Avtokar süRÜCÜsinin vəzifə TƏlimati I. TƏHLÜKƏSİZLİYİN Ümumi TƏLƏBLƏRİ


II. İŞƏ BAŞLAMAZDAN ƏVVƏL TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ



Yüklə 96,33 Kb.
səhifə2/3
tarix22.03.2024
ölçüsü96,33 Kb.
#183891
1   2   3
Avtokar Təlimat

II. İŞƏ BAŞLAMAZDAN ƏVVƏL TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

2.1. İşin başlanğıcından əvvəl avtokar sürücüləri:


- iş prosesi fərdi mühafizə vasitələrinin sistifadəsini tələb edirsə, onların saz vəziyyətdə olmasını yoxlamalı.
- yüklərin daşınma yollarına, keçidlərə və s., nəzər salmalı, sürüşkən (su, dağılmış avtomobil yağı və s.), olduqda aradan qaldırmasına dair lazımi tədbir görməli.
2.2. Avtokarın saz vəziyyətdə olmasını yoxlamaq; zəncirlərin zədələrinin yoxluğundan və onların ramaya və yükqaldıran maşının karetinə bərkitmənin saz olmasından əmin olmaq, xarici müayinəylə yuxarı kronşteynlərin qaynaq olunmuş tikişlərini və zəncirləri yoxlamaq, barmaqların etibarlı bərkidilməsinin, linglərin şarnirləri, həmçinin avtokarın bütün mexanizmlərinin fəaliyyətindən əmin olmaq.
2.3. Şinlər və onlarda olan təzyiqi yoxlamaq.
2.4. Mühərrikə baxış keçirmək; çəndən, nasosdan və kranlardan yanacaq axımının olmamasına əmin olmaq, əsas silindrdə tormoz mayesinin mövcudluğunu və səviyyəsini yoxlamaq, həmçinin elastik şlanqların saz vəziyyətdə olmasına diqqət yetirmək.
2.5. Ayaq və əl tormozlarının fəaliyyətini yoxlamaq, ehtiyac olduğu halda onları tənzimləmək.
2.6. Lüft dərəcəsini və sükan idarə mexanizmin gücləndiricisini , sükan linglərinin və dartma birləşilmələrini, həmçinin gücləndiricinin şar barmaqlarını yoxlamaq.
2.7. Səs siqnalı, stop-siqnalı və dönmə işıqları, fara işığının çeviriciləri və dal fənərin sazlığına əmin olmaq.
2.8. Qalxma mexanizmlərinin və avtokarın rama meylinin fəaliyyətini yoxlamaq.


III. İŞ VAXTI TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ

3.1. Yükləmə-boşaltma işlərinin icra edilməsi və yükün nəql etməsindən əvvəl avtokarın yabalarının enini bu yükün qabaritlərinə uyğun olaraq təyin etmək lazımdır. Şaquli çərçivəyə nisbətən yabalar simmetrik olmalıdır və aşağı yabalar bir səthdə olmalıdır.


3.2. Avtokarın yükqaldırma qabiliyyətindən artıq olan yükü qaldırmaq və nəql etmək qadağandır. Bu şərtlərin pozulması idarə etmənin və uzununa dayanıqsızlığın itməsinə gətirə bilər.
3.3. Döngələrdə, binaların künclərindən keçmə vaxtı və dar yerlərdə avtokarı sürətli idarə etmək qadağandır. Sürət ən çox 3 km/saat olmalıdır.
3.4. Avtokarın fəaliyyəti zonasında eyni zamanda yükləmə-boşaltma , əllə daşıma və yüklərin daşınması işlərini həyata keçirmək qadağandır. İnsanların avtokarın fəaliyyəti zonasında olması vaxtı, sürücü işlərin icra edilməsini dayandırmalı və bu haqda bu sahədə işlərin təhlükəsiz görülməsinə cavabdeh şəxsə bildirməlidir.
3.5 Avtokarın qaldırılmış yüklə çərçivəsinin irəli meyli vəziyyətə gətirilməsini ehtiyatlı və yalnız yabaların altında dayaqların olduğu halda həyata keçirmək lazımdır. Kareti qaldırmaq və çərçivəni ekstremal vəziyyətlərə qədər əymək qadağandır. Bu halda hidravlik sistemdə təzyiqin kəskin artımı baş verə bilər. Reduksiya qapağının işə düşməsi vaxtı misqal bölücüsünün qulpunu dərhal neytral vəziyyətə gətirmək lazımdır.
3.6. Görüntünin qabağını tutan böyük ölçülü yüklərin daşınması zamanı avtokar sürücüsü yalnız müşayiət edən şaxsin (yolu göstərir və siqnalları verir) olduğu halda avtokardan istifadə etməli.
3.7 Avtokar yükü hündürliyə qaldırdıqda, sürücü ramanın meyli vəziyyətinə diqqət etməli. Bu halda meyl silindrin idarəetmə linginin kəskin yerdəyişməsinə yol verməməli. Yükqaldıran maşının ramasının meyli vəziyyətdə olduqda kəskin tormozlama avtokarın çevrilməsinə və yükün düşməsinə gətirib çıxara bilər.
3.8 Misqal bölücüsünün lingini yükün qaldırılması və endirilməsi zamanı əllə saxlamalı, əks təqdirdə ling davam gətirməyə bilər və avtomatik olaraq neytral vəziyyətə gələ bilər, hansı ki, nasosun elektrik mühərrikinin sönməsinə səbə olacaq.
3.9 Avtokar sürücüsü insanların yığışdığı yerlərdə,keçidlərdə, qapıların yanından, kor döngələrdən keçdiyi vaxtı, hərəkətə başlayanda və arxa gedişdə səs siqnalını verməli.
3.10 Avtokar sürücüsü dar keçidlərdən hərəkəti zamanı yüklərin qalaqlarına (ştabel) toxunmamaq məqsədilə xüsusi ehtiyatlılığa riayət etməli.
3.11 Avtokar müvazinəti itirdikdə (dal təkərlər torpaqdan aralandıqda) sürücü dərhal yükü aşağı salmalı.
3.12 Qaldırılmış yüklə avtokarın qabağa əyilməsi yalnız onun qalaqlara (ştabelə) tam olaraq yaxınlaşdıqda həyata keçirilə bilər.
3.13 Avtokarın hərəkəti zamanı kəskin tormozlama, həmçinin yüklə sərt dönmələr qəti qadağandır.
3.14 Avtokar sürücüsü yük nəql edildikdə onu şaquli ramaya sıx olmağına, həmçinin sağ və sol yabalara nisbətən yükün bərabər yerləşdirilməsinə diqqət yetirməli.
3.15 Yükləmə (boşaldılma) yerinə yaxınlaşdıqda sürücü yalnız ən aşağı ötürülmədə məcburdur. Hərəkət yolun yaş, sürüşkən və buz bağladığı vaxtı avtokarın kəskin tormozlaması qadağandır. Bu, qəzaya və avtokar sürücüsünün avtokardan yıxılmasına gətirib çıxara bilər.
3.16 Yükləmə-boşaltma işlərinin keçirilməsi zamanı oxun vəziyyətini izləmək, avtokar oxunun meylinə uyğun nəzərdə tutulmuş ağırlıqdan artıq yükü qaldırıb salmamaq avtokar sürücüsünin borcudur
Oxun meylindən asılı olaraq avtokarın son yükqaldırma qabiliyyəti oxun ətəyində xüsusi göstərici ilə göstərilmiş olmalıdır.
3.17 Avtokarın işi zamanı oxun altında insanların olmasına imkan verməmək.
3.18 Avtokar hərəkətə başladıqda malyükləyənin özünün mərkəzi oxu üzrə yabaları qurmaq və bu vəziyyətdə onu bərkitmək.
3.19 Çəndə yanacağın səviyyəsinin yoxlaması zamanı açıq oddan (kibrit və ya məşəl) istifadə etmək və siqaret çəkmək QƏTİ QADAĞANDIR.
3.20 Avtokarı tezalışan materiallar olan yerə yaxın saxlamamaq. Bu halda avtokarın səsboğucu borusundan onların alışması baş verə bilər.
3.21 Avtokarı işləyən mühərriklə və yükü qaldırılmış vəziyyətdə baxımsız qoymaq qadağandır.



Yüklə 96,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə