Araz qurbanov



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə7/60
tarix23.01.2018
ölçüsü3,03 Kb.
#22107
1   2   3   4   5   6   7   8   9   10   ...   60

22        
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
halları  xeyli  artmışdır.  Braziliyada  «Nestle»  şirkətinin  ölkənin  su 
təsərrüfatına ciddi müdaxiləsi, San-Lorenso şirin su mənbəyini inhisara 
alması  əhalinin  etirazına  səbəb  olmuş,  yerli  «Cidadãos  pelas  Águas» 
(Vətəndaşlar su uğrunda) təşkilatı bu şirkətin fəaliyyətini boykot etməyə 
çağırmışdır.  Pakistanda isə «Nestle» şirkətinin iqtisadi maraqları - yeraltı 
şirin  su  mənbələrinin    həddən  ziyadə  istismarı  Bhati-Dilvan  kəndinin 
suzuz qalmasına, su quyularının tamamilə qurumasına səbəb olmuşdur
13

Dünya  Bankının  sabiq  vitse-prezidenti,
  BMT  İnkişaf  Proqramının 
keçmiş  rəhbəri  Kamal  Dərviş  və  Cənubi  Afrika  Respublikasının 
sabiq  maliyyə  naziri  Trevor  Manuel    bu      qənaətdədirlər  ki, 
qlobal  su  çatışmazlığının  yaranması  təkcə  ekoloji  problemlərlə 
əlaqələndirilməməlidir: 
«Bu  problemin  arxasında  əsasən  qlobal  su 
böhranı dayansa da, bu, bəzi hallarda siyasi mənafelər, hakimiyyətin 
korporativ  maraqları  ilə  də  izah  edilməlidir.  Halbuki,  hər  kəsin 
təmiz içməli suyu münasib qiymətə əldə etməsi insan hüquqlarının 
ən başlıcası olmalıdır. Hökumətlər əhalini adambaşına gündəlik 20 
litr təmiz içməli su norması ilə təchiz etməklə, su pulunu ödəmək 
imkanından  məhrum  olanların  sudan  ödənişsiz  istifadəsinə 
şərait  yaratmaqla  bu  hüququ  tanıya  bilər  və  onu  tanımalıdırlar. 
Çox  vaxt  suyun  qiyməti  qüsurlu  prinsip  əsasında  müəyyən  edilir. 
Belə ki, insanlar yoxsullaşdıqca, onlar üçün suyun dəyəri də artır. 
Şəhər    xarabalıqlarında  məskunlaşan  insanlar  içməli  su  üçün 
dünya  üzrə  ən  yüksək  qiymət  ödəyirlər.  El-Salvador,  Nikaraqua 
və  Yamaykada  yoxsullar  gəlirlərinin  10%-ni  su  üçün  ödəyirlər. 
Amma  İngiltərədə  orta  ailənin  ümumi  gəlirinin  3%-dən  çoxu  su 
qəbzlərinin ödənilməsinə sərf olunanda, bunu «iqtisadi çətinlik» 
kimi dəyərləndirirlər»
14
.
Xüsusilə qeyd etmək lazımdır ki, su təsərrüfatı korrupsiya hallarına ən 
çox məruz qalan sahələrdəndir. BMT İnkişaf  Proqramının nümayəndə-
ləri 
(United  Nations  Development  Programme  –  UNDP)  dünya  üzrə  su 
sektoruna ayrılmış dövlət vəsaitinin 30%-nin korrupsiya cinayətləri yolu 
ilə  mənimsənildiyini  bildirirlər.  Onların  qənaətinə  əsasən,  vəziyyət  bu 
şəkildə  qalarsa,  həmin  məbləğ  yaxın  onillikdə  48  milyard  ABŞ  dolları 
həddinə  çatacaqdır.  Beləliklə,  ümumdünya  su  çatışmazlığı  problemi 
həm  də  su  təsərrüfatının  idarə  olunmasında  yaranmış  böhranın  və 
13   http://www.pravda.ru/economics/rules/monopolies/23-04-2013/1153426-voda-0/
14   http://www.un-az.org/undp/doc/water_aze.pdf.


       23
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
nöqsanların  nəticəsidir
15
.  Hindistanda  hüquq-mühafizə  orqanlarının 
müəyyən etdikləri korrupsiya hallarının 25%-i su təsərrüfatının, irriqasiya 
məqsədilə  bağlanan  qanunsuz  müqavilələrin  payına  düşür.  Çin  Xalq 
Respublikasında  su  mənbələrinin  istismarı  sahəsində  total  korrupsiya 
hətta  müvafiq  qanunvericilik  aktlarının  qəbuluna  və  normativlərin 
müəyyənləşdirilməsinə  ciddi  təsir  edə  bilir.  Belə  ki,  ölkədə  şirin  su 
ehtiyatlarının təmizliyinə dair ekoloji normaların tətbiqi məhz korrupsiya 
sayəsində dayandırılmışdır. Şərqi Avropa, Şimali Amerika və Yaponiyada 
da  irriqasiya  tədbirlərində,  su  şəbəkəsinin  yaradılmasında,  bələdiyyə 
ərazilərində su təsərrüfatının təşkilində, şirin su ilə əlaqəli müqavilələrin 
bağlanmasında hər il milyardlarla dollar məbləğində vəsait mənimsənilir. 
Suyun paylanması sahəsində korrupsiya halları özünü Meksikada daha 
qabarıq göstərir. Burada fermer təsərrüfatlarının 20%-i əkin sahələrinin 
suvarılması  üçün  nəzərdə  tutulmuş  su  ehtiyatlarının  70%-ni  inhisara 
almışdır.
Planetin 215 iri transsərhəd çayının mənbəyi, 300-dən çox yeraltı su 
hövzəsi cəmi bir neçə dövlətin nəzarəti altındadır. Rusiya, Braziliya, ABŞ, 
Kanada, qismən də Çin
 bu gün dünyanın ən zəngin su ehtiyatlarına malik 
olan  və  geosiyasi  maraqların  ödənilməsində  hidrostrateji  imkanlardan 
bəhrələnən dövlətlər sırasındadırlar. Qrenlandiya adasındakı buzlaqlara 
(2,6  milyon  km³)  sahib  olan  Danimarkanın  da  tezliklə  bu  siyahıya 
qoşulmaq imkanı vardır. Həmin ölkələrin yaxın perspektivdə əsas şirin su 
ixracatçılarına çevriləcəyi, dövlətlərarası münasibətlərdə şirin su amilinin 
müstəsna xarakter alacağı gözlənilir. BMT-nin məlumatına əsasən, milli 
su  ehtiyatlarından  adambaşına  düşən  payın  miqdarına  görə  İslandiya 
irəlidədir  -  609319  m³.  Siyahıda  ondan  sonra  Surinam 
(292566  m³), 
Konqo 
(275679 m³), Papua-Yeni Qvineya (166563 m³), Yeni Zellandiya 
(86554 m³) və Rusiya Federasiyası (31900 m³) gəlir. Ən ağır vəziyyət 
isə Küveytdə 
(ildə 11 m³), Misirdə (43 m³), Qəzza bölməsində (52 m³), 
Birləşmiş  Ərəb  Əmirliklərində 
(58  m³),  Liviyada  (113  m³),  Səudiyyə 
Ərəbistanında 
(118 m³) və Malta adasındadır (129 m³)
İçməli su qıtlığı ilə üzləşən dövlətin onu xaricdən idxal etməsi nəzəri 
baxımdan mümkün olsa da, danışıqlar prosesində alıcı və satıcı ölkələrin 
hansı  iqtisadi-siyasi  şərtlər  altında  razılığa  gələ  biləcəyi  məsələsi  real 
gələcəkdə yeni siyasi qütbləşmə meyillərinin yaranacağından xəbər verir
. 
15  Проблема пресной воды. Глобальный контекст политики России. Экспертно-
аналитический доклад. Московский государственный институт международных 
отношений –Университет МИД России МГИМО – Университет Москва  2011


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə