə müştərək işlədiyi zaman briqadirin və ya iş rəhbərinin tapşırıqlarına dəqiq əməl etməlidir.
3.8.Quraşdırılmış keçid və yollarda pərakəndəliyə yol verilməməlidir.
3.9.Nasaz stellaj, ayaqaltı, körpülərə yüklərin yığılması və hazırlanmamış yerlərdə yüklərin saxlanılması yolverilməzdir.
3.10.Materialların tikintinin və qurğunun divarına söykəməklə qalaq şəklində yığılmasına yol verilməməlidir. Divarla qalağın arasında 25 santimetrdən az olmayan məsafə saxlanılmalıdır.
3.11.Yüklər elə qalaqlanmalıdır ki, onlar uçmasın. Qalaqlar arasında müəyyən edilmiş endə keçidlər və yollar saxlanılmalıdır.
3.12.Yüklərin pərakəndə yığılması qadağandır. Yığılmazdan qabaq yığılma yerləri hazırlanmalı, hamarlanmalı, qış vaxtı isə buzdan və qardan təmizlənməlidir.
3.13.Əgər yük bir qrup işçi tərəfindən aprılırsa, hamı eyni cür addımla getməlidir. 3.14.Uzunölçülü yükləri eyni çiyində (sağ və ya sol) daşımaq lazimdır. Bu tip yüklərin qaldırılması və yerə qoyulması iş rəhbərinin və ya briqadirin komandası ilə olmalıdır.
3.15.Yüklər xərəkdə daşındıqda hər iki işçi eyni addımla addımlamalıdır. Xərəkdən yükün endirilməsi komandasını arxadakı işçi verməlidir.
3.16.Benzin, kerosin, neft və s. kimi yüklərin doldurulması və boşaldılmasında buraxıcı şlanqdan istufadə edilməlidir. Qabların vedrə ilə doldurulması, eləcə də neft məhsullarının şlanq istifadə etmədən boşaldılması qadağandır.
3.17.Yükləyicilər etilli benzin və ya benzolla dolu çəlləkləri yükləmə-boşaltma işləri aparmazdan əvvəl onlarla təhlükəsiz davranma təlimatlarını öyrənməli və bu təlimatların tələblərinə əməl etməlidirlər.
3.18.Toz halında olan materialların yükləmə və boşaldılması zamanı mütləq qoruyucu eynəklərdən və respiratorlardan istifadə etmək lazımdır.
3.19.Turşu, qələvi və s. kimi kimyəvi aktiv maddəli yükləri ancaq möhkəm hörülmüş zənbil və ya taxta arakəsməli yeşiklərlə bunun üçün nəzərdə tutulmuş xüsusi xərəklərdə və ya əl arabasında daşınmasına icazə verilir.
Butulkalarda olan bu tip maddələri nəqliyyat vasitəsinə yüklənməsi, boşaldılması və yığılması iki yükləyici tərəfindən yerinə yetirilməlidir. Turşu butulkalarının kürəkdə və ya çiyində daşınması qadağandır.
3.20.Daşınma zamanı zərbədən qorunması üçün şüşə qablarda olan yükləri nəzərdə tutulmuş qoruyucu araqatılar olmadan iki cərgə yığılaraq nəqli və ya anbarda saxlanması qadağandır.
3.21.Turşu, qələvi və s. kimi kimyəvi aktiv maddələrin lift və şaxta qaldırıcıları istisna olmaqla qaldırıcı mexanizmlərlə yüklənməsi, boşaldılması, yerdəyişməsi qadağandır.
3.22.Maye və sıxılmış qaz balonlarının ancaq keçə vurulmuş xüsusi arabalarda və ya yuvalı xərəklərdə daşınmasına icazə verilir.
Düşərkən təhlükəli partlayış törədə biləcəyindən həmin balonların çiyində və ya qaldırıcı vasitələrindən istifadə etməklə aparılması qadağandır.
3.23.Xüsusi təhlükəli yüklərin yüklənməsi və boşaldılması işləri istehsalat sahəsinin və ya onu buraxan ya da qəbul edən məsul işçinin rəhbərliyi altında yerinə yetirilməlidir. Bu işlər xüsusi ehtiyatla və ancaq xüsusi təlimat keçdikdən sonra görülməlidir.
3.24.Dənəvər materialların (qum, kömür, şlak və s.) saxlanıldığı yerlərdə lap kiçik hündürlükdə olan qalaqlarda belə, yaranmış oyuğun altında işləməyə icazə verilmir.
3.25.Bağlamalardan ibarət olan yük qalağının uçmaması üçün yüklər ancaq qalağın üst hissəsindən götürülməlidir.
3.26.Yüklərin yerə qoyulması zamanı zədələnməməsi və ilgəklərin yükdən açılmasını təmin etmək məqsədi ilə ağır yüklərin boşaldıldığı yerlərdə altlıqlar quraşdırılmalıdır.
3.27.Yükləyici diyirlənən yüklərin (çəllək, rulon və s.) yerini dəyişdikdə onun arxa tərəfində duraraq özündən qabağa itələməlidir.
3.28.Yükləyicilər müştərək işlədikdə alətlərdən və ya yüklərdən zədə almamaq üçün bir-birilərini izləməlidirlər. Daşıma zamanı arxada gedən yükləyici qabaqdakı ilə üç metr ara məsafəsi saxlamalıdır.
3.29.İşçi yük daşıyarkən boş, düz və ən qısa yolu seçməlidir: yük yığılmış yolla getmək, qaçmaq, qabaqda gedən yükləyicini tələsdirmək (xüsusi ilə ensiz və dar yerlərdə), hərəkət edən nəqliyyat vasitəsinin qabağından keçmək qadağandır.
3.30.Özüqaldıran avtomaşınların yük yerindən qalıq yükləri (bitum, asfalt və s.) təmizləmək üçün uzun saplı çalovlardan və bellərdən istifadə etmək lazımdır. Təkərlər üzərindən, eləcə də qaldırıcının hidravlik sistemini silkələməklə, bana (kuzaya) zərbələr vurmaqla qalıq yükləri boşaltmaq qadağandır.
3.31.Uzunölçülü yüklərin (tirlər, relslər və s.) yedəkli avtomaşınların yükü bərkidən vasitələri (açılan və ya qatlanan dayaqlar, möhkəm zəncirlər və s.) ilə yüklənməsinə icazə verilir.
3.32.Uzunölçülü yüklərin əllə yüklənməsi və boşaldılmasında diyircəklərdən istifadə edilməlidir. Bu hallarda yükləyicilərin sayı ikidən az olmamalıdir.
3.33.Boru və başqa uzunölçülü yüklərin nizamla düzülmüş sıradan yaxud maşından özbaşına dağılmasına qarşı tədbirlər görülməlidir.
3.34.Yükləyici ağırçəkili uzunölçülü yuklərin boşaldılmasnda yük sığorta kanatlarından istifadə etməli və öz şəxsi təhlükəsizlik tədbirlərini görməlidir. Uzunölçülü yükləri diyirlətdikdə onun hərəkət istiqamətində, maşının yük yerinə qoyduqda isə kabinə ilə yükün baş tərəfi arasında durmaq olmaz. Yükü nəqliyyat vasitəsinin kuzasına ling və ya ağac tirlərdən (vaqalardan) istifadə etməklə yükləmək lazımdır.
3.35.Tirləri qalaq yerinə diyirlədəndə və ya nəqliyyat vasitəsinə yükləyəndə vaqa və ya linglərdən istifadə etmək lazımdır, tirləri əllə itələmək qadağandır.
3.36.Tirləri boşaldarkən onun qarşısında durmaq qadağandır. Eyni vaxtda bir neçə tiri atmaq qadağandır.
3.37.Buzlanmış eləcə də qarla örtülmüş lövhələr üzərinə yük yığmaq, onun üzərindən keçmək və ya dayanmaq qadağandır. Bu cür lövhələr yollardan götürülməli və ayrıca yığılmalıdır.
3.38.Dəyirmi yüklər (rulon, çəllək və s.) payaların köməyi ilə briqadirin rəhbərliyi altında boşaldılmalıdır. Bu cür yükləri diyirlədəndə saxlama iplərindən istifadə etməmək, iki paya arasında dayanmaq və ya payanı yükün yan tərəfindən salmaq qadağandır.

3.39.Kərpic kimi yüklər əllə əvvəlcədən hazırlanmış hamar sahəyə, qış vaxtı isə qardan və buzdan təmizlənmiş düz sahəyə yığılmalıdır. Qalaqlar 1,8 metr hündürlüyədək şaquli yığılmalıdır. Vaqondan boşaltdıqda isə eni 600 millimetr, qalınlığı 40 millimetrdən az olmayan qarmaqlı nərdivandan istifadə etmək lazımdır. Əgər nərdivanın uzunluğu 3 metrdən çox olarsa onun altına dayaqlar quraşdırılmalıdır.


3.40.Toz tipli yüklərin boşaldılmasında işçilər mütləq eynəklərdən, respiratorlardan və ya əleyhqazlardan istifadə etməlidirlər. Əmək normasına daxil edilməklə işçilərə hər saatdan bir mühafizə vasitəsini çıxarmaqla 10 dəqiqəlik istirahət verilməlidir.
3.41.Oksigen balonlarının yüklənməsi və boşaldılması işləri xüsusi ayrılmış və quraşdırılmış yerlərə xüsusi təlim keçdikdən sonra qanuni qaydada işə buraxılmış işçilər tərəfindən yerinə yetirməlidir. Bu işlər bir qayda olaraq gündüz və ya ehtiyac olarsa gecə vaxtı yaxşı işıqlandırılmış yerlərdə aparılmalıdır.
3.42.Oksigen balonlarının yüklənməsi, boşaldılması və aparılması zamanı qadağandır:
3.42.1.Balonları çiyində və kürəkdə daşımaq, axıtmaq, tullamaq, itələmək, zərbə vurmaq, yerdəyişmə zamanı lingdən istifadə etmək;
3.42.2.Yağlı paltar və yağla çirklənmiş əlcəkli yükləyiciləri işə buraxmaq;
3.42.3.Siqaret çəkmək və açıq alovdan istifadə etmək;
3.42.4.Götürəndə balonun ventilindən tutmaq;
3.42.5.Ventillərlərində örtüyü olmayan balonları nəql etmək.
3.43.Oksigen balonlarını isidici cihaz, isti cisim və sobaların yaxınlığında yerləşdirmək, onları örtüksüz günəş şüaları altında saxlamaq qadağandır.
3.44.Oksigen balonunda sızma aşkar edildikdə (sabun köpüyünün köməyi ilə yoxlanılır) işçi dərhal bunun barəsində iş rəhbərinə xəbər verməlidir.
3.45.Yağla təmasla partlayış törətdiyindən oksigen balonlarının yüklənməsi və boşaldılması zamanı onların üzərinə yağ düşməsindən qorumaq lazımdır.
3.46.Turşu və digər yeyici materialların yüklənməsi və boşaldılması işləri iş rəhbərinin rəhbərliyi altında aparılmalıdır. Daşıma yeri yaxşı işıqlandırılmalıdır. Açıq alovdan istifadə etmək, siqaret çıkmək qadağandır.
3.47.Oksigen və başqa sıxılmış qaz balonlarını ancaq xüsusi təchiz edilmlş nəqliyyat vasitələrində daşınmalıdır.
3.48.Avtonəqliyyatla yükləmə-boşaltma işləri apararkən aşağıda göstərilən şərtlərə mütləq əməl edilməlidir:
3.48.1.Avtomobilin (yedəyin) bortunun yan tərəfində durmaqla iki nəfərdən az olmayan işçilər tərəfindən eyni zamanda açmalı və ya bağlamalı;
3.48.2.Bortu açmazdan qabaq yükün təhlükəsiz dayandığını yoxlamalı;
3.48.3.Furqon tipli banları açdıqda işçilər qapının yan tərəfində durmalıdırlar.
Furqon tipli banların içərisi günün qaranlıq vaxtında mütləq işıqlandırılmalıdır
3.49.Aşağıdakılar qadağandır:
3.49.1.Yüklərin yüklənməsi və boşaldılması zamanı avtomobili işə salmaq; 3.49.2.Döşəməsi, bortu, dayaqları nasaz olan avtomobillərin kuzalarında iş aparmaq; 3.49.3.İş vaxtı banın bortu üzərində və ya avtomobilin ayaqaltısında oturmaq, bortdan düşmək, kuzada və ayaqaltıda durmaq; 3.49.4.Uzunölçülü, yanan , partlayan , yanacaq, toz halında olan yüklər, maye kimyəvi birləşmələr, dərman preparatları, sıxılmış qaz balonları, öz ölçülərinə görə təhlükəli yüklər olan kuzada getmək; 3.49.5.Pərakəndə şəkildə yüklənmiş kuzada getmək; 3.49.6.Özüboşaldan avtomobilin kuzasında getmək; 3.49.7.Üzülmə yerləri, düyünləri olan götürücü iplərdən istifadə etmək; 3.49.8.Avtomobilin hərəkəti zamanı kuzada ayaq üstə durmaq, bortun üzərində oturmaq, bortdan sallanmaq və ya kabinadan ayaqları, əlləri, başı çölə çıxarmaq, ayaqaltıda, qanadın üzərində durmaq, dayanmamadan maşına minmək, düşmək, boşaltmaq və ya yükləmək, yüklərin yerini dəyişdirmək, yemək yemək , siqaret çəkmək olmaz. Qayda - qanuna və sürücünün bütün göstərişlərinə əməl edilməlidir. 3.49.Sürücülər yükləmə və boşaltma zamanı yükü avtomobildə və yedəkdə düzgün yerləşdirməli, yüklərin möhkəm bağlanmasını təmin etməli və avtomobilin (yedəyin) bortunun etibarlı bağlanmasını yoxlamalıdırlar. Yükləmə və boşaltma işlərində sürücülərdən istifadə etmək qadağandır.

IV. QƏZA ŞƏRAİTİNDƏ TƏHLÜKƏSİZLİYİN TƏLƏBLƏRİ.


4.1.Qaldırıcı mexanizmlər, yükləyicilər, fərdi qurğularla yükləmə-boşaltma işləri apararkən qəza şəraiti yarandığı zaman işi saxlamalı, işin bilavasitə rəhbərinə məlumat verməli, ancaq insan həyatı üçün təhlükəli və zərərli faktorları aradan qaldırdıqdan sonra işi davam etdirmək olar.


4.2.Zərərçəkən və ya şahid bədbəxt hadisəni ilkin yardımı təşkil etməsi üçün bilavasitə işin rəhbərinə xəbər verməlidir.
4.3.Mexanizm və qurğuların qeyd olunmuş bütün nasazlıqlarını sahənin rəhbərliyinə bildirmək lazımdır.
4.4.Yanğın olarsa ilkin vasitələrdən (yanğınsöndürən, qum, keçə və s.) istifadə etməklə onu söndürməli, lazım gələrsə yanğınsöndürən komandanı çağırmalıdır. İşçi öz həyatı üçün təhlükə hiss etdikdə ərazini tərk etməlidir.
V. İŞİN SONUNDA TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ


5.1.Işi qurtardıqdan sonra iş yerində səliqə-sahman yaradılmalı, keçid və yolları təmizlənməli, yükləmə - boşaltma vasitələri müəyyən edilmlş formada saxlanmalı, alətləri təmizlənməli, qaydaya salınmalı və saxlanma yerinə qoyulmalıdır. Bütün qeydlər və yaranmış nasazlıqlar barəsində işin rəhbərinə (usta, briqadir) və növbə yoldaşına məlumat verməlidir.
Yüklə 96,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə