Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

24        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Bu  isə  həmin  ölkələrin,  o  cümlədən  Azərbaycanın  şimal  qonşusu  olan 
Rusiyanın xarici siyasətdə, xüsusilə Mərkəzi Asiyaya və Cənubi Qafqaza 
yönəlik hidrosiyasətdə daha effektiv təsir vasitəsinə malik olması deməkdir. 
Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Tədqiqatlar 
İnstitutunun  hazırladığı  analitik  hesabatda  yaxın  gələcəkdə  şirin  su 
amilinin milli təhlükəsizliyin təminatında əsas şərtlərdən biri - 
«lokal və 
regional münaqişələr zamanı qarşı tərəfi su təminatından məhrum 
etməyin  sınanmış  vasitələrindən»  olacağı  bildirilir.  Eyni  zamanda, 
su çatışmazlığı ilə üzləşən həmsərhəd MDB dövlətləri ilə münasibətdə 
(Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Ukrayna, Moldova) 
yeni hidrostrategiyanın tətbiqi, «ortaq» 
(transsərhəd) su təsərrüfatının 
istifadəsi və qorunması üzrə vahid mərkəzdən idarə olunan inteqrasiya 
sisteminin  yaradılması  tövsiyə  edilir: 
«Əgər  Rusiya  hidroehtiyatlar 
uğrunda gedən qlobal rəqabətdə öz su ehtiyatlarından düşünülmüş 
və məqsədli şəkildə istifadə etməyi bacararsa, yaranmış vəziyyətdən 
bəhrələnə və özünün milli maraqlarını ödəyə bilər»
16
.
Şirin su ehtiyatları ilə zəngin dövlətlər

Ölkə
Ümumi su 
ehtiyatı (km
3
)
Transsərhəd su 
axarlarında payı (%)
1
Braziliya
8 233
34,2
2
Rusiya
4 505
4,3
3
ABŞ
3 051
8,2
4
Kanada
2 902
1,8
5
İndoneziya
2 838
0
6
Çin
2 830
0,6
7
Kolumbiya
2 132
0,8
8
Peru
1 913
15,5
9
Hindistan
1 880
33,5
10
Konqo
1 283
29,9
11
Venesuela
1 233
41,4
12
Banqladeş
1 211
91,3
13
Birma
1 046
15,8
16   http://www.ng.ru/ideas/2011-06-17/5_water.html


       25
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Dünya  Təbii  Ehtiyatlar  İnstitutunun 
(World  Resources  Institute) 
hesabatlarında bu gün içməli su qıtlığından daha çox əziyyət çəkən 13 ölkə 
sırasında MDB dövlətlərindən Türkmənistanın 
(206 m³), Moldovanın 
(236 m³), Özbəkistanın (625 m³) və Azərbaycanın (972 m³) da adları 
vardır.  2025-ci  ilədək  cənub  qonşumuz  İran  İslam  Respublikasının 
da  şirin  su  böhranı  ilə  üzləşəcəyi  proqnozlaşdırılır.  Urmiyə  gölünün 
quruması ilə bağlı yaranan iqtisadi, sosial və siyasi problemlər bu prosesin 
getdikcə sürətləndiyini göstərir. 
          
2. Su ehtiyatları və beynəlxalq hüquq
Dünya birliyi su ehtiyatlarının tükənməsi, çirkləndirilməsi və qeyri-
rasional  istifadəsi  ilə  bağlı  qlobal  risk  ehtimallarını  və  reallaşmaqda 
olan proqnozları dəyərləndirərək, 1977-ci ildə ilk dəfə olaraq «həyəcan 
təbili»ni  vurmuşdur.  Həmin  il  Argentinanın  Mar-de-Plata  şəhərində 
Birləşmiş  Millətlər  Təşkilatının  dünyanın  su  ehtiyatları  üzrə  Birinci 
Konfransı öz işinə başlamışdır. Konfransda hidroloji problemlərin qlobal 
xarakterini  müəyyənləşdirmək  və  dəyərləndirmək,  bu  istiqamətdə 
dövlətlərarası əməkdaşlığın təməlini qoymaq, ən nəhayət, Beynəlxalq 
şirin su və sanitariya onilliyini keçirmək barədə qərar qəbul olunmuşdur. 
Bu baxımdan, 1992-ci ildə Dublin şəhərində təşkil edilmiş konfransın 
nəticələri də uğurlu olmuş, şirin su problemlərinin həlli istiqamətində 
beynəlxalq əməkdaşlığın ilk prinsipləri işlənib hazırlanmışdır. «Dublin 
prinsipləri»  kimi  tanınan  həmin  sənəddə  Yer  üzündə  həyatın  davam 
etməsi  üçün  müstəsna  əhəmiyyət  kəsb  edən  şirin  su  ehtiyatlarının 
məhdud həcmdə olması; su mənbələrinin istifadəsi və qorunmasının 
yalnız  ümumi  səylərlə  mümkünlüyü;  onun  iqtisadi  və  sosial  dəyər 
daşıması  və  s.  xüsusi  vurğulanmışdır
17
.  Elə  həmin  il  Rio-de-Janeyro 
şəhərində  BMT-nin  ətraf  mühitə  dair  konfransında  üzv  dövlətlərin 
hökumətlərinə  milli  su  ehtiyatlarının  müntəzəm  monitorinqini  və 
digər ölkələrlə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək həvalə 
olunmuş,  bu  istiqamətdə  müvafiq  təlimatlar  hazırlanmışdır.  Sonralar 
ixtisaslaşdırılmış beynəlxalq təşkilatların informasiya bazasının əsasını 
təşkil  edəcək  bu  məlumatlar  ekspertlər  tərəfindən  qlobal  və  regional 
hidroloji vəziyyətin təhlili üçün mənbə rolunu oynamışdır. Nəticədə, 
1996-cı ildə baş qərargahı Marsel şəhərində olmaqla, Ümumdünya Su 
Şurası 
(The World Water Council) fəaliyyətə başlamışdır. 2000-ci ildə - 
17   Ю.Рысбеков. «О Дублинских принципах в контексте прав на воду и «товарности» 
воды», Научно-информационный центр МКВК, Узбекистан, http://www.eecca-water.net


26        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
BMT-nin Minilliyin Sammitində qlobal şirin su problemləri də geniş 
müzakirəyə çıxarılmışdır. Sammitdə qəbul olunmuş «Minilliyin inkişaf 
məqsədləri»  adlı  sənəddə  «şirin  su  ehtiyatlarından  daimi  istifadə 
edə  bilməyən,  əsas  sanitariya  şəraitindən  məhrum  olan  insanların 
sayının 2015-ci ilədək azaldılması» dünya birliyinə daxil olan 193 üzv 
dövlətin  və  23  beynəlxalq  təşkilatın  başlıca  hədəflərindən  biri  kimi 
göstərilmişdir
18
 
Bəşər tarixi boyu su mənbələrinə nəzarət və onlardan istifadəyə dair 
təqribən 3600 müqavilə bağlanmışdır. Bu müqavilələrin böyük hissəsi 
transsərhəd  dövlətlərin  su  sərhədlərinin  müəyyənləşdirilməsinə,  su 
hövzələrindən  gəmiçilik  və  balıqçılıq  məqsədləri  ilə  birgə  istifadəyə 
aid idi. XX əsrin sonu XXI əsrin əvvəllərinin sosial və ekoloji çağırışları 
nəticəsində  şirin  su  amili  yeni  hüquqi  xarakter  almış,  iqtisadi-siyasi 
xüsusiyyətindən savayı humanitar mahiyyət də daşımağa başlamışdır. 
Maraqlıdır ki, şirin su ehtiyatlarının istifadəsinə və qorunmasına dair 
beynəlxalq  hüquq  sənədləri  suyun  inhisara  alınmasına  qarşı  çıxaraq, 
onun  bütün  canlılara  məxsus  «sosial  və  mədəni  nemət»  olduğunu 
vurğulamaqdadır.  BMT-in  İqtisadi,  Sosial  və  Mədəni  Hüquqlar 
Komissiyasının  29-cu  Sessiyasında 
(noyabr,  2002-ci  il)  qəbul  edilmiş 
«İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Pakta dair 
Ümumi Qeydlərdə 
(№15) bildirilir: «İnsanın sudan istifadə etmək 
hüququ hər kəsin iqtisadi və fiziki baxımdan gündəlik tələbatının 
ödənilməsi üçün kifayət miqdarda və maneəsiz olaraq içməli su ilə 
təmin olunmasını nəzərdə tutur. Adekvat miqdarda olan zərərsiz 
su  susuzluqdan  ölüm  hallarının,  keyfiyyətsiz  sudan  gündəlik 
istifadə  nəticəsində  xəstələnmə  riskinin  azaldılmasına,  qida 
hazırlanmasına,  şəxsi  gigiyena  və  sanitariya  məqsədli  təsərrüfat 
tələblərinin  ödənilməsinə  yönəldilmiş  zəruri  amillərdəndir»
19

Həmin  sənəddə  o  da  qeyd  olunur  ki, 
«Silahlı  münaqişələr, 
fövqəladə  vəziyyətlər  və  təbii  fəlakətlər  zamanı  insanın  sudan 
istifadə  hüququ  tərəfdaş  dövlətlərin  qoşulduqları  beynəlxalq 
humanitar  hüquqdan  irəli  gələn  vəzifələri  özündə  ehtiva  edir. 
Bu  vəzifələrə  mülki  əhalinin  sağ  qalması  üçün  əhəmiyyətli  olan 
obyektlərin,  o  cümlədən  içməli  su  ehtiyatlarının,  içməli  su 
18   Программа социально-экономического развития «Цели Развития Тысячелетия», 
http://www.fondni.ru
19   Sudan istifadəyə dair hüququn əsasları, maddə 1. http://www.worldwatercouncil.org/
fileadmin/wwc/Programs/Right_to_Water.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə